Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə8/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   151

 

39 


– Avara,  axı  sən  nə  üçün  haqqında  təsəvvürün  belə 

olmayan  həqiqətdən  danıĢıb,  bazar  camaatını  çaĢdırırdın? 

Nədir həqiqət? 

Bu  yerdə  prokurator  fikirləĢdi:  "Ey  mənim  allahlarım! 

Mən  ondan  məhkəmədə  lazım  olmayan  Ģeylər  soruĢuram... 

Ağlım daha sözümə baxmır..." Və tünd maye dolu kasa yenə 

gözünün qabağına gəldi. "Zəhər verin mənə, zəhər..." 

Yenə həmin səsi eĢitdi: 

– Hər Ģeydən əvvəl, həqiqət odur ki, sənin baĢın ağrıyır 

və  elə  möhkəm  ağrıyır  ki,  ürəksiz  də  olsa,  ölüm  haqqında 

fikirləĢirsən. Nəinki  mənimlə  danıĢmaq, mənə  baxmaq  belə 

sənin  üçün  çətindir.  Mən  indi  qeyri-ixtiyari  sənin  cəlladına 

dönmüĢəm,  bu  da  məni  kədərləndirir.  Sən  nə  barədəsə 

düĢünə də bilmirsən, yalnız itini arzulayırsan, görünür, bağlı 

olduğun  yeganə  varlıqdır.  Ancaq  əzabların  indi  qurtaracaq, 

baĢının ağrısı kəsəcək. 

Katib gözlərini bərəldib məhbusa baxırdı və deyilənləri 

daha yazmırdı. 

Pilat  əzab  dolu  gözlərini  məhbusa  dikdi  və  gördü  ki, 

günəĢ  artıq  hippodromun  üstündə  xeyli  yüksəkdə  dayanıb, 

downloaded from KitabYurdu.org



 

40 


gün  iĢığı  sütunların  arasına  düĢərək,  ĠeĢuanın  əyilmiĢ 

səndəllərinə  doğru  sürünür,  o  isə  gün  iĢığından  kənara 

çəkilir. 

Prokurator  kreslodan  qalxıb  baĢını  əlləri  ilə  sıxdı  və 

qırxılmıĢ sarımtıl sifətində dəhĢət ifadə olundu. Ancaq o saat 

da ağrısını boğub, yenə kresloya çökdü. 

Məhbus  isə  hələ  danıĢırdı,  ancaq  katib  artıq  heç  nə 

yazmırdı,  boğazını  qaz  kimi  uzadıb,  ağzından  söz 

qaçırmamağa çalıĢırdı. 

– Budur,  hər  Ģey  qurtardı,  –  məhbus  dostcasına  Pilata 

baxa-baxa dedi, – mən buna son dərəcə Ģadam. Ġgemon, sənə 

məsləhət  görərdim,  saraydan  çıxıb  piyada  bu  ətrafda,  heç 

olmasa, Yeleon dağındakı bağda gəzəsən. Tufan qalxacaq, – 

məhbus  günəĢə  baxıb  gözlərini  qıydı,  –  gec,  axĢama  yaxın. 

Gəzinti  sənə  çox  fayda  verərdi,  mənsə  məmnuniyyətlə  səni 

müĢayiət edərdim. BaĢıma yeni fikirlər gəlib, güman edirəm, 

sənin  üçün  də  maraqlı  olar,  həvəslə  onları  səninlə 

bölüĢərdim,  üstəlik  də,  sən  çox  ağıllı  adam  təsiri 

bağıĢlayırsan. 

downloaded from KitabYurdu.org




 

41 


Katib  meyit  kimi  ağardı  və  perqament  bükülüsünü 

əlindən döĢəməyə saldı.  

– Bədbəxtlik ondadır ki, – heç kimin sözünü kəsmədiyi 

əl-qolu  bağlı  məhbus  davam  etdi,  –  sən  həddindən  çox 

qapalısan  və  adamlara  olan  inamını  büsbütün  itirmisən. 

RazılaĢ  ki,  bütün  mehrini  itə  salmaq  olmaz.  Ġgemon,  sənin 

həyatın  kasıbdır,  –  danıĢan  adam  bu  yerdə  gülümsəməyə 

cəsarət etdi. 

Katib  indi  ancaq  bir  Ģey  haqqında  fikirləĢirdi,  öz 

qulaqlarına  inansın,  ya  inanmasın.  Ġnanmaq  lazım  gəlirdi. 

Onda  çalıĢdı  ki,  məhbusun  görünməmiĢ  ədəbsizliyi 

qarĢısında  özündən  tez  çıxan  prokuratorun  qəzəbinin  məhz 

hansı  əcaib  Ģəkildə  olacağını  təsəvvür  eləsin.  Prokuratoru 

yaxĢı tanısa belə, katib bunu da təsəvvür edə bilmədi. 

Bu  vaxt  prokuratorun  üzgün,  xırıltılı  səsi  eĢidildi.  O, 

latın dilində: 

– Onun qollarını açın, – dedi. 

Mühafizə  dəstəsindəki  legionerlərdən  biri  nizəni  yerə 

vurub,  baĢqasına  verdi,  yaxınlaĢıb  məhbusun  əlini  açdı. 

downloaded from KitabYurdu.org




 

42 


Katib perqament bükülüsünü yerdən qaldırdı, qərara aldı ki, 

hələ heç nə yazmasın, heç nəyə də təəccüblənməsin. 

– Boynuna  al,  –  Pilat  yunanca  astadan  soruĢdu,  –  sən 

böyük həkimsən? 

– Yox,  prokurator,  mən  həkim  deyiləm,  –  məhbus 

əzilmiĢ, ĢiĢib qızarmıĢ biləklərini ləzzətlə sığalladı. 

Pilatın  sərt  baxıĢları  məhbusa  sancılmıĢdı,  artıq  bu 

baxıĢlar  dumanlı  deyildi,  onlarda  hamıya  tanıĢ  olan 

qığılcımlar əmələ gəlmiĢdi. 

– Bayaq  heç  soruĢmadım,  –  Pilat  dedi,  –  bəlkə,  latın 

dilini də bilirsən? 

– Bəli, bilirəm, – məhbus cavab verdi. 

Pilatın  sarımtıl  üzünə  qızartı  çökdü  və  o,  latınca 

soruĢdu: 

– Nədən bildin ki, mən itimi çağırmaq istəyirəm? 

– Çox sadəcə, – məhbus latınca cavab verdi, – sən əlini 

havada  gəzdirdin,  –  məhbus  Pilatın  jestini  təkrar  etdi,  –  elə 

bil, sığallamaq istəyirdin, dodaqların da... 

– Hə, – Pilat dedi. 

Susdular, sonra Pilat yunanca soruĢdu: 

downloaded from KitabYurdu.org



 

43 


– Demək, həkimsən? 

– Yox, yox, – məhbus tələsik cavab verdi, – mənə inan, 

həkim deyiləm. 

– Di yaxĢı. Əgər bunu sirr saxlamaq istəyirsənsə, saxla. 

Bunun  iĢə  dəxli  yoxdur.  Sən  israr  edirsən  ki,  məbədi 

dağıtmağa...  yandırmağa,  ya  hər  hansı  bir  yolla  uçurmağa 

kimsəni təhrik etməmisən? 

– Ġgemon, mən yenə deyirəm, heç kimi bu cür hərəkətə 

çağırmamıĢam. Məgər mən ağıldankəm adama oxĢayıram? 

– Sən  ağıldankəmə  oxĢamırsan,  –  prokurator  astadan 

dedi və sifətində nəsə qorxunc bir təbəssüm göründü, – and 

iç ki, belə Ģey olmayıb. 

– Sən  nəyə  and  içməyimi  istəyirsən?  –  əlləri  açılmıĢ 

məhbus həvəslə soruĢdu. 

– Heç olmasa, öz canına and iç, – prokurator dedi, – ona 

and içməyin əsl vaxtıdır, çünki həyatın tükdən asılıdır, bunu 

bil. 

– Yoxsa  elə  bilirsən  onu  sən  asmısan,  igemon?  – 



məhbus soruĢdu. – Əgər belədirsə, çox səhv edirsən. 

Pilat diksindi və acıqla dedi: 

downloaded from KitabYurdu.org



Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə