Yazılı mənbələrdən məlumdur ki, şifahi-professional musiqinin ilk növləri "nəva", "rah", "xosrovani" və



Yüklə 151,05 Kb.
Pdf görüntüsü
tarix25.07.2018
ölçüsü151,05 Kb.
#58944
növüYazı


“Qobustan”.-2009.-№3.-S.70-73.

Muğam elmi mənbələrdə

Şifahi-professional  musiqi  janrlarının  yaranması üçün  məhz  folklor  musiqisi  əsas  mənbə  olmuşdur.  Eyni

zamanda folklor və şifahi-professional musiqinin fərqli cəhətləri də mövcuddur. Belə ki, şifahi-professional musiqi

çox inkişaf etmiş tərkib və forma, mürəkkəb ifadə vasitələri ilə seçilir.

Yazılı mənbələrdən  məlumdur  ki,  şifahi-professional  musiqinin  ilk  növləri  "nəva",  "rah",  "xosrovani"  və

başqa adlar daşıyırdı. Bunlar da tərcümədə avaz, nəğmə, üsul, hava, silsilə əsər mənasını verir.

Zaman keçdikcə ilkin nümunələr folklor sinkretizmindən ayrılaraq müstəqil formalar kimi inkişaf  etmiş və

nəticədə  Şərqdə,  o  cümlədən  Azərbaycanda  elə  musiqi  nümunələri  yaranmışdır  ki,  bunlar  öz  inkişafının  yüksək

səviyyəsi, ifadə vasitələrinin mürəkkəbliyi, lad-məqam sistemləri, kamilliyi və s. cəhətlərilə fərqlənir. Bu şifahi janr

nümunələri Şərq xalqlarında müxtəlif - ərəb və "türklərdə "makam", Azərbaycanda "muğam", tacik və özbəklərdə

"makom",  uyğurlarda  "mukam",  İranda  "dəstgah",  hindlilərdə  "raqa",  yaponlarda  "qaqaku",  qazaxlarda  "küy",

indoneziyalılarda  "patet",  qırğızlarda  "kü"  və  i.a.  adlarla  məlumdur.  Bu  baxımdan  muğam  sözü  "makam"  və  ya

"makam" sözləri ilə eyni məna daşıyır.

Bu  musiqi  mədəniyyəti  təkcə  ifaçılıq  praktikasının  yüksək  səviyyəliyilə  deyil,  eyni  zamanda  elmi-nəzəri

cəhətdən inkişafı ilə də fərqlənmişdir. Bu isə öz növbəsində musiqişünaslıq elminin - yeni musiqinin elmi cəhətdən

öyrənilməsi təcrübəsinin yaranmasına təkan vermişdir.

Görkəmli  rus  musiqişünası B.V.Asafyev  musiqi  elmi  ilə  praktikanın  vəhdətindən  söz  açarkən  belə  yazır:

"Musiqi onun haqqında fikrin inkişafı ilə birlikdə yaranır. Çünki o, musiqi mədəniyyətinin ayrılmaz hissəsidir".

... Öz dövrünün məşhur filosofu olan Əbunəsr əl-Fərabi (870-950) özünün "Musiqi haqqında böyük kitab",

"Ritmlərin təsnifatı kitabı", "Musiqi haqqında söz", "Əl-məqalat" kimi fundamental elmi əsərlərində ilk dəfə olaraq

muğam məsələlərinə də geniş yer vermişdir.

Onun  "Musiqi  haqqında  böyük  kitab"ı  irəli  sürülən  problemlərin  əhatəliliyi,  onların  həll  olunmasının

dərinliyi  baxımından  öz  dövründə  həm  Şərqdə,  həm  də  Avropada  misilsiz  tədqiqat  əsəri  idi.  Fərabinin  fikrincə,

"musiqi  praktikasının  nəzəriyyəni  qabaqlaması  əsas  şərtdir.  Praktika  müəyyən  inkişaf  yolu  keçdikdən  sonra,

təkmilləşmiş  melodiyalar,  stabilləşən  musiqi  ənənələri  və  s.  cəhətlər  yarandıqdan  sonra  məhz  nəzəriyyə  əmələ

gəlir."


Fərabinin 941-ci ildə tərtib etdiyi "Əl-məqalat" adlı musiqi traktatında ritmik dairələrə geniş yer vermişdir.

Böyük  loğman,  elmin  müxtəlif  sahələrində  dəyərli  əsərlər  müəllifi  İbn-Sinanın  (980-1037)  əsas  musiqi  əsəri  -

"Musiqi haqqında traktatı bilavasitə Fərabinin "Musiqi haqqında böyük kitab"ının təsiri altında yaradılmışdır.

İbn-Sina  bu  əsərində  musiqini  riyaziyyat  bölməsində  verərək  səsləri  bir-birilə  qarşılaşdıran  və

kompozisiyaya yaradılması üçün məqsəd əhəmiyyətini daşıyan bir elm kimi müəyyənləşdirir.

IX-XI əsrlərdə musiqi nəzəriyyəsini Fərabi, İbn-Sina, Əl-Kindi (IX əsr), Əl-Xorəzmi kimi görkəmli alimlər

işləmişlər.  Ü.Hacıbəyli  də  musiqi  sənətində  12  muğamın  və  6  avazın  yaranmasında  bu  alimlərin  roluna  yüksək

qiymət verir.

XIII-XV  əsrlərdə  musiqi-nəzəri  fikrin  parlaq  dövrü  böyük  Azərbaycan  alim  və  musiqiçiləri  Səfiəddin

Urməvinin (1230-94) və Əbdülqadir Marağayinin (1351-1433) adı ilə bağlıdır.

Urməvinin  15  fəsildən  ibarət  "Kitab-əl-Ədvar"  və  5  fəsildən  ibarət  "Risaleyi-Şərəfiyyə"  əsərləri  xüsusilə

diqqətə layiqdir. O, orta əsr musiqi elmində ilk dəfə musiqi səslərini hərf-rəqəmli sistemdən istifadə edərək kağız

üzərinə qeyd etmişdir. Alim "Kitab Əl-Ədbar" da muğam, şöbə, avazlar, ritmik dövrlər, pərdələrin yeri, məsafəsi və

nisbəti,  vətərlər,  bir  pərdədən  digərinə  keçməkdə  vətərlərin  rolu,  ud  vətərlərinin  tənzimi,  muğam  melodiyalarının

udda necə alınması barədə maraqlı fikirlər yürüdür. Kitabın IX fəsli muğamlar-dan bəhs edir. Bu fəsil belə başlanır:

"Musiqi sənəti ilə məşğul olan hər kəs "şüdud" adlanan dövrlərlə rastlaşır. Bu dövrlərin hər biri özlüyündə xüsusi

bir  təməl  üzərində  dayanan  bina  timsalında  dəsgahdır.  Bunların  sayı 12-dir:  Uşşaq,  Nəva,  Əbu  Salik,  Rast,  İraq,

İsfahan,  Zirəfkənd,  Büzürg,  Zəngulə-Rəhavi,  Hüseyn,  Hicaz.  Kitabın X  fəslində  dövrlərdəki  şöbələrdə,  XI  və  XII

fəsillərində isə ud musiqi alətinin pərdələr sistemi ilə əlaqələri, diapazonu, 12 muğamın ayrı-ayrılıqda ud alətlərində

pərdələr cədvəli göstərilir.

Urməvinin davamçılarından olan Əbdülqadir Marağayi də Yaxın və Orta Şərqin görkəmli alimi olaraq, ud,

ney  və  s.  musiqi  alətlərində  gözəl  çalğıçı,  musiqi  əsərlərinin  müəllifi  kimi  tanınaraq,  bir  neçə  traktat  yazmış,

Azərbaycanın, ümumilikdə  Şərq  ölkələrinin  musiqi  sənəti  nailiyyətlərini  ümumiləşdirmişdir.  Onun  musiqi  elminə

həsr etdiyi ən böyük əsəri "Came-ül-əl-han"dır (Havacat). Bundan başqa "On fayda", "Melodiya haqqında", "Mahnı

xəzinəsi"  və  "Mahnılar  risaləsinin  izahında  seçmə  nəğmələr"  əsərləri  də  məhz  musiqi  elminə  həsr  olunmuşdur.

Marağalı bu əsərlərində muğama dair çox maraqlı təhlillər aparır. Tədqiqatçıya görə bəzi alimlər elə düşünürlər ki,

bütün  dairələri  pərdə  adlandırmaq  olar.  Marağayi  bu  mülahizə  ilə  razılaşmır.  Beləliklə,  məlum  olur  ki,  Marağayi

"muğam", ona rəğmən "pərdə" terminini işlədəndə 12 əsas lad nəzərdə tutulurdu.

Alim əsərlərində muğamların bədii-emosional təsirindən də bəhs edərək yazırdı: "Türklər "Uşşaq", "Nəva",

"Busəlik" muğamlarında bəstələməyi üstün tuturlar".

XV  əsrdə  yazıb-yaratmış  Əbdürrəhman  Cami  (1414-92)  şairliklə  yanaşı  musiqi  elminə  dair  "Musiqi



haqqında  traktat"  adlı  bir  əsər  də  yaratmışdır.  Traktatın  əsas  hissəsi  12  muğam  və  onların  bölmələrinə,  interval

tonlarının araşdırılması və onların ud pərdələrinə həsr olunub. Sələfləri  kimi  Cami  də  musiqinin  insana  psixoloji,

emosional  təsirini  tədqiq  edir.  O  bu  haqda  yazır:  "Uşşaq",  "Nəva",  "Busəlik"  insana  güc  və  mərdlik  aşılayır.

Şöbələrdən  isə  bu  cür  təsiri  "Mahur"  və  "Nihavənd"  göstərə  bilər.  "Rast",  "İraq",  "İsfahan"  isə  sevinc  və  şadlıq

yaradır.  Avazlardan  bu  cür  xüsusiyyətə  "Novruz"  və  "Gərdaniyyə"  malikdir.  Alim  bu  ardıcıllıqla  bütün  muğam,

avaz  və  şöbələrin  insanda  yaratdığı emosional  təsirlərdən  söz  açır  və  musiqiçilərin  bütün  bunları bilmələri  və  ifa

zamanı nəzərə almalarını tövsiyə edir.

Caminin müasiri olan Əl-Hüseyni də musiqiyə həsr etdiyi traktatının "Makom" adı ilə məşhur olan "On iki

musiqi  haqqında"kı  fəslində  həmin  makomların  adını  çəkir  və  onların  açılışı  üçün  dairənin  qrafik  təsvirindən

istifadə edir.

Göründüyü kimi XI-XV əsr alimlərinin əsərlərində musiqi elmi, o cümlədən musiqi səsləri, onların yaranma

üsulları,  lad,  ritm,  musiqi  ilə  poeziyanın  əlaqəsi  məsələləri  irəli  sürülməklə  yanaşı,  muğam  sənəti  də  öz  şərhini

tapır.

Bundan başqa, muğam və onun nəzəri cəhətlərini tədqiq edən orta əsr alimlərindən Nəcməddin Kavkabini.



Dərviş Əlini, azərbaycanlı Mirzəbəyi göstərə bilərik.

Kavkabi  özünün  "Risaleyi-musiqi"  əsərində  muğamlar  və  onların  yaranması haqqında  rəvayətlərdən  bəhs

edir.  Dərviq  Əl  idə  eyni  zamanda  "Risaleyi-musiqi"  adlı  traktat  yazmış,  lakin  Kavkabidən  fərqli  olaraq  burada

bölmə ilə yanaşı nəzəri məsələlərə də diqqət yetirmişdir.

XVII  əsrin  əvvəllərində  Mirzəbəy  də  maraqlı bir  "Risaleyi-musiqi"  əsərini  yazıb.  Onun  bu  əsəri  bir  çox

cəhətləri ilə Kavkabinin və Dərviş Əlinin "Risaleyi-musiqi"si ilə səsləşir.

Şifahi-professional  musiqinin  əsas  janrı olan  muğamların  öyrənilməsində  yeni  dövr  XIX  əsrin  II  yarısına

təsadüf  edir.  Bu,  tanınmış  ictimai  xadim,  ensiklopedist,  şair,  rəssam,  nəqqaş  və  xəttat  Mir  Möhsün  Nəvvab

Qarabağının  adı  ilə  bağlıdır.  M.M.Nəvvabın  "Vüzuhil-əqram"  traktatında  təkcə  Azərbaycanın  deyil,  bütövlükdə

Şərq  ölkələrinin  keçən  yüzillikdə  musiqi  və  muğam  ifaçılığı  kimi  vacib  məsələlərinə  toxunulur.  Əsərin  qiymətli

cəhətlərindən  biri  də  odur  ki,  müəllif  öz  dövründə  məlum  olan  müxtəlif  dəstgahların  strukturunun  təsvirinə

əsaslanaraq, Azərbaycan muğamlarının nəzəriyyəsi haqqında məlumat verir. Nəvvab öz əsərində muğamların şöbə,

guşə və avazlarından söz açmış, bununla əlaqədar xüsusi dəstgahlar cədvəli yaratmışdır.

Muğamların nəzəri  əsasını, onu  qayda-qanunlar  üzərində  bərqərar  olan  lad-məqam  sistemini  elmi  surətdə

öyrənmək kimi əhəmiyyətli və mühüm problemə dahi bəstəkarımız Ü.Hacıbəyli də böyük əmək sərf etmişdir.

İlk  dəfə  1945-ci  ildə  rus  dilində  çap  olunmuş  "Azərbaycan  xalq  musiqisinin  əsaslan"  adlı  fundamental

əsərinin üzərində bəstəkar 20 il yorulmadan işləmişdir.

U.Hacıbəylinin özü bu əsəri belə səciyyələndirir:

"Mənim  bu  əsərim  Azərbaycan  xalq  musiqisinin  əsas  cəhətlərini  öyrənmək  üçün  nəzəri  bir  vəsait  və

Azərbaycan ladları əsasında musiqi yazan bəstəkarlara bir yaradıcılıq köməyidir". 

Bu  dəyərli  kitabda  Azərbaycan  musiqisinin  uzun  əsrlərdən  bəri  davam  edib  gəldiyi,  onun  dərin  kökləri,

özünəməxsus  milli  ənənələri  olduğunu  göstərməklə  bərabər  bu  musiqinin  mürəkkəb,  müntəzəm  sistemə  və  ciddi

qanunlara tabe olması haqqında ilk dəfə geniş və əsaslı məlumat verilir.

Ötən əsr Azərbaycan mədəniyyətinin bütün sahələrində inkişaf və çiçəklənmə əsri olmuşdur. Məhz bu əsrdə

Azərbaycanda musiqinin ali, orta və ibtidai tədris ocaqları yaradılır, muğam və klassik üslubda operalar, simfonik

muğamlar bəstələnir, muğamlar vokal-instrumental və instrumental şəkildə nota yazılır. Muğam nəzəriyyəsinə dair

yüzlərcə müxtəlif həcmli tədqiqat əsərləri meydana gəlir, xalq musiqimizin nəzəri əsasları tədris edilərək bu sahədə

ixtisaslı mili kadrlar yetişir.

Onlardan  Q.Qasımov,  M.S.İsmayılov,  F.Kəramətov,  İ.Rəcəbov,  E.Abbasova,  B.Hüseynli,  Z.Səfərova,

E.Babayev, R.Zöhrabov, G.Abdullazadə, S.Fərhadova, R.İmrani və başqalarının bu sahədəki dəyərli tədqiqatlarını

göstərə bilərik.

Burada  muğamın  nəzəri  və  praktiki  sahələrini  əhatə  edən  Beynəlxalq  musiqişünaslıq  simpoziumları  və

müsabiqələrin rolu da xüsusilə qeyd olunmalıdır.

Şifahi  professional  musiqiyə  həsr  olunmuş  "Ənənə  və  müasirlik"  mövzusunda  Moskvada  1971-ci  ildə

keçirilmiş  VII Beynəlxalq  musiqi  konqresi,  Asiya  ölkələrinin  III  Beynəlxalq  tribunası (Alma-Ata,  1973),  1975-ci

ildə Daşkənddə keçirilən respublikalararası elmi-nəzəri konfrans, YUNESKO-nun təşkil etdiyi "Orta və Yaxın şərq

xalqlarının  ənənəvi  professional  musiqisi  və  müasirlik"  mövzusunda  1978,  1983  və  1987-ci  illərdə  Səmərqənddə

keçirilmiş  Beynəlxalq  musiqişünaslıq  simpoziumlarını,  respublikamızda  müxtəlif  illərdə  keçirilmiş  konfrans  və

müsabiqələri göstərə bilərik.

Son  illərdə  də  Azərbaycanda  mili  musiqi  sahəsində  aparılan  işlər  təqdirəlayiqdir.  Azərbaycan  Milli

Konservatoriyasının  yaradılması,  YUNESKO-nun  xoşməramlı  səfiri,  hörmətli  Mehriban  xanım  Əliyevanın

dəstəyilə  muğam  müsabiqələrinin  keçirilməsi,  Bakıda  dünyada  analoqu  olmayan  muğam  mərkəzinin  tikilməsi,

həmçinin  "Muğam-ənənə  və  müasirlik"  mövzusuna  həsr  olunmuş  konfrans  və  yaxın  vaxtlarda  keçirilmiş  muğam

müsabiqəsi qədim mədəniyyət incilərimiz olan muğamlarımıza sonsuz xalq məhəbbətinin və dövlət qayğısının bariz



nümunəsidir.


Ağahüseyn ANATOLLUOĞLU,

sənətşünaslıq namizədi

Yüklə 151,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə