Yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə6/7
tarix08.08.2018
ölçüsü0,83 Mb.
#61323
növüYazı
1   2   3   4   5   6   7

Yəni “xakker”lərin Linux-u ciddi hədəf kimi qəbul etməsi üçün yetərincə səbəb var. Bundan 

başqa, bir gün Linux istifadəsi Windows qədər geniş olsa belə Linux-un çox daha təhlükəsiz 

qalacağına inanıram. Çünki Linux-un strukturu Windows kimi deyil, fayl sisteminin quruluşu 

fərqlidir. Bunu tam başa düşmək üçün Linux fayl sistemini araşdırmaq lazımdır. Linux-da bir 

çox əmrləri icra etmək üçün istifadəçidən təsdiqlənmə tələb olunur. Windows-da arxa fonda 

işləyib kompüterini gücünü lazımsız yerə istifadə edən proqramların Linux-da özünə yer tapması 

çox daha çətindir. Onu da deyim ki, bunlar “Linux-da virus yoxdur” demək deyil. Linux-da bu 

günə qədər əlbəttə bir çox açıqlar tapılıb. Hətta ən son bilinən açıqlardan olan “Ghost”, Linux 

istifadə edən çox sayda cihaza zərər yetirilməsinə imkan verirdi. Lakin bu açıq da digərlərı kimi 

çox qısa müddətdə(Arch kimi bəzi distributivlərdə 1 gün belə olmadan) həll edildi və sistemlərin 

təhlükəsizliyi bərpa olunmuş oldu. Windows-da belə açıqlara daha tez-tez rast gəlinir və bu 

açıqların həll edilib sistemin yenidən təhlükəsiz hala gətirilməsi bəzən aylar çəkir. Bu müddətdə 

nə baş verdiyini düşünmək çətin deyil məncə.. 

Linux açıq qaynaq kodlu bir sistem olduğu üçün kod ilə maraqlanan insanların sayı digər 

əməliyyat sistemi şirkətlərinin işçi sayından bir neçə dəfə çoxdur. Buna görə də, sistem açıqları 

digər əməliyyat sistemlərinə nisbətən daha qısa müddətdə həll edilir. 

Linux distributivləri pul qarşılığında satılmır, kiçik yeniləmələr xaricində böyük yeniləmələr də 

tamamilə pulsuzdur. Bu halın Windows 10 ilə dəyişdiyini düşünənlər ola bilər amma yenə də 

əgər bir Windows lisanziyasına sahib deyilsinizsə pul ödəməlisiniz. Red Hat kimi pul 

qarşılığında satılan distributivlər var amma Red Hat-ın pulsuz təklif etdiyi Fedora distributivi də 

mövcuddur, sadəcə Red Hat ilə təqdim edilən bəzi xüsusi servislər əskikdir. Red Hat ilə satılan 

sadəcə distributivin özü deyil, həm də xüsusi servisləridir yəni. 

Sistemdə təhlükəsizlik riskləri üst səviyyədə olanda avadanlıq ehtiyyacları yeni bir böyük 

yeniləməni tələb edir və Microsoft yeni Windows buraxılışını təqdim edir. Bunları Basic, Home, 

Professional kimi qiymətinə görə bacarıqları da dəyişən fərqli buraxılışlar şəklində heç də az 

olmayan ödəniş qarşılığında satışa çıxarır. Əgər (qətiyyən tövsiyə etmədiyimiz bir yoldur), 

əməliyyat sisteminizi “pirat”, illegal şəkildə əldə etməyi seçirsinizsə deməli artıq bir çox başqa 

problemlemləriniz var. 

Windows-un hər hansı(yalnız ən son buraxılışları düşünməyin.) bir buraxılışını alıb 

quraşdırdıqdan sonra sisteminizə bir ofis proqramı, antivirus proqramı, mesajlaşma proqramı, 

internet səyyahı, film və musiqi oxuyan proqramlar, pdf proqramı və istədiyiniz digər 

proqramları quraşdırmağınız lazım olacaq. Beləliklə bütöv quraşdırma prosesi bir neçə saat 

çəkəcək. Bəs Linux-da vəziyyət nə yerdədir? Burada yazdığım ehtiyyacları qarşılayan 

proqramların %80-i, hətta daha çoxu, müvafiq Linux distributivini quraşdırdığınız andan 

etibarən istifadəyə hazır olacaq. Məsələn Ubuntu-da ofis proqramı olaraq Libre Office, 

mesajlaşma üçün Pidgin, internet səyyahı olaraq Firefox, multimediya üçün Rhythmbox, PDF 

fayllar üçün Document Viewer və s. lazımlı proqramlar öncədən yüklənmiş olaraq gəlir. 

İstifadəçi əgər istərsə bu proqramları silə və ya dəyişə bilər. Əksər Linux distributivləri 

quraşdırma sonrasında elə o andaca istifadəyə hazır olurlar. 

Proqramları yeniləmək Linux distributivlərində Windows ilə müqayisədə “tək toxunuş” qədər 

asandır. Windows üçün Windows sistemini, quraşdırdığınız hər proqramı ayrı-ayrı 

yeniləməlisiniz. Linux distributivlərində isə bu iş sistemə tapşırılıb və hər proqramın yeni 

buraxılışı gəldikcə yenilənən paketləri sistem özü tapır, endirir və quraşdırır. İstifadəçiyə qalan 

sadəcə bir düyməyə “toxunmaq” olur :) 

Windows ilə əldə etdiyiniz masaüstü görünüşü; masaüstü arxafonu və menyu görünüşündəki 

kiçik dəyişikliklər xaric digərləri ilə eynidir deyə bilərik. Linux-da isə “Masaüstü mühiti” olaraq 

adlandırılıan(bu və digər bəzi vacib terminlər ilə bağlı geniş məlumatı “

Linux terminləri

” adlı ilk 

yazımda oxuya bilərsiniz) ayrı bir qat, masaüstünü idarə etməklə vəzifələndirilib. Ən məhşurları 

KDE, Cinnamon, Unity, Xfce, GNOME və LXDE-dir. Şəxsi zövqünüzə və tələblərinizə görə 

bunlardan və daha bir çox adını çəkmədiklərimdən birini seçib istifadə edə bilərsiniz. Beləliklə 

Windows-da olan monotonluqla yaşamaq məcburiyyətində qalmamış olursunuz. 



 

Açıq qaynaq kodlu layihələrin dəstəyi Microsoft-un verəcəyi dəstəyə nəzərən qat-qat böyükdür. 

Forumlar, IRC kanalları, e-poçt siyahıları vasitəsilə minlərlə insan sizə kömək edə bilmə 

potensiyalına sahibdir. 

Linux-da bir xəta tapdığınız zaman bugzilla adlı bir xəta izləmə sisteminə qoşulub 

problemininizi düzgün şəkildə yazıb problemin qısa müddət ərzində aradan qaldırıldığını görüb 

sevinə bilərsiniz :D Microsoft Windows-da isə xətaların aradan qaldırılması bəzən aylar çəkir və 

çox vaxt sizə cavab vermə nəzakəti belə göstərmirlər. Problem sizin kompüterinizdə həll edildisə 

deməli, eyni proqramdan istifadə edən milyonlarla insanda da həll edilmişdir. Yəni bir nəfərin 

diqqəti, milyonlarla insanın xeyrinə olur. 



 – Linux-un əskikləri: 

Linux-da ən vacib əskiklərdən biri – hal-hazırda əvvələ görə çox yaxşı vəziyyətə gəlmiş olsa da 

– oyunlardır. Linux-da əlbəttə bir çox pullu və pulsuz oyun var. Lakin bu oyunların sayı ən 

azından Windows-dakı qədər deyil hələlik. Ancaq bunun çox yaxında dəyişəcəyinə inanıram. 

Əsasən Steam OS səbəbilə bir çox oyun Linux-a keçdi və keçirilir. Bundan başqa, Wine və 

PlayOnLinux kimi proqramlarla bir çox Windows və DOS oyun və proqramlarını işlətməniz 

mümkündür. Yəni qısaca, Linux hal-hazırda oyun barəsində Windows qədər yaxşı olmasa da 

əvvəllərə görə çox böyük irəliləyiş qət edib. Əgər ciddi bir oyunçusunuzsa bir müddət daha 

Linux sizə uzaq gələ bilər. Amma ən azından dual boot olaraq qurub, oyun xaric bütün işlərinizi 

Linux ilə həll edib, Windows-u sadəcə oyun üçün istifadə edə bilərsiniz :) 

İkinci bir əskiklik isə bəzi xüsusi proqramların ancaq Windows üçün çıxmasıdır. Əlbəttə Linux 

üçün bu proqramların bir çox fərqli açıq qaynaq alternativləri mövcuddur amma əgər işiniz üçün 

müəyyən bir proqramla işləməyə məcbursunuzsa və o proqram Linux üçün mövcud deyilsə və ya 

açıq qaynaq alternativleri sizə yetərli gəlmirsə bir müddət daha bəzi işləriniz üçün Windows 

istifadə etməlisiniz.. Bunun üçün də yuxarıda yazdığım seçim mövcuddur əlbəttə. Dual boot 

olaraq bir Linux distributivi qurub iki əməliyyat sistemi ilə yaşamağa davam edə bilərsiniz... 

Yuxarıda GNU, GPL, açıq qaynaq kod kimi bəzi ifadələr istifadə etdim. Bunların nə mənaya 

gəldiyini bilmirsinizsə aşağıdakı paragrafda ətraflı məlumat tapa bilərsiniz. 



GNU-nun açılışı, ‘GNU is Not Unix’dir. Yəni GNU, ‘GNU, Unix deyil’ mənasına gələn, 

rekursiv(özünü təkrar edən) bir sözdür. GNU deyiləndə ilk yada düşən insan, Richard Stallman, 

1970-ci illərdə MIT(Massachusetts Institute of Technology)-nin Süni İntellekt laboratoriyasında 

azad proqram təminatını bir yaşam şəkli və fəlsəfəsi olaraq mənimsəmiş bir qrupla bərabər 1980-

ci illərin əvvəlinə qədər proqram tərtibatçısı olaraq çalışıb. Bu grup ilə olan birliyin bitməsindən 

sonra özünü yeni bir sosyal sistemin içində tapır, Stallman bir müsahibəsində o günləri bu 

şəkildə çatdırır: “Özümü azad olmayan (qaynaq kodu qapalı olan) proqramların hakim olduğu 

və istifadəçilərin köməksiz qoyulduğu, parçalanmış və birlikdə işləməyin piratlıq olaraq hesab 

edildiyi çirkin bir sosyal sistemin içində tapdım. Bu cür yaşamağı rədd etdim. Ancaq işimi 

azadlığa və birlikdə işləməyə sərf etdiyim zaman etdiklərimdən qürur duya biləcəyimə qərar 

verdim.” Və 1983-cü ildən Unix-ə bənzər bir əməliyyat sistemi yaratmaq məqsədilə əməliyyat 

sistemi nüvəsi(kernel) xaric bir əməliyyat sistemi üçün zəruri olan bütün proqramları özündə 

birləşdirən nəhəng bir azad proqram təminatı koleksiyası olan GNU Layihəsini həyata keçirdi. 

Yazılan azad proqram təminatlarının ortaq bir yerdə toplanması üçün 1985-ci ildə yenə Stallman 

tərəfindən FSF (Free Software Foundation – Azad Proqram Təminatı Vəqfi) quruldu və GNU 

proqramlarını qorumaq üçün GPL (General Public Licence - Ümumi İctimai Lisenziya) adı 

verilən proqram lisenziyası yaradıldı. GPL lisenziyası ilə qorunan azad proqram təminatlarının 

məqsədləri azadlıqlarını qorumaqdan başqa bir şey deyil. 



Azad Proqram Təminatı adı ilə bağlı bir məsələni aydınlaşdırmaq istəyirəm. Azad Proqram adı 

ingilis dilində Free Software olduğu üçün bir çoxları tərəfindən free sözünün bir çox fərqli 

mənasından sadəcə biri olan “pulsuz” mənasında qəbul edilir və yanlış anlaşılır. Free Software 

adındakı free, pulsuz deyil azad mənasındadır. Richard Stallman özü bu məsələni belə izah 

etmişdir: “Bir proqramı “azad” olaraq adlandırdığımız zaman, bunun mənası proqramın 

istifadəçinin əsas azadlıqlarına hörmət göstərməsidir: işlətmək, anlamaq, dəyişdirmək və 



Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə