35
Odur ki, bu regionun, həmçinin qədim Azərbaycan
ərazisində məskunlaşan xalqların qərb mədəniyyətinə və
incəsənətinə təsirini öyrənmək üçün ilk növbədə qədim
yunan şifahi və yazılı ədəbiyyat nümunələri təhlilə cəlb
edilməlidir. Problemə maraq gün-gündən artdığından
hesab edirik ki, Yaxın Şərq regionunun tərkibinə daxil
olan Qafqazda yaşayan xalqların (o cümlədən Azərbayca-
nın) klasssik filoloqları da bu sahəyə diqqəti artırmalı-
dırlar. Qədim şərq xalqlarının mədəni irsi dövrümüzə
qədər dağınıq və böyük itkilərlə gəlib çatdığından,
müxtəlif, hətta bir-birinə daban-dabana zidd ehtimallar
yürütmək mümkündür. Yaranmış boşluqdan istifadə
edən və bu ərazilərə sonradan gələn bəzi xalqların pro-
sesə qoşularaq, mövzu ilə əlaqədar irəli sürdükləri ən
ağlasığmaz ehtimalları önləmək üçün bu sahədə tədqi-
qatların kəmiyyət və keyfiyyət göstəcilərini yüksəltmək
zəruridir.
Yaxın Şərq – antik dünya ədəbi əlaqə və təsirləri
probleminin elmdə doğurduğu mübahisələrin və qarşı-
durmaların ciddiyyətini anlamaq üçün mövzunun tari-
xinə qısaca nəzər yetirmək kifayətdir. Qərb klassik filolo-
giyasında (eynilə tarixşünaslıqda və dilçilikdə) şəqr
dünyası – qədim yunan əlaqələri iki əsrdən artıqdır ki,
diqqət mərkəzindədir. Yunanlıların finikiyalı Kadm, mi-
sirli Danay haqqında əsatirləri, Herodotun Yunanıstanda
finikiyalılar haqqında verdiyi məlumatlar, yunan
yazısının finikiya yazısından əmələ gəlməsi hələ XVIII
əsrin ikinci yarısından etibarən Avropa alimlərini belə
36
bir fikirdə möhkəmlətmişdi ki, qədim yunan və Yaxın
Şərq sivilizasiyaları bir-birilə çox yaxından əlaqədə
olmuşlar
7
. Karsten Niburun Mesopotamiyada və İranda,
Napaleonun 1799-1801-ci illərdə Misirdə və Suriyada
təşkil etdiyi elmi ekspedisiyalar bu işdə böyük əhəmiy-
yətə malik idi. Arxeoloji qazıntılar zamanı bütün dünya
alimlərini heyrətdə qoyan Yaxın Şərq mədəniyyəti
inciləri aşkarlanmışdı. Lakin XIX əsrin birinci rübündən
bu məsələ ilə əlaqədar fərqli fikirdə olan alimlər
qrupunun tədqiqat işləri meydana gəldi. Bu qrupun əsası
1825-ci ildə K.O. Müller tərəfindən qoyuldu. Həmin ildə
o, finikiyalı Kadm və misirli Danay haqqında miflərin
uydurma olduğunu aşkarlayan elmi araşdırma ilə çıxış
etdi, bununla da finikiyalıların və misirlilərin qədim
Yunanıstana mədəni təsir göstərməsini şübhə altına aldı.
Alimlərin bu problemə münasibətdə parçalanması
işinə XIX əsrin birinci yarısında tarixi-müqayisəli
metodun dilçiliyə tətbiqi də öz təsirini göstərdi. Belə ki,
bu zaman yunan dilinin Hind-Avropa dilləri ailəsinə
mənsubluğu aşkarlandı və bu fakt Yaxın Şərq regionunda
eyni dövrdə, bərabər səviyyədə fəaliyyət göstərən bir
neçə dilin - yunan, arami, sami və b. dillərin qarşı-
qarşıya qoyulması ilə nəticələndi. Dillərin qarşıdurması
isə öz növbəsində mədəniyyətlərin qarşıdurması
meylinin güclənməsinə mənfi təsirini göstərdi. Alimlər
həmin dövrlər bu regionda yalnız iki dil ailəsini – Hind-
7
В.П. Яйленко. Архаическая Греция и Ближний Восток., М., 1990., səh. 56-57
37
Avropa (qədim yunan və fars dilləri) və sami dillərinin
(finikiya, hett-hurrit, akkad dilləri) mövcudluğundan
danışa bilərdilər. Lakin şumer dilinin mənşəyi ətrafında
yaranan mübahisələr, həmçinin arxeoloji qazıntılar
nəticəsində türkdilli xalqların da bu regionda ən qədim
zamanlardan məskunlaşması məlumatları bizə yeni
fərziyyələr irəli sürmək imkanı verir. Fikrimizcə, son illər
müqayisəli dilçilikdə aparılmış bir sıra tədqiqatlar qədim
yunan mədəniyyətinə təsir göstərən xalqlar sırasında
sami dilli xalqlarla yanaşı, türk dilləri ailəsinə daxil olan
tayfa və etnik qrupların adlarını da göstərmək üçün
kifayət qədər əsas yaranmışdır.
Beləliklə, XIX əsrdə Yaxın Şərq – qədim yunan əlaqə-
ləri mövzusunda mütəxəssislərin bir qrupu (orienta-
listlər) qədim yunan mədəniyyəti və sivilizasiyasının
dünya tarixində ikinci pillə olduğunu, onun Yaxın Şərq
(Şumer-Akkad, Babil, Misir, Finikiya) sivilizasiyasından
sonra gəldiyini qeyd edirdilərsə, klassik filologiya və
qədim dünya tarixi ilə məşğul olan alimlərin digər qrupu
(rasionalistlər) K.O. Müllerin fikrini daha da inkişaf
etdirərək, yunan mədəniyyəti və incəsənətinin müstəqil
inkişaf etməsi fikrini irəli sürür, Şərqin bu prosesdə hər
hansı rolunu inkar edirdilər. Bu qrupa daxil olan
alimlərin əsas hissəsi almanlardan ibarət idi və onlar
Hind-Avropa mədəniyyətinin yabançı dilli xalqların
mədəniyyətlərindən bəhrələnmələri fikri ilə heç cür
hesablaşmaq istəmirdilər (Yulius Belox, Helmut Berve).
Lakin elə XIX əsrin özündə alimlərin yeni dəstəsi
38
meydana gəldi. Bir qrup dilçi alim qədim yunan dilində
sami dillərindən alınma söz və ifadələri aşkarlayaraq
sistemləşdirdi və məlum oldu ki, qədim yunan dili belə
alınma sözlərlə olduqca zəngindir. Eyni zamanda,
arxeologiya da şərq dünyasının yunan mədəniyyətinə və
əksinə yunan mədəniyyətinin şərq mədəniyyətinə təsiri
məsələsində bir çox faktlar aşkarladı. Məlum oldu ki,
istər “orientalistlər”in şərq təsiri haqqında ifrat şişirdil-
miş mülahizələri, istərsə də “rasionalistlər”in yunan
mədəniyyətinin “təmiz” inkişaf yolu haqqında fikirləri
eyni dərəcədə doğru deyil. Beləliklə, alimlərin yeni
“universalistlər” qrupu formalaşdı (O. Qruppe, M.
Laqranje, D. Hoqart, F. Paulsen, B. Remsey və b.). Bu
alimlər şərq mədəniyyətinin ilkinliyini qəbul etməklə
yanaşı, hər iki sivilizasiyanın bir-birinə qarşılıqlı təsir
göstərməsi fikrini vurğulayırdılar. XX əsrdə aparılan
filoloji, dilçilik və arxeoloji tədqiqatlar nəticəsində “Yaxın
Şərq – qədim Yunanıstan əlaqələri” məsələsində qədim
yunan mədəniyyətinin “təmiz”liyi fikrini müdafiə edən
alimlərin demək olar bütün arqumentləri puça çıxarıldı.
Hazırda problem yalnız şərq təsirinin hansı dövrlərdən
başlaması, hansı ərazilərlə keçməsi, hansı üsullarla baş
verməsi suallarına aydınlıq gətirilməsindədir.
Artıq heç kimə sirr deyil ki, qarşılıqlı əlaqələrin tarixi
III minilliyə söykənir. Bir qrup alimlər qədim yunan
mədəniyyətinin və incəsənətinin inkişafında müstəsna
rola malik olan İoniya ərazisinin Yaxın Şərq xalqlarının
sivilizasiyası ilə yaxından bağlılığını, İoniya mədəniy-
Dostları ilə paylaş: |