Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə6/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

18 


vun Azərbaycan teatrının və opera sənətinin inkişafındakı xid-

mətlərinin bəzən kiçildilməsi, qeyri-obyektiv mülahizələrə haqq 

qazandırmağa cəhd göstərilməsi buna misal ola bilər.  

Tənqidçi Hüseyn Cavidin “Şeyx Sənan”la Azərbaycan  ədə-

biyyatına və teatrına gətirdiyi  yenilikləri qabarıq nəzərə çap-

dırmışdır. 1905-ci inqilabından sonra Azərbaycanda baş vermiş 

sosial-iqtisadi dəyişikliklərə, yeni ziyalı dəstəsi və tamaşaçı kütlə-

sinin yetişməsinə nəzər salan, faciənin əsas məziyyətlərini aşkara 

çıxarmağa və müasirliyini açmağa çalışan tənqidçi “Şeyx 

Sənan”ın doğuşunu irsiyyətlə,  şairin keçirmiş olduğu həyatla, 

onun təlim və tərbiyəsilə əlaqələndirmişdir. Sənan ruhu və şəxsiy-

yətilə Cavid ruhu və  şəxsiyyəti arasında bir eyniyyət axtaran 

müəllif yazmışdır: “... Zata hər bir sənət əsəri müəyyən bir bədii 

həyacandan doğarsa da sonradan əmək sərfilə kəmalə yetmiş olur. 

Yetər ki, bu sənət əsəri ideya cəhətdən düşünülmüş və sevə-sevə 

işlənmiş olsun. Cavid isə “Şeyx Sənan” pyesinin üzərində çalışıb 

çapalayacaqdı. Səbəbi? Sənan ruhu ilə Cavid ruhunda araşdır-

maqda olduğumuz müddətdə bir eyniyyət vardı. Daha doğrusu bir 

mahiyyətdə idi. Hər ikisində  əvvəlcə dindarlıq, sonra şübhələr 

fırtınası və nəhayət məhəbbət və eşq yolunda “dini-imanı satmaq” 

kibi bir fədakarlığa cəsarət etməkdi...” 

Zeynallı faciənin “quruluşundakı yeniliyi və  vəhdəti, üslu-

bundakı sadəliyi və narınlığı, şerindəki musiqini və musiqisindəki 

şeriyyəti, hər ikisindəki oynaqlığı” yüksək qiymətləndirmişdir. 

Əsərin mənşəyi və doğmasına təsir edən obyektiv və subyektiv 

səbəbləri, Şeyx Əttarın Sənanı ilə Hüseyn Cavidin Sənanı arasın-

dakı  fərqləri müqayisəli  şəkildə açıb göstərmiş, oxucuların diq-

qətini faciənin müasirliyinə və ictimai əhəmiyyətinə cəlb etmişdir. 

Bədii yaradıcılığın psixoloji məsələləri haqqında konsepsiyasını, 

“Peyğəmbər”də olduğu kimi, burada da davam etdirmiş,  ədəbi 

təsir üzərində ayrıca dayanmışdır. Onun fikrincə, faciənin meyda-

na gəlməsində dramaturqa Şeyx  Əttarın həmin mövzuda yazdığı 




Úàâèäè õàòûðëàðêÿí 

19 


əsəri, dastanın Tiflis azərbaycanlıları  və gürcülər arasında

1

 dillər 



əzbəri olması, Ü.Hacıbəyovun “Şeyx Sənan” operası

2

, M.B.Ha-



cınskinin rus dilində  nəşr etdirdiyi “Şeyx Sənan  əfsanəsi” təsir 

göstərmişdir. O, Şeyx  Əttarın Hüseyn Cavidə  təsirindən danı-

şarkən yazmışdır: “Nəql etdiyimiz Şeyx  Əttarın yarı  əfsanəvi, 

mətsufiyanə yazılmış mənzuməsini oxuyanların bir parçası qanad-

lanıb sevinəcəkdirdir ki, - aha! Cavidin eybi açıldı! Cavidin “Şeyx 

Sənan”ı öz əsəri deyilmiş. Bəlkə ondan çox əvvəl dillərdə dastan 

olmaqla bərabər bir bəylə müfəssəl mənzumə varmış ki, Cavid 

onu alıb mənzum bir pyes halına salmışdır. Bir çoxları burada 

Cavidin yaradıcılığını büsbütün inkar etmək fikrinə düşdüyümüzü 

zənn edəcəkdir. Xayır!  Şeyx Sənanın Caviddən  əvvəl kimlər 

tərəfindən yazıldığı həvəskarlar üçün elmi bir tədqiq yolu açmaq 

məqsədilə meydana atılan bir nümunə idi. Cavidin yaratdığı Şeyx 

Sənan ilə Əttarın yaratdığı arasında dağlar qədər fərq vardır...” 

Şeyx  Əttarın Sənanı ilə Hüseyn Cavidin Sənanı arasındakı 

fərqləri açıb göstərən tənqidçi, eyni zamanda, faciənin müqayisəli 

təhlil və tədqiqinin əsasını qoymuşdur. O, Hüseyn Cavidin əsəri-

nin  ən dəyərli cəhətlərindən birini ülamə zümrəsinin ön sırala-

rında gedən Sənanın bir gürcü qızı qarşısında bütün əski fəlsəfəni  

atmasında, onu bağlamış din iplərini qırıb təbii həyata qovuş-

masında, bütün köhnə ənənələrinə zərbə endirməsində görmüşdür: 

“...  Ətrafını almış  Şeyx Mərvan,  Şeyx Nəimlərin arasında “din-

sizlik də bir təriqətdir” demək, bir məşuqyi həp Kəbə, imandan 

yüksək dutmaq bir an içində olsa yenə də üsyandır. Və bu nöqtədə 

Cavidin Sənanı bir üsyançıdır. Fəqət bu üsyançı uzaq baxışdan 

                                                 

1

 Son  araşdırmalar göstərir ki, “Şeyx Sənan” dastanı gürcülər arasında dillər 



əzbəri olmamışdır. Gürcülər arasında “Şeyx Sənan” deyil, Müqəddəs David 

haqqında əfsanə məşhurdur. 

2

 Ü.Hacıbəyovun operasının H.Cavidə  təsiri olmamışdır. Operanın librettosu 



zəif yazıldığından sonralar bəstəkar dramaturqdan ona yeni libretto yazmağı 

xahiş etmişdir. Lakin dramaturq faciə üzərində işlədiyindən nəinki buna razılıq 

vermiş, təsir altına düşməsin deyə librettonun mətni il tanış olmaqdan boyun 

qaçırmışdır.  




Úàâèäè õàòûðëàðêÿí 

20 


iradəsiz görünsə  də  məqsədinə çatmaq yolunda tərəddüdsüz 

olduğu üçün sabit qədəmdir.” 



Abdulla  Şaiqin  “İblis” faciəsində qoyulan mühüm sosial 

problemlərlə ilgəli daha dərin məsələlərə əl atmış, Qərbin keçirdi-

yi, Şərqin isə keçirməkdə olduğu istihalə dövrlərinə (keçid dövr-

lərinə), millət və onun təfəkkür tərzinə, dirçəliş və inkişafına nə-

zər salmış, dövrün bir çox tənqidçisindən fərqli olaraq, Arifin 

xarakterindəki ziddiyyətləri, tərəddüd və şübhəçiliyi real ictimai-

tarixi şəraitlə bağlamışdır. Bütün bunlar ona faciənin mahiyyətini, 

ictimai  əhəmiyyətini, dramaturqun fəlsəfi-estetik konsepsiyasını 

açmağa imkan vermişdir. İnsanın maddi və mənəvi qüvvədən iba-

rət olması haqqında konsepsiya və onun əsərdə bədii həlli məsələ-

sinə toxunan müəllifin fikrincə, “İblis”də İblis maddi qüvvələrin, 

Mələk isə  mənəvi qüvvələrin simvoludur. Bu iki qüvvə  hər bir 

insanda mövcuddur və bu iki qüvvənin (mənfi və müsbət qüvvə-

lərin) bir-birilə çarpışması faciəni doğuran əsas şərtdir.  

Şaiq faciə  və dram janrlarının hüdudlarını müəyyənləşdir-

məyə, “İblis”də faciənin şərtləri və qanunlarına nə dərəcədə əməl 

olunmasını aşkara çıxarmağa çalışmışdır. “İblis”ə iki görünüşdən 

(əsərdə faciəvilik və dramatikliyin nədən ibarət olmasından) yana-

şan müəllif onda dramatikliyi Arifin ideya və qayəsində, ictimai 

həyata və insanlara münasibətində, Rənanın eşqində görmüşdür. 

Ancaq o, Arifin dram qəhrəmanı kimi təhlil etməyə çalışsa da, 

məntiqi cəhətdən Arifin faciə  qəhrəmanı olması fikrinə  gəlib 

çıxmışdır.  

İyirminci illərdə “İblis” faciəsinin ictimai mahiyyətini və dra-

maturqun qayəsini daha yaxşı duyan yazıçılardan biri olan Ab-

dulla Şaiq, eyni zamanda, Arif və İblis surətlərinin geniş təhlilini 

vermişdir. Onun fikrincə, istihalə dövrünün tipik nümayəndəsi 

olan Arifi inlətən, ürəyinin dərinliyində qorxunc yaralar açan 

şəxsi kədəri deyil, cəmiyyətə qarşı münasibəti, arzusu ilə real 

həyat arasındakı ziddiyyətlərdir. O, həmin ziddiyyətləri belə 

səciyyələndirmişdir: “... O, fərdi arzusu ilə ictimai arzular ara-

sında böyük bir ziddiyyət görür. Arif ya o çirkin həyata uymalı, 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə