Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə7/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

21 


onun bütün pislikləri və çamırlıqları içində sürünməli, yaxud o 

qeydləri, o ayrılıqları  qırıb parçalayaraq mühiti istədiyi kimi 

dəyişdirməli və istədiyi  şəklə salmalı idi. Bunların heç birini 

etmək iqtidarını özündə görmədiyindən o, mühitdən tamamilə 

uzaqlaşmaq, dərdlərini, ələmlərini unutmaq məqsədilə təbiətin saf 

və sakit köksü üzərinə atılmaq, orada həyacanlarını unutmaq 

məcburiyyətində qalır. “İblis” fənalıqların simvoludur. O, mənə-

viyyatı və yaxşılıqları inkar edən bir ruhdur. Vəzifəsi insanlardakı 

mənəvi qüvvələri söndürmək və maddi qüvvələri inkişaf etdir-

məkdir. Odur ki, Arifi iğva etmək və onun qəlbini təsxir edə bil-

mək üçün dürlü-dürlü planlar qurur və onu insani əxlaq və yüksək 

duyğulardan uzaqlaşdırmağa, bataqlığa, adi və alçaq həyata 

sürükləməyə çalışır...” 

Abdulla Şaiq Arifin əqli təkamülündə, həyatı daha yaxşı dərk 

etməsində, onun acı həqiqətlərini görüb duymasında, başqa sözlə, 

məntiqi təfəkkürünün inkişafında  İblisin oynadığı rola xüsusi 

əhəmiyyət vermişdir. Onun düşündüyünə görə, “Arif XIX və 

qismən XX əsrin yetişdirmiş olduğu türk xalqının nümayəndəsi 

və tarixi tipidir. İblis isə Qərb mədəniyyətinin yetişdirmiş olduğu, 

tam mənası ilə realist bir tipdir. O bütün qüvvətini və  hərarətini 

ağıl və mühakiməsindən alır.” 

İblis romantik tipdir, mifoloji obrazdır. Onun irəli sürdüyü 

fikirlərdə  Zərdüşt fəlsəfəsilə  səsləşən cəhətlər vardır. Belə olan 

surətdə Şaiq İblisi nə üçün  Qərb mədəniyyətinin yetişdirmiş ol-

duğu realist tip adlandırmışdır? Məncə, İblisi Qərb imperializmi-

nin simvolu kimi göstərmək, həyatda və  cəmiyyətdə baş verən 

hadisələri realistcəsinə qiymətləndirdiyi üşün Abdulla Şaiq onu 

realist tip hesab etmişdir.  İblis həqiqətən ictimai həyat hadisə-

lərinə  və  cəmiyyət qanunlarına münasibətdə, ona rasionalizm 

mövqeyindən yanaşmaqda və məntiqi nəticələr çıxarmaqda böyük 

realistdir. Bir bədii obraz kimi isə romantik surətdir. Abdulla Şaiq 

demişkən, “İblis kəskin ağla və sarsılmaz iradəyə malikdir. 

Dodaqlarından uçan hər söz məntiqli, hər bir hərəkət və fəaliyyət 

ağıl və mühakiməyə uyğundur. Həyatdakı ahəng və intizamı 




Úàâèäè õàòûðëàðêÿí 

22 


pozmaq üçün plan qurmaqda, məqsədinə irişmək üçün vasitələr 

və səbəblər hazırlamaqda çox mahirdir. İsbata çalışdığı həqiqətlə-

ri müxatibinə o qədər böyük bir məharətlə anladır və elə füsunkar 

bir təsir ilə nufüz edir ki, qarşısındakının məğlub olmaması imkan 

xaricindədir... O amansız bir münəqqiddir. Bu cəhətdən də realiz-

min müəssisidir. Ariflə  İblisi müqayisə edəcək olsaq. İblis ona 

görə çox irəliləmişdir, nöqteti-nəzərləri yenidir.”

1

 



Şaiq  İblisi maddi ehtirasatın, ağıl və elmin, ona qida verən 

Qərb mədəniyyətinin, İngiltərə müstəmləkəçilərinin nümayəndəsi 

kimi səciyyələndirmişdir. O, sufilərin hiss, rasionalistlərin isə ağı-

la münasibətlərini şərh edərək, dramaturqun ağıl və hissin vəhdəti 

haqqındakı konsepsiyasını belə aydınlaşdırmışdır: “... Cavidcə 

insanların səadəti ağıl ilə  qəlb arasımda olan ahəng və uyğun-

luqdadır. O, qəlbsiz insanları bəşəriyyət üçün çox zərərli görür. O, 

bu iki qüvvəni müsavi olaraq özündə inkişaf etdirmiş insanlar 

görməyi arzu edir...” 

O, bu baxımdan Elxan surətini, onun kəskin ağıl və iradəyə 

malik olmasını təqdir etmişdir. Düşünmüşdür ki, dramaturq faciə-

nin son pərdəsində Arifin rolunu yeni bir qəhrəmana, Elxana 

vermişdir ki, bu da faciə qanunlarına ziddir. Buna haqq qazandır-

mağa çalışan müəllif yazmışdır: “Arif həyata atılaraq ictimai 

məsələləri həll etməyə  hələ hazır deyildir. Cavidcə o ictimai 

quruluşu bu gün əskilikdən çox uşaqlaşmış, bir çox qorxunc 

vaqiələr, acı  təcrübələr görmüş, həyata açıq gözlə baxan yeni 

nəslin nümayəndələri yarada biləcək. Cavid bu həqiqəti, bu 

qayəni göstərmək üçün hailə [faciə] çərçivəsini qıraraq onun 

xaricinə çıxmaq məcburiyyətində qalmış.” 

İyirminci illərdə  “İblis” faciəsi barəsində yazılmış  məqalə-

lərdə dramaturqa tutulan əsas iradlardan biri əsərdə  şairin qayə-

sinin və tiplərin aydın olmaması, orada bədii təzada geniş yer 

verilməsilə  əlaqədar idi. Abdulla Şaiq bu cür düşünənlərlə açıq 

                                                 

1

 Abdulla Şaiq. Cavidin “İblis” nam hailəsi haqqında duyğularım, “Maarif və 



mədəniyyət”, 1925, № 2, səh. 45. 


Úàâèäè õàòûðëàðêÿí 

23 


mübahisəyə girməsə  də, həmin mülahizələrlə razılaşmamış  və 

demişdir: “Tiplərə  gəlincə, doğrudur,  İblisin sözlərində bir çox 

təzad var. İblis mürəkkəb bir tipdir. Elə  İblisi canlandıran, ona 

qüvvət, rəng və ziya verən sözlərindəki təzaddır.” 



III 

1960-1970-ci illərdə Hüseyn Cavidin ədəbi irsinin öyrənil-

məsində yeni mərhələ başlanır. Azərbaycan  ədəbiyyatşünaslı-

ğında yeni bir sahə - cavidşünaslıq formalaşıb inkişaf edir. XX əsr 

Azərbaycan romantizminin nəızəri problemlərinin, estetik prin-

siplərinin araşdırılması dramaturqun ədəbi irsinin daha dərindən 

öyrənilməsinə, yeni tədqiqat  əsərlərinin, məqalələrin, elmi kon-

sepsiyaların yaranmasına səbəb olur. Həmin illərdə Hüseyn Cavid 

haqqında yazılmış məqalələr, hər şeydən öncə, elmi-nəzəri səviy-

yəsinə görə seçilir; onun ayrı-ayrı  əsərləri marksist-leninçi ədə-

biyyatşünaslığının metodoloji və ədəbi-nəzəri prinsipləri əsasında 

qiymətləndirilir, tədqiq və təhlil edilir. Hüseyn Cavid irsinin araş-

dırılmasında yeni mərhələ başlanır. Onun yaradıcılığının, xüsusən 

romantizminin tədqiq, təhlil və qiymətləndirilməsinin nəzəri mə-

sələləri və estetik prinsiplərinin işlənib hazırlanmasında müəyyən 

işlər görülür. Ancaq qeyd etmək lazımdır ki, həmin dövrdə dra-

maturq haqqında yazılmış bəzi məqalələrdə onun əsərləri sənətin 

nəzəriyyəsi baxımından deyil, ideoloji baxımdan qiymətləndi-

rilmişdir. Bəzi tənqidçi və  ədəbiyyatşünaslar iyirminci-otuzuncu 

illər tənqidinin təsiri altından çıxa bilməmiş, məlum və  həqiqət-

dən uzaq fikir və mülahizələrə kor-koranə yanaşmışlar. 

1956-cı ildə Sov. İKP MK-nın XX qurultayında Nikita Ser-

geeviç Xruşşovun təşəbbüsü ilə 1937-ci ildə  və sonralar siyasi 

repressiyaya məruz qalmış sovet vətəndaşlarına bəraət verilməsi 

məsələsi müzakirə edildi və onlara bəraət verilməsi haqqında 

qərar qəbul olundu. 

Həmin ildə Cavid bəraət aldı. 20 illik fasilədən sonra Cavidin 

rəsmi qadağam edilmiş  ədəbi irsi xalqa qaytarıldı. Cavid irsinin 

tədqiqi, nəşri və əsərlərinin tamaşaya qoyulmasında yeni mərhələ 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə