Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə5/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   151

 

23 


– OlmuĢam, olmuĢam, özü də dəfələrlə, – o, gülməyən 

gözlərini  Ģairdən  çəkmədən,  gülə-gülə  ucadan  dedi,  –  mən 

haralarda  olmamıĢam!  Ancaq  heyif  ki,  Ģizofreniyanın  nə 

olduğunu  professordan  soruĢmamıĢam.  Bunu  siz  onun 

özündən öyrənərsiniz, Ġvan Nikolayeviç! 

– Mənim adımı haradan bilirsiniz? 

– Əfv edin, Ġvan Nikolayeviç, axı sizi kim tanımır? – Bu 

yerdə  əcnəbi  cibindən  "Literaturnaya  qazeta"nın  dünənki 

sayını  çıxartdı  və  Ġvan  Nikolayeviç  ilk  səhifədə  öz  Ģəklini, 

onun  altında  isə  Ģeirlərini  gördü.  Hələ  dünən  Ģöhrətinin  və 

məĢhurluğunun  sübutuna  sevinən  Ģair  bu  dəfə  fərəh  hissi 

keçirmədi. 

– Üzr  istəyirəm,  –  onun  sifəti  tutulmuĢdu,  –  siz  bir 

dəqiqə  gözləyərsinizmi?  YoldaĢıma  bir-iki  kəlmə  sözüm 

var. 

– Ah, məmnuniyyətlə! – naməlum Ģəxs dedi. – Cökənin 



altı  elə  yaxĢıdır  ki...  mən  isə,  yeri  gəlmiĢkən,  heç  hara 

tələsmirəm. 

downloaded from KitabYurdu.org



 

24 


– MiĢa,  məsələ  belədir,  –  Ģair  Berliozu  kənara  çəkib 

pıçıldadı,  –  o,  turist-zad  deyil,  casusdur,  biz  tərəfə  keçmiĢ 

rus mühaciridir. Ondan sənədlərini istə, yoxsa əkiləcək... 

– Belə olar ki? – Berlioz həyəcanla pıçıldayıb fikirləĢdi: 

"Axı düz deyir!" 

– Sən  mənə  inan,  –  Ģair  onun  qulağına  pıçıldadı,  – 

özünü  gicliyə  vurub  ki,  nələrsə  öyrənsin.  Görürsən,  rus 

dilində  nə  qırıldadır,  –  Ģair  danıĢa-danıĢa  göz  qoyurdu  ki, 

əcnəbi qaçmasın, – gedək, onu tutaq, yoxsa aradan çıxacaq... 

Və Berliozun qolundan tutub skamyaya sarı çəkdi. 

Naməlum Ģəxs oturmamıĢdı, əlində tünd-boz cildli nəsə 

bir  kitabça,  yaĢıl  kağızdan  qalın  zərf  və  vizit  vərəqəsi 

tutmuĢdu. 

– BağıĢlayın  ki,  mübahisəyə  baĢım  qarıĢdığından 

özümü  təqdim  etmədim.  Bu,  mənim  vizit  vərəqəm,  bu 

pasport  və  məsləhətçi  kimi  Moskvaya  dəvətnamə,  –  əcnəbi 

hər iki ədibi diqqətlə süzərək dedi. 

Onlar pərt oldular. "Lənət Ģeytana, hər Ģeyi eĢidib..." 

– Berlioz  fikirləĢib,  nəzakətli  jestlə  göstərdi  ki, 

sənədlərə  ehtiyac  yoxdur.  Əcnəbi  onları  redaktorun  əlinə 

downloaded from KitabYurdu.org



 

25 


dürtdüyü  vaxt  Ģair  macal  tapıb  vizit  vərəqəsinə  xarici 

hərflərlə  yazılmıĢ  "professor"  sözünü  və  soyadının  baĢ 

hərfini – "V"-ni oxuya bildi. 

– Çox  xoĢdur,  –  redaktor  utancaqlıqla  mızıldandı  və 

əcnəbi sənədləri cibinə qoydu. 

Münasibətlər  beləcə  bərpa  olundu  və  hər  üçü  təzədən 

skamyada oturdu. 

– Siz  buraya  məsləhətçi  kimi  dəvət  olunmusunuz, 

professor? – Berlioz soruĢdu. 

– Bəli, məsləhətçi kimi. 

– Siz almansınız? – Bezdomnı xəbər aldı. 

– Mən?.. – professor bir daha soruĢub, qəfil fikrə getdi. 

– Bəli, əlbəttə, almanam... – o dedi. 

– Rus dilində gözəl danıĢırsınız, – Bezdomnı bildirdi. 

– Ah, mən, ümumiyyətlə, poliqlotam, çox dil bilirəm, – 

professor cavab verdi. 

– Bəs sizin ixtisasınız nədir? – Berlioz xəbər aldı. 

– Mən magiya üzrə mütəxəssisəm. 

"Əcəb  iĢdir!.."  –  ani  olaraq  Mixail  Aleksandroviçin 

fikrindən keçdi. 

downloaded from KitabYurdu.org



 

26 


– Sizi...  sizi  bu  ixtisas  üzrə  bura  dəvət  ediblər?  –  o 

kəkələdi. 

– Bəli,  bu  ixtisas  üzrə,  –  professor  təsdiqləyib  sözünə 

aydınlıq gətirdi:  – Buradakı Dövlət kitabxanasında cadugər 

Herbert  Avrilakskinin  onuncu  əsrə  aid  əlyazmaları  tapılıb. 

Onları  tədqiq  etmək  üçün  çağırılmıĢam.  Mən  dünyada 

yeganə mütəxəssisəm. 

– A-a!  Siz  tarixçisiniz?  –  Berlioz  ürək  rahatlığı  və 

hörmətlə soruĢdu. 

– Tarixçiyəm,  –  alim  təsdiqlədi  və  heç  nəyə  dəxli 

olmadan əlavə etdi, – bu axĢam Patriarx gölünün kənarında 

çox maraqlı əhvalat baĢ verəcək! 

Redaktor  və  Ģair  yenə  xeyli  təəccübləndilər,  professor 

isə hər ikisini özünə sarı çəkib pıçıldadı: 

– Nəzərə alın ki, Ġsa həyatda olub. 

– Bilirsiniz, professor, – Berlioz zorla gülümsədi, – biz 

sizin  dərin  biliyinizə  hörmət  edirik,  ancaq  bu  məsələdə 

baĢqa nöqteyi-nəzərin tərəfdarıyıq. 

– Heç bir nöqteyi-nəzər lazım deyil, – qəribə professor 

cavab verdi, – sadəcə, o yaĢayıb, vəssalam. 

downloaded from KitabYurdu.org



 

27 


– Axı  nəsə  bir  dəlil-sübut  lazımdır...  –  Berliozun  sözü 

yarımçıq qaldı. 

– Heç  bir  sübut  lazım  deyil,  –  professorun  aksenti, 

nədənsə,  yoxa  çıxmıĢdı  və  o,  astadan  dedi:  –  Hər  Ģey 

sadədir: qan-qırmızı astarlı ağ plaĢda... 

 

 



II fəsil 

PONTĠ PĠLAT 

 

Yaz  ayı  nisanın  on  dördündə  səhər  tezdən  Ġudeyanın 



prokuratoru  Ponti  Pilat  qan-qırmızı  astarlı  ağ  plaĢda,  əyri 

ayaqlarını  sürüyə-sürüyə  Böyük  Ġrodun  sarayının  iki 

qanadını birləĢdirən üstüörtülü sütunların arasına daxil oldu. 

Prokuratorun  dünyada  ən  çox  gül  yağının  qoxusundan 

zəhləsi  gedirdi,  indi  də  hər  Ģey  nəhs  gündən  xəbər  verirdi, 

çünki  bu  qoxu  onu  lap  ertədən  izləməyə  baĢlamıĢdı. 

Prokuratora  elə  gəlirdi  ki,  bağdakı  sərv  ağacları,  palmalar 

gül  yağı  qoxuyur,  mühafizəçilərin  dəri  geyimlərinin  və 

özlərinin  tər  iyinə  də  lənətəgəlmiĢ  gül  yağı  qarıĢıb. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə