Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə14/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   62

55 
 
2.”Filosof Aristatalis deyir ki, fəzilətin son nöqtəsinə 
çatmış  şeyləri  mədh  etmək  olmaz,  bəlkə  başqa  şeyləri 
onlara  nisbətən  mədh  etmək  olar,  məsələn,  o  böyük 
yaradanın  xidmətində  olanlar,  “mütləq  xeyir”  kimi, 
bunların  hamısı  onun  müqəddəs  zatının  nemətlərin-
dəndir,  çünki  bir  şeyi  mədh  etmək  onun  nəyə  nisbətən 
isə  maddiyat  və  keyfiyyətdə  üstün  olduğunu  təsdiq 
etməkdir”
13

3.”Aristatalis deyir ki, tam xalis  səadət Allah həzrət-
lərinin  xidmətində  olan  üçündür,  insani  fəzilətləri 
mələklərə  xas  olan  fəzilətlərə  qatmaq  olmaz:  onlar  bir-
birilə sazişə girmir, əmanət qoymur, ticarət eləmirlər ki, 
ədalətə  möhtac  olsunlar;  bir  şeydən  qorxmurlar  ki, 
şücaəti  tərifləsinlər;  bir  şey  xərcləmirlər  ki,  qızıl-gümüş 
eşqinə  düşsünlər,  ya  səxavət  göstərsinlər;  şəhvətləri 
yoxdur ki, iffətin qədrini bilsinlər...”
14
 
Sonuncu  sitat  bu  mənada  daha  böyük  maraq  doğu-
rur. Belə ki, Tusinin Aristotelə aid etdiyi həmin sözlərin 
əslində  yunan  aliminə  məxsus  olmadığı  heç  bir  şübhə 
doğurmur.  Əvvəla,  Aristotel  dünyagörüşünə  islam  dinin 
mələk  anlayışı  yaddır.  Lakin  mələkləri  yunan  mifolo-
giyasının  qadın  allahları,  yaxud  başqa  hər  hansı  ölməz 
ilahi  qüvvələrlə  eyniləşdirsək  belə  yenə  o  fikir  antik 
dünyagörüşlə  daban-dabana  ziddir.  Belə  ki,  qədim 
yunanların  mifoloji  təsəvvürlərinə  görə,  ilahi  varlıqlar 
bir-birilə  “sazışə”  də  girir,  “əmanət”  də  qoyur,  “ticarət” 
                                                           
13
 Xacə Nəsirəddin. Tusi.  Əxlaqi-nasiri. Bakı, 1989, səh.76 
14
 Yenə orda, Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.103 


56 
 
də  edir  və  ümumiyyətlə,  onların  “ədalətə”  böyük 
ehtiyacları  vardı.  Aristotel  dövrünün  dünyagörüşü  ilə 
“Əxlaqi-Nasiri”də  ifadə  olunmuş  dünyagörüş  arasındakı 
fərq burada aydın şəkildə üzə çıxır. 
Platonun  Aristotelə  verdiyi  vəsiyyətlər  sırasında  da 
belə dəyişikliklərə rast gəlmək mümkündür: 
-“Böyük  yaradandan  sənə  faydası  olmayan  heç  bir 
şey  xahiş  etmə,  yəqin  bil  ki,  bütün  ixtiyarat  onun 
əlindədir...”
15
 
-“İnan, elə bir yerə çatacaqsan ki, orada allahla bəndə 
(ağa  ilə  qul)  bərabər  olacaqlar,  burada  lovğalanma, 
həmişə səfər ləvazimatını hazır saxla, nə bilirsən köç nə 
vaxtdır?!”
16
 
-“Onu da bil ki, böyük yaradanın bəxş etdiyi nemətlər 
içərisində hikmətdən daha yaxşısı yoxdur”
17

Aydın  məsələdir  ki,  çoxallahlılıq  dövründə  yaşayan 
qədim  yunan  filosofları  bu  sözləri  deyə  bilməzdilər. 
Gətirdiyimiz  sitatlardan  aydın  olur  ki,  burada  ilahi 
varlığa  münasibət  tamam  başqa  –  müsəlman  münasi-
bətidir. Antik dünyada insanların və xüsusilə filosofların 
antropomorf allahlara belə itaətkar yanaşmasını görmək 
mümkün deyildi.  
N.  Tusi  “Əxlaqi-Nasiri”də  qədim  yunan  filosofların-
dan yalnız quru sitatlar gətirməklə kifayətlənməmiş, bir 
çox hallarda onlara münasibətini, həm də həmişə müsbət 
                                                           
15
 Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.239 
16
 Yenə orda, Əxlaqi-nasiri. Bakı, 1989, səh.240 
17
 Yenəo rda, Əxlaqi-nasiri. Bakı, 1989, səh.240 


57 
 
münasibətini  bildirmişdir.  Şərq  peripatetikləri  öz  müəl-
limlərinin  fikirləri  ilə  razılaşmadıqda  ya  həmin  mübahi-
səli fikirlərdən ümumiyyətlə istifadə etmir, ya da onlara 
yuxarıda göstərdiyimiz şəkildə müdaxilələr edirdilər (is-
tisna  hallarda  Aristotelin  fikrinə  müxalif  olan  düşüncə 
açıq  şəkildə  ifadə  olunurdu).  Tusinin  Aristotelə  müsbət 
münasibətinin bir neçə konkret nümunəsini gətirək: 
1.“Həkim (filosof) Aristatalisin tərtib etdiyi, nəzəriy-
yədən  əməliyyəyə  keçirdiyi  “məntiq”  elminə  gəldikdə, 
demək lazımdır ki, o, əşyaların keyfiyyətini bilmək, məc-
hul  olanları  ortaya  çıxarmaq  üsulundan  ibərətdir. 
Deməli, əsl mənada bir alət, bir açar mənziləsindədir”
18
;  
2.”Filosof  Aristatalis  özünün  “Əxlaq”  kitabının 
başlanğıcını  bu  məsələyə  həsr  etmişdir,  insafən  demək 
lazımdır  ki,  burada  ən  düzgün  rəy:  fikrin  əvvəl,  əməlin 
sonralığı hökmüdür”
19

Göründüyü kimi, parçalarda Tusi “birinci müəllimin” 
fikrilərini şərh və təhlil edir. O ki qaldı Aristotelin ümu-
miyyətlə istifadə olunmamış fikirlərinə, burada Tusi tam 
müstəqil  yolla  gedirdi.  Aristotelin  elə  fikirləri  olurdu  ki, 
Tusi  onlara  yalnız  islam  ideologiyası  baxımından  deyil, 
həm  də  bir  filosof,  elm  xadimi  kimi  tənqidi  münasibət 
bəsləyirdi.  O  zaman  şərq  filosofu  qədim  yunan  filosofu-
nun həmin müddəasını ya qədim İran tərbiyə nəzəriyyəsi 
ilə,  ya  şəriətin  müəyyən  norması  ilə,  ya  da  özünün  sub-
yektiv  fikri  ilə  əvəzləyirdi.  Bu  hissələr  daha  çox  fəlsəfə-
                                                           
18
Xacə Nəsirəddin. Tusi. Əxlaqi-nasiri. Bakı, 1989, səh.37 
19
 Yenə orda, Əxlaqi-nasiri. Bakı, 1989, səh.63 


58 
 
nin,  etikanın,  ictimai-siyasi  həyatın  köklü  məsələlərinə 
aid yerlər olurdu (varlıq, idrak və emanasiya nəzəriyyə-
ləri və s.).  
Tədqiqatımızda  “Əxlaqi-Nasiri”də  antik  fəlsəfə  ilə 
bağlı  bir  sıra  mühüm  məsələlərə  toxunmaqla  məqsədi-
miz ilk növbədə şərq peripatetiklərinin əsərlərini fələsə-
fə ilə yanaşı, klassik filologiyamızın (antik filosoflar eyni 
zamanda antik filoloqlar idi) da tədqiqat dairəsinə daxil 
etmək və bu sahədə görülməsi mümkün olan işlərin həc-
mini diqqətə çatdırmaqdır. Belə ki, biz yalnız bir peripa-
tetik  alimin  tək  bircə  əsərini  yığcam  təhlil  etdik.  Lakin 
ciddi tədqiqata cəlb olunmalı hələ nə qədər ərəbdilli pe-
ripatetik filosofu və onların nə qədər əsərləri vardır. On-
ların hər biri ayrıca dissertasiyanın mövzusu ola bilər və 
olmalıdır. 
Eyni zamanda, biz bu sahədə çalışmağın spesifik çə-
tinlikləri olduğunu gözəl başa düşürük. Bu çətinliklərdən 
başlıcası  xarici  dil  problemidir.  Şərq  peripatetiklərinin 
hansısa  əsərini  yüksək  səviyyədə  tədqiq  etmək  üçün 
müasir beynəlxalq dillərdən birini (ingilis, rus və s.), qə-
dim  yunan  və  əsərin  yazıldığı  dilləri  (ərəb,  yaxud  fars) 
bilmək zəruridir. Tədqiqat zamanı mümkün qədər tərcü-
mə  olunmuş  mətnlərdən  imtina  etmək  lazımdır.  Belə 
qayda klassik filologiya ilə məşğul olan ən görkəmli alim-
lər  tərəfindən  artıq  çoxdan  tətbiq  edilir.  Orijinalın  dili 
müasir dövrdə yaşayan tədqiqatçını qədim dövrün alimi 
ilə üz-üzə qoyur, onların arasında heç bir vasitəçiyə ehti-
yac  qalmır.  Yuxarıda  sadaladığımız  dillərin  hamısını 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə