79
Ponti Pilat da, eyvan da, qalan Ģeylər də... Bəs siz tək
gəlmisiniz, ya həyat yoldaĢınızla?
– Tək, tək, mən həmiĢə təkəm, – professor acı-acı
dilləndi.
– Bəs sizin yükünüz hanı, professor? – Berlioz
hiyləgərcəsinə soruĢdu, – "Metropol"dadır? Siz harada
qalırsınız?
– Mən? Heç harada, – ağlı çaĢmıĢ alman yaĢıl gözünü
qüssə və heyrətlə Patriarx gölündə dolandırdı.
– Necə? Bəs... siz harada yaĢayacaqsınız?
– Sizin mənzildə, – dəli qəfil sırtıqcasına cavab verib
göz vurdu.
– Mən... mən çox Ģadam, – Berlioz mızıldandı, – ancaq
düzü, sizin üçün rahat olmaz... "Metropol"da isə əla otaqlar
var, birinci dərəcəli mehmanxanadır...
– Bəs Ģeytan da yoxdur? – xəstə birdən sevincək halda
Ġvan Nikolayeviçdən soruĢdu.
– ġeytan da...
– Mübahisə etmə! – Berlioz professorun arxasından
göz-qaĢ eləyə-eləyə pıçıldadı.
downloaded from KitabYurdu.org
80
– Heç bir Ģeytan-zad yoxdur! – durduğu yerdə cəncələ
düĢmüĢ Ġvan Nikolayeviç ağzına gələni qıĢqırdı, – azara
düĢmüĢük də! Özünüzü dəli yerinə qoymayın.
Dəli bu yerdə elə Ģaqqanaq çəkdi ki, altında oturduqları
cökə ağacından sərçə pırıldayıb uçdu.
– Doğrusu, çox maraqlıdır, – professor bədənini əsdirə-
əsdirə güldü, – sizdə bu nə olan Ģeydir, nəyə əl atırsan,
yoxdur! – o, gülməyini qəfil kəsdi, bu da ruhi xəstələrdəbaĢa
düĢüləndir, gülüĢdən sonra ovqatı tamam dəyiĢdi –
əsəbiliklə qıĢqırdı: – Yəni elə doğrudan da yoxdur?
– Sakit olun, sakit olun, professor, – Berlioz xəstəni
həyəcanlandırmaqdan qorxub donquldandı, – siz yoldaĢ
Bezdomnıyla bir dəqiqə burada oturun, mən qaçıb tindən
zəng vurum, sonra sizi istədiyiniz yerə yola salarıq. Axı siz
Ģəhəri tanımırsınız...
Berliozun planını düzgün saymaq olardı: yaxınlıqdakı
avtomat telefona qaçıb, xarici turistlər bürosuna xəbər
verəcəkdi ki, bəs xaricdən gələn məsləhətçi Patriarx gölünün
kənarında oturub, halı da açıq-aĢkar qeyri-normaldır. Mütləq
downloaded from KitabYurdu.org
81
tədbir görmək lazımdır, yoxsa xoĢagəlməz vəziyyət yarana
bilər.
– Zəng eləmək? Nə olar, zəng eləyin, – xəstə kədərli-
kədərli razılaĢdı və birdən qızğıncasına xahiĢ etdi: – Ancaq
vidalaĢmazdan əvvəl sizə yalvarıram, heç olmasa, Ģeytanın
mövcudluğuna inanın! Sizdən baĢqa heç nə təvəqqe
etmirəm. Nəzərə alın ki, bunu təsdiq edən yeddinci, özü də
çox möhkəm sübut var! O, indi sizə təqdim olunacaq.
– YaxĢı, yaxĢı, – Berlioz yalançı mehribanlıqla dedi və
dəli almana keĢik çəkmək fikrindən heç də məmnun
olmayan kefi pozulmuĢ Ģairə göz vurub, Patriarx gölündən
Bronnı ilə Yermolayevski küçəsinin kəsiĢdiyi yerə cumdu.
Professor isə, elə bil, o saat sağaldı və kefi duruldu.
– Mixail Aleksandroviç! – Berliozun arxasınca çağırdı.
O səksəndi, geriyə baxdı, ancaq özünü bu fikirlə
sakitləĢdirdi ki, onun adı və soyadı da professora hansısa
qəzetdən məlumdur. Professor isə əlini ağzına tutub qıĢqırdı:
– Əgər istəyirsinizsə, tapĢıra bilərəm, Kiyevdəki
dayınıza indi teleqram vursunlar?
downloaded from KitabYurdu.org
82
Berlioz yenə diksindi. Kiyevdə dayısı yaĢadığını bu dəli
haradan bilir? Axı bu haqda qəzetlərdə, yəqin ki, heç nə
yazılmayıb. Aha, bəlkə, Bezdomnı düz deyir? Ola bilsin,
sənədləri saxtadır? Ax, nə qəribə tipdir. Zəng vurmaq, zəng
vurmaq!
Elə
indi
zəng
vurmaq!
Kimliyini
tez
aydınlaĢdırarlar!
Berlioz daha heç nəyə qulaq asmayıb, qaça-qaça
uzaqlaĢdı.
Bu vaxt düz Bronnıya çıxan yerdə, bayaq gün iĢığında
bürküdən əmələ gəlmiĢ həmin adam skamyadan durub
redaktorun qabağına gəldi. Ancaq indi o, xəyal deyildi, adi
canlı adam idi və yenicə düĢən qaranlıqda Berlioz onun
bığlarının toyuq tükünə oxĢadığını sezdi; balaca, kinayəli,
kefli gözləri vardı, dama-dama Ģalvarını isə o qədər yuxarı
çəkmiĢdi ki, çirkli ağ corabları görünürdü.
Mixail Aleksandroviç az qaldı geri çəkilsin, ancaq
özünə ürək-dirək verdi ki, bu, axmaq bir təsadüfdür və
ümumiyyətlə, indi bu haqda düĢünməyin yeri deyil.
– Turniketi axtarırsınız, vətəndaĢ? – dama-dama
Ģalvarlı xırıltılı səslə soruĢdu, – bura buyurun! Düz gedin,
downloaded from KitabYurdu.org
83
lazım olan yerə çıxacaqsınız. Yolu göstərdiyimə görə sizdən
keçmiĢ regentə yarım ĢüĢənin haqq-hesabı çatır... üstünü
düzəltmək üçün! – O, əzilib büzülə-büzülə öz jokey
papağını çıxarıb yellədi.
Berlioz bu əzilib-büzülən dilənçi regentə qulaq
asmayaraq, qaçıb turniketdən tutdu. Onu döndərib ayağını
relsə qoymuĢdu ki, qırmızı və ağ iĢıq sifətinə düĢdü: ĢüĢə
qutuda "Tramvaydan qorun" sözləri iĢıqlandı.
O saat da Yermoloyevskdən Bronnıya çəkilmiĢ yeni
xətdə tramvay göründü. Dönüb düz yola çıxan kimi qəfil
onun içi iĢıqlandı və uğuldayıb sürətini artırdı.
Təhlükəsiz yerdə dursa da, Berlioz ehtiyatlı tərpənib
çəpərin arxasına qayıtmaq qərarına gəldi, fırlanğıcdan
tutaraq ayağını bir addım geri qoydu. Elə həmin an da əli
sürüĢdü, buz üstündəymiĢ kimi, ayağı relslərə doğru maili
döĢənmiĢ çaydaĢlarından qopdu, o biri ayağı göyə qalxdı və
Berliozu, elə bil, relslərin üstünə atdılar.
Berlioz nədənsə tutmağa çalıĢaraq arxası üstə yıxıldı,
peysəri yüngülcə çaydaĢına dəydi və yüksəklikdə, ancaq
solda, ya sağda – bunu artıq bilmədi – qızılı ayı görməyə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |