Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə151/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   143   144   145   146   147   148   149   150   151

 

760 


səhnədə  eləyə  bilərdi.  DanıĢan  piĢik  də  xalis  cəfəngiyatdı. 

Belə  bir  piĢiyi  adamlara  göstərmək  üçün  cadugərliyin  ilkin 

əsaslarını  bilmək  kifayətdir,  Korovyevin  sənətinin  bu 

əsaslardan  çox-çox  irəli  getdiyinə,  çətin  ki,  Ģübhə  eləyən 

tapıla. 

Bəli,  məsələ  heç  də  kart  dəstində,  Nikanor  Ġvanoviçin 

portfelindəki  saxta  məktublarda  deyil.  Bunlar  xırda 

Ģeylərdir!  Berliozu  tramvayın  altna  salıb  öldürən 

Korovyevdir.  Bədbəxt  Ģair  Ġvan  Bezdomnını  o  dəli  eləyib, 

xəyallara  dalaraq  əzablı  yuxularda  qədim  YerĢalaimi  və  üç 

nəfərin dar ağacından asıldığı günün qarsaladığı susuz Keçəl 

Dağı  görməyə  o  məcbur  edib.  Marqarita  Nikolayevnanın, 

qulluqçusu  gözəl  NataĢanın  Moskvadan  yoxa  çıxmasına  o 

və onun  quldur dəstəsi səbəb  olub. Yeri gəlmiĢkən, istintaq 

bu  iĢlə  xüsusi  maraqlanmıĢdı.  AydınlaĢdırmaq  lazımdı:  bu 

qadınları  qatillər,  yanğın  törədənlər  dəstəsi  qaçırıb,  yoxsa 

cinayətkar  dəstəyə  könüllü  qoĢulub  gediblər?  Nikolay 

Ġvanoviçin mənasız, dolaĢıq ifadələrinə əsaslanıb, Marqarita 

Nikolayevnanın ifritə olmağa getdiyini ərinə yazdığı qəribə, 

gic-gici  məktubunu,  NataĢanın  öz  paltarlarını  evdə  qoyub 

downloaded from KitabYurdu.org



 

761 


yoxa çıxdığını nəzərə alıb istintaq belə bir rəyə gəldi ki, bir 

çoxları  kimi  ev  sahibəsi  və  qulluqçu  hipnoz  olunub,  bu 

vəziyyətdə  də  quldur  dəstəsi  tərəfindən  oğurlanıb.  Yəqin, 

tamamilə  doğru  olaraq  belə  bir  fikir  də  yarandı  ki, 

cinayətkarları hər iki qadının gözəlliyi cəlb eləyib. 

Ancaq bir Ģey istintaq üçün tam qaranlıq qaldı – özünü 

master  adlandıran  ruhi  xəstəni  psixiatriya  klinikasından 

quldur  dəstəsi  nə  məqsədlə  oğurlamıĢdı.  Bunu,  eləcə  də 

oğurlanan  xəstənin  soyadını  müəyyən  etmək  mümkün 

olmadı.  "Birinci  korpusdan  yüz  on  səkkiz  nömrəli  xəstə" 

adıyla həmiĢəlik yox olub getdi. 

Beləliklə,  demək  olar,  hər  Ģey  aydınlaĢdı  və 

ümumiyyətlə, hər Ģey kimi istintaq da sona çatdı. 

Bir  neçə  il  ötdü,  adamlar  Volandı,  Korovyevi  və 

baĢqalarını  unutmağa  baĢladılar.  Voland  və  onun 

əlaltılarının  əlindən  zərər  çəkənlərin  həyatnda  çox 

dəyiĢikliklər  baĢ  verdi,  bu  dəyiĢikliklər  nə  qədər  xırda, 

əhəmiyyətsiz olsa da, hər halda, onları qeyd etmək lazımdır. 

Misal  üçün,  Jorj  Benqalski  müalicəxanada  üç  ay 

yatandan  sonra  sağalıb  çıxdı,  ancaq  tamaĢaçıların  bilet 

downloaded from KitabYurdu.org



 

762 


almağa  axıĢıb  gəldiyi  ən  qızğın  vaxtda  –  magiya  və  onun 

ifĢası  yaddaĢlarda  özünə  möhkəm  yer  eləmiĢdi  – 

Varyetedəki  iĢindən  getməyə  məcbur  oldu.  Benqalski 

Varyeteni  atdı,  çünki  hər  gecə  iki  min  tamaĢaçı  qarĢısına 

çıxmağın,  istər-istəməz  hamı  tərəfindən  tanınmağın  və 

özünü  baĢlı,  yoxsa  baĢsız  yaxĢı  hiss  etdiyi  barədə  istehzalı 

sualların əlində girinc qalmağın, əlbəttə, çox əzablı oduğunu 

baĢa düĢürdü. 

Bəli, bundan baĢqa, konferansye onun sənəti üçün vacib 

olan  Ģuxluğunun  bir  xeyli  hissəsini  itirmiĢdi.  Hər  yaz  bədr 

gecəsində  həyəcanlanıb  birdən  öz  boğazından  yapıĢmaq, 

qorxa-qorxa 

ətrafına  boylanıb  ağlamaq  kimi  onda 

xoĢagəlməz,  məĢəqqətli  vərdiĢ  yaranmıĢdı.  Bu  tutmalar 

ötüb-keçirdi,  ancaq  hər  halda,  belə  vəziyyətdə  əvvəlki  iĢlə 

məĢğul  olmaq  mümkün  deyildi  və  konferansye  istirahətə 

çəkilib,  hesablamalara  görə,  ən  azı,  on  beĢ  il  ona  yetəsi 

yığdığı pullarla yaĢamağa baĢladı. 

O  getdi  və  hətta  teatr  inzibatçıları  arasında  da  çox  az 

təsadüf  olunan  qayğıkeĢliyə,  nəzakətli  davranıĢa  görə 

məĢhurlaĢmıĢ,  hamının  məhəbbətini  qazanmıĢ  Varenuxa  ilə 

downloaded from KitabYurdu.org




 

763 


bir  daha  rastlaĢmadı.  Məsələn,  kontramarkaçılar  onu  məhz 

xeyirxah  ata  adlandırırdılar.  Kim,  nə  vaxt  olur-olsun, 

Varyeteyə  zəng  eləsə,  dəstəkdə  həmiĢə  mülayim,  ancaq 

kədərli  bir  səs  eĢidilirdi:  "Sizi  eĢidirəm",  –  Varenuxanı 

telefona  istəyəndə  isə  həmin  səs  tələsik  cavab  verirdi: 

"Qulluğunuzda  hazıram".  Di  gəl,  özünün  belə  nəzakətli 

olmağının Ġvan Savelyeviç yaman altını çəkirdi! 

Styopa Lixodeyevə daha Varyetedə telefonla danıĢmaq 

lazım  olmur.  Səkkiz  gün  yatdığı  klinikadan  çıxan  kimi 

Styopanı  dərhal  Rostovda  böyük  qastronoma  müdir 

göndərdilər.  ġayiələr  gəzir  ki,  portveyn  içməyi  büsbütün 

tərgidib,  yalnız  qarağat  arağı  içir,  bu  da  onu  əməllicə 

gümrahlaĢdırıb.  Deyilənə  görə,  dinib-danıĢmır,  qadınlardan 

uzaq durur. 

Stepan Boqdanoviçin Varyetedən çıxarılması bir neçə il 

ərzində  çox  həvəslə  arzuladığı  sevinci  Rimskiyə  bəxĢ 

eləmədi. Klinikadan çıxandan və Kislovodskdan qayıdandan 

sonra baĢı əsən, çox qocalmıĢ maliyyə direktoru Varyetedəki 

iĢindən  getmək  barədə  ərizə  verdi.  Maraqlıdır  ki,  ərizəni 

Varyeteyə  Rimskinin  arvadı  gətirmiĢdi.  Ay  iĢığında 

downloaded from KitabYurdu.org



 

764 


pəncərənin  sınmıĢ  ĢüĢəsini  və  pəncərənin  aĢağı  sürgüsünə 

sarı  dartınan  uzun  əli  gördüyü  binaya  hətta  gündüz  belə 

getməyə Qriqori Daniloviç cəsarət eləməmiĢdi. 

Maliyyə 


direktoru 

Varyetedən 

çıxıb, 

Zamoskvoreçyedəki  uĢaq  kukla  teatrına  iĢə  düzəldi.  Bu 



teatrda  akustika  ilə  bağlı  möhtərəm  Arkadi  Apollonoviç 

Sempleyarovla  bir  daha  qarĢılaĢası  olmadı.  Onu  əlüstü 

Bryanska  göndərib,  göbələkhazırlama  məntəqəsinə  müdir 

təyin eləmiĢdilər. Moskvalılar indi duzlu sarı göbələkdən və 

turĢuya  qoyulmuĢ  ağ  göbələkdən  bəh-bəhlə  yeyib,  bu 

dəyiĢikliyə  çox  sevinirdilər.  Olan  olub,  keçən  keçib, 

akustika  məsələsində  Arkadi  Apollonoviçin  iĢləri  düz 

gətirmirdi,  nə  qədər  çalıĢsa  da  yoluna  qoysun,  yenə  necə 

varsa, eləcə də qalmıĢdı. 

Teatrla  üzülüĢənlər  arasında  Arkadi  Apollonoviçdən 

baĢqa,  müftə  biletlərə  sevgisindən  savayı  teatrla  heç  bir 

bağlılığı olmayan Nikanor Ġvanoviç Bosoy da var idi. Pullu, 

ya  havayı  teatra  getməməyi  bir  yana,  teatrdan  söhbət 

düĢəndə  hətta  Nikanor  Ġvanoviçin  sir-sifəti  dəyiĢirdi. 

Teatrdan  daha  çox  Ģair  PuĢkinə  və  istedadlı  artist  Savva 

downloaded from KitabYurdu.org




 

765 


Potapoviç  Kurolesova  nifrət  eləyirdi.  Savva  Potapoviçə  o 

dərəcədə  nifrət  eləyirdi  ki,  keçən  il  ömrünün  çiçəklənən 

çağında  onun  ürəyinin  yatdığı  barədə  qəzetdə  qara  haĢiyəli 

xəbəri  görəndə qıpqırmızı oldu, az  qaldı Savva  Potapoviçin 

arxasınca  özü  də  o  dünyaya  getsin  və  bağırdı:  "Ona  haqq 

olur!"  Bundan  baĢqa,  məĢhur  artistin  ölümündən  acı 

xatirələri  oyanan  Nikanor  Ġvanoviç  elə  həmin  axĢam 

Sadovını iĢıqlandıran bədirlənmiĢ ayla baĢ-baĢa düt deyincə 

içdi.  Ġçdiyi  hər  qədəhlə  də  nifrət  etdiyi  adamların  mənfur 

sırası  artırdı,  bu  sırada  Dunçil  Sergey  Gerardoviç,  gözəlçə 

Ġda  Herkulanovna,  döyüĢən  qazların  kürən  sahibi  və 

ürəyiaçıq Kanavkin Nikolay da var idi. 

Bəs  onların  baĢına  nə  gəldi?  Əfv  edəcəksiniz!  Onların 

baĢına  qətiyyən  heç  nə  gəlməyib,  gələ  də  bilməzdi,  çünki 

onlar,  əslində,  heç  vaxt  olmayıblar,  elə  qəĢəng  artist 

konferansye, 

teatrın 

özü,  Poroxovnikovun  valyutanı 

zirzəmidə  çürüdən  qoca  xalası  da  olmayıb  və  əlbəttə,  qızıl 

Ģeypurlar,  sırtıq  aĢpazlar  heç  yerli-dibli  olmayıblar.  Bütün 

bunları  Nikanor  Ġvanoviç  haramzada  Korovyevin  təsiriylə 

vur-tut  yuxuda  görüb.  Bu  yuxuda  yeganə  canlı  adam  məhz 

downloaded from KitabYurdu.org



 

766 


artist  Savva  Potapoviç  olub,  o  da  radioda  tez-tez  etdiyi 

çıxıĢları  sayəsində  Nikanor  Ġvanoviçin  yaddaĢında  iz 

salmıĢdı. Artist olmuĢdu, qalanları yox. 

Bəlkə,  Aloizi  Moqarıç  da  olmayıb?  Heç  də  yox!  O 

nəinki  olub,  hələ  indi  də  yaĢayır,  özü  də  Rimskinin  imtina 

etdiyi 


vəzifədə, 

yəni 


Varyetedə 

maliyyə 


direktoru 

vəzifəsində çalıĢır. 

Volandla  görüĢdüyü  vaxtdan,  təxminən,  bir  gün  sonra 

Vyatka  yaxınlığında  qatarda  özünə  gələn  Aloizi  gördü  ki, 

ağlı  çaĢmıĢ  halda  Moskvadan  gedəndə  Ģalvarını  geyinməyi 

unudub,  di  gəl  evtikənin  ona  qətiyyən  lazım  olmayan  ev 

dəftərini  nə  üçünsə  oğurlayıb.  Bələdçiyə  xeyli  pul  verib 

ondan  çirkli  köhnə  Ģalvar  aldı  və  Vyatkadan  geri  döndü. 

Ancaq  əfsuslar  ki, evtikənin  evini  tapmadı.  Alov  köhnə  evi 

yer  üzündən  tərtəmiz  silmiĢdi.  Ancaq  Aloizi  çox  tədbirli 

adam idi. Ġki həftə keçməmiĢ artıq Bıyusov küçəsində gözəl 

birotaqlı  mənzildə  yaĢayırdı,  bir  neçə  aydan  sonra  isə 

Rimskinin 

kabinetində 

əyləĢmiĢdi.  Əvvəllər  Rimski 

Styopanın əlindən necə əziyyət çəkirdisə, indi də Varenuxa 

Aloizinin əlindən  eləcə  zinhara gəlmiĢdi. Ġvan  Savelyeviçin 

downloaded from KitabYurdu.org




 

767 


bircə  arzusu  var  idi:  bu  Aloizini  Varyetedən  harasa  rədd 

eləyəydilər; hərdən dost-tanıĢa gizlicə pıçıldayırdı ki, Aloizi 

kimi əclafa ömründə rast gəlməyib, ondan nə desən çıxar. 

Amma ola bilsin, inzibatçı qərəzlidir. Aloizinin elə bir 

əlləm-qəlləm  iĢini  görən  olmamıĢdı,  əgər  bufetçi  Sokovun 

əvəzinə baĢqasını qoyduğunu nəzərə almasaq, ümumiyyətlə, 

heç  bir  iĢini  görməmiĢdilər.  Andrey  Fokiç  isə  Voland 

Moskvada  peyda  olandan  doqquz  ay  sonra  Birinci  MDU-

nun müalicəxanasında ciyər xərçəngindən vəfat etdi... 

Bəli,  bir  neçə  il  ötdü  və  bu  kitabda  doğru-düzgün  əks 

olunan  əhvalat  yavaĢ-yavaĢ  yaddaĢlardan  silindi.  Ancaq 

hamının yaddaĢından yox! 

Hər  yaz  bədr  gecəsi  yaxınlaĢanda  axĢamüstü  Patriarx 

gölünün  kənarında,  cökə  ağaclarının  altında  yaĢıl  gözlü, 

sadə geyimli, otuz yaĢlarında kürən bir adam peyda olur. Bu 

adam  tarix  və  fəlsəfə  institutunun  əməkdaĢı  professor  Ġvan 

Nikolayeviç Ponıryovdur. 

Cökə  ağacının  altında  o  həmiĢə  eyni  yerdə,  hamının 

çoxdan  unutduğu,  son  nəfəsində  ayın  parça-parça  olub 

dağıldığını görən Berliozun oturduğu skamyada əyləĢirdi. 

downloaded from KitabYurdu.org



 

768 


Ġndi  ay  bütövdü,  axĢam  düĢəndə  ağ,  sonra  isə  qızılı 

rəngə  boyanıb,  solğun  əjdaha-atla  yanaĢı  keçmiĢ  Ģair  Ġvan 

Nikolayeviçin  baĢı  üstündə  üzəcəkdi,  eyni  zamanda  öz 

yüksəkliyində bir yerdə dayanıb duracaqdı. 

Ġvan  Nikolayeviçə  hər  Ģey  məlumdu,  o,  hər  Ģeyi  bilir, 

baĢa  düĢürdü.  Bilirdi  ki,  gəncliyində  cinayətkar 

hipnozçuların qurbanı olub, sonra müalicə olunaraq sağalıb. 

Ancaq  hərdən  yenə  özünü  ələ  ala  bilmirdi.  Yazda 

bədirlənmiĢ 

ay  doğanda  haldan-hala  düĢürdü.  Ay 

bütövləĢməyə,  beĢĢamdan  yüksəkdə  dayandığı  vaxtlardakı 

kimi  qızılı  rəngə  boyanmağa  baĢlayanda  Ġvan  Nikolayeviç 

həyəcanlanırdı,  əsəbiləĢirdi,  iĢtahasını  və  yuxusunu  itirirdi, 

ayın  bədirlənməsini  gözləyirdi.  Bədr  gecəsində  isə  Ġvan 

Nikolayeviçi  daha  heç  nə  evdə  saxlaya  bilməzdi.  AxĢama 

yaxın evdən çıxıb Patriarx gölünə üz tuturdu. 

Ġvan  Nikolayeviç  skamyada  oturanda  artıq  açıq-aĢkar 

öz-özünə danıĢırdı, papiros çəkirdi, gözlərini qıyıb gah aya, 

gah da heç vaxt unutmadığı turniketə baxırdı. 

Ġvan  Nikolayeviçin  bir-iki  saat  belə  keçirdi.  Sonra 

yerindən  durub,  həmiĢə  də  eyni  yolla  –  Spiridonovkadan 

downloaded from KitabYurdu.org




 

769 


keçib  kor  kimi  mənasız  baxıĢlarla  Arbatın  ensiz  küçələrini 

dolaĢırdı. 

Neft  dükanının  yanından  ötüb,  əyilmiĢ  köhnə  qaz 

fənərinə  çatanda  dönərək  hələ  yaĢıllaĢmamıĢ  bağın,  bağın 

içində üçtaylı pəncərəsinin qabağa çıxan tərəfinin ay iĢığına, 

o  biri  tərəfinin  qaranlığa  qərq  olduğu  malikanənin 

göründüyü dəmir çəpərə yaxınlaĢırdı. 

Professor onu dəmir çəpərə tərəf nəyin çəkdiyini və bu 

malikanədə kimin yaĢadığını bilmirdi, ancaq bilirdi ki, bədr 

gecəsində  özü  ilə  mübarizə  aparmağa  ehtiyac  qalmır. 

Bundan baĢqa, dəmir çəpərin arxasındakı bağda mütləq eyni 

Ģeyi görəcəyini də bilirdi. 

O, skamyada oturan ahıl, ciddi, sifətdən bir az donuza 

oxĢayan  saqqallı  adamı  görürdü.  Malikanənin  bu  sakini 

həmiĢə  baxıĢlarını  aya  dikib  xəyallara  dalmıĢ  vəziyyətdə 

olurdu. Ġvan Nikolayeviçə məlumdu ki, skamyada oturan bu 

adam  aya  tamaĢa  eləyəndən  sonra  irəli  çıxmıĢ 

pəncərəyətərəf  çevrilib  gözlərini  ora  zilləyəcəkdi,  sanki, 

pəncərə  indicə  açılacaq  və  nəsə  qeyri-adi  bir  Ģey  peyda 

olacaqdı. 

downloaded from KitabYurdu.org



 

770 


Sonra  nələr  olacağını  Ġvan  Nikolayeviç  əzbər  bilirdi. 

Həmin  vaxt  dəmir  çəpərin  arxasında  hökmən  yaxĢı 

gizlənmək  lazımdı,  çünki  skamyada  oturan  adam  baĢını 

oyan-buyana  döndərməyə  baĢlayacaqdı,  gözləri  göydə 

nəyisə  axtaracaqdı,  sevincək  gülümsəyəcəkdi,  sonra  birdən 

təəssüflə  əllərini  bir-birinə  çırpıb  dodağının  altında 

danıĢacaqdı: 

– Venera! Venera!.. Eh, mən axmağam!.. 

– Allahlar,  allahlar!  –  Ġvan  Nikolayeviç  dəmir  çəpərin 

arxasında gizlənib, alıĢıb-yanan gözlərini naməlum adamdan 

çəkmədən  pıçıldayacaqdı.  –  Bu  da  ayın  daha  bir  qurbanı... 

Hə, bu da mənim kimi qurbandır. 

Skamyada oturan adam isə sözünə davam eləyəcəkdi: 

– Eh,  mən  axmağam!  Axı  mən  niyə  onunla  bir  yerdə 

uçub  getmədim?  Nədən  qorxurdun,  qoca  eĢĢək! 

Sənəddüzəltdirirdim! Eh, indi döz, qoca gicbəsər! 

Malikanənin  qaranlıq  tərəfındə  pəncərə  açılıb  nəsə 

ağarana,  xoĢagəlməz  qadın  səsi  eĢidilənə  qədər  beləcə 

davam eləyəcəkdi. 

downloaded from KitabYurdu.org




 

771 


– Nikolay  Ġvanoviç,  haradasınız?  Bu  nə  Ģıltaqlıqdır? 

Malyariya olmaq istəyirsiniz? Gəlin çay için! 

Skamyada  oturan  adam  bu  vaxt,  əlbəttə,  özünə  gəlib, 

yalandan cavab verəcəkdi: 

– Hava almaq istəyirəm, əzizim! Hava çox yaxĢıdır! 

O,  skamyadan  durub,  aĢağıdakı  örtülən  pəncərəyə 

yumruq qıcayaraq ağır-ağır evə tərəf gedəcəkdi. 

– Yalan deyir, yalan deyir! Ax, allahlar, o necə də yalan 

danıĢır!  –  Ġvan  Nikolayeviç  dəmir  çəpərdən  uzaqlaĢaraq 

donquldanırdı. – Bağa onu heç də hava çəkmir, bədirlənmiĢ 

yaz gecəsində ayda və bağda, yuxarıda nəsə görür. Ax, onun 

sirrindən agah olmaq, əbəs yerə əlini havada gəzdirib itirdiyi 

hansı  Veneranı  axtardığını  bilmək  üçün  çox  Ģeydən 

keçərdim. 

Professor evə tamam xəstə vəziyyətdə qayıdırdı. Arvadı 

özünü elə aparırdı, guya, onun əhvalını sezmir və tələsdirirdi 

ki,  yatsın.  Ancaq  özü  yatmırdı,  əlində  kitab  lampanın 

yanında  oturub,  yatan  adama  ağrıyla  baxırdı.  O  bilirdi  ki, 

dan  yeri  ağaranda  Ġvan  Nikolayeviç  əzab  dolu  qıĢqırıqlarla 

ayılacaq, ağlamağa, çırpınmağa baĢlayacaq. Ona görə spirtə 

downloaded from KitabYurdu.org



 

772 


salınmıĢ  Ģpris  və  içində  tünd  çay  rəngli  maye  olan  ampula 

əvvəlcədən lampanın altına qoyulurdu. 

Taleyini  ağır  xəstə  ilə  bağlamıĢ  yazıq  qadın  indi 

qorxmadan  sakitcə  yata  bilərdi.  Ġynədən  sonra  Ġvan 

Nikolayeviç  səhərə  qədər  Ģirin-Ģirin  yatacaq  və  qadının 

xəyalına belə gətirmədiyi ilahi, gözəl yuxular görəcəkdi. 

Alimi oyatmaq isə bədr gecəsində onun ürək sızıldadan 

qıĢqırığına səbəb olmaq kimi bir Ģeydi. O, qeyri-adi görkəmi 

olan  burunsuz  cəlladın  hıqqıltıyla  tullanaraq  nizəni  dar 

ağacına  sarınmıĢ  və  huĢunu  itirmiĢ  Hestasın  ürəyinə 

soxduğunu  görürdü.  Ancaq  cəllad  elə  də  qorxunc  deyildi, 

yalnız  dünyanı  sarsıdan  fəlakətlər  zamanı  olduğu  kimi 

köpüklənən  və  torpağa  çökən  buluddan  yayılan  qeyri-adi 

iĢıq qorxunc idi. 

Ġynədən  sonra  yatan  adamın  önündə  hər  Ģey  dəyiĢirdi. 

Çarpayıdan  pəncərəyə  enli  ay  yolu  uzanırdı  və  qan-qırmızı 

astarlı  ağ  plaĢda  bir  adam  bu  yolla  aya  doğru  getməyə 

baĢlayırdı.  Əynində  arıq  xiton,  üz-gözü  eybəcər  hala 

salınmıĢ  bir  gənc  də  onunla  yanaĢı  gedirdi.  Onlar 

downloaded from KitabYurdu.org




 

773 


qızğıncasına  mübahisə  edərək,  nə  haqdasa  razılığa  gəlmək 

istəyirdilər. 

– Allahlar, allahlar! – plaĢlı adam təkəbbürlü sifətini yol 

yoldaĢına  döndərərək  deyir.  –  Nə  mənasız  edamdır!  Ancaq 

lütfən,  mənə  de,  –  bu  vaxt  sifətindəki  təkəbbür  yalvarıĢla 

əvəzlənir, – axı edam olmayıb! Yalvarıram, de, olmayıb? 

– Əlbəttə,  olmayıb,  –  yol  yoldaĢı  xırıltılı  səslə  cavab 

verir, – bu, sənin gözünə görünüb. 

– Sən buna and içə bilərsən? – plaĢlı adam yaltaqcasına 

xahiĢ edir. 

– And içirəm! – yol yoldaĢı cavab verir və nəyə görəsə 

gözləri gülür. 

– Daha  mənə  heç  nə  lazım  deyil!  –  plaĢlı  adam  üzgün 

səslə  qıĢqırır  və  öz  yol  yoldaĢı  ilə  üzü  aya  gedə-gedə  lap 

yuxarılara  qabar.  Ġri,  heybətli  ĢeĢəqulaq  it  sakitcə  onların 

arxasınca gedir. 

Bu  vaxt  ay  yolu  qaynamağa  baĢlayır,  ondan  ay  çayı 

fıĢqırıb  hər  yana  yayılır.  Ay  hökmranlıq  edir,  oynayır, 

əylənir, rəqs eləyir. Ay çayından son dərəcə gözəl bir qadın 

çıxıb,  qorxa-qorxa  ətrafına  baxınan  saç-saqqal  basmıĢ  bir 

downloaded from KitabYurdu.org



 

774 


adamın 

əlindən 


tutaraq 

Ġvanın 


qarĢısına 

gətirir. 

ĠvanNikolayeviç  dərhal  onu  tanıyır.  Bu,  onun  gecə  qonağı, 

yüz  on  səkkiz  nömrəli  xəstədir.  Ġvan  Nikolayeviç  yuxuda 

əlini ona uzadıb maraqla soruĢur: 

– Demək, hər Ģey bununla da bitdi? 

– Bununla  da  bitdi,  mənim  Ģagirdim,  –  yüz  on  səkkiz 

nömrəli xəstə cavab verir, qadın isə Ġvana yaxınlaĢıb deyir: 

– Əlbəttə, bitdi. Hər Ģey sona çatdı, hər Ģey sona çatır... 

Mən  indi  sizin  alnınızdan  öpəcəyəm,  bütün  iĢləriniz  yaxĢı 

olacaq. 

O  əyilərək  Ġvanın  alnından  öpür,  Ġvan  da  ona  tərəf 

dartınıb  gözlərinə  baxır,  ancaq  qadın  geri-geri  çəkilib  öz 

yoldaĢıyla aya sarı gedir... 

Bu vaxt ay yolu kükrəyir, iĢıq selini Ġvanın düz üstünə 

yönəldir,  hər  yana  iĢıq  çiləyir,  otaqda  ay  daĢqını  baĢlayır, 

iĢıq dalğalanır, yuxarı qalxıb çarpayını basır. Bax onda Ġvan 

Nikolayeviç üzündən xoĢbəxtlik yağa-yağa yatır. 

Səhər 

yuxudan 


oyananda 

dinib-danıĢmasa 

da, 

özünürahat, gümrah hiss edir. Onun xəstə yaddaĢı sakitləĢir. 



Gələn bədr gecəsinə qədər professoru daha heç kim narahat 

downloaded from KitabYurdu.org




 

775 


eləməyəcək:  nə  Hestasın  burunsuz  qatili,  nə  də  Ġudeyanın 

qəddar beĢinci prokuratoru atlı Ponti Pilat. 

1929-1940  

 

 



downloaded from KitabYurdu.org

Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə