Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə2/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   151

 

Ġsanın  varlığı  barədə  bir  kəlmə  də  yazmayan  tanınmıĢ 



isgəndəriyyəli  Filona,  əla  təhsil  almıĢ  Ġosif  Flaviyə  istinad 

edirdi.  Mixail  Aleksandroviç  dərin  bilik  nümayiĢ  etdirib 

hətta  Tatsitin  məĢhur  "Salnamələr"inin  on  beĢinci  kitabının 

44-cü  fəslində  Ġsanın  edamından  bəhs  edilən  yerin  çox 

sonralar quraĢdırılıb oraya əlavə olunduğunu da dedi. 

Redaktorun  söylədikləri  Ģair  üçün  təzə  olduğundan 

oynaq, yaĢıl gözlərini ona zilləyib, hərdən hıçqırdığına görə 

pıçıltı  ilə  ərik  Ģirəsini  söyərək,  diqqətlə  Mixail 

Aleksandroviçə qulaq asırdı.  

–  ġərqdə  elə  bir  din  yoxdur  ki,  –  Berlioz  deyirdi,  – 

bakirə qız dünyaya  Allah gətirməsin. Xristianlar da təzə bir 

Ģey  fikirləĢə  bilməyib  bu  yolla  getdilər,  əslində,  həyatda 

olmayan Ġsanı yaratdılar. Bax,  əsas diqqəti buna yönəltmək 

lazımdır... 

Berliozun  uca  tenoru  boĢ  xiyabana  yayılırdı və  Mixail 

Aleksandroviç  yalnız  çox  elmli  adamların  boynunu 

sındırmaqdan  qorxmayıb  baĢ  vurduğu  dərinliklərə 

cumduqca  Ģair  Yerin  və  Göyün  oğlu,  Misirin  mərhəmətli 

allahı Osiris, Finikiya allahları Fammuz, Marduk və hətta nə 

downloaded from KitabYurdu.org




 

zamansa  Meksikada  asteklərin  tapındığı,  az  tanınan  zəhmli 



Vitsliputsli  haqqında  bir  çox  faydalı  və  maraqlı  Ģeylər 

öyrəndi. 

Və  elə  Mixail  Aleksandroviç  asteklərin  Vitsliputslinin 

fiqurunu  xəmirdən  necə  yapdıqlarını  Ģairə  danıĢırdı  ki, 

xiyabanda ilk adam göründü. 

Sonradan,  açığını  desək,  artıq  iĢ-iĢdən  keçmiĢdi, 

müxtəlif  müəssisələr  bu  adamın  görkəmi  ilə  bağlı  öz 

məlumatlarını 

təqdim 

etdilər. 



Onları 

tutuĢduranda 

heyrətlənməyə  bilmirsən.  Birində  deyilirdi  ki,  bu  adamın 

boyu balaca, diĢləri qızıl və sağ ayağı axsaq olub. O birində 

adamın çox iri, diĢlərinin platin qapaqlı olduğu, sol ayağının 

axsadığı  bildirilirdi.  Üçüncüdə  qısaca  xəbər  verilirdi  ki, 

onun heç bir xüsusi əlaməti olmayıb. 

Etiraf  etməyə  məcburuq  ki,  bu  məlumatların  heç  biri 

həqiqətəuyğun deyil. 

Ən  əvvəl:  təsvir  olunanın  heç  bir  ayağı  axsamırdı, 

boydan  nə  balaca,  nə  də  nəhəngdi,  sadəcə,  hündürdü. 

DiĢlərinə  gəlincə,  soldakı  diĢləri  platin  qapaqlı,  sağ 

tərəfdəkilər  isə  qızıldı.  Əynində  bahalı  boz  xarici  kostyum, 

downloaded from KitabYurdu.org




 

10 


ayağında  kostyumu  rəngdə  tufli  vardı.  Boz  beretini 

qulağının  üstünə  basmıĢdı,  qoltuğuna  vurduğu  əlağacının 

qara  ucluğu  pudel  baĢı  formasında  yonulmuĢdu.  YaĢı 

qırxdan  bir  az  çox  olardı.  Ağzı  əyri  idi.  Sifəti  təmiz 

qırxılmıĢdı. Qarayanızdı. Sağ gözü qara, sol gözü, nədənsə, 

yaĢıl idi. Qara qaĢlarının biri o birindən hündürdü. Bir sözlə, 

əcnəbi. 

Redaktorla Ģairin əyləĢdiyi skamyanın yanından ötəndə 

əcnəbi onları çəp-çəp süzüb dayandı və qəfil dostlardan iki 

addım aralıdakı skamyada oturdu. 

"Almandır", – Berlioz fikirləĢdi. 

"Ġngilisdir",  –  Bezdomnı  fıkirləĢdi,  –  "gör  ha,  əlcəkdə 

isti deyil ona". 

Əcnəbi  isə  gölü  kvadrat  Ģəklində  dövrələmiĢ  hündür 

binalara göz gəzdirdi, hiss olunurdu ki, bu yerləri ilk dəfədir 

görür və buralar onun marağına səbəb olub. 

O,  nəzərlərini  Mixail  Aleksandroviçdən  həmiĢəlik 

uzaqlaĢan  günəĢi  ĢüĢələrində  sındıraraq  göz  qamaĢdıran 

yuxarı  mərtəbələrə  dikdi,  sonra  baxıĢlarını  axĢamqabağı 

ĢüĢələrin  artıq  qaralmağa  baĢladığı  aĢağılara  sürüĢdürdü, 

downloaded from KitabYurdu.org



 

11 


nəyəsə  təkəbbürlə  gülümsədi,  gözlərini  qıydı,  əllərini 

əlağacına, çənəsini isə əlinə söykədi. 

– Ġvan,  –  Berlioz  deyirdi,  –  sən,  misal  üçün,  Allahın 

oğlu  Ġsanın  doğulmasını  çox  yaxĢı,  satirik  təsvir  eləmisən, 

ancaq  məsələ  bundadır  ki,  hələ  Ġsaya  qədər  bir  yığın  allah 

oğlu  doğulmuĢdu;  götürək  elə  frikiyalı  Adonisi,  finikiyalı 

Attisi,  iranlı  Mitranı,  sözün  kəsəsi,  onların  heç  biri 

doğulmayıb, heç biri də olmayıb, o cümlədən Ġsa. Gərək sən 

doğuĢdan,  falçıların  gəliĢi  səhnələrindənsə  bu  doğuĢ 

barəsindəki  cəfəng  Ģayiələri  qələmə  alaydın...  Ancaq  sənin 

yazından belə çıxır ki, o, doğrudan da, anadan olub!.. 

Bu  yerdə  Bezdomnı  nəfəsini  çəkib  ona  əziyyət  verən 

hıçqırığı saxlamağa cəhd etdi, ona görə daha bərk və ağrılı 

hıçqırdı.  Elə  bu  vaxt  Berlioz  söhbətini  kəsdi,  çünki  əcnəbi 

ayağa durub onlara tərəf yönəldi. 

Hər ikisi ona təəccüblə baxdı. 

– XahiĢ edirəm, məni bağıĢlayasınız, – yaxınlaĢan adam 

aksentlə,  amma  sözləri  təhrif  etmədən  dedi,  –  sizinlə  tanıĢ 

olmadığıma  görə  cəsarət  edirəm...  ancaq  sizin  elmi 

söhbətinizin mövzusu o qədər maraqlıdır ki... 

downloaded from KitabYurdu.org



 

12 


O, nəzakətlə beretini çıxartdı və dostların ayağa qalxıb 

təzim etməkdən ayrı əlacı qalmadı. 

"Yox, yəqin, fransızdır..." – Berlioz fikirləĢdi. 

"Polyakdır?.." – Bezdomnı fikirləĢdi. 

Əlavə  etmək  lazımdır  ki,  ağzını  açan  andan  əcnəbi 

haqqında  Ģairdə  çox  pis  təəssürat  yarandı.  Berliozun  isə 

ürəyinə  yatdı,  daha  doğrusu...  necə  deyərlər,  onda,  elə  bil, 

maraq oyatdı. 

– Ġcazə verərsinizmi əyləĢim? – Əcnəbi nəzakətlə xahiĢ 

etdi  və  dostlar  qeyri-ixtiyari  kənara  çəkilincə,  cəld  onların 

arasında oturdu, o dəqiqə də söhbətə giriĢdi. 

– Əgər  yanılmıramsa,  siz  buyurdunuz  ki,  Ġsa  dünyada 

olmayıb? – Əcnəbi yaĢıl sol gözü ilə Berliozu süzdü. 

– Yox,  siz  yanılmamısınız,  –  Berlioz  nəzakətlə  cavab 

verdi, – mən məhz bunu deyirdim. 

– Ah, necə də maraqlıdır! – əcnəbi ucadan dedi. 

"Nə lazımdır e, buna?" – Bezdomnı sifətini turĢutdu. 

– Siz də həmsöhbətinizin fikri ilə razısınız? – naməlum 

Ģəxs sağa dönüb Bezdomnıdan xəbər aldı. 

O, ibarəli, qəliz danıĢmağı xoĢladığından: 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə