Yazılmış, eyni vaxtda bir çox istifadəçi ilə eyni zamanda müxtəlif əməliyyatları yerinə yetirən bir əməliyyat sistemidir



Yüklə 0,83 Mb.
Pdf görüntüsü
səhifə7/7
tarix08.08.2018
ölçüsü0,83 Mb.
#61323
növüYazı
1   2   3   4   5   6   7

kopyaları dəyişiklik edərək və ya etməyərəktekrar paylaşmaq azadlığı. Bu bir azadlıq 

məsələsidir, pul deyil, buna görə də “pulsuz pivə”("free beer") yerinə “söz azadlığını”("free 

speech") düşünmək lazımdır.” 

Bəs GPL (General Public Licence - Ümumi İctimai Lisenziya) nədir? 

GNU Ümumi İctimai Lisenziyası(GNU GPL ya da sadəcə GPL) bir çox yerdə istifadə olunan 

pulsuz və azad proqram lisenziyasıdır. İlkin halı Richard Stallman tərəfindən GNU layihəsi üçün 

yazılıb. Bu lisenziyanın ən sonuncu buraxılışı(GPLv3), 2007-ci ildə çıxıb. Copyleft əsaslı 

lisenziyaların ən güclü və ən geniş yayılmışı olan GNU GPL, bu gün də milyonlarla proqram 

komponenti üçün istifadə olunur. GPL-in ən çox vurğuladığı mövzu proqramların qaynaq kodu 

ilə birlikdə paylaşılmasının məcbur olduğudur. İstehsalçı firma proqramını binary olaraq 

paylaşsa belə qaynaq kodunu da hər kəs tərəfindən əl çatan bir yere yerləşdirməyə məcburdur. 

İstifadəçi bu qaynaq kodunu gözdən keçirə, üzərində istədiyi dəyişikliyi edə, öz layihələrində, 

proqramlarında kodun bütününü ya da bir hissəsini istifadə edə bilər. Hətta başqasının kod 

parçasını alıb bir neçə dəyişiklik edib, sataraq maddi qazanc da əldə edə bilər. Amma tək bir 

şərtlə, yeni istehsal olununan proqram da GPL lisenziyası ilə paylaşılmalıdır. GPL, proqramın 

maddi qazancı barəsində heç bir fikir bildirmir. GPL proqramları pulsuz olmalı deyil. İstehsalçı 

firma, proqramını GPL ilə qoruyub, paylaşa bilər və qarşılığında da müəyyən miqdar pul tələb 

edə bilər. Bu maddə ən əvvəldən bəri lisenziya içində olsa da, GPL proqramlarının çox böyük bir 

hissəsi pulsuzdur. GPL lisenziyası ilə qorunan bir proqramda isitifadəçinin istifadə etdiyi 

proqramın içində nə olduğunu bilmə imkanı var. Bəzi istehsalçı firmaların etdiyini artıq hər 

kəsin bildiyi arxa qapı (backdoor) yerləşdirmə halları da mümkünsüz kimidir. Bu da əsasən hərbi 

üçün vacibdir. GPL ilə qorunan proqramın qaynaq kodu açıq  olduğu üçün lazım olan nəzarətdən 

keçirildikdən sonra heç bir şübhə qalmadan istifadə edilə bilər. Bundan başqa, kritik işlərdə 

istifadə olunan bir proqramı istehsal edən şirkətin batması və ya artıq proqrama dəstək 

verməməsi halında heç kim zərər görməz. Qaynaq kodu açıq olduğu üçün istidadəçilər istərlərsə 

öz imkanları ilə proqramın təkmilləşdirilməsinə dəstək verə bilərlər. 

Linux nədir? 

 

Əməliyyat sistemidir 

Əməliyyat sistemi (ƏS) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə 

olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. 

 

Pulsuzdur 

Əlbəttə ki, əgər istəyirsinizsə, siz dükana gedib Linuxun distributivlərindən ibarət disklər toplusu 

ala bilərsiniz. Lakin, buna ehtiyac yoxdur. Linuxu internetdən tamamilə pulsuz və qanuni şəkildə 

endirə bilərsiniz. 

Başa düşürəm, bu tamamilə pulsuz başa gəlmir. Çünki, siz kompüter, yazmaq üçün CD-ROM 

disk almalısız, internet və elektrik enerjisi üçün pul ödəməlisiz :) Lakin, distributiv özü tamamilə 

pulsuzdur. 

Çoxları başa düşmürlər ki, ƏS necə ola bilər ki, pulsuz olsun və nəyə görə? Bunu aydınlaşdıraq. 

Məsələn, televiziya proqramları pulsuzdur və bu heç kimi təəccübləndirmir. İstənilən şəxs 

televizor ala, adi antena quraşdıra və bir neçə kanala pulsuz şəkildə baxa bilər. Linux üçün də 

belədir. Deyə bilərsiz ki: “Mən reklama baxmaqla, televiziyaya pul vermiş oluram və ya 

televiziya elə düşünür ki, mən onların reklamlarına baxıram.” Haqlısız, bu, Linux üçün də 

keçərlidir. Siz Linuxdan istifadə etməklə Linuxu hazırlayanlara sanki, pul ödəmiş olursunuz. Bu 

faktdır ki, Liuxu istifadə etməklə siz onu reklam etmiş olursunuz. 

 

Açıq kodludur 

Kod dedikdə, proqramın proqramçı tərəfindən hər hansı bir proqramlaşdırma dilində yazılmış, 




ilkin mətni başa düşülür. Bəzi dəyişikliklərdən sonra insanın başa düşdüyü bu kodlar yerinə 

yetirilən proqrama çevrilir. Bu proqram – kompüterin başa düşəcəyi, lakin, proqramistin başa 

düşmədiyi dildə yazılmış, kompüter üçün təlimatlar yığımıdır (“əks çevirmə” imkanı 

məhdudlaşdırılıb). Hələ ki ƏS bazarında bağlı kodlu məhsullar üstünlük təşkil edir. Kommersiya 

məqsədli bu ƏS-lərinin proqramçıları öz proqramlarının daxili kodlarını etibarlı şəkildə 

gizlədirlər. Yəqin ki, ehtiyat edirlər ki, kimsə oz məhsullarında bu kodların hansısa hissələrini 

istifadə edə bilərlər. Və ya onlar özləri başqa kodlardan istifadə edir və bunu gizlətmək istəyirlər 

:) Başqa bir səbəb də bu ola bilər ki, bu proqramlarda səhvlər taparlar və bunu hamı bilər :) 

(səhvlər bütün proqramlarda var və bu, keyfiyyət və xətalarla bağlıdır). İstənilən halda məşhur 

ƏS-lərinin kodları bağlıdır. Bağlı kodlu proqramları almaqla, siz sanki torbada bir pişik almış 

olursunuz :) 

Linux və onun proqramlarının mənbə kodları hamı üçün açıqdır. Bütün dunyada proqramçıların 

çoxu Linuxun proqram təminatını təkmilləşdirir, xətaları düzəldir, üzərində işləyir və test edirlər. 

 

Unix əsaslıdır 

UNIX – bu çoxüzvlü qrup, fərdi kompüterlər yaranana qədər hazırlanmış populyar ƏS-lərinin 

əcdadıdır. Bu qrupa aşağıdakı ƏS-ləri daxildir: SunOS, Solaris, UnixWare, FreeBSD, OpenBSD, 

NetBSD. Unix əsasında Apple meyvə şirkətinin fərdi kompüterləri olan makintoşlar üçün ƏS-

ləri hazırlanmışdır. Unix və Unix-əsaslı sistemlər bank serverləri, interner-ruterlər, tədqiqat 

maşınları, hesablama klasterləri və başqa fərdi kompüterlərdə yazılmışdır. Ümumi halda, harada 

etibarlılıq və məhsuldarlıq tələb olunursa, orada Unix və Unix-əsaslı ƏS-ləri istifadə olunur. 

Prinsipcə, Linuxu Unixlə eyni adlandırmaq olardı, amma, bu, müəllif hüquqları ilə bağlı problem 

yarada bilər. Belə ki, Unix – kommersiya markasıdır. 

Linuxda “ənənəvi” Unixə olunmuş çoxlu əlavələr var və buna görə də Linuxa Unixlə eyni yox, 

tamhüquqlu şəkildə Unix-əsaslı demək olar. 

 

Bir neçə “yaxın əlaqəli” məhsulun təqdim olunması 

Qeyd etdiyimiz kimi Linux – yalnız bir ƏS deyil, ƏS-ləri qrupunudur (distributivlər). Onların 

arasında ən məşhur olanlarını əlifba sırası ilə aşağıda qeyd etmişəm: 

Debian 


Fedora 

Gentoo 


Ubuntu 

 

Linuxun distributvlərinin tam siyahısını internetdə axtarış etməklə tapa bilərsiniz. Uzunçuluq 



olmasın deyə burada hamısını qeyd etməmişəm. Linuxun müxtəlif distributivləri arasındakı fərqi 

izah etmək üçün 

Linux-un hansı distributivini seçməli?

 mövzusuna baxa bilərsiniz. 

 

 

 



Niyə Linux? 

 

Linux – fərdi kompüterlər və serverlər üçün ƏS-dir. Lixun bəzi fərqli xüsusiyyətləri - pulsuz, 



etibarlı, təhlükəsiz, universal və məhsuldar olması, onun biznesdə də ideal seçim olduğunu 

göstərir. 




 

1. Pulsuz olması 

Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi 

məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir. 

 

2. Etibarlılıq 

Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur. Məsələn, tutaq 

ki, siz Windows ƏS-də bəzi işlər görmüsüz, lakin, yaddaşda saxlamamısız. Sistemdə nə isə səhv 

olur, sistem yenidən işə düşməli olur və ya sistemin işi yarımçıq qalır. Bu zaman sizin yaddaşda 

saxlamadığınız fayllar itir. Bu cəhətdən Linux çox etibarlıdır. Yəni, Linuxda bu cür problemlər 

olmur. 

 

3. Təhlükəsizlik 



Kompüter virusları - icra edilə bilən bir proqramdır, yəni kompüterinizin əməliyyat sistemində 

olan imkanlardan istifadə edən əmrlər ardıcıllığıdır. Bunu hamı belə bilir. Lakin, yaxşı olar ki, 

Windows virusları deyəsiz :) Çünki, həmin viruslar Windows ƏS altında işləyən kompüterlərdə 

işləyir :) Linuxu seçməklə siz kompüter viruslarını tamamilə unuda bilərsiz və həmçinin, heç bir 

antivirusa ehtiyacınız olmayacaq. Çünki, Linux təhlükəsizdir. 

 

4. Universallıq 

Microsoft şirkəti öz gəlirlərini maksimim dərəcədə artırmaq üçün Windows sistemini müxtəlif 

paketlərdə yayırlar: professional istifadəçilər üçün, ev kompüterləri üçün, serverlər üçün, 

korporativ klientlər üçün və s. Bu, istehlakçılar üçün əhəmiyyətli dərəcədə əlavə xərclər yaradır. 

Linuxdan istifadə etməklə siz bu xərclərdən azad olacaqsız. Linuxun hər hansı distributivini 

seçməklə, yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif 

şəkildə tənzimləyə bilərsiniz. 

 

5. Məhsuldarlıq 

Linuxu istənilən məsələnin həlli üçün təmzinləmək və beləliklə, maksimum məhsuldarlığa nail 

olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük hesablama qrupları və internet-serverlər 

üçün geniş istifadə olunmasıdır. 

 

 

 



Linux-un tarixi 

 

1969-cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7 kompüteri üçün 



kiçik bir ƏS yaratdılar. Bu ƏS-nə UNIX adını verdilər. Lakin, AT&T şirkətinin planında bu ƏS-

nin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi. 

Demək olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu ƏS-dən 

istifadə edirdilər və bir-birləri ilə bu ƏS vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər 

yaradır, faydalı proqram və utilitlər yaradır və onları istifadə edirdilər. Onların işinin nəticəsi - 

Unix ƏS-nin tam versiyası oldu (1990-cı ildə). Bu versiyanın adı Unix System V Release 4 – 

SVR4 idi. 

Unix istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi 




müəssisənin mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar. Belə ki, onlar 2BSD (Berkeley 

Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun 75 nüsxəsi satıldı. 

Unix və Unix-əsaslı sistemlərin çoxlu növləri var. Onlardan ən çox tanınanları aşağıdakılardır: 

· Solaris (əvvəllər SunOS adlanırdı). Bu ƏS – SUN Microsystems-ə məxsudur; 

· IBM şirkətinə məxsus olan AIX; 

· DEC şirkətinə məxsus olan DEC Unix; 

· SCO UnixWare və s. 

Yuxarıda adları qeyd olunan ƏS-lərinin hamısı kommersiya məqsədlidir və onların çoxu yüksək 

qiymətə malikdir. Onlar müxtəlif arxitekturalarda işləyirlər (Intel, Sparc, Alpha, PowerPC və b.). 

Lakin, hal-hazırda Unix-əsaslı ƏS-lərindən ən çox maraq cəlb edənləri açıq kodlu ƏS-ləridir. Bu 

sistemlərdən biri də Linuxdur. 

Linux – əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir. 

1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir. 

O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün 

yaradılmış məhdud analoqudur. 

1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın 

əksər proqramçıları bu ƏS-nin üzərində işləməyə başladılar və Linux ƏS inkişaf etməyə başladı. 

Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar ki, pulsuz ƏS-dir. Lakin, GNU layihəsi 

çərçivəsində proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. GNU – GNU’s not Unix, yəni, 

GNU Unix deyil deməkdir. 

Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++, 

Fortran, Pascal, LISP, Ada, BASIC, SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları, 

çap utilitləri və başqaları. 

GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation (FSF) 

hesabına inkişaf edir. 

Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili ƏS-dir. 

Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün hazırlanmışdır və 

arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan verir. Həmçinin, Linux 

digər platformalara da keçdi. 

 

 



 

Linux-un tərkibi 

 

Linux-un nüvəsi: 

Nüvə - ƏS-nin əsasıdır. O, yaddaşın paylanması, proseslərin və perfieriya qurğularının idarə 

olunmasına cavab verir. Kompüterin fiziki yaddaşı ilə müqayisədə, operativ yaddaşın böyük 

həcminin dəstəklənməsi üçün, nüvə operativ yaddaşın səhifələrini sərt diskdə yerləşdirməklə, 

adaptiv yaddaşdan istifadə etməyə imkan verir. 

Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun 

öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır. 



GNU utilitləri: 

Linux - GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan ƏS-i ilə işləmək mümkün deyil. 



X Window: 

Linuxda istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir. Müxtəlif pəncərə şəklində 




menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.), KDE və GNOME kimi qrafik vasitələr 

multimedia vasitələri ilə rahat işləməyə imkan verir. 



DOS və Windows interfeysləri: 

Linux fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki, MS-DOS 

proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi DOS emulatoru 

təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS proqramını yerinə yetirməyə imkan verir. 

Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə vasitə hazırlanmışdır. Onlardan ən 

çox tanınanı Wine-dır. Wine – Windows API-ın sərbəst realizə edilməsidir. Wine, həmçinin, 

Linuxun distributivlərinin çoxunda var. 

Linux – DOS və Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə icazə verir. 

Belə ki, bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata keçirir. Lakin, bu zaman 

bəzi tənzimləmələr etmək lazımdır. 



Şəbəkəni dəstəkləməsi: 

TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir. 

TCP/IP – internet üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün 

Unix maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s. bu kimi 

protokolları dəstəkləyir.

 

 



 

 



      24 25 26 27 28 29 30  29 30 31 

Yüklə 0,83 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə