1
Mixail Bulqakov
Master və Marqarita
(roman)
downloaded from KitabYurdu.org
2
downloaded from KitabYurdu.org
3
Birinci hissə
... Axı sən kimsən?
– Mən daim pislik arzulayan və daim yaxĢılıq edən
qüdrətin bir hissəsiyəm.
Gete, "Faust"
I fəsil
TANIMADIĞINIZ ADAMDAN UZAQ DURUN
Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki
adam göründü. Əynində parusindən boz yay köynəyi olan,
qara saçları ortadan dazlaĢmıĢ qırx yaĢlarında tösmərək kiĢi
Ģlyapasını əlində piroq kimi tutmuĢdu, təmiz qırxılmıĢ
sifətində buynuz sağanaqlı iri qara eynəyi ilk baxıĢdan gözə
dəyirdi. Dama-dama kepkasını boynunun dalına itələmiĢ
enlikürək, kəkilli kürən gənc ətəyiuzun, enli köynək, əzik ağ
Ģalvar və qara çəkələk geyinmiĢdi.
downloaded from KitabYurdu.org
4
Bunlar Moskvanın qısaca Massolit adlanan çox böyük
ədəbi cəmiyyətlərindən birinin sədri və qalın bədii jurnalın
redaktoru Mixail Aleksandroviç Berlioz, bir də onun
Bezdomnı ləqəbi ilə yazıb-yaradan gənc yoldaĢı Ģair Ġvan
Nikolayeviç Ponıryov idi.
Azca yaĢıllaĢmıĢ cökə ağacının kölgəsinə çatan kimi
yazıçılar tez-tələsik özlərini üstünə "Pivə və sular" yazılmıĢ
ala-bəzək köĢkə verdilər.
Bu yerdə həmin dəhĢətli may axĢamının ilk qəribəliyini
qeyd etmək lazımdır. Nəinki köĢkün ətrafında, Kiçik
Bronnaya küçəsinə paralel xiyabanda da kimsə gözə
dəymirdi. Nəfəs almağa belə hal qalmadığı, günəĢin
Moskvanı yaxıb-yandırıb, buludsuz havada Sadovaya
dairəsinin arxasına endiyi həmin vaxtda cökə ağacının
altında heç kim yox idi, skamyada heç kim oturmamıĢdı –
xiyaban bomboĢ idi.
– Narzan verin, – Berlioz dedi.
– Narzan yoxdur, – köĢkdəki qadın nəyə görəsə incik
cavab verdi.
– Pivə var? – Bezdomnı boğuq səslə soruĢdu.
downloaded from KitabYurdu.org
5
– Pivəni axĢam gətirəcəklər, – qadın cavab verdi.
– Bəs nə var? – Berlioz xəbər aldı.
– Ərik Ģirəsi, ancaq ilıqdır, – qadın dedi.
– Di verin, verin, verin!..
Ərik Ģirəsindən sarı köpük qalxdı və havadan
dəlləkxana qoxusu gəldi. Ġçən kimi ədibləri hıçqırıq tutdu,
hesabı ödəyib, üzləri gölə, arxaları Bronnaya küçəsinə tərəf
skamyada oturdular.
Bu zaman təkcə Berlioza dəxli olan ikinci qəribəlik baĢ
verdi. Hıçqırığı qəfil kəsdi, ürəyi çırpınıb harasa yuvarlandı,
sonra qayıtdı, ancaq küt sancıyla. Bundan baĢqa, onu heç
nədən elə möhkəm qorxu sardı ki, həmin dəqiqə dabanına
tüpürüb Patriarx gölündən qaçmaq istədi. Berlioz nədən
qorxduğunu anlamadan qüssə ilə ətrafına baxdı. Rəngi
ağarmıĢdı, alnını dəsmalla silib düĢündü: "Nə oldu mənə?
Heç vaxt belə Ģey olmayıb... ürəyim Ģıltaqlıq eləyir...
yorulmuĢam. Deyəsən, hər Ģeyi atıb Kislovodska getməyin
vaxtıdır..."
Bu yerdə bürkülü hava onun qarĢısında qatılaĢdı və
həmin havadan çox qəribə görünüĢlü Ģəffaf adam əmələ
downloaded from KitabYurdu.org
6
gəldi: balaca baĢında günlüklü jokey papağı, əynində dar,
dama-dama yüngül pencək... Boyu bir sajın, dəhĢətli
dərəcədə arıq, çiyinləri ensiz adamın sifətində isə, nəzərinizə
çatdırım ki, istehza var idi.
Berliozun həyatı elə qurulmuĢdu ki, qeyri-adi
hadisələrə öyrəĢməmiĢdi. Daha da ağarıb, gözlərini
bərəldərək təĢviĢlə düĢündü: "Belə Ģey ola bilməz!.."
Ancaq təəssüflər olsun ki, beləydi, bu tərəfindən o
tərəfi görünən uzun adam torpağa toxunmadan onun
qarĢısında sola-sağa yırğalanırdı.
Berlioz dəhĢətdən gözlərini yumdu. Gözünü açanda isə
gördü ki, hər Ģey qurtarıb, ilğım itib, dama-dama paltarlı
yoxa çıxıb, ürəyindəki sancı da onunla bir yerdə.
– Tfu, lənət Ģeytana, – redaktor dedi, – bilirsən, Ġvan,
istidən az qaldı ürəyim yatsın! Hətta qarabasmaya oxĢar da
nəsə oldu, – o gülümsəməyə çalıĢdı, ancaq gözlərindən hələ
də qorxu çəkilməmiĢdi, əlləri titrəyirdi. Bununla belə, get-
gedə sakitləĢdi, dəsmalla üzünü yelləyib, kifayət qədər
gümrah səslə: "Hə, deməli..." – deyib, hərdən ərik Ģirəsindən
içərək yarımçıq söhbətinə qayıtdı.
downloaded from KitabYurdu.org
7
Sonradan biləcəyiniz kimi, söhbət Ġsa Məsihdən
gedirdi. Məsələ belə idi: redaktor jurnalın növbəti nömrəsi
üçün Ģairə din əleyhinə böyük poema sifariĢ vermiĢdi. Ġvan
Nikolayeviç bu poemanı yazdı, özü də çox qısa müddətə,
ancaq təəssüf ki, poema redaktoru heç cür qane etmirdi.
Bezdomnı öz poemasının baĢ qəhrəmanını, yəni Ġsanı qara
boyalarla təsvir etmiĢdi, bununla belə, redaktorun fikrincə,
poemanı büsbütün təzədən yazmaq lazımdı. Ona görə də
baĢlıca səhvini göstərmək üçün indi Ģairə Ġsa haqqında
mühazirəyə oxĢar bir Ģey oxuyurdu. Ġvan Nikolayeviçi məhz
nəyin pis vəziyyətdə qoyduğunu demək çətindi – təxəyyülün
gücü, yoxsa yazmaq istədiyi məsələnin mahiyyətindən
xəbərsizliyi – ancaq onun təsvir etdiyi xoĢagələn personaj
olmasa da, tamamilə canlı çıxmıĢdı. Berlioz isə Ģairə sübut
etmək istəyirdi ki, əsas məsələ Ġsanın necəliyində – yaxĢı, ya
pis olmasında deyil, ondadır ki, Ġsa adlı Ģəxsiyyət,
ümumiyyətlə, yaĢamayıb və onun haqqındakı bütün
hekayətlər – bəsit uydurmalar, çox adi əfsanələrdir.
Qeyd etmək lazımdır ki, redaktor oxumuĢ adam idi və
öz söhbətlərində çox məharətlə qədim tarixçilərə, məsələn,
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |