Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə10/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

39 
 
yətinin qədim şərq sivilizasiyasının tərkib hissəsi olduğu 
fikrini müdafiə edirlər. O ki qaldı  qarşılıqlı təsirin hansı 
üsullarla  həyata  keçməsi  məsələsinə,  burada  alimlərin 
qədim yunan və Yaxın Şərq xalqlarının folkloruna, mifo-
logiyasına,  epos  yaradıcılığına  dair  tədqiqatları  xüsusilə 
böyük əhəmiyyət kəsb edir. Bu məsələyə toxunarkən, biz 
mövzumuza  –  şərqdə  antik  ədəbiyyatın  tədqiqi  tarixinə 
bilavasitə yaxınlaşmış oluruq. Belə ki, qarşılıqlı təsirin ən 
başlıca üsullarından biri yazılı və şifahi ədəbi abidələrdir. 
Ədəbiyyat,  ədəbi  təsir  olan  yerdə  isə  ədəbi-tənqidi  fikir 
də  mütləq  mövcuddur.  Bir  xalq  digər  xalqın  ədəbiy-
yatından bəhrələnərkən, ilk növbədə o ədəbiyyatı seçib-
ayırmaq  işindən  başlayır.  Ədəbi  nümunələrin  seçilməsi 
işi  isə  ədəbi-tənqidi  və  estetik  görüşlərin  mövcud 
olmadığı  şəraitdə  mümkün  deyil.  Deməli,  biz  e.ə.  III-II 
minilliklərdən  üzü  bəri  Yaxın  Şərq  mədəniyyətinin  və 
ədəbiyyatının  qədim  yunan  arxaik  mədəniyyətinə  və 
şifahi  ədəbiyyatına  təsirindən  danışırıqsa,  təbii  olaraq 
həmin  dövrlərdə  ədəbi-tənqidi  və  estetik  görüşlərin  də 
müvafiq səviyyəsindən danışa bilərik.  
Yaxın  Şərqin  qədim  yunan  ədəbiyyatı  ilə  təmas  və 
təsir  üsullarından  biri  mifologiyadır.  Homer,  Hesiod 
yaradıcılığında  üzə  çıxan  bir  sıra  miflər  öz  kökləri  ilə 
sami  xalqların  mifoloji  mətnləri  ilə  əlaqəlidir  və  bu 
əlaqələr,  qarşılıqlı  təsir  Miken  dövründə  daha  da 
güclənir.  Yaxın  Şərq  mifologiyası  ilə  bağlı  olan  yunan 
mifləri  sırasına  Kadm  haqqında  silsilə,  Avropa,  Feniks, 
Harmoniya,  Tiresi,  Bellerefont,  uçan  qəhrəmanlar  (İkar, 


40 
 
İdas  və  b.),  Yason  haqqında  və  bir  çox  başqa  miflər 
daxildir. Bu miflərin Yaxın Şərq kökləri mövzusuna qərb 
klassik  filologiyasında  xüsusi  tədqiqat  işləri  həsr 
olunmuşdur  (məs.,  M.  Esturun  tədqiqatları).  Burada 
Dionisi  mərasimini  ayrıca  qeyd  etmək  lazımdır.  Belə  ki, 
bu  bayramın  və  bayramla  əlaqədar  meydana  çıxan 
mıflərin  Yaxın  Şərqlə  əlaqələri  haqqında  bir  neçə 
görkəmli  alim  öz  fikrini  bildirmişdir  (məs.,  V.  İvanov, 
“Dionisi  və  dionisiçilik”).  Fikrimizcə,  Dionisi  ilə,  bu 
obrazın  Şərq  və  xüsusilə  Azərbaycan-türk  folkloru  ilə 
(baharla  bağlı  mərasimlərimiz)  əlaqələri  mövzusu  hələ 
də  öz  həllini  gözləyən  problemlərdəndir  və  ümid  edirik 
ki,  gələcəkdə  klassik  filologiya  və  folklorçünaslıqla 
məşğul  olan  alimlərimiz  bu  mövzuya  dair  öz  həlledici 
sözlərini  deyəcəklər.  Yuxarıda  adı  çəkilmiş  miflərdən 
savayı,  Odisseyin  yeraltı  dünyaya  səyahəti  mifi,  İo 
haqqında mif, həmçinin Polifemlə bağlı miflərin də Yaxın 
Şərq  kökləri  olduğu  ehtimal  edilir.  Xüsusilə,  yunan 
mifologiyasındakı  Polifem  obrazının  Yaxın  Şərq  epos 
motivləri  və  epos  qəhrəmanları  ilə  əlaqələri  bir  çox 
alimlərin diqqətini çəkmişdir. Məsələn, K. Oberhuber və 
M. Noks belə hesab edirdilər ki, şumer-akkad eposunun 
baş  qəhrəmanı  Gilqamışın  etimologiyası  bu  obrazın 
əvvəlcə  birgözlü  olmasını  göstərir  (M.  Noks  təpəgözün 
e.ə. III minilliyə aid üç şumer təsvirinin məlum olmasını 
qeyd  edir).  Bu  sahədə  bəzi  rus  alimlərinin  (məs.,  F. 
Polyakov) də arxeoloji və filoloji tədqiqatları mövcuddur. 
V. İvanov Hesiod “Teoqoniya”sında allahların mübarizəsi 


41 
 
təsvir  olunan  hissədə  bir  misranın  hetlərdə  elə  həmin 
hadisəyə  (allahların  mübarizəsinə)  həsr  olunmuş 
mifdəki  bir  cümlə  ilə  eyniliyini  göstərir:  “Kumarbi  allah 
Anu  allahın  kişilik  alətini  dişləyib  qopardığı  zaman”. 
İvanov  Hesiodda  olan  cümlənin  hett  cümləsindən 
tərcümə  olduğunu  bildirir.  Şumerin  və  Akkadın  qədim 
yunan  əraziləri  ilə  birbaşa  təmasları  haqqında  heç  bir 
tutarlı  fakt  aşkarlaya  bilməyən  alimlər  bu  əlaqələrin 
daha  çox  Suriya,  Finikiya  vasitəsilə  baş  verdiyini  qeyd 
etmişlər.  
Beləliklə,  qarşımızda  e.ə.  III-II  minilliklərə  aid  Yaxın 
Şərq və qədim yunan əlaqələrinin geniş mənzərəsi canla-
nır.  Bu  əlaqələr  özünün  rəngarəngliyi  və  əhatəliyi  ilə 
fərqlənmişdir. Hər halda yalnız ədəbi əlaqələrə aid xeyli 
faktların  aşkarlanması  incəsənətin  digər  sahələrində  də 
qarşılıqlı təsir elementlərinin mövcudluğu haqqında dü-
şünməyə əsas verir. Xüsusilə, son illər ərzində Azərbay-
can ərazisində aparılan arxeoloji qazıntılar, tapılan mad-
di-mədəniyyət nümunələri fikrimizi bir daha sübut edir. 
VI  əsrinin  sonu  –  VII  əsrin  əvvəllərində  Yaxın  və  Orta 
Şərq regionunda mühüm ictimai-siyasi hadisə - İslam di-
ninin yaranması və qısa zamanda regionun bütün ərazi-
lərini birləşdirən mərkəzləşmiş islam dövləti olan Xilafə-
tin  qurulması  isə  bu  əlaqə  və  qarşılıqlı  təsirin  tarixində 
yeni mərhələnin başlanğıcını qoydu. 
 
 


42 
 
§ 2. Şərq peripatetizmi. Azərbaycan peripatetikləri. 
 
 
Xilafət  VII-XI  əsrlərdə  Yaxın  və  Orta  Şərqi  vahid 
dövlət hüdudlarında birləşdirməklə bu regionda yaşayan 
xalqların  ictimai-siyasi,  iqtisadi  və  mədəni  həyatında 
köklü dəyişikliklər yaratmaqla bərabər, elmin inkişafına 
da əhəmiyyətli təkan verdi. Belə ki, bir çox hallarda qılınc 
gücü ilə fəth olunmuş əraziləri və müxtəlif etnik tərkibli 
xalqları uzun müddət zorakı vasitələrlə tabeçilik altında 
saxlamağın  qeyri  mümkünlüyü  tezliklə  aydın  olmuş,  bu 
da  öz  növbəsində  elmin  müxtəlif  sahələrinin  inkişaf 
etdirilməsi  zərurəti  yaratmışdı.  Bir  sıra  dəqiq  elmlərlə 
yanaşı, fəlsəfə, dilçilik, ədəbiyyatşünaslıq kimi humanitar 
elmlərin sürətli inkişafı da məhz bu ehtiyacdan doğurdu. 
Mədəni,  ədəbi,  dil  cəhətdən  tamamilə  fərqli  millətləri 
daha  yaxşı  idarə  edə  bilmək  üçün  bu  sahələrlə  bağlı 
elmlər diqqət mərkəzinə çəkilməli idi.  
Elm  sahəsindəki  bu  canlanmanın  mühüm  əlamətin-
dən biri də müxtəlif fəlsəfə məktəblərinin  yaranması  və 
inkişafı  idi.  Onlardan  biri  sırf  dini  fəlsəfədən,  kəlam  el-
mindən uzaqlaşan, onun başlıca prinsiplərini antik dün-
yanın  fəlsəfi  irsi  ilə  (ilk  növbədə  Aristotel  və  Platonla) 
uzlaşdırmağa  çalışan  peripatetizm  cərəyanı  idi.  Əsası 
ərəbdilli  müsəlman  filosofları  tərəfindən  (Fərabi,  Kindi, 
İbn Sina, İbn Rüşd, Biruni, İbn Tüfeyl və b.) qoyulsa da, az 
müddətdə o, çoxmillətli islam dünyasının ümumi fəlsəfə 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə