Yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə5/7
tarix08.08.2018
ölçüsü0,83 Mb.
#61323
növüYazı
1   2   3   4   5   6   7

  $ cal 2013 

                              2013 

        January               February               March          

  Su Mo Tu We Th Fr Sa  Su Mo Tu We Th Fr Sa  Su Mo Tu We Th Fr Sa  

      1  2  3  4  5                  1  2                  1  2  

   6  7  8  9 10 11 12   3  4  5  6  7  8  9   3  4  5  6  7  8  9  

  13 14 15 16 17 18 19  10 11 12 13 14 15 16  10 11 12 13 14 15 16  

  20 21 22 23 24 25 26  17 18 19 20 21 22 23  17 18 19 20 21 22 23  

  27 28 29 30 31        24 25 26 27 28        24 25 26 27 28 29 30  

                                              31                    

  

         April                  May                   June          



  Su Mo Tu We Th Fr Sa  Su Mo Tu We Th Fr Sa  Su Mo Tu We Th Fr Sa  

      1  2  3  4  5  6            1  2  3  4                     1  

   7  8  9 10 11 12 13   5  6  7  8  9 10 11   2  3  4  5  6  7  8  

  14 15 16 17 18 19 20  12 13 14 15 16 17 18   9 10 11 12 13 14 15  

  21 22 23 24 25 26 27  19 20 21 22 23 24 25  16 17 18 19 20 21 22  

  28 29 30              26 27 28 29 30 31     23 24 25 26 27 28 29  

                                              30                    

  

          July                 August              September        



  Su Mo Tu We Th Fr Sa  Su Mo Tu We Th Fr Sa  Su Mo Tu We Th Fr Sa  

      1  2  3  4  5  6               1  2  3   1  2  3  4  5  6  7  

   7  8  9 10 11 12 13   4  5  6  7  8  9 10   8  9 10 11 12 13 14  

  14 15 16 17 18 19 20  11 12 13 14 15 16 17  15 16 17 18 19 20 21  

  21 22 23 24 25 26 27  18 19 20 21 22 23 24  22 23 24 25 26 27 28  

  28 29 30 31           25 26 27 28 29 30 31  29 30                 

                                                                   

  

        October               November              December        



  Su Mo Tu We Th Fr Sa  Su Mo Tu We Th Fr Sa  Su Mo Tu We Th Fr Sa  

      1  2  3  4  5                  1  2   1  2  3  4  5  6  7  

   6  7  8  9 10 11 12   3  4  5  6  7  8  9   8  9 10 11 12 13 14  

  13 14 15 16 17 18 19  10 11 12 13 14 15 16  15 16 17 18 19 20 21  

  20 21 22 23 24 25 26  17 18 19 20 21 22 23  22 23 24 25 26 27 28  

  27 28 29 30 31   

 

 



Linux 

Linux, 1991-ci ildə Finlandiyalı kompüter mühəndisliyi tələbəsi olan Linus Torvalds tərəfindən 

UNIX-ə bənzər(UNİX-like) bir əməliyyat sistemi olan MINIX nüvəsinin təkmilləşdirilməsi 

nəticəsində ərsəyə gələn, açıq qaynaq kodlu, azad və pulsuz bir əməliyyat sistemi nüvəsidir. Bu 

nüvənin qaynaq kodları GNU Ümumi İctimai Lisenziyası(GPL) ilə qorunur, bu səbəbdən də 

azad şəkildə paylana, dəyişdirilə və istifadə oluna bilər. Həmçinin qeyd etmək istədiyim vacib 

bir məsələ var, Linux-un Unix ilə heç bir kod ortaqlığı yoxdur yəni Linux-un kodları UNIX-dən 

fərqlidir. 

Linux adı nə mənaya gəlir sualına cavab olaraq bir çox fikirlər var lakin ən geniş qəbul olunan 

variantı budur; LinuX = Linus(Linuxun qurucusu)-un MINIX-i. Linus və Linux adlarının 

tələffüzü ilə bağlı Linus Torvalds özü bir müsahibsində belə demişdir: “Öz adım Fin dilində 

tələffüz ediləndə Linus, ingilis dilində isə Laynus olaraq səslənir. Hər hansı birinin istifadə 

olunması ilə bağlı bir problem yoxdur. İstəyən istədiyi kimi deyə bilər, amma Linux Linuksdur. 

Sadəcə Linuks.” Burdan da göründüyü kimi, “Laynuks”, “Linu[x]” kimi deyilişlər doğru deyil. 

Çox geniş təchizat dəstəyinə malik olan Linux nüvəsi, server kompüterlər, masaüstü 

kompüterlər, iş stansiyaları, ağıllı telefonlar, ATM-lər, ağıllı TV-lər və hətta ağıllı soyuducularda 

belə tam uyğun şəkildə işləyə bilir. Linux server əməliyyat sistemləri arasında istifadə faizinə 

görə dünyada ilk sıradadır və dünyanın 10 ən sürətli superkompüterində də istifadə olunur. 

Həmçinin ən məhşur mobil əməliyyat sistemlərindən olan Android ilə yanaşı Samsung-un Tizen 

mobil əməliyyat sistemi də Linux əsaslıdır. Ümumi olaraq deyə bilərəm ki, Windows olmayan 

bir çox yerdə Linux var amma insanların bundan xəbəri belə olmur. CERN-dəki Böyük Hadron 

Toqquşdurucusunda, Sony PlayStation 2, PlayStation 3 oyun konsollarında, böyük robot 

sistemlərində də Linux istifadə olunur :) 

 

Linux, Linus Torvalds-ın internetdə paylaşdığı bir çağırış nəticəsində bütün dünyadan bir çox 



proqramçının da dəstəyi ilə sürətlə təkmilləşdirilmiş və hələ də təkmilləşdirilməsi davam edən 

açıq qaynaq kodlu bir azad proqram təminatıdır. GNU üçün yazılan azad proqram təminatları 

çox qısa müddət ərzində Linux nüvəsi ilə problemsiz işləyə biləcək hala gətirilmiş və nəticədə 

güclü, elastik və açıq qaynaq kodlu bir əməliyyat sistemi hazırlanmışdır. Bir çoxlarının 

düşüncəsinə görə, GNU/Linux olaraq adalandırılmalı olan əməliyyat sistemi, zaman keçdikcə 

tələffüzü daha rahat olduğuna görə sadəcə Linux olaraq adlandırılmışdır. Linux əslində bir 

əməliyyat sisteminin ən vacib hissələrindən sadəcə biri olan nüvəni təşkil edir. GNU isə Azad 

Proqram Fəlsəfəsi və Düşüncəsidir. GNU/Linux isə əməliyyat sisteminin bütünüdür. GNU və 

alətləri olmasaydı Linux nüvəsi heç vaxt bu günlərə gələ bilməzdi. Bu məsələ barəsində bir çox 

fikir ayrılıqları mövcuddur. Bəziləri GNU adının istifadəsini yersiz sayır, bəziləri isə mütləq 

GNU deyilməli olduğunu deyir. Belə bir reallıq var ki, hər Linux distrubitivi GNU alətlərindən 

istifadə etmir, Linux nüvəsi üzərində sıfırdan yazılan distrubitivlər də var. Məsələn Android. 

Buna görə də, hər distrubitiv GNU/Linux-dur demək doğru deyil, lakin bir çox distributivlər 

GNU komponentlərindən istifadə edirlər və bunu əksər hallarda dokumentasiyalarda bəzən isə 

əməliyyat sisteminin adında belə qeyd edirlər. 

Bu paragrafda haqqında danışdığım GNU, GPL kimi qısaltmalar haqqında ətraflı 

məlumatları yazının sonunda tapa bilərsiniz. 

 – Linux-un üstünlükləri: 

Linuxda zərərli proqramların(virus, spyware və s.) olma ehtimalı çox azdır. Bunun əsas səbəbi, 

sistem təhlükəsizliyinin üst səviyyədə qorunması və (superuser olmadığınız müddətcə) icazə 

verilməyən heç bir əmrin icra oluna bilməməsidir. Bəziləri Linux-un istifadə faizi az olduğu 

üçün zərərli proqram yazan insanların(“xakker” olaraq bilinən) Linux-a ciddi yanaşmadıqlarını 

deyirlər və Linux-da olan virusların Windows-dan çox daha az olmasının səbəbini bununla 

əlaqələndirirlər. Əslində isə bu belə deyil. Düzdür, Windows istifadəçilərinin sayı Linux istifadə 

edənlərin sayından çoxdur. Ancaq bu ev istifadəçilərində belədir. Unutmamaq lazımdır ki, Linux 

internet serverlərində kifayət qədər geniş istifadə olunur və bu sahədə lider əməliyyat sistemidir. 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə