II fosil. Dəyişdirmə müqaviləsi
qaydaya görə, alqı-satqı müqaviləsindən irəli gələn alıcının malın
dəyişdirilməsi və ya qaytarılması haqqında tələbi bu şərtlə
ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub
saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun.
Göstərilən şərtlər ödənilmədikdə, yəni mal işlədilmiş olduqda,
istehlak xassələri qorunub saxlanılmadıqda və satıcıdan alınmasına
dair sübutlar olmadıqda dəyişdirməni həyata keçirtməkdən və
beləliklə, eyni müqaviləni bağlamaqdan imtina edə bilər. Bu zaman
müsbət qərar qəbul edib-etməmə artıq satıcının iradəsinə bağlıdır.
Bir məsələni qeyd etmək lazımdır ki, adi halda dəyişdirmə
müqaviləsini tənzimlyən normalarda malın işlədilməsi və ya istehlak
xassələrini qismən və ya tamamilə itirməsi mülki dövriyyə
iştirakçıları arasında bu cür əşyalarla əlaqədar dəyişdirmə
müqaviləsinin bağlanmasına mane olan hal kimi nəzərdə tutula
bilməz. Əks təqdirdə mülki dövriyyənin azadlığı məhdudlaşdırılmış
olacaqdır.
2.2.
Dəyişdirmə müqaviləsinin əlamətləri
Dəyişdirmə müqaviləsi əvəzli xarakterlidir və qarşılıqlıdır.
Tərifdən də görünür ki, bu müqavilə üzrə bir tərəf digər tərəfin
mülkiyyətinə verdiyi əşyanın əvəzi olaraq verilən əşyanı
mülkiyyətinə qəbul edir. Bu zaman alqı-satqı müqaviləsindən fərqli
olaraq satılan əşyanın alış qiyməti kimi pul deyil, əvəz kimi verilən
əmtəə çıxış edir. AR MM-in 663.1-ci maddəsində qeyd olunur ki,
əgər dəyişdirmə müqaviləsindən ayrı qayda irəli gəlmirsə,
dəyişdirilməli mallar bərabər qiymətli sayılır. Təcrübədə dəyişdirilən
əmtəələrin qiymətinin bərabər olmayan hallarına rast gəlinir. Misal
üçün dəyişdirilən əmtəə digər əmtəənin dəyərindən aşağı olarsa, o
zaman dəyişdirmə əmtəə+əmtəə+pul formasında olacaqdır. Bu
münasibətlərin alqı-satqı və ya dəyişdirmə olması ilə əlaqədar
qanunverici dəqiq mövqe müəyyən etməmişdir.
67
Rüfət Göyüşov
Ümumi qaydaya əsasən, müqavilə tərəfləri bir əşyanın müqabilində
digər əşyam verməyi öhdələrinə götürürlərsə, o zaman bu müqavilə
dəyişdirmə müqaviləsi hesab olunacaqdır.
Müqavilə azadlığı prinsipinə uyğun olaraq dəyişdirilən malların
qiyməti tərəflərin razılaşması ilə müəyyən olunur. Dəyişdirilən
əmtəələrin qiymətini formalaşdıran amillər müxtəlifdir. Əmtəələr
dəyişdirilərkən onların qiymətlərinin bərabərləşdirilməsi hər zaman
mümkün olmaya bilər. Cinsən müəyyən olunan əşyalarla əlaqədar
tərəflər kəmiyyət, çəki və keyfiyyət göstəricilərindən çıxış edərək
buna nail ola bilərlər. Məsələn, bir ton taxılın bazar qiyməti müəyyən
olunaraq ona müvafiq çəkidə yanacağa dəyişdirilə bilər. Fərdən
müəyyən olunan əşyalar dəyişdirilərkm qiymətin eyniləşdirilməsi
mümkün olmaya bilər. Məsələn, torpaq sahəsi və avtomobil
dəyişdirilərkən bu əmlakların real bazar qiymətlərinin üst-üstə
düşməsi çox nadir hallarda ola bilər. Odur ki, dəyişdirilən əmlakların
qiymətlərinin bərabər hesab edilməsi və yaxud aşağı dəyərli əmlakın
üzərinə əlavə pul vəsaitinin verilməsi tərəflərin razılaşmasından
asılıdır. Bu zaman unikal bir vəziyyət yaranmış olacaqdır. Belə ki,
əgər dəyişdirilən malların qiymətləri arasında fərq varsa və tərəflər
əlavə pulun ödənilməsini razılaşdırmayıblarsa o halda yüksək dəyərə
malik əşyanı verən şəxs dəyərin artıq olan hissəsini sanki' qarşı tərəfə
bağışlamış olur. Yox, əgər yüksək dəyərə malik olan əşyanın digər
əşyanın qiyməti ilə örtülən dəyərinin üstündə qalan hissəsi ilə
əlaqədar
' Sanki ifadəsi Roma hüququndan bizə molumdur. Roma hüququnda öhdəliklərin
təsnifatı müqavilələr və sanki müqavilədən yaranan öhdəliklər (xüsusi
mükafatlandırmanın açıq elan edilməsi, birtərəfli hüquqa uyğun hərəkətlərdən yaranan
öhdəliklər) və deliktlər və sanki deliktlordən yaranan öhdəliklər əsasında aparırdılar.
Sanki ifadəsi onu ehtiva edir ki, tərəflər arasında müqavilə yoxdur, amma müqavilədən
irəli gələn hüquq və vəzifələr vardır. Bilavasitə delikt yoxdur, amma hüquqi
pozuntulardan əmələ gələn hüquq və vəzifələr yaranmışdır. Yuxarıda qeyd etdiyimiz
misalda tərəflər arasında bağışlama və alqı-satqı müqaviləsi yoxdur, amma bu
müqavilələri tənzimləyən şərtlər yaranmışdır.
68
II fəsil. Dəyişdirmə müqaviləsi
əlavə pul vəsaitinin verilməsi razılaşdırılıbsa, o zaman həmin hissə
ilə əlaqədar, sanki alqı-satqı müqaviləsi bağlanmış olacaqdır.
Dəyişdirmə müqaviləsinin tərəfləri qarşılıqlı hüquq və vəzifələr
daşıdıqları üçün bu müqavilə sinelaqmatik müqavilədir. Roma
hüququnda dəyişdirmə müqaviləsi (permutatio) adsız kontraktlar'
sırasına aid idi. Müasir qanunvericiliklərdə verilən anlayış onun
konsensual xarakterinə dəlalət edir. Belə ki, bu müqavilə üzrə
tərəflərin razılığa gəlməsi müqavilənin bağlanmış hesab edilməsi
üçün kifayət sayılır. Müqavilə bağlandıqdan sonra vəzifəsini icra
etməyən tərəfin mah vermək öhdəliyinin icrasına öhdəliklərin
qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir.
Predmet haqqında razılaşma alqı-satqı müqaviləsində olduğu
kimi, dəyişdirmə müqaviləsinin də mühüm şərti hesab olunur.
Dəyişdirmə müqaviləsinə verilən anlayışdan görünür ki, bəzi
müqavilələrdən (tələblərin və hüquqların alqı-satqısı, faktorinq,
bağışlama, icarə və s.) fərqli olaraq (müqavilənin predmeti qismində
əmlak hüquqlarının çıxış edə bildiyi müqavilələr) dəyişdirmə
müqaviləsinin predmeti kimi əşyalar (daşınar və daşınmaz) çıxış edə
bilər. Mülki dövriyyədən çıxarılmayan istənilən əşyaların
dövriyyəsinin mümkünlüyü şübhə doğurmur.
Bununla belə, bəzi əmlak hüquqlarının, əgər dəyişdirmə
müqaviləsinin təbiətinə zidd deyildirsə, onun predmeti kimi çıxış edə
bilməsi AR MM-in 662.2-ci maddəsinin (dəyişdirmə müqaviləsinə
alqı-satqı haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir)
tələblərini nəzəri alaraq mümkün hesab etmək olar. Belə ki, güzəşt
edilməsi və ya girov qoyulması mümkün olan tələbin və hüququn
mülkiyyətçisi onu başqa şəxsin mülkiyyətinə verə bildiyi üçün bunu
alqı-satqı və ya dəyişdirmə müqaviləsi vasitə-
‘ Adsız kontraktlar istilahı o manada başa düşülürdü ki, bu kontraktlar əsas sivil
kontraktlardan heç birinə (real, konsensual, verbal, literal) aid olan əlaməti yox idi. Bax.
İ.B.Novitski. Roma Hüququ (Rus dilindən Azərbaycan dilinə tərcümə) / tərcümə edən
və elmi redaktor İ.Ə. Vəliyev. Bakı: "Adiloğlu" nəşriyyatı 2006, səh.230-231.
69
Dostları ilə paylaş: |