Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə12/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   62

47 
 
müxtəlif  elm  sahələrinə  aid  aşağıdakı  əsərlərinin  adları 
göstərilir:  “Kitab  ət-Təhsil”  (“Təhsil  kitabı”),  “Kitab  əz-
zinə  fil-məntiq”  (“Məntiqə  dair  zinət  kitabı”),  “Kitab  fil 
musiqa”  (“Musiqi  kitabı”),  “Maudu  ilm  mabəd  ət-təbiə” 
(“Metafizika  elminin  mövzusu”),  “Məratib  əl-moucudat” 
(“Mövcudatın  mərtəbələri”).  Bu  əsərlər  arasında  öz 
həcminə və məzmununa görə “Ət-Təhsil” traktatı xüsusi 
yer  tutur.  Sırf  fəlsəfəyə  dair  yazdığı  əsərlərində 
Bəhmənyarın  fəlsəfi  görüşlərinin  əsas  mənbəyi  antik 
fəlsəfə, xüsusilə Aristotel və Platon yaradıcılığı olmuşdur.      
XI-XII  əsrlərdə  fəaliyyət  göstərmiş  daha  bir  neçə 
Azərbaycan  peripatetik  filosofunun  adları  məlumdur. 
Lakin  onlar  haqqında  məlumatlar  çox  azdır.  Onlardan 
biri  Şəhabəddin  Marağayidir.  Bu  filosofun  ən  məşhur 
əsəri  olan  “Əl-Cədəl”  (“Dialektika”)  traktatı  dialektikaya 
aid  yazılmış  ən  qiymətli  əsərlərdən  biri  hesab  olunmuş 
və  digər  alimlər  tərəfindən  ona  şərhlər  yazılmışıdır. 
Mənbələrdə  Əbu  Səid  Urməvinin  “Kitab  fil-ilahi”  (“İlahi 
haqqında  kitab”),  “Ər-risalə  fil-məntiq”  (“Məntiqə  dair 
traktat”),  “Şərh  əl-məqalət  əl-ula  vəs-saniyə  min  kitab 
Uqlidis” (“Evklidin kitabında birinci və ikinci məqalənin 
şərhi”) kimi  əsərlərinin adları çəkilir. XII əsrdə yaşayıb-
yaratmış  Abdulla  Urməvi  və  Əbusəd  Təbrizi  kimi 
peripatetik filosoflarımız da məlumdur.  
XIII  əsrdə  Azərbaycanın,  eləcə  də  bütün  Yaxın  və 
Orta  Şərqin  bir  neçə  görkəmli  peripatetik  filosofu 
yetişmişdir.  Onlardan  biri  Əfzələddin  Məhəmməd  ibn 
Namavər  Xunəci  (1193-1248)  olmuşdur.  Cənubi  Azər-


48 
 
baycanın Xunəc kəndində anadan olmasına baxmayaraq, 
demək olar bütün ömrünü Misirdə keçirmiş, orada yaşa-
yıb-yaratmış, oranın ictimai həyatında iştirak etmiş, döv-
lət  qulluğunda  çalışmışdır.  Müasirləri  bu  alim  haqqında 
bir çox xoş sözlər söyləmişlər. Xunəcinin müxtəlif elm sa-
hələrinə dair yazdığı əsərlər bu xoş sözlərin əsassız söy-
lənmədiyini sübut edir: “Əl-Mucəz fil-məntiq” (“Məntiqə 
dair  xülasə”),  “Cüməl  fil-məntiq”  (“Məntiqə  dair  cümlə-
lər”), “Kəşf əl-əsrar ən qəvamid əl-əfkar” (“Fikirlərin qa-
ranlıq yerlərindən sirlərin kəşfi”), “Məqalə fil-hüdud vər-
rüsum” (“Təriflərə və təsvirlərə dair məqalə”), “Şərh ma-
qaləhu ər-Rəis ibn Sina fin-nabd” (“Rəis ibn Sinanın nəbz 
haqqında  dediklərinin  şərhi”),  “Ədvar  əl-həmiyyət” 
(“Qızdırmanın dövrləri” (“Şərh əl-Qanun” (“Qanunun şər-
hi”). Əsərlərin adlarından da görünür ki, Xunəci fəlsəfəyə 
və  təbabətə  eyni  dərəcədə  ciddiyyətlə  yanaşmış,  hər  iki 
sahədə  öz  qələmini  sınamışdır.  Bu  cəhət  ümumiyyətlə 
XII-XIII  əsr  şərq  peripatetik  filosofları  üçün  xarakterik 
xüsusiyyətdir.  Onların  yaradıcılığında  fəlsəfə,  təbiətşü-
naslıq və dəqiq elmələr bir-birinə qovuşurdu.  
XIII  əsrin  digər  görkəmli  Azərbaycan  peripatetik 
filosofu  Siracəddin  Mahmud  ibn  Əbubəkr  Urməvidir 
(1198-1282). O, Cənubi Azərbaycanın Urmiyə şəhərində 
anadan  olmuş,  sonralar  Mosula  gələrək  orada  ali  təhsil 
almış, daha sonra isə Dəməşqə, ordan da Konyaya köçüb, 
ömrünün  sonuna  qədər  bu  şəhərdə  yaşamışdır.  Alimin 
gəzib  dolaşdığı  yerləri  təsadüfi  olaraq  bir-bir 
göstərmirik.  Belə  ki,  həmin  dövrün  demək  olar  bütün 


49 
 
Azərbaycan  peripatetikləri  məhz  bu  yola  bənzər  həyat 
yolu  keçmişlər.  Çox  zaman    alimləri  öz  vətənləri  ilə 
bağlayan  yeganə  cəhət  onların  Azərbaycan  ərazisində 
doğulmaları  idi.  Bütün  digər  filosoflarımız  kimi  Urməvi 
də  məhz  ümumşərq  mədəniyyətinin  yetişdirməsi 
sayılmalıdır.  Onun  ən  məşhur  əsəri  “Mətali  əl-ənvar  fil-
məntiq  vəl-hikmə”  (“Məntiqə  və  fəlsəfəyə  dair  Nurların 
doğuşları”)  və  “Lətaif  əl-hikmə”  (“Hikmət  incəlikləri”) 
traktatlarıdır. Bu əsərlərin hər ikisinə digər filosoflar və 
eləcə  də  müəllifin  özü  müxtəlif  şərhlər  yazmışdır. 
Yuxarıda  adları  çəkilən  əsərlərdən  savayı,  Urməvinin 
daha bir neçə traktatının adı məlumdur: “Bəyan əl-həqq” 
(“Haqqın  bəyanı”),  “Mənahic”  (“Metodlar”),  “Risalə  fi 
əmsilət  ət-təarud”  (“Ziddiyyətlərin  misallarına  dair 
traktat”), “Ər-Rəsail fil-ilm əl-Cədəl” (“ Dialektika elminə 
dair traktatlar”), “Təhzib ən-nükət” (“Həkimanə sözlərin 
islahı”), “Ət-Təhsil” (“Təhsil”), “Əl-Əsilə” (“Suallar”) və s.  
 
 
§ 3. Nəsirəddin Tusi. 
 
 
Orta  əsrlər  şərq-islam  dünyasının  görkəmli 
mütəfəkkirlərindən  biri  Məhəmməd  Nəsirəddin  Tusi 
(1201-1274)  özündən  sonra  zəngin  elmi  irs  qoyub 
getmiş  alimlərdəndir.  Riyaziyyat,  astronomiya,  tibb, 
coğrafiya, fəlsəfə, tarix, ədəbiyyat, incəsənət, ilahiyyat və 
digər  sahələrə  aid  əsərləri  N.  Tusini  dövrünün  geniş 


50 
 
ensiklopedik biliklərə sahib böyük şəxsiyyət kimi tanıdır. 
Tədqiqatçı-alim  H.  Məmmədbəyli  “Marağa  rəsədxana-
sının banisi Nəsirəddin Tusi” kitabında onun 76 əsərinin 
adını  çəkmişdir.  Z.  Məmmədov  isə  orta  əsrlər  mənbə-
lərinə  əsaslanaraq,  onun  150-dən  artıq  əsəri  olduğunu 
bildirir
8
.  Böyük  alimin  ən  məşhur  əsərləri  riyaziyyat  və 
astronomiyaya  aid  “Zince  Elxani”  traktatı  və  Marağada 
monqol  hökmdarı  Hülakü  xanın  maddi  dəstəyi  ilə 
tikdirdiyi rəsədxana olmuşdur. Əminliklə demək olar ki, 
Tusi bu iki işi ilə yalnız şərqdə deyil, dünya elm tarixində 
adını əbədiləşdirmişdir.  
N. Tusi dəqiq elmlərlə yanaşı, humanitar elmlərlə də 
ciddi  məşğul  olmuşdur.  Mənbələr  onun  məntiqə, 
psixologiyaya,  “hikmət  elmləri”nə,  musiqiyə  aid  yazdığı 
əsərlərinin  adlarını  qoruyub  saxlamışdır.  Tusinin 
fəlsəfəyə  və  etikaya  dair  yazdığı  əsərlərini  xüsusi  qeyd 
etmək  lazımdır:  “İbn  Sinanın  fəlsəfəsi  və  məntiqinə 
şərhlər”, “Teologiya və metafizikaya dair risalə”, “Təcrid 
əl-kəlam”  (“Kəlamın  təcridi”),  “İsbat  əl-əql”  (“Əqlin 
isbatı”),  “Əsas  əl-iqtibas”  (“İqtibasın  əsası”).  Məhz  bu 
əsərlərində alim Yaxın və Orta Şərqin böyük peripatetik 
filosofları  İbn  Sinanın,  Əbu  Nəsr  Fərabinin  layiqli 
davamçısı  kimi  çıxış  etmişdir.  Tusinin  bu  sahəyə  aid 
yazdığı  əsərləri  sırasında  “Əxlaqi-Nasiri”,  şübhəsiz, 
özünün xüsusi mövqeyi ilə seçilir. 
                                                           
8
 Z.C. Məmmədov, Azərbaycanda XI-XIII əsrlərdə fəlsəfi fikir, B., 1978, səh. 87  


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə