Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə70/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   66   67   68   69   70   71   72   73   ...   162

Rüfət Göyüşov 

ması  zamanı  onun  sazlığını  yoxlayarkən  aşkar  oluna  bilən 

çatışmazlıqlar üçün məsuliyyət daşımır (bax. AR MM, mad.748-1.4). 

Lizinq alanın hüquq və vəzifələri aşağıdakılardır: 

-

 

lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar 



edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları 

aradan  qaldırmaq  məqsədi  ilə  bu  əmlakı  satan  hüquqi  və  ya  fiziki 

şəxslər  qarşısında  tələb  irəli  sürmək  üçün  lizinq  verənə  məlumat 

verməlidir (bax. AR MM, mad.748-1.2); 

-

 

lizinq  alan,  lizinq  müqaviləsində  ayrı  qayda  nəzərdə 



tutulmayıbsa,  lizinq  obyektinə  texniki  xidməti,  onun  orta  və  cari 

təmirini öz hesabına həyata keçirir (bax. AR MM, mad.748-1.7); 

-

 

lizinq  müqaviləsinə xitam verildikdən sonra lizinq  alan lizinq 



obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə 

şərtlənən  köhnəlmə  nəzərə  alınmaqla,  lizinq  verənə  ondan  aldığı 

vəziyyətdə (halda) qaytarmalıdır (bax. AR MM, mad.748-1.8); 

-

 



lizinq  alan  bilavasitə  lizinq  obyektinin  satıcısı  qarşısında  bu 

obyektin keyfiyyət və komplekdiyi, göndərilmə müddətləri barədə və 

satıcı  ilə  lizinq  verənin  arasında  alqı-satqı  müqaviləsi  ilə  nəzərdə 

tutulan digər tələbləri irəli sürə bilər (bax. AR MM, mad.748-1.3); 

-

 

lizinq  müqaviləsi  qanuni  qüvvəyə  mindikdə  lizinq  alanın 



(müvafiq  olaraq  lizinq  verənin)  lizinq  verəndən  (müvafiq  olaraq 

lizinq  alandan)  lizinq  müqaviləsi  üzrə  öhdəliklərinin  yerinə 

yetirilməsini  tələb  etmək  və  onların  yerinə  yetirilmədiyi  təqdirdə 

lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu 

hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq 

lizinq  alan)  tərəfindən  ödənilməsini  məhkəmə  yolu  ilə  tələb  etmək 

hüququ vardır (bax. AR MM, mad.748-1.5); 

-

 



əgər lizinq alan lizinq verənin yazılı razılığı ilə lizinq obyektini 

öz  vəsaiti  hesabına  yaxşılaşdırıbsa  və  bu,  lizinq  obyektinə  zərər 

vurmadan  ayrıla  bilmirsə,  lizinq  müqaviləsinə  xitam  verildikdən 

sonra  lizinq  alan,  lizinq  müqaviləsi  ilə  ayrı  qayda  nəzərdə 

tutulmayıbsa,  bu  yaxşılaşdırılmaların  dəyərinin  ona  ödənilməsini 

tələb etmək hüququna malikdir (bax. AR MM, mad.748- 



214 


VIII fəsil. Lizinq müqaviləsi 

1.10).  Əks  halda,  yəni  lizinq  verənin  yazılı  razılığı  olmadan  lizinq 

alan bu işləri görərsə, o halda onun belə bir hüququ olmur. 

Lizinq  müqaviləsi  üzrə  satıcı  alqı-satqı  müqaviləsindən  irəli 

gələn hüquq və vəzifələrə malik olur. Bununla yanaşı, AR MM- in 

748-1.6-ci  maddəsində  müəyyən  olunmuş  qaydaya  görə,  lizinq 

obyektinə  təminatlı  xidmət,  əgər  bu,  alqı-satqı  müqaviləsində 

nəzərdə tutulubsa, satıcı tərəfindən həyata keçirilir. 



8.6.

 

Lizinq müqaviləsinin növləri 

Konkret lizinq əqdlərinin məzmunu və onların həyata keçirilməsi 

qaydası əksər hallarda lizinq növündən asılı olaraq müəyyən olunur. 

Hüquq ədəbiyyatlarında lizinqin aşağıdakı növlərindən bəhs edilir': 



Maliyyə lizinqi - lizinqin bu növündə lizinq predmeti lizinq alana 

lizinq predmetinin tam amortizasiyası dövrülə əhatə olunan müddətə 

verilir. Maliyyə lizinqində lizinq predmeti lizinq alanın mülkiyyətinə 

lizinq  müqaviləsinin  qüvvəsinə  xitam  verildikdən  sonra  və  yaxud 

lizinq alan tərəfindən lizinq müqaviləsində nəzərdə tutulan məbləğin 

ödənildiyi halda (lizinq müqaviləsinin qüvvəsinə xitam verilənədək) 

keçir. 

Operativ (əməli) lizinq - lizinq müqaviləsinin bu növündə lizinq 

verən lizinq predmetini əldə etməklə onu lizinq alana müəyyən haqq 

müqabilində  müəyyən  müddətə  sahibliyə  və  istifadəyə  verir. 

Müqavilənin müddəti bitdikdən sonra lizinq predmeti lizinq verənə 

qaytarılır. Bu zaman, əgər lizinq müqaviləsində ayrı qayda nəzərdə 

tutulmayıbsa,  lizinq  müqaviləsinin  qüvvəsi  bitdikdə  lizinq  verən 

lizinq predmetinin onun mülkiyyətinə verilməsini tələb edə bilməz. 

Operativ lizinq zamanı lizinq predmeti tam 

'  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Ютувер, 2004. стр.417. 



215 


Rüfət Göyüşov 

amortizasiya müddəti ərzində bir neçə dəfə lizinqə verilə bilər. 



Geri  çağrılan  lizinq  -  lizinqin  bu  növündə  lizinq  predmetinin 

satıcısı eyni zamanda lizinq alan kimi çıxış edir. 

Hüquq ədəbiyyatlarında təmiz (quru) və yaş lizinq fərqləndirilir. 

Təmiz lizinq (net leasinq) zamanı lizinqə verilən əşyaya tam xidməti 

lizinq alan öz üzərinə götürür. Yaş lizinq (wet leasinq) zamanı lizinq 

predmetinə  tam  xidmət  göstərilməsi  vəzifəsi  lizinq  verənin  üzərinə 

qoyulur'. Beləliklə, lizinq müqaviləsində lizinq predmetinin istismarı 

üçün  zəruri  olan  xidmətlərin  lizinq  verən  tərəfindən  həyata 

keçirilməsi  müəyyən  olunmuşdursa,  o,  yaş  lizinq  (wet  leasinq) 

müqaviləsi  hesab  olunacaqdır.  Əlavə  xidmətlərin  göstərilməsini 

nəzərdə  tutmayan  müqavilə  isə  müvafiq  olaraq  təmiz  lizinq  (net 

leasinq) adlandırılacaqdırv 

Sublizinq - lizinq münasibətlərinin xüsusi növüdür. Subli- zinq- 

sublizinq müqaviləsi ilə rəsmiləşdirilir. 

Sublizinq  münasibətləri  lizinq  alan  tərəfindən  lizinq  predme- 

tindən  istifadə  hüququnun  üçüncü  şəxslərə  verilməsi  ilə  əlaqədar 

yaranır.  AR  MM-in  747-4.2-ci  maddəsində  qeyd  edildiyi  kimi, 

sublizinq  zamanı,  əvvəllər  lizinq  verəndən  lizinq  müqaviləsi  üzrə 

alınmış lizinq müqaviləsinin obyektini lizinq müqaviləsi üzrə lizinq 

alan  üçüncü  şəxslərə  (sublizinq  müqaviləsi  üzrə  lizinq  alana)  haqq 

ödənilməklə  və  sublizinq  müqaviləsinin  şərtlərinə  uyğun  müddətə 

sahibliyə və istifadəyə verir. 

Sublizinq  müqaviləsi  üzrə  əşyaya  sahiblik  və  istifadə  hüquqları 

ilə yanaşı, satıcıya qarşı tələb hüququ sublizinq müqaviləsi üzrə lizinq 

alana keçir. 

Lizinq  obyektinin  sublizinqə  verilməsi  zamanı  hökmən  lizinq 

verənin yazılı razılığı olmalıdır (bax. AR MM, mad. 747-4.4). 

'  Гражданское  право.  Том  II.  Полутом  1:  Учебник  /  Отв.ред.проф. 

Е.А.Суханов - М.: Волтере Клувер, 2004, стр.418. 

- Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. Том 

2. М.; Проспект, 2003, с.237. 

216 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə