Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə1/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   181


Memuar janrında yazılmış bir kitabın 

üstündə bir dəfə gözəl epiqraf oxudum: 

“Xatirələr faydalı olsun deyə səmimi ya-

zılmalı, gerçəkliyə tən gəlməlidir.” Bu ki-

çik cümlədə böyük həqiqət var. Həqiqət 

də var, nəsihət də. Hələ düzünə qalsa, bə-

zi müəlliflərə məzəmmət də var... 

Mehdi Məmmədov 

 

 



 

Cavidi 

xatırlarkən 

 

Məqalələr və xatirələr 

 

II nəşr 

 

 

 

 

 

 

 

Bakı-2012 


Úàâèäè õàòûðëàðêÿí 



Görkəmli alim, qeyrətli vətəndaş, Naxçıvanın 



Ermənistana birləşdirilməsinə qarşı çıxan və 

buna görə  də kommunist partiyası  sıraların-

dan xaric edilən müəllimim Abbas Zamano-

vun əziz xatirəsinə və anadan olmasının 100 

illiyinə ithaf edilir. 

 

 

 

Tərtib edən: 

İSGƏNDƏR ORUCƏLİYEV (ATİLLA) 

Redaktorlar: 

Abbas Zamanov, Həmid Məmmədzadə. 



Qeydlərin müəllifləri: 

Abbas Zamanov və İsgəndər Orucəliyev. 



Lüğətin tərtibçisi:  

Həmid Məmmədzadə. 

 

Cavidi xatırlarkən  (Hüseyn Cavid haqqında məqalə  və 

xatirələr toplusu). “Zərdabi”, Bakı. 2012, 592 səh. 

 

 



Kitaba XX əsr Azərbaycan ədəbiyyatı və incəsənətinin görkəmli 

simalarının, tənqidçi və  ədəbiyyatşünaslarının, maarif, mədəniyyət 

və teatr xadimlərinin məqalə  və xatirələri salınmışdır. Giriş  məqa-

ləsi, bir neçə xatirə  və  tərtibçinin Cavid haqqında yazdığı  və uzun 

illər şəxsi arxivində saxladığı yazısı ilk dəfədir ki, bu kitabda işıq üzü 

görür. 

 

O  


2012

0103


3338730014



E

   qrifli nəşr 

 

 

 

© İ.Orucəliyev, 2012




Úàâèäè õàòûðëàðêÿí 



 

Áèð íå÷ÿ ñþç êèòàáûí ÿðñÿéÿ ýÿëìÿñè,    

÷àïà ùàçûðëàíìàñû âÿ íÿøðè 

áàðÿñèíäÿ 

ənim, Hüseyn Cavidin minlərcə  pərəstişkarlarından 

birinin böyük sənətkarın yüz illiyinə hazırlığı 1976-cı 

ildən başlanır. Bu ildə qarşıma belə bir məqsəd qoydum: unudul-

maz  şair və dramaturqumuzun yubileyinə  əliboş  gəlməyim, gör-

kəmli maarif və  mədəniyyət xadimlərimizin Hüseyn Cavid haq-

qında xatirələrini toplayım. Fikrimi şairin qızı Turan Cavidə bil-

dirdim. O, fikrimi nəinki bəyəndi, eyni zamanda, mənə bu işdə 

yaxından kömək elədi. Yeni topladığım xatirələri bir-bir oxudu, 

bir sıra fakt, məlumat, fikir və mülahizələrə düzəliş verdi. Buna 

görə ona minnətdaram.  

Beləliklə, böyük və unudulmaz sənətkarımız haqqında vaxtilə 

ayrı-ayrı  qəzet və jurnallarda Rza Təhmasib, Mişkinaz Cavid

Əziz  Şərif, Mirmehdi Seyidzadə, Camo Cəbrayılbəyli, Vəhram 

Alazan və başqalarının çap edilmiş xatirələrinə yeni xatirələr əla-

və olundu: Adil İsgəndərovun, Rəsul Rzanın, Mirzə İbrahimovun, 

Qulam Məmmədlinin, Mehdi Məmmədovun, Kövkəb Səfərəliye-

vanın, görkəmli maarif xadimi Pənah Qasımovun qızı Adilə Qası-

movanın (dramaturqun ailəsi ilə onların ailəsi indiki Əlyazmalar 

İnstitutunun yerləşdiyi binada səkkiz il qonşu olmuşdur)

1

... Qüd-


rətli sənətkarımız haqqında xatirə toplamağım mənim Adil İsgən-

dərov, Rəsul Rza, Mirzə İbrahimov, Qulam Məmmədli və başqa 

görkəmli şair, yazıçı, alimlərimizlə şəxsən tanış olmağıma imkan 

verdi. Mən xatirə yazanlardan Cavidin şeir bağçasının gül-çiçəyi-

nin ətirini duydum, şairin şəxsiyyəti, ölməz sənəti, parlaq zəkası, 

                                                 

1

 Hazırda həmin binada Əlyazmalar İnstitutu və Cavidin ev muzeyi yerləşir. 






Úàâèäè õàòûðëàðêÿí 

istedadı, acılı-şirinli günləri, incikləri barəsində onlardan çox şey 



öyrəndim... 

 

2 

Əgər rəhmətlik Qulam Məmmədli olmasaydı, bəlkə  də  mə-

nim gördüyüm iş başqasına tapşırılacaqdı... 

Bir gün Mərkəzi Komitədə yubiley komissiyası üzvlərinin 

iclası keçirilirdi. Müzakirə zamanı kimsə  təklif edir ki, Hüseyn 

Cavid haqqında xatirə  və  məqalələr toplansın və ayrıca kitab 

şəklində çap edilsin. Qulam müəllim həmən dillənir: “İsgəndər 

adlı bir nəfər xatirələri toplayıb. Məndən də alıb...” 

“Kimdir  İsgəndər?” sualına heç kim, o cümlədən Qulam 

müəllim də  əsaslı cavab verə bilmir. Həmin müzakirədən sonra 

Qulam müəllim mənə  zəng vurdu və dedi: “Mərkəzi Komitədə 

belə bir təklif oldu, mən sənin adını çəkdim. Xatirələri topla...”  

Mən bu xəbərdən çox sevindim və işə daha ciddi girişdim. Bir 

gün Mirzə İbrahimovdan xatirə alarkən, o, məndən soruşdu: “Bu 

işi sənə kim tapşırıb?” Qısa cavab verdim: “Heç kim.” O, mənə 

baxdı və təəccübləndi... 

Turan Cavid yubiley komissiyasının üzvü idi. O, məni yaxşı 

tanıyırdı. Mərkəzi Komitədə növbəti müzakirələr keçirilərkən o, 

yubiley komissiyasının üzvlərinə haqqımda  ətraflı  məlumat ver-

mişdi. Beləliklə, məqalə və xatirələrin toplanması və çapa hazır-

lanması rəsmi olaraq mənə tapşırıldı. Bu zaman artıq Mərkəzi Ko-

mitənin Hüseyn Cavidin 100 illik yubileyi haqqında qərar qəbul 

edilmişdi. Mənim tərtib etdiyim kitab yubiley nəşrlərindən biri 

olacaqdı.  

 

Kitaba redaktor Abbas Zamanov təyin edildi. Mən Hənəfi 

Zeynallı  və Abdulla Şaiqin sovet hakimiyyətinin ilk illərində 

“Peyğəmbər”, “Şeyx Sənan” və “İblis” faciələri haqqında mülahi-

zələrinin mətnini oxuyarkən o, duruxdu və soruşdu: 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə