Yazi müsabiqəsinin qalibi. 2016-cı ıl almas dadashova



Yüklə 57,74 Kb.
tarix05.02.2018
ölçüsü57,74 Kb.
#24963
növüYazi



DİFFUZİYA

ALMAS DADAŞOVA

Salyan rayonu A.Əliyev adına Aşagı Kürkənd tam orta məktəbin fizika müəllimi.”ƏN YAXŞI YAZI “ müsabiqəsinin qalibi.2016-cı ıl.

almas_dadashova@mail.ru

Yüksək nəticələr əldə etməyin optimal yollarından biri də yeni təlim texnologiyalarını(interaktiv təlim metodlarını) dərindən mənimsəmək,dərs prosesində bu metodlardan və İKT dən,internet resurslardan istifadə etməkdir.Bunu nəzərə alaraq,dərslərimi günün tələbləri səviyyəsində qurmaga ,yeni təlim texnologiyalarından,resurslardan istifadə etməyə çalışıram.

Bunları nəzərə alaraq həmkarlarımla aşagıdakı dərs nümunəsini paylaşmaq istəyirəm.

Sinif:VI

Fənn:Fizika

Mövzu: Diffuziya

Standartlar:2.1.1.Maddələri quruluşuna (aqreqat hallarına)görə fərqləndirir.

2.1.4.Maddələri quruluşuna (aqreqat hallarına) dair sadə məsə-

lələri həll edir.

2.2.1.Təbiətdəki əlaqəli sistemləri və qarşılıqlı təsirləri fəqləndi-

rir.

3.1.2.Sadə təcrübələr aparır,nəticələrini təqdim edir.



Məqsəd: 1.Maddə molekulları arasında qarşılıqlı təsirləri şərh edir.

2.Bərk cisim,maye və qazların fərqli xassələrə malik olmalarının

səbəbini molekulyar quruluşu əsasında izah edir.

3.Mövzuya aid keyfiyyət xarakterli məsələləri həll edir.



İnteqrasiya:İnf-2.1.2,H.B-1.1.1,Riy-4.1.1.,Kim-1.2.1.

İş forması: Qruplarla iş,fərdi iş

İş üsulları: Müsahibə,müzakirə

Resurslar:Dərslik,qruplar üzrə iş vərəqələri,proyektor,kompyuter,təvrübə

üçün müxtəlif avadanlıqlar,internet rsurslar,slaydlar.



KEÇMİŞƏ NƏZƏR SALAQ.

Qədim ynan alimi Demokrit ilk dəfə olaraq aşagıdakı fərziyyələri söyləmişdir.

1.Bütün cisimlər atomlardan təşkil olunmuşdur.

2.Cismi təşkil edən hissəciklər arasıkəsilməz(istilik)hərəkətdədirlər.

3.Həmin hərəkətin təzahür formalarından biri diffuziyadır

- Molekullar atomlardan ibarətdir.

- Eyni bir maddənin molekulları eynidir.

-Müxtəlif maddələrin molekulları müxtəlifdir



MADDƏNİN AQREQAT HALLARI

Kainatda bütün maddələr 4 halda mövcuddur.



BƏRK. Bərk maddəni təşkil edən molekullar müəyyən

nizamlı düzülüşə malikdir.Həcm və formalarını saxlayır.



MAYE. Mayeni təşkil edən molekulların nizamlı düzülüşü yoxdur,onlar asanlıqla yerlərini sərbəst dəyişə bilir.Mayelər formalarını dəyişə bilir.,lakin həcmləri dəyişmir.

QAZ.Qazları təşkil edən molekullar arasındakı məsafələr onların öz ölçülərindən çox-çox böyükdür. Qaz molekulları havada fasiləsiz sərbəst hərəkət edir və hər yerə yayılır.

PLAZMA. Plazma ionlaşmış maddədir.Günəş və

parıldayan ulduzlar belə maddələrdəndir.

TƏKLİFLƏRDƏN HANSI DOGRUDUR.

1.Qızdırıldıqda maddənin molekullarının ölçüləri artır .

2.Qızdırıldıqda maddənin molekullarının arasındakı

məsafə artır.

MOTİVASİYA

Şagirdlərin diqqəti ekranda əks olunan aşagıdakı şəkillərə yönəldilir.



Şəkil. 1. 100ml suyun üzərinə 100ml spirt əlavə edilir.Qarışıgın menzurkada

göstərişi 190 ml olur.



Şəkil.2. İçərisində qaynar su olan stəkana Şəkil.3. Ətrin agzını açdıqda

çay paketi salınır.Suyun rəngi qırmızıya qoxusu ətrafa yayılır .

dogru dəyişir.

Şəkil.4 İçərisində su olan qaba göydaş Şəkil.5. 4-ildən sonra qızıl

məhlulu əlavə etdikdə bir müddətdən və gümüş külçələri bir-bi-

sonra məhlulla su arasındakı sərhəd yox rindən ayırmaq mümkün ol

olacaqdır. mamışdır.

Şəkillər təqdim edildikdən sonra təzə mövzuya keçid almaq üçün aşagıdakı tədqiqat sualını verirəm.

TƏDQİQAT SUALI:Verilmiş şəkilləri bir-biri ilə əlaqələndirən nədir?

Maddələrin müxtəlif xassələrinin təzahürü onların molekulyar quruluşudan necə asılıdır?

Şagirdlər hər biri şəkillərlə tanış olur və təfəkkürlərinin süzgəcindən

keçirirlər.Münasib cavablar alındıqdan sonra şagirdlərə aşgıdakı mövzunu

təqdim edirəm.



Mövzu: DİFFUZİYA.

Tədqiqatın aparılması üçün şagirdlərə suallar verilir və bütün dərs prosesində onlar bu suala cavab tapmaga yönəldilir.

1)100 ml spirti 100 ml suyun üzərinə əlavə etdikdə alınan mayenin yekun həcmi 200 ml olacagı halda 190 ml catışmayan 10 ml hara yox olub?

2)Stəkandakı qaynar suya içərisində çay olan paketi əlavə etdikdə hansı hadisəni müşahidə edəcəksiniz?

3)Ətir olan qabın qapagını açdıqda ətirin qoxusu otagın hər tərəfinə yayılır.Bu necə olur?

Tədqiqat prosesində köməkçi xarakter daşıyan sual -tapşırıqlardan istifadə edirəm.Lövhədə şxələndirmə diaqramını təqdim edərək aşagıdakı köməkçi sual- tapşırıqla sinfə müraciət edirəm.

Maddə xəritəsi”ndə(şaxələndirmə cədvəli) boş yerlərə açar sözlərdən uygun olanı yazın.



Açar sözlər:neytron,bərk cisim,atom,proton,atom nüvəsi,maye

............. .............. ............. elektron

.................. Molekul

Plazma Maddə ............

............. ................

Şagirdlərlə müsahibə,müzakirə, atom və molekullar haqqında bilikləri bir daha xatırlatdıqdan sonra izahat verirəm ki,yuxarıda göstərilən hadisələrə səbəb 1. Atomlar(molekullar) arasında olan boşluqlar-ın və



2.Atom və molekulların hizamsız(xaotik ) hərəkətidə olmasıdır.

Bunun nəticəsində müxtəlif maddələr müxtəlif vasitələrlə bir-biri ilə qarışdıqda həmin maddələrin atomları(molekulları) bu boşluqlarla istənilən yerə hərəkət edə bilirlər.

Fizikada bu hadisə diffuziya adlanır.

DİFFUZİYA-bir maddə molekullarının digər maddə molekulları arasına nüfuzetmə hadisəsidir.

Diffuziya” –(diffuzio) latın sözü olub yaılma,səpələnmə deməkdir.



c:\users\hp\appdata\local\microsoft\windows\inetcache\content.word\рисунок21.jpg

Diffuziyadan öncə. Diffuziyadan sonra.



DİFFUZİYANIN SÜRƏTİ.

1. Maddənin aqreqat halından asılıdır.

DİFFUZİYA

BƏRK MAYE QAZ

c:\users\hp\appdata\local\microsoft\windows\inetcache\content.word\рисунок30.jpg

2.Temperaturdan asılıdır.

Diffuziyanın sürəti temperaturdan asılıdır.Tamperatur artdıqda diffuziyanın

sürəti artır.Bu onunla izah olunur ki,temperatur artdıqda molekulların hərəkət

sürəti artır.Diffuziya daha tez baş verir.

Qənd parçası isti suda soyuq suya nisbətən daha tez həll olur.

DİFFUZİYA ƏTRAFIMIZDA.

8.jpg

1.DİFFUZİYA BİOLOJİ ALƏMDƏ

. Bitkilər tənəffüs edir.

.Bitkilər qidalanır.

. karbon qazınınudulması və insana lazım olan oksigenin.origina2l.jpg

ayrılması baş verir.



.Təbii su tutarlar və akvariumlar oksigenlə təchiz olur.

.Diffuziyanın olması ilə agırlıq qüvvəsinin təsiri altında troposferin təbəqələşməsi gedir.

2.DİFFUZİYANIN İNSAN HƏYATINDA ƏHƏMİYYƏTİ

.Tənəffüs zamanı oksigenin ətraf

mühitdən agciyərlərə oradan

toxumalara ,qida maddələrinin

bagırsaqdan qana keçməsi diffuziya

nəticəsində baş verir

DİFFUZİYA VƏ İNSANIN TƏHLÜKƏSİZLİYİ.

Qidaları bişirmək üçün məişətdə işlətdiyimiz təbii yanar qazın iyi və rəngi yoxdur.İnsanların oldugu qapalı yerlərdə qaz sızmasını hiss etmək üçün təbii qaza əlavə olaraq kəskin qoxusu olan maddə vurulur.Diffuziya nəticəsində bu maddə qaza qarışır və qazın iyi hiss edilir. Beləliklə baş verə biləcək təhlükə sovuşur.



DİFFUZİYA MƏİŞƏTDƏ

Tərəvəzlərin duza qoyulması,mürəbbələrin bişirilməsi diffuziya hadisəsinə

əsasalanır.Diffuziya nəticəsində limon çayın rəngini dəyişir.

DİFFUZİYA TEXNİKADA

Diffuziya hadisəsi əsasında DİFFUZİYA QAYNAGI quraçdırılmışdır ki,orada metallar,qeyri-metallar ,plastik maddələr bir –biri ilə qaynaq edilir.Qaynaq ediləcək hissələr qapalı qaynaq kamerasında yerləşdirilir,güclü vaakum şəraitində 800-dək qızdırılır.Nəticədə toxunan səthlərdə atomların intensiv şəkildə diffuziyası baş verir.



YARADICI TƏTBİQETMƏ

İş vərəqi №1 /test

1.Diffuziyanı hansıanlayışlar qrupuna aid etmək olar?

A) fiziki kəmiyyət B) ölçü vahidi C) fiziki hadisə

2.Diffuziyanın yaranmasına səbəb nədir?

A) molekulların hərəkəti B)agırlıq qüvvəsinin molekula təsiri

C)molekulun ölçüləri



İş vərəqi №2 /test/

1.Maddənin hansı aqreqat halında diffuziya axını sürətli olar?

A) qaz halında. 2) bərk halında 3) maye halında

2).Mayelərdə diffuziya hadisəsi olan variant göstərin.

A)spirt suda həll olur. B) ətirin qoxusu otaga yayılır.C)naftalinin qoxusu

havada yayılır.



İş vərəqi №3 /test/

1.Temperaturun artması ilə diffuziyanın sürətinin artmasına səbəb nədir?

A) molekulun hərəkət sürətinin artması.

B) molekulların xaotik hərəkətinin artması.

C) molekullar arasınada məsafənin artması.

İş vərəqi №4 /test/

1.

2.


.

DIFFUZIYANIN ZƏRƏRLƏRI

. Okean və dənizlərə axıdılan milyon tonlarla neft tullantıları orada olan canlılara öldürücü təsir göstərir.

. Atmosferə buraxılan zəhərli qazlar ekologiyanı çirkləndirir.



QİYMƏTLƏNDİRMƏ.

İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT VƏ RESURSLAR.

1.M.Murquzov,R.Abdurazaqov,R.Əliyev

Fizika dərsliyi 6-cı sinif

2.M.Murquzov,R.Abdurazaqov,R.Əliyev,Ə.Gərayev,Z.İsayev

Fizika.Müəllim üçün metodik vəsait

3.http://struturesubstan.narod.ru/popquiz.htm

4.http://xumuk.rulencklopedia/4214.ht ml

5.http://www.utube.ru/pages/video/1606

6/http//ru.wikipedia.orq/wiki/Diffuziя

7.Fizikadan 6-sinif üçüntest kitabçası



8.Word -2007 proqram;
Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə