Yazın isti bir qürub çağı Patriarx gölünün qırağında iki adam göründü. Əynində parusindən boz yay köynəyi olan



Yüklə 3,79 Mb.
Pdf görüntüsü
səhifə72/151
tarix02.10.2018
ölçüsü3,79 Mb.
#71885
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   151

 

361 


direktorunun 

və 


inzibatçının 

Ģəxsində 

Varyetenin 

müdiriyyəti  itib,  harada  olduqları  bilinmir,  dünənki 

tamaĢadan  sonra  konferansye  psixiatriya  müalicəxanasına 

aparılıb və qısası, dünən biabırçı bir tamaĢa olub. 

Rimskinin  zar-zar  ağlayan  xanımını  bacardıqları  qədər 

sakitləĢdirib,  evə  göndərdilər  və  maliyyə  direktorunun 

kabinetini  nə  vəziyyətdə  gördüyü  barədə  süpürgəçinin 

söhbətinə  daha  çox  maraq  göstərdilər.  ĠĢçilərdən  xahiĢ 

etdilər ki, yerlərinə gedib öz iĢləriyiə məĢğul olsunlar və az 

sonra  Varyetenin  binasına  ĢeĢəqulaq,  qıvraq,  çox  ağıllı 

gözləri olan kül rəngində bir itin müĢayiətilə əməliyyatçılar 

gəldi. Varyetenin əməkdaĢları arasında o saat pıçhapıç gəzdi 

ki, bu, elə-belə it deyil,məĢhur Tuzbubendir. Doğrudan da, o 

idi. Hərəkətləri hamını heyrətləndirdi. Maliyyə direktorunun 

kabinetinə  soxulan  kimi  Tuzbuben  iri  sarımtıl  diĢlərini 

qıcayıb  mırıldadı,  sonra  yerə  sinərək,  gözlərində  nəsə  bir 

qüssə,  eyni  zamanda  qəzəb,  ĢüĢəsi  sınmıĢ  pəncərəyə  tərəf 

süründü.  Öz  canındakı  qorxuya  üstün  gəlib,  birdən 

pəncərənin qabağına sıçradı, baĢını irəli uzadıb vəhĢicəsinə, 

downloaded from KitabYurdu.org




 

362 


qəzəblə uladı. O, pəncərədən çəkilmək istəmirdi, zingildəyir, 

titrəyir, aĢağı tullanmağa can atırdı. 

Ġti  kabinetdən  çıxarıb  vestibülə  buraxdılar.  O,  giriĢ 

qapısından  küçəyə  cumub,  arxasınca  gələnləri  taksi 

dayanacağına  gətirdi.  Dayanacağın  yanında  izi  itirdi. 

Bundan sonra Tuzbubeni apardılar. 

Əməliyyatçılar  Varenuxanın  kabinetində  oturdular  və 

dünənki  seans  zamanı  baĢ  verənlərin  Ģahidlərini  növbə  ilə 

oraya  çağırmağa  baĢladılar.  Demək  lazımdır  ki, 

istintaqaddımbaĢı  gözlənilməz  çətinliklərlə  rastlaĢırdı.  Tez-

tez kələfin ucunu itirirdilər. 

AfiĢalar  olmuĢdumu?  OlmuĢdu.  Ancaq  gecə  üstündən 

təzələrini  yapıĢdırıblar,  indi  lap  özünü  öldür,  birini  də  tapa 

bilməzsən.  Bu  sehrbaz  haradan  çıxıb  belə?  Bilən  var  ki? 

Belə çıxır, onunla müqavilə bağlanıb? 

– Ola  bilsin,  –  həyəcanlanmıĢ  Vasili  Stepanoviç  cavab 

verdi. 

– Bağlanıbsa, sənəd mühasibatdan keçməlidirmi? 



– Hökmən, – Vasili Stepanoviç narahat halda dedi. 

– Onda hanı müqavilə? 

downloaded from KitabYurdu.org



 

363 


– Yoxdur,  –  rəngi  get-gedə  ağaran  mühasib  əllərini 

yellədi.  Doğrudan  da,  nə  mühasibatın,  nə  maliyyə 

direktorunun, 

nə 


Lixodeyevin, 

nə 


Varenuxanın 

qovluqlannda müqavilədən əsər-əlamət yox idi. 

Bu sehrbazın soyadı necəydi? Vasili Stepanoviç bilmir, 

o,  dünənki  tamaĢada  olmayıb.  Biletyoxlayanların  xəbəri 

yoxdur,  kassir  qadın  alnını  qırıĢdırıb  düĢündü,  düĢündü, 

nəhayət, dedi: 

– Vo... Deyəsən, Volanddır. 

Bəlkə,  Voland  deyil?  Ola  bilsin,  Voland  deyil.  Ola 

bilsin, Falanddır. 

Aydın oldu ki, əcnəbi turist bürosunda sehrbaz Voland, 

eləcə də Faland haqqında heç nə eĢitməyiblər. 

Xidmətçi  Karpov  bildirdi  ki,  guya,  həmin  bu  sehrbaz 

Lixodeyevin  mənzilində  qalır.  Əlbəttə,  mənzilə  dərhal  baĢ 

çəkdilər. Orada heç bir sehrbaz tapmadılar. Lixodeyevin özü 

də  yox  idi.  Qulluqçu  Qrunya  yoxdu,  hara  getdiyini  də  heç 

kim  bilmirdi.  Ġdarənin  rəisi  Nikanor  Ġvanoviç  yoxdu, 

Prolejnyov yoxdu! 

downloaded from KitabYurdu.org




 

364 


Tamamilə  cəfəng  bir  Ģey  alınırdı:  bütün  müdiriyyət 

yoxa  çıxmıĢdı,  dünən  qeyri-adi,  biabırçı  tamaĢa  olmuĢdu, 

bunu  kim  eləmiĢdi,  kimin  təhrikiylə  eləmiĢdi  –  məlum 

deyildi. 

Günortaya  isə  az  qalırdı,  kassa  açılmalı  idi.  Ancaq 

əlbəttə,  bundan  söhbət  gedə  bilməzdi!  Ġri  karton  parçasına 

"Bu  gün  tamaĢa  olmayacaq"  yazıb,  Varyetenin  qapısından 

asdılar.  BaĢ  tərəfdən  baĢlanan  narazılıq  bütün  növbəyə 

yayıldı,  ancaq  narazılıq  eləyib,  yavaĢ-yavaĢ  dağılıĢmağa 

baĢladılar  və  təxminən,  bir  saat  sonra  Sadovıda  növbədən 

əsər-əlamət qalmadı. Əməliyyatçılar öz iĢlərini baĢqa yerdə 

davam  etdirmək  üçün  növbətçilərdən  savayı  bütün  iĢçiləri 

evə  buraxıb,  Varyetenin  qapılarını  bağladılar  və  çıxıb 

getdilər. 

Mühasib  Vasili  Stepanoviç  iki  məsələni  təcili  həll 

etməli  idi.  Birinci,  dünənki  hadisələr  barədə  məruzə  etmək 

üçün  sadə  formalı  tamaĢalar  və  əyləncələr  komissiyasına, 

ikinci də, dünən yığılan 21711 rubl pulu təhvil vermək üçün 

tamaĢalar komissiyasının maliyyə Ģöbəsinə getməliydi. 

downloaded from KitabYurdu.org




 

365 


Səliqəli  və  çalıĢqan  Vasili  Stepanoviç  pulu  qəzetə 

büküb,  kəndirlə  çalın-çarpaz  sarıdı,  bağlamanı  portfelə 

qoydu  və  təlimatı  gözəl  bildiyindən,  əlbəttə,  avtobus,  ya 

tramvay yox, taksi dayanacağına tərəf yollandı. 

Hər  üç  maĢının  sürücüsü  portfeli  dolu  səmiĢinin 

dayanacağa  tələsdiyini  görən  kimi,  nəyə  görəsə  hirslə  ona 

baxa-baxa maĢını boĢ sürüb getdi. 

HeyrətlənmiĢ  mühasib  bunun  nə  demək  olduğunu 

anlamaq üçün durduğu yerdə bir xeyli quruyub qaldı. 

Üç  dəqiqə  keçmiĢ  boĢ  maĢın  yaxınlaĢdı  və  sərniĢini 

görən kimi sürücü sifətini turĢutdu. 

– MaĢın boĢdur?  –  Vasili Stepanoviç boğazını  antlayıb 

soruĢdu. 

– Pulunuzu  göstərin,  –  sərniĢinə  baxmadan  sürücü 

acıqla dedi. 

Mühasib get-gedə lap heyrətlənərək, qiymətli portfelini 

qoltuğunun  altında  bərk-bərk  sıxıb,  pul  kisəsindən  onluq 

çıxartdı və sürücüyə göstərdi. 

– Getmirəm! – sürücü qısaca dedi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,79 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   151




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə