Yazıçısı, istedadlı nasir, dramaturq, ssenarist və tərcüməçi Ənvər Qafar oğlu Məmmədxanlının



Yüklə 200,87 Kb.
Pdf görüntüsü
tarix06.10.2018
ölçüsü200,87 Kb.
#72930
növüYazı

background image
Ənvər Məmmədxanlının 100 illik yubileyinin keçirilməsi haqqında 

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

  

2013-cü  ilin  fevral  ayında  Azərbaycan  ədəbiyyatının  tanınmış  simalarından  biri,  xalq 



yazıçısı,  istedadlı  nasir,  dramaturq,  ssenarist  və  tərcüməçi  Ənvər  Qafar  oğlu  Məmmədxanlının 

anadan olmasının 100 illiyi tamam olur.  

Ənvər Məmmədxanlı ədəbi  prosesə həmişə təravət  gətirən əsərləri ilə xalqımızın  bədii-

mədəni  fikir  xəzinəsinin  zənginləşməsi  naminə  səmərəli  fəaliyyət  göstərmişdir.  Onun 

yaradıcılığı ana dilimizə həssas yazıçı yanaşmasının parlaq nümunəsidir. 

Azərbaycan  Respublikası  Konstitusiyasının  109-cu  maddəsinin  32-ci  bəndini  rəhbər 

tutaraq,  milli  ədəbiyyatımızın  inkişafı  sahəsində  mühüm  xidmətlər  göstərmiş  Ənvər 

Məmmədxanlının 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram: 

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Milli Elmlər 

Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə, Azərbaycan Yazıçılar 

Birliyinin təkliflərini nəzərə almaqla, xalq yazıçısı Ənvər Məmmədxanlının 100 illik yubileyinə 

həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin. 

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri 

həll etsin. 

 

İlham Əliyev  

Azərbaycan Respublikasının Prezidenti 

 

Bakı şəhəri, 6 fevral 2013-cü il. 



 

Yüklə 200,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə