Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə4/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

12 


vulqar sosiologizmin, marksizmin, nihilizmin, “Sənət sənət üçün-

dür” nəzəriyyəsinin və başqa estetik prinsip və konsepsiyaların 

qərarlaşdığı bir vaxtda meydana gəlir. Mətbuat səhifələri elmi 

prinsiplərindən uzaq tənqidlərlə, savadsız yazılarla, yersiz irad-

larla, qərəzli və subyektiv mülahizələrlə dolurdu: “... Mətbuatı-

mızda gözə ara-sıra çarpan tənqid məqalələrinin bəziləri qırıq, sö-

kük, elmi prinsiplərdən uzaq, bəziləri isə tam mənada  əhəmiy-

yətsiz olur və az-çox təqdir edilə biləcək məqalələr həyatımızda 

nadir hadisələrdən sayılır.”

1

 



“Maarif və mədəniyyət” jurnalı Abdulla Şaiqin “İblis” faciəsi 

barəsində  məqaləsinə yazdığı ön sözdə böyük həqiqət vardır. 

İyirmi-otuzuncu illərdə Hüseyn Cavid yaradıcılığı haqqında mə-

qalə yazmış bir neçə tənqidçi və yazıçını (Hənəfi Zeynallı, Seyid 

Hüseyn, Abdulla Saiq, Əziz  Şərif və b.) çıxmaq  şərtilə, qalan-

larının cızmaqaraları  bəsit və natamamdır.  İttihamlarla doludur. 

Bu, tənqid tarixi üçün maraqlı görünsə  də, elmi və  bədii-estetik 

cəhətdən elə bir əhəmiyyətə malik deyildir. Əlbəttə, dünən burnu-

nun ucundan uzağı görə bilməyən tənqidçilərin öz əsrini qabaq-

layan klassik sənətkarı dərindən duya və qavraya bilməmələri bu 

gün o qədər təəccüblü görünmür. Buna görə də biz iyirmi-otuzun-

cu illərdə yazılmış məqalələri seçərkən bu cəhətə fikir vermişik.  

Kitaba  Hənəfi Zeynallının  və  Abdulla  Şaiqin  məqalələri 

daxil edilmişdir. Hər iki müəllifin məqaləsi olduğu kimi saxlanıl-

mışdır. Məqalələrdə “Şeyx Sənan” və “İblis”dən gətirilən parçalar 

Hüseyn Cavidin əsərlərinin son nəşrlərinə (“Peyğəmbər” isə 

1926-cı il nəşrinə) uyğun olaraq dəqiqləşdirilmişdir. Hənəfi Zey-

nallının məqalələrində  bəzən “ç” yerinə “c” işlədilmişdir. Məsə-

lən, “tənqidci”, “yazıcılarımız”, “yabancı”, “etiqadcı” və s. Həmin 

sözlərin imlasına toxunulmamışdır. 

Azərbaycan tənqid və  ədəbiyyatşünaslığında “Şeyx Sənan”, 

“İblis” və “Peyğəmbər” haqqında ilk sanballı  məqalələri Hənəfi 

                                                 

1

 Şaiq A. Cavidin yazdığı “İblis” nam hailəsi haqqında duyğularım. Maarif və 



mədəniyyət, 1925, № 2, səh. 39. 


Úàâèäè õàòûðëàðêÿí 

13 


Zeynallı  və Abdulla Şaiq yazmışdır. Düzdür, məqalələrdə  bəzən 

yanlış, qeyri-obyektiv mülahizələrə də tsadüf olunur. Lakin unut-

maq olmaz onlar sovet hakimiyyətinin ilk illərində - ədəbiyyat və 

onun bolşevik ideyalılığı uğrunda çarpışmalar, ciddi mübahisələr 

getdiyi, Hüseyn Cavid haqqında  əməlli-başlı bir şey yazılmadığı 

çağlarda qələmə alınmışdır. Zeynallı məqalənin bir yerində buna 

işarə də vurmuşdur: “Möhtərəm şairimizin mürəkkəbi qurumamış 

“Peyğımbər” xüsusunda mülahizələr yürütməyə icbar edildim.” 

Zeynallı “Peyğəmbər” və “Şeyx Sənan” barəsində mülahizə-

lərinə müxtəsər girişlə başlamış, həmin  əsərlərin daha dərindən 

tədqiq və  təhlil olunmasına çalışmışdır. O, Baş  Rəisin  Əbu Süf-

yan olmasını, Skelet surətinin Tofiq Fikrətdən gəldiyini müəyyən-

ləşdirmişdir. Tənqidçi “Peyğəmbər” və “Şeyx Sənan” əsərlərinin 

meydana gəlməsinin obyektiv və subyektiv səbəblərini izah et-

mişdir. Onun fikrincə, Hüseyn Cavid şəkil cəhətdən Hamidanə, 

üslub cəhətdən Fikrətanə  və  fəlsəfə  cəhətdən Tofiqanə bir əsər 

(“Peyğəmbər” əsərini) yaratmaq istəmişdir. 

Zeynallı ilk tənqidçi və  ədəbiyyatşünasdır ki, “Peyğəmbər” 

mənzum tarixi dramını, Peyğəmbər və  Şəmsa surətlərini daha 

dərindən tədqiq və  təhlil etməyə  təşəbbüs göstərmişdir. Onun 

fikrincə, Məhəmmədin keçirmiş olduğu həyat başdan-ayağa bir 

siyasət oyunudur. Peyğəmbər surətinə bu cəhətdən yanaşan tən-

qidçi Hüseyn Cavidin bədii uğurlarını alqışlamışdır. Məhəmmə-

din həyat və  fəaliyyətinə  nəzər salarkən Təbərinin tarixinə 

müraciət etmişdir. 

Zeynallı dramaturqun “Peyğəmbər”də demək istədiyi fikir-

ləri,  əsərin qayəsini yaxşı açmış  və  şərh etmişdir. Ona görə, 

“Cavid Peyğəmbərlə öylə imanlı və qənaəti möhkəm bir tip yarat-

maq istəmişdir ki, o adam öz fikrinə və idealına bütün vicdanilə 

inanmış və məqsədinə  irmək için hər bir şeydən; məzmunu olan 

gözəllərdən, eşqdən-məhəbbətdən, eyş-işrətdən və  hətta hazır 

canından belə keçmiş, yalnız sarıldığı  həqqi təbliğ etməkdə  əzm 

və səbat göstərmiş olsun. Böylə bir tipi təsvir etməklə qalmayır, 

bəlkə Cavidin fikri bir az da inkişaf edir. O göstəriyor ki, yalnız 




Úàâèäè õàòûðëàðêÿí 

14 


böylə bir adam öz amalına vasil və nəticədə fəth və zəfərlərə nail 

ola bilir.”

1

 

Tənqidçi məqaləsində Peyğəmbər və  Şəmsa surətlərinin təh-



lilinə geniş yer vermişdir. O, bu surətlərin tipik xüsusiyyətlərini 

aydınlaşdırmış,  Şəmsanın bəzi parçalarda Peyğəmbərdən yüksək 

təsvir edildiyini göstərmişdir: “Cavid Şəmsanın təsvirində heç də 

yanılmamışdır, ona görə ki, yaratdığı mütəəssibənin qarşısında 

qadınlıqda olan bütün şəfqət, qısqanclıq və  qəzəblə dolu bir qız 

olmalıydı, yoxsa əsər uduzar və naqis çıxardı.” 

Zeynallı bu cəhətdən  Şəmsanın Peyğəmbərə qarşı  məhəbbə-

tini, sonra isə nifrətini geniş izah edir, Şəmsanın mübarizəsini 

yüksək qiymətləndirir: “Şəmsa kibi tipin meydana gəlməsi türk 

ədəbiyyatında bu vaxta qadar pək az görülmüşdür. Bu nöqtədə 

yalnız Əbdülhəq Hamidin bir neçə qadın tiplərini göstərmək olsa 

da, onlar yenə də bu qadar ülvi, bu qadar təmiz olamazlar. Onların 

ən dəyərlisi belə qadınlığın heyvani hissini insani mədəni 

hisslərinə tərcih etməsilə Şəmsa yanında sönük qalarlar…” 

Zeynallı “Peyğəmbər”dəki müasirliyə xüsusi diqqət yetirmiş, 

dövrün başqa tənqidçi və yazıçılarından fərqli olaraq dramaturqun 

tarixi hadisə  və  əhvalatları ustalıqla təsvir etdiyini göstərmişdir. 

Öz dövrünə görə dərin araşdırmalar aparan tənqidçi tarixi şəxsiy-

yətlətin, o cümlədən Məhəmmədin tarix meydanına atılmasının 

ictimai səbəblərini açmağa çalışmış, şəxsiyyərin tarixdə oynadığı 

rol məsələsinə toxunmuş  və öz fikrini Q.V.Plexanovun nəzəri 

cəhətdən əsaslandırdığı bir konsepsiya ilə izah etmişdir:

2

 “... Zata 



                                                 

1

 Hənəfi Zeynallı. Hüseyn Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizə-



lərim. “Maarif və mədəniyyət”, 1926, № 9, səh. 42. Qeyd: Zeynallının eyni adlı 

silsilə məqalələrin həmin jurnalın 1926, № 1, səh. 80-91; 1926, № 9, səh. 42-

45 və 1926, № 10-11, səh. 55-59 dərc edilmişdir.  

2

 Q.V.Plexanov  sosial-iqtisadi bazisin elmi dərkindən çıxış edərək, Rusiyada 



ilk dəfə insan haqqında marksist təlimin mahiyyətini açıb göstərmişdir. Bu 

baxımdan, onun “К  вопросу  о  роли  личности  в  истории” məqaləsi diqqəti 

cəlb edir. H.Zeynallı şəxsiyyətin tarixdə rolundan danışarkən Q.V.Plexanovun 

həmin məqaləsindən bəhrələnmişdir. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə