Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə2/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   62


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
AZƏRBAYCANDA ANTİK ƏDƏBİYYATIN TƏDQİQİ 
TARİXİ VƏ PROBLEMLƏRİ 
(elmi-tədqiqat işi) 
 
 
 
 
 



 
GİRİŞ 
 
 
 
 
 
 
§  1.  Antik  ədəbiyyatın  xarakteri,  tarixi-ictimai, 
ideya-fəlsəfi əsasları və əhəmiyyəti.  
 
Antik ədəbiyyat dünya mədəniyyətinin təkrarsız inci-
lərindən biri olmaqla yanaşı, dövrünün ictimai-siyasi for-
masıyasını, iqtisadi-sosial vəziyyətini, dini-fəlsəfi, estetik 
görüşlərini əks etdirən ümumbəşəri tarixi hadisədir. Qul-
darlıq quruluşu bazasında formalaşmış antik mədəniyyət 
özünün elmi, incəsənəti və praktiki həyatı ilə həmin qu-
ruluşun  spesifik  keyfiyyətlərini  özündə  daşıyır.  «Yalnız 
quldarlıq  əkinçilk  və  sənaye  arasında  daha  geniş  əmək 
bölgüsünə  və  bunun  nəticəsində  qədim  yunan  dünyası-
nın  çiçəklənməsinə  imkanı  yaratdı.  Quldarlıq  olmadan 
yunan dövləti, yunan incəsənəti və elmi olmazdı, quldar-
lıq olmadan Roma da olmazdı”
1
. Icma daxilində ayrı-ayrı 
fərdlərin  ümumi  icma-tayfa  institutlarından  asılılığa 
əsaslanan  ibtidai-icma  quruluşundan  fərqli  olaraq,  qul-
darlıq böyük əmək bölgüsünə səbəb olmaqla ilk mərhə-
lədə mütərəqqi ictimai formasiya xarakteri daşıyırdı. Ye-
                                                           
1
 Ф. Энгельс. Происхождение семьи, частной собственности и государства. М., 
1937, Cоч., т. 16. 



 
ni  təşəkkül  tapan  quruluş  cəmiyyətdə  xüsusi  insanlar 
qrupunu  formalaşdırırdı  ki,  onların  da  əsas  funksiyası 
elm və incəsənətlə məşğul olmaq, itirilmiş icma-tayfa nü-
fuzu  yerinə  birgəyaşayışın  yeni  ideya-fəlsəfi  əsaslarını, 
yeni ideologiyanı yaratmaq idi.   
Quldarlıq  yeni  ictimai  münasibətləri  formalaşdır-
maqla yanaşı, ayrıca götürülmüş insanın təfəkkürünü ic-
ma-tayfa  basqısı  altından  çıxararaq,  ona  yaşamaq  üçün 
həyat vasitələrini müstəqil aramaq, buna görə də təbiəti, 
kosmosu öyrənmək imkanı verirdi. Keçmiş formasiyanın 
məhsulu olan mifoloji təfəkkür artıq yeni dövrdə ictimai 
şüurun tələblərinə uyğun gəlmirdi. Ətraf gerçəkliyi elmi 
şəkildə  öyrənmək  ehtiyacı,  mifoloji  allahlardan  qurtul-
maq,  təbiətin  obyektiv  qanunlarını  primitiv  şəkildə  olsa 
da  ifadə  etmək  cəhdləri  bütünlükdə  insan  dünyagörü-
şündə yeni mərhələnin başlanğıcından xəbər verirdi. Be-
ləliklə, təbiət haqqında ilk fəlsəfi görüşlər – naturfəlsəfə 
meydana  gəlir  (e.ə.  VI-V  əsrlər),  ətraf  aləm  fövqəltəbii 
qüvvələrdən  deyil,  bu  və  ya  digər  qanunlarla  idarə  olu-
nan  maddi  stixiyaların  (torpaq,  su,  hava,  od)  cəmindən 
ibarət  olur.  Bu  isə  artıq  yeni  ideologiyanın  ilk  işartıları 
idi. Lakin elm və fəlsəfə ictimai şüurun aparıcı forması ol-
maqla mifologiya heç də yoxa çıxmadı, bütün antik dövr 
ərzində  yeni  mənalar  qazanaraq,  bədii  obrazlar  halında 
yaşamağa davam etdi.  
Yeni ideologiyanın  yaranması ilə  yanaşı insanın mə-
nəvi-ruhani dünyası da icma basqısından tədricən qurtu-
laraq, azad nəfəs aldı. İnsanın şəxsi maraq və təlabatları 



 
getdikcə cəmiyyətin ümumi təlabatlarından fərqlənməyə 
başladı, şəxsiyyətlə ictimai münasibətlər arasında ziddiy-
yət  və  mübarizə  meydana  çıxdı.  Şəxsiyyətlə  bərabər  cə-
miyyət də inkişaf etdi və beləliklə, qədim icma-tayfa ins-
titutlarından fərqli struktur – antik polis (şəhər) - dövlət 
yarandı. Qədim Yunanıstanda yeni ictimai-tarixi formas-
yanın və ideologiyanın yaranması e.ə. I minilliyin 1-ci ya-
rısına təsadüf edir (IX-VIII əsrlər) və yeni tarixi epoxanı 
əks etdirən antik ədəbiyyatın meydana gəlməsi də məhz 
həmin dövrə aiddir.  
Bizim  eranın  V  əsrinədək  1000  ildən  artıq  dövr  ər-
zində  qədim  yunanlar  və  romalılar  özünəməxsus  ədəbi-
bədii nümunələr yaratmaqla dünya ədəbiyyatının inkişa-
fında xüsusi səhifə açdılar.  Antik ədəbiyyatın tarixi əhə-
miyyəti  haqqında  danışarkən,  bir  neçə  cəhət  xüsusilə 
vurğulanmağa layiqdir. İlk növbədə qeyd olunmalıdır ki, 
Avropa qitəsində sonrakı dövrlərdə yaranmış bütün ədə-
bi abidələr öz janr xüsusiyyətləri ilə məhz antik ədəbiy-
yatdan  intişar  tapmışlar.  Bundan  əlavə,  ideya-məzmun 
və  forma  cəhətdən  də  bütün  sonrakı  Avropa  ədəbiyyatı 
qədim yunan və Roma ədəbiyyatına əhəmiyyətli dərəcə-
də  borcludur.  Belə  ki,  məhz  antik  ədəbiyyat  nümunələ-
rindən    götürülmüş  bir  çox  hazır  mövzular,  hətta  bütöv 
süjet xətləri İntibah, Klassisizm, Maarifçilk, Realizm döv-
rü müəllifləri tərəfindən müəyyən dəyişikliklərə uğraya-
raq, geniş istifadə olunmuşdur.  
Antik ədəbiyyat ilk dəfə olaraq gözəllik və harmoniya 
idealını  yaratmışdır.  Qəhrəmanların  “nəcib  sadəliyi  və 


10 
 
sakit  böyüklüyü”  (İ.İ.  Vinkelman.  “Qədim  incəsənət  tari-
xi”) bu idealın ilkin səciyyəvi cəhətləri idi. Antik incəsə-
nətin (heykəltaraşlıq, rəssamlıq, ədəbiyyat) yaratdığı ob-
razlar  əsas  etibarilə  insani  ehtiraslardan,  əzab-əziyyət 
hisslərindən yüksəkdə durur, hətta həyatın ən ağrılı mə-
qamlarında belə gözəllik cizgilərini itirmirdilər. Əgər an-
tik mifologiyada gözəllik həm cəlbedici, həm də dağıdıcı, 
məhvedici gücə malik ola bilirdisə, həmin mifologiya əsa-
sında yaradılmış yazılı bədii nümunələrdə o, insan həya-
tının  yaradıcı  prinsipinə  çevrilirdi.  İnsanlar  və  allahlar 
harmoniyaya  və  xeyirxahlığa  əsaslanan  həyat  şəraitinin 
bərqərar  olması  üçün  şərlə,  ədalətsizliklə,  eybəcərliklə 
birlikdə mübarizə aparırdılar. İnsanın xarici və daxili, fi-
ziki və mənəvi gözəlliyinin vəhdətdə olması haqqında ilk 
ideyalar da məhz antik ədəbiyyatda meydana gəlmişdir.  
 “...Hazırda və bundan sonra da ali təhsilin əsasını ilk 
növbədə yunan, sonra isə Roma ədəbiyyatı təşkil etməli-
dir. Bu şedevrlərin kamilliyi  və gözəlliyi insanın ruhuna 
ilk və silinmməz ton verir, zövqün və elmin nüvəsini təş-
kil edən ruhi müqəddəslik, alicənablıq məktəbi olmalıdır. 
Bütün bunlardan hali olmaq üçün keçmişlə ümumi səthi 
tanışlıq kifayət deyildir: biz onların havasını, onların tə-
səvvürlərini,  onların  əxlaqını,  hətta  bəlkə  də  onların 
səhvlərini  və  mövhumatını  özümüzə  hopdurmaq  üçün 
onlarla  eyni  həyatı  yaşamalıyıq  və  onların  dünyasına  – 
bu vaxtadək mövcud  olan  bütün dünyaların ən gözəlinə 
uyğunlaşmalıyıq...”  G.V.  Hegelin  1808-ci  ildə  Nürnberq 
gimnaziyasında  söylədiyi  mühazirəsindən  gətirilmiş  bu 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə