Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə6/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   151

 

28 


Prokuratorla 

birlikdə 

YerĢalaimə 

gələn 


Onikinci 

Ġldırımsürətli  legionun  birinci  koqortası

1

    yerləĢən  sarayın 



arxasındakı  fligellərdən  qalxan  tüstü  bağın  yuxarı 

meydançasından 

ötüb 

sütunları 



bürümüĢdü 

və 


kenturiyalardakı

2

    kaĢevarların



3

    nahar  hazırlamağa 

baĢladığını  göstərən  acı  tüstüyə  də  yenə  həmin  gül  yağının 

qoxusu hopmuĢdu. 

"Ey 

allahlar, 



allahlar, 

nəyə 


görə  siz  məni 

cəzalandırırsınız?..  Hə,  Ģübhə  yoxdur!  Bu  odur,  yenə  odur, 

baĢın  tən  yarısını  ağrıdan  dəhĢətli,  məğlubedilməz 

hemikraniya

4

    xəstəliyi.  Onun  dərmanı,  əlacı  yoxdur. 



ÇalıĢım baĢımı tərpətməyim..."  

Fəvvarənin  böyründəki  mozaikalı  döĢəməyə  kreslo 

qoyulmuĢdu və prokurator heç kimə baxmadan oturub əlini 

yana açdı. Katib perqament parçasını ehtiramla onun ovcuna 

                                                 

1

 Koqorta – qədim Romada piyada qoşun hissəsi, legionun onda biri 



2

 Kenturiya – hərbi bölmə, ilk vaxtlar yüz nəfərdən ibarət olub. 

3

 Kaşevar – hərbi hissədə aşpaz 



4

 Hemikraniya – şiddətli başağrısı ilə müşayiət olunan xəstəlik – miqren 

downloaded from KitabYurdu.org



 

29 


qoydu. Prokurator ağrıdan üzünü turĢudub, yazıya ötəri göz 

gəzdirdi, perqamenti katibə verib zorla dilləndi: 

– Qalileyadan 

olan 


məhkumdur? 

ĠĢi 


tetrarxa

5

 



göndərmisiniz? 

– Bəli, prokurator, – katib cavab verdi. 

– Bəs nə deyir? 

– O,  rəy  verməkdən  imtina  edib,  Sinedrionun

6

  ölüm 


hökmünü sizin təsdiqinizə yollayıb. 

Prokuratorun yanağı səyridi və o, astadan dedi: 

– Müttəhimi gətirin. 

O  saat  iki  legioner  bağın  meydançasından,  təxminən, 

iyirmi  yeddi yaĢında bir adamı sütunların altındakı eyvana, 

prokuratorun  kreslosunun  qarĢısına  gətirdi.  Bu  adamın 

əynindəki  köhnə  mavi  xiton  cırıq-cırıq  idi.  BaĢındakı  ağ 

örtük  alnından  qayıĢla  sıxılmıĢ,  əlləri  arxadan  bağlanmıĢdı. 

Sol  gözünün  altında  iri  qançırvar  idi,  ağzının  cızılmıĢ 

                                                 

5

 Tetrarx – qədim Romada əyalət hökmdarı 



6

 Sinedrion – qədim İsraildə məclis, şura, divan 

downloaded from KitabYurdu.org



 

30 


kənarında  qan  qurumuĢdu.  Gətirilən  adam  həyəcanla, 

maraqla prokuratora baxırdı. 

O  isə  bir  az  susandan  sonra  arami  dilində  astadan 

soruĢdu: 

– YerĢalaim məbədini dağıtmaq üçün camaatı qızıĢdıran 

sən idin? 

Prokurator daĢ kimi oturmuĢdu, yalnız sözləri deyəndə 

dodaqları  azca  tərpənirdi.  DəhĢətli  ağrıdan  partlayan  baĢını 

tərpətməyə qorxurdu. 

Əlləri  bağlı  adam  bir  qədər  qabağa  əyilib  danıĢmağa 

baĢladı: 

– Xeyirxah insan! Ġnan mənə... 

Ancaq  prokurator  yenə  əvvəlki  kimi  tərpənmədən, 

səsini qaldırmadan onun sözünü ağzında qoydu: 

– Sən məni xeyirxah insan adlandırırsan? Səhv edirsən. 

YerĢalaimdə  hamı  pıçıldaĢır  ki,  mən  qəddar  yırtıcıyam,  bu 

da tamamilə doğrudur, – həmin yeknəsəq səslə əlavə etdi: – 

Kenturion Siçovulqıranı yanıma çağırın. 

downloaded from KitabYurdu.org



 

31 


Əlahiddə  kenturiyaya  komandanlıq  edən  Siçovulqıran 

ləqəbli  kenturion  Mark  prokuratorun  qarĢısında  dayananda 

hamıya elə gəldi ki, eyvana qaranlıq çökdü. 

Siçovulqıran  legionun  ən  uzun  əsgərindən  də  bir  baĢ 

hündürdü  və  kürəyi  o  qədər  enliydi  ki,  hələ  yüksəyə 

qalxmamıĢ günəĢin qarĢısını büsbütün kəsdi. 

Prokurator kenturiona latın dilində dedi: 

– Cinayətkar  məni  xeyirxah  insan  adlandırır.  Onu 

birdəqiqəliyə  buradan  apar,  mənimlə  necə  danıĢmaq  lazım 

olduğunu ona baĢa sal. Ancaq Ģikəst eləmə. 

Hərəkətsiz  oturan  prokuratordan  baĢqa  hamının  baxıĢı, 

əlinin  iĢarəsiylə  məhbusa  arxasınca  gəlməyi  tapĢıran  Mark 

Siçovulqırana dikilmiĢdi. 

Ümumiyyətlə,  Mark  Siçovulqıran  harada  peyda 

olurolsun,  boy-buxununa  görə  hamının  baxıĢı  ona  dikilirdi, 

onu  ilk  dəfə  görənlər  isə  həm  də  kenturionun  eybəcər  hala 

düĢmüĢ sifətindən gözlərini çəkə bilmirdilər: alman toppuzu 

nə zamansa onun burnunu xurd-xəĢil eləmiĢdi. 

Mozaikalı döĢəmədə Markın ağır çəkmələri taqqıldadı, 

əlləri bağlı məhbus sakitcə onun arxasınca getdi. Sütunların 

downloaded from KitabYurdu.org



 

32 


arasına sükut çökdü, eyvanın böyründəki bağda quruldayan 

göyərçinlərin səsi eĢidildi, bir də fəvvarədən axan su öz sirli, 

həzin mahnısını oxuyurdu. 

Prokurator istədi qalxsın, gicgahlarını fəvvarənin altına 

tutub,  beləcə  donub-qalsın.  Ancaq  bilirdi  ki,  bu  da  ona 

kömək etməyəcək. 

Siçovulqıran  məhbusu  sütunların  altından  bağa  aparıb, 

tunc heykəlin yanında dayanmıĢ legionerin əlindən qırmancı 

aldı,  yüngülcə  qolaylanıb,  məhbusun  kürəyinə  çəkdi. 

Kenturionun  zərbəsi  yüngül  olsa  da,  əlləri  bağlı  məhbusun 

ayağı  yerdən  üzüldü,  havası  çatmadı,  rəngi  qaçdı,  gözləri 

axdı.  Mark  sol  əliylə  onu  boĢ  torba  kimi  asanca  göyə 

qaldırıb,  ayaqları  üstə  yerə  qoydu  və  arami  sözlərinin  qol-

qabırğasını sındıra-sındıra burnunda mızıldandı. 

– Roma  prokuratoruna  igemon

7

  de.  BaĢqa  söz  demə. 



Düz dayan. Məni baĢa düĢdün, ya səni vurum? 

                                                 

7

 İgemon – canişin, sərdar, başçı (yun.) 



 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə