Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə16/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

64 
 
şairləri  hər  hansı  mövzuda  yazdıqları  əsərləri  əvvəlcə 
Allaha,  peyğəmbərə  münacatla  başladıqları  kimi,  bu 
dövrün  alimləri  də  öz  tədqiqatlarını  K.  Marksın,  F. 
Engelsin,  V.  Leninin  mövzuya  aid  fikirlərini  sitat  gətir-
məklə başlayır, klassik ədiblərimizin nət və münacatları 
bir-birinə  necə  bənzəyirdilərsə,  marksizm  filosoflarına 
həsr  olunmuş  bu  hissələr  də  bir-birinə  eləcə  bənzə-
yirdilər.  Burada,  adətən,  Marksın  yunan  mifologiyası 
haqqında fikirləri verilir, onun mifologiya tərifi, ayrı-ayrı 
yunan  şairləri  və  dramaturqları  haqqında  düşüncələri 
qeyd olunurdu.  
Ə.  Ağayevin  jurnal  məqaləsində  bu  ənənəvi  giriş 
hissəsindən  sonra  bilavasitə  Homer  yaradıcılığı  haqqın-
da məlumat gəlir ki, bu da müəllifin 1938-ci il dərsliyin-
dəki  Homerə  aid  yazının  demək  olar  təkrarıdır.  Burada 
“Homer  sualı”na  aid  klassik  filologiyada  mövcud  olan 
nəzəriyyələr  göstərilir  və  sonra  müəllif  ona  dair  öz 
fikrini  bildirir.  Müəllif  Homer  poemalarının  kollektiv 
yaradıcılıq  məhsulu  olması  fikrindədir.  Məqalənin  ən 
maraq doğuran yeri isə “İlliada” ilə “Odisseya” arasındakı 
fərqlərin  göstərildiyi  hissədir.  Həmin  yer  fikrimizcə 
burada  bütövlükdə  göstərilmməyə  layiqdir:  “İlliada” 
müharibələr,  “Odisseya”  isə  sülh  eposudur,  “İlliada” 
böyük  hərəkət  və  yürüşlərin,  “Odisseya”  isə  səbr  və  sə-
batlığın  təsvirini  verir,  “İlliada”  tragediyalar,  “Odisseya” 
imtahanlar eposudur”
21
. Yığcam, lakin dəqiq təsbitlərdir. 
                                                           
21
  “Revolyusiya və kultura” (jurn.). 1941., 2-ci sayı. 


65 
 
Məqalə  “İlliada”  poemasının  qısa  məzmununu  verməklə 
başa  çatır.  Eyni  strukturu  “Revolyusiya  və  kultura” 
jurnalının 1941-ci il 3-cü nömrəsində gedən “Yunanıstan 
ədəbiyyatında  lirika”  məqaləsində  də  görmək  olar. 
Burada  da  əvvəlcə  qədim  yunan  lirikasının  meydana 
gəldiyi  dövr  (VII-VI  əsrlər  göstərilmişdir)  haqqında, 
qəbilə  quruluşunun  dağılması  ilə  əlaqədar  yeni  sinifli 
cəmiyyətin lirika üçün münbit şərait yaratması haqqında 
qısaca  icmal  verilir.  Sonra  hər  bir  yunan  liriki  haqqında 
(Arxilox,  Tirtey,  Alkey,  Sapfo,  Anakreont)  ayrıca  qısa 
məlumat  verilir  və  onların  yaradıcılıqlarından  parçalar 
(M. Rzaquluzadənin tərcüməsində) təqdim edilir. 
Göründüyü  kimi,  hər  iki  məqalə  tanışlıq  xarakteri 
daşıyır.  Burada  müəllif  qarşısına  müəyyən  məsələni 
tədqiq etmək, onu hərtərəfli öyrənmək məqsədi qoymur, 
yalnız  nəzərdən  keçirdiyi  mövzu  haqqında  ümumi 
məlumatlar verir. Hətta verilən məlumatların özləri belə 
bəzən  həqiqətə  uyğun  gəlmir.  Məs.,  alim  Arxiloxun, 
Sapfonun,  Anakreontun  yaradıcılıqları  haqqında  danı-
şarkən,  onların  “epikurizmi”ni  vurğulayır.  Halbuki, 
yunan lirikləri ilə Epikür arasında ən azı 2 əsrlik zaman 
kəsiyi  mövcuddur.  Məlumdur  ki,  antik  lirik  şairlərin 
yaradıcılığına o dövrün ən geniş yayılmış fəlsəfə məktəb-
lərindən  sofistikanın    və  sokratsayağı  azadfikirliyin 
müəyyən təsiri olmuşdur.    
Ə. Ağayevin antik ədəbiyyatla məşğul olmaqda ikinci 
məqsədi  yuxarıda  göstərdiyimiz  kimi,  ali  məktəblərin 
filologiya  fakültəsi  tələbələrini  müəyyən  dərs  vəsaiti  ilə 


66 
 
təmin  etmək  idi.  O  dövr  Azərbaycanda  bu  sahəyə  aid 
dərslik  yaratmağa  böyük  ehtiyac  vardı.  Bütün  İttifaq 
respublikalarında  filologiya  fakültələrdə  keçilən  “Antik 
ədəbiyyat” kursu üçün həmin respublika əhalisinin yerli 
dilində  dərslik  yaratmaq  zəruri  idi  və  bu  cür  dərsliklər 
hər  yerdə  yaranırdı.  Böyük  ehtimalla  bu  işin  özü  də 
mərkəzin tapşırığı əsasında görülürdü. Azərbaycanda bu 
cür  dərsliyi  yaratmaq  işini  Ə.  Ağayev  öz  üzərinə 
götürmüşdü. 1938-ci ildə “Yunan ədəbiyyatı tarixi oçerk-
ləri” adı ilə çap olunan dərslik  (redaktor Cəfərov) Azər-
baycan  dilində  antik  ədəbiyyata  aid  ilk  dərslik  idi.  O, 
bütün  antik  ədəbiyyat  kursunu  əhatə  etmir,  yalnız 
Homer  yaradıcılığından  Aristotelə  qədər  keçən  dövr 
haqqında, bu dövr ərzində fəaliyyət göstərən ən görkəm-
li ədiblər haqqında qısa icmal məlumatlar verilirdi. Lakin 
kitabın  sonunda  verilmiş  qeyddən  (“Birinci  hissənin 
sonu”)  aydın  olur  ki,  dərsliyin  davamını  nəşr  etmək 
nəzərdə tutulurdu.  
Antik ədəbiyyata aid Azərbaycan dilində yazılmış ilk 
dərslik  aşağıdakı  bölmələrdən  ibarətdir:  1)  Antik 
cəmiyyət  haqqında  marksist  anlayışı;  2)  Marksizm 
klassikləri  antik  cəmiyyət  və  antik  sənəti  haqqında;  3) 
Yunan  ədəbiyyatı,  Homer;  4)  Homerdən  sonra  yunan 
ədəbiyyatı  və  Hesiod;  5)  Lirika;  6)  Dramaturgiya;  7) 
Esxil;  8)  Sofokl;  9)  Evripid;  10)  Yunan  komediyası  və 
Aristofan; 11) Yunan fəlsəfəsi və Aristotel; 12) Ədəbiyyat 
siyahısı. Adı göstərilən bölmələrin keyfiyyətinə gəldikdə 
isə  Ə.  Ağayevin  məqalələri  üçün  dediyimiz  sözləri  kiçik 


67 
 
dəyişikliklərlə  onlara  da  şamil  etmək  mümkündür.  Biz 
burada  dərsliyin  yalnız  diqqətəlayiq,  eyni  zamanda 
mübahisə doğuran hissəllərini göstərməyə çalışacağıq.  
Dərsliyin  girişi  kimi  marksizm  klassiklərinin  antik 
ədəbiyyat haqqında söylədiyi fikirlər gətirildikdən sonra 
müəllif bilavasitə yunan ədəbiyyatına keçir və onun tari-
xi dövrləşməsini verir. Dövrləşmə yalnız antik ədəbiyyatı 
deyil,  sonrakı  yunan  ədəbiyyatını  da  (müasir  zamanlara 
qədər) əhatə edir və 3 dövrə ayrılır: 1) Qədim dövr ədə-
biyyatı; 2) Orta və ya Bizans dövr ədəbiyyatı; 3) XV əsrin 
ortalarından  sonrakı  Yeni  dövr  ədəbiyyatı.  Burada  veri-
lən II və III dövrlər antik ədəbiyyat kursuna aid olmadığı-
na görə, bütün yunan ədəbiyyatını bu cür dövrləşdirmə-
yə ehtiyac yox idi (burada yəqin ki, müəllifin istifadə et-
diyi  mənbələr  öz  təsirini  göstərmişdi).  Həmin  hissədən 
sonra I dövr xüsusi alınaraq, bir neçə mərhələyə bölünür 
ki,  antik  ədəbiyyatın  həqiqi  dövrləşməsi  məhz  bu  hissə 
sayılmalıdır. Müəllif “Qədim dövr” (bu dövr eyni zaman-
da “klassik dövr” kimi də adlandırılır) yunan ədəbiyyatı-
nı  3  mərhələyə  ayırır:  “İlk  dövr,  Attika  dövrü  və  İntihat 
dövrü”.  Ilk  dövr  Homer  yaradıcılığından  başlayaraq,  e.ə. 
475-ci  ilə  qədər  keçən  zaman  kəsiyini,  Attika  dövrü  e.ə. 
475-300-cü illəri, “İntihat dövrü” isə e.ə. 300-cü ildən b.e. 
529-cu  ilinə  qədər  keçən  müddəti  əhatə  edir.  Sonuncu 
dövrün özü də iki hissəyə - “Aleksandr mərhələsi”nə (e.ə. 
300-cü ildən e.ə. 146-cı ilə qədər) və “Yunan-Roma mər-
hələsi”nə  (mötərizədə  bu  mərhələ  “Ellinizm”  adlandırı-
lır) ayrılır.  


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə