Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə4/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   151

 

18 


ləzzət  verdi,  –  bəli,  sarkoma,  –  piĢik  kimi  gözlərini  qıyıb 

təkrar etdi, – və budur, sizin idarə etməyiniz sona çatdı! Öz 

həyatınızdan  savayı  daha  sizi  heç  nə  maraqlandırmır. 

Qohumlarınız  baĢlayır  sizə  yalan  söyləməyə,  siz  narahatlıq 

hiss  edib  bilikli  həkimlərin,  sonra  Ģarlatanların,  olur  ki, 

falçıların üstünə qaçırsınız. Birinci və ikinci kimi, üçüncü də 

tamamilə  mənasızdır,  özünüz  baĢa  düĢürsünüz.  Və  bütün 

bunlar  faciə  ilə  bitir:  bir  az  əvvəl  nəyi  isə  idarə  etdiyini 

güman edən Ģəxs qəfil taxta qutuda hərəkətsiz uzanası olur 

və  yaxınları  anlayanda  ki  bu  uzanandan  daha  heç  bir  xeyir 

yoxdur,  onu  sobada  yandırırlar.  Hələ  bundan  da  pisi  olur: 

kimsə  yığıĢır  ki,  getsin  Kislovodska,  –  əcnəbi  bu  yerdə 

Berliozu süzdü, – deyirsən adi bir iĢdir, ancaq bunu da eləyə 

bilmir,  çünki  nəyə  görəsə  qəfildən  ayağı  sürüĢür,  düĢür 

tramvayın  altına!  Doğrudanmı,  siz  deyəcəksiniz,  o,  özünü 

belə  idarə  edib?  DüĢünmək  doğru  olmazmı  ki,  kimsə  onu 

idarə eləyib? – Naməlum Ģəxs qəribə tərzdə güldü. 

Berlioz  sarkoma  və  tramvay  haqqındakı  söhbətə  çox 

böyük  maraqla  qulaq  asırdı  və  hansısa  narahat  fikirlər  ona 

downloaded from KitabYurdu.org




 

19 


əzab verməyə baĢladı: "O, əcnəbi deyil! O, əcnəbi deyil... o, 

çox qəribə adamdır... di yaxĢı, axı o kimdir?" 

– Görürəm,  papiros  çəkmək  istəyirsiniz,  –  naməlum 

Ģəxs  birdən  Bezdomnıya  müraciət  etdi,  –  hansına  üstünlük 

verirsiniz? 

– Nədir,  sizdə  hər  cürü  var?  –  papirosu  qurtaran  Ģair 

qaĢqabaqla soruĢdu. 

– Hansına üstünlük verirsiniz? – yad adam təkrar etdi. 

– Tutaq ki, "Bizim marka"ya, – Bezdomnı acıqla cavab 

verdi. 


Yad 

adam 


cibindən 

dərhal 


portsiqar  çıxarıb, 

Bezdomnıya təklif etdi: 

– "Bizim marka". 

Redaktoru və Ģairi portsiqarda məhz "Bizim marka"nın 

olmasından çox, portsiqarın özü heyrətləndirdi. Qutu çox iri 

idi, saf qızıldandı və açanda qapağındakı göy və ağ brilyant 

üçbucaq Ģəklində bərq vurdu. 

Bu  yerdə  ədiblərin  hərəsi  bir  cür  fikirləĢdi.  Berlioz: 

"Yox, xaricidir", Bezdomnı isə: "Bir buna bax ha!" 

downloaded from KitabYurdu.org




 

20 


ġairlə  portsiqar  sahibi  papiros  yandırdılar.  Berlioz  isə 

çəkən olmadığı üçün imtina etdi. 

"Ona belə etiraz etmək lazımdır", – Berlioz qərara aldı, 

–  "bəli,  insan  müvəqqətidir,  heç  kim  bunun  əksini  demir. 

Ancaq məsələ belədir ki..." 

Di  gəl,  o,  bu  sözləri  deməyə  macal  tapmamıĢ,  əcnəbi 

danıĢmağa baĢladı: 

– Bəli,  insan  müvəqqətidir,  ancaq  bu,  dərdin  yarısıdır. 

Pis  odur  ki,  onun  hərdən  qəfil  ölməyi  də  var,  bax,  məsələ 

bundadır! O hətta bu axĢam nə edəcəyini də deyə bilməz. 

"Məsələyə  bu  cür  yanaĢmanın  özü  mənasızdır..."  – 

Berlioz düĢünüb etiraz etdi: 

– Bunu artıq ĢiĢirdirsiniz, bu axĢam nə edəcəyim mənə 

az-çox aydındır. Əgər Bronnıda baĢıma kərpic düĢməsə... 

– Heç  nədən,  –  naməlum  Ģəxs  onun  sözünü  ağzında 

qoydu,  –  heç  kimin  heç  vaxt  baĢına  kərpic  düĢmür.  O 

cümlədən, inanın ki, sizi belə bir təhlükə gözləmir. Siz baĢqa 

cür öləcəksiniz. 

downloaded from KitabYurdu.org



 

21 


– Siz  dəqiq  bilirsiniz,  –  Berlioz  tamamilə  təbii  olaraq 

kinayə  ilə  soruĢdu.  O,  doğrudan  da,  mənasız  söhbətə 

giriĢmiĢdi, – bəlkə, mənə də deyəsiniz? 

– Həvəslə, – yad adam cavab verdi. O, Berliozu baĢdan-

ayağa süzdü, sanki, ona kostyum tikməyə hazırlaĢırdı, sonra 

pıçıldadı: "Bir, iki... Merkuri ikinci binanın üstündədir... ay 

batdı...  altı  –  bədbəxtlik...  axĢam  –  yeddi..."  –  və  sevinə-

sevinə ucadan elan etdi: – Sizin baĢınızı kəsəcəklər! 

Bezdomnı gözlərini heyrətlə, kinlə bu həyasız naməlum 

Ģəxsə dikmiĢdi, Berlioz isə zorla gülümsədi: 

– Bəs kim? DüĢmənlər? Müdaxiləçilər? 

– Yox, – həmsöhbəti dedi, – rus qadını, komsomolçu. 

– Hm...  –  naməlum  Ģəxsin  zarafatından  əsəbiləĢən 

Berlioz mızıldadı, – məni bağıĢlayın, bu inandırıcı deyil. 

– XahiĢ edirəm, məni də bağıĢlayasınız, – əcnəbi cavab 

verdi, – ancaq belədir. Hə, istərdim sizdən soruĢam, əgər sirr 

deyilsə, bu axĢam nə edəcəksiniz? 

– Sirr  deyil.  Ġndi  mən  Sadovıdakı  evimə  gedəcəyəm, 

axĢam  saat  onda  Massolitdə  iclasdır,  mən  də  bu  iclasa 

sədrlik edəcəyəm. 

downloaded from KitabYurdu.org



 

22 


– Yox, bu heç cür ola bilməz, – əcnəbi qətiyyətlə etiraz 

etdi. 


– Nə üçün? 

– Çünki,  –  əcnəbi  qara  quĢların  axĢamın  sərinliyini 

duyub  səssizcə  süzdüyü  göyə  baxdı,  –  AnnuĢka  artıq 

günəbaxan yağını alıb, alıb nədir, hətta dağıdıb da. Ona görə 

də iclas baĢ tutmayacaq. 

Bu  zaman,  tamamilə  aydındır  ki,  cökə  ağacının  altına 

sükut çökdü. 

– BağıĢlayın,  –  pauzadan  sonra  Berlioz  ağzına  gələni 

çərənləyən  əcnəbiyə  baxdı,  –  nə  günəbaxan  yağı,  hansı 

AnnuĢka? 

– Nə  günəbaxan  yağı?  –  Bezdomnı  qəfil  dilləndi, 

görünür,  çağırılmamıĢ  həmsöhbətinə  müharibə  elan  etmək 

qərarına gəlmiĢdi, – vətəndaĢ, siz haçansa ruhi xəstələr üçün 

müalicəxanada olmusunuz? 

– Ġvan!.. – Mixail Aleksandroviç astadan dedi. 

Ancaq  əcnəbi  azacıq  da  olsa,  incimədi  və  ürəkdən 

güldü. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə