231
– Sizin saatdır? Buyurun alın, – dama-dama paltarlı
sırtıqcasına gülümsəyərək, çirkli ovcunda tutduğu saatı
karıxmıĢ Rimskiyə uzatdı.
– Beləsi ilə tramvaya minmə, – hekayəçi astadan və
Ģən-Ģən qrimçiyə pıçıldadı.
Ancaq piĢik özgə saatı ilə göstərilən nömrəni kölgədə
qoydu. Qəfil divandan durub, dal ayaqlarının üstündə güzgü
qoyulan stola yaxınlaĢdı, pəncəsiylə qrafinin ağzından tıxacı
çıxardı, stəkana su töküb içdi, tıxacı yerinə qoyub qrim
əsgisiylə bığlarını sildi.
Hamının matı-mutu qurumuĢdu, qrimçi isə heyranlıqla
pıçıldadı:
– Ax, əladır!
Bu yerdə zəng üçüncü dəfə bərkdən çalındı və hamı
maraqlı nömrə görmək həvəsiylə geyinmə otağından çölə
axıĢdı.
Bir dəqiqə sonra tamaĢa zalında Ģarlar söndü, lampadan
pərdənin aĢağısına qırmızımtal iĢıq düĢdü və pərdənin iĢıq
gələn arasından tamaĢaçıların qarĢısına əzik frakda, köhnə
köynəkdə, üzü qırxılmıĢ, kök, uĢaq kimi Ģən bir adam çıxdı.
downloaded from KitabYurdu.org
232
Bu, bütün Moskvada yaxĢı tanınan konferansye Jorj
Benqalski idi.
– Beləliklə, vətəndaĢlar, – Benqalski uĢaq kimi
gülümsədi, – indi sizin qarĢınızda çıxıĢ edəcək... – bu
yerdəBenqalski sözünü kəsdi və baĢqa intonasiya ilə
danıĢdı:
– Görürəm ki, üçüncü hissədə tamaĢaçıların sayı daha
da artıb. Bu gün Ģəhərin yarısı buradadır! Bu yaxınlarda bir
tanıĢımla görüĢəndə ona dedim: "Niyə bizə gəlmirsən?
Dünən Ģəhərin yarısı bizdə idi". O isə mənə cavab verdi:
"Mənsə o biri yarısında yaĢayıram!" – Benqalski pauza verdi
ki, indi hamı güləcək, ancaq heç kim gülmədiyinə görə
sözünə davam etdi: – ... Beləliklə, qara magiya seansları ilə
çıxıĢ edir xaricdən gəlmiĢ məĢhur artist müsyö Voland!
Amma biz, əlbəttə, sizinlə birlikdə baĢa düĢürük ki, –
bu
yerdə Benqalski müdrik bir təbəssümlə gülümsədi, –
dünyada belə bir Ģey yoxdur və bu, mövhumatdan baĢqa bir
Ģey deyil, sadəcə, maestro Voland fokus texnikasına yüksək
səviyyədə yiyələnib, bunu da, yəni həmin texnikanın ifĢasını
ən maraqlı hissədə görəcəksiniz, bizsə hamılıqla həm bu
downloaded from KitabYurdu.org
233
texnikanın, həm də onun ifĢasının tərəfində olduğumuza
görə buyursun cənab Voland!
Bütün bu naqqallıqdan sonra Benqalski əllərini
qoĢalayıb, salamlaĢırmıĢ kimi pərdə tərəfə yellədi və pərdə
xıĢıltı ilə yanlara sürüĢdü.
Cadugərlə uzun köməkçisinin və dal ayaqlarının
üstündə yeriyən piĢiyin səhnəyə çıxması tamaĢaçılara ləzzət
elədi.
– Kreslo verin, – Voland astaca əmr etdi və elə həmin
saniyə səhnədə kreslo peyda oldu, – əzizim Faqot, mənə de
görüm, – kresloda oturan Voland, görünür, "Korovyev"dən
də baĢqa soyadı olan dama-dama paltarlı oyunbazdan xəbər
aldı, – sənə elə gəlmirmi ki, Moskva camaatı xeyli dəyiĢib?
Cadugər havadan kreslonun peyda olmasına heyrətlənib
susmuĢ tamaĢaçılara göz gəzdirdi.
– Elədir, messir, – Faqot-Korovyev astadan cavab verdi.
– Doğru deyirsən. ġəhər camaatı çox dəyiĢib,
görkəmlərini nəzərdə tuturam, yeri gəlmiĢkən, Ģəhərin özü
kimi. Geyimlərdən danıĢmağa belə dəyməz, ancaq bu...
adları nədir... tramvaylar, avtomobillər peyda olub...
downloaded from KitabYurdu.org
234
– Avtobuslar, – Faqot hörmətlə dedi.
TamaĢaçılar diqqətlə qulaq asdıqları bu söhbətinqeyri-
adi fokuslara giriĢ olduğunu düĢünürdülər. Səhnənin arxası
artistlərlə, fəhlələrlə dolu idi və onların arasında Rimskinin
rəngi qaçmıĢ narahat sifəti görünürdü.
Səhnənin yan tərəfinə sığınmıĢ Benqalskinin sifətindən
çaĢqınlıq oxunurdu. O, yaranmıĢ pauzadan istifadə edib,
qaĢlarını azca qaldıraraq dedi:
– Xaricdən gəlmiĢ artist texniki baxımdan inkiĢaf etmiĢ
Moskvaya, həmçinin moskvalılara heyran qaldığını bildirir,
– bu yerdə Benqalski iki dəfə gülümsədi, əvvəlcə parterə,
sonra isə yuxarı yarusa.
Voland, Faqot və piĢik baĢlarını konferansye tərəfə
döndərdilər.
– Məgər mən heyran qaldığımı dedim? – cadugər
Faqotdan soruĢdu.
– Əsla yox, messir, siz heyran olduğunuzu demədiniz, –
o cavab verdi.
– Bəs onda bu adam nə deyir?
downloaded from KitabYurdu.org
235
– O, sadəcə, yalan danıĢdı! – dama-dama paltarlı
köməkçi bütün teatrın eĢidəcəyi gur səslə dedi və
Benqalskiyə müraciətlə əlavə etdi: – Təbrik edirəm sizi,
vətəndaĢ yalan-palan!
Yuxarı yarusda gülüĢdülər, Benqalski isə diksinib
gözlərini bərəltdi.
– Ancaq məni, əlbəttə, avtobuslardan, telefonlardan və
baĢqa...
– Aparaturalardan! – dama-dama paltarlı pıçıldadı.
– Tamamilə doğrudur, minnətdaram, – cadugər yoğun
səslə aram-aram danıĢırdı, – daha əhəmiyyətli məsələlər
maraqlandırır: bu Ģəhər camaatı daxilən dəyiĢibmi?
– Bəli, cənab, bu, çox əhəmiyyətli məsələdir.
Səhnə arxasındakılar döyüküb bir-birinin üzünə baxırvə
çiyinlərini çəkirdilər, Benqalski pörtmüĢdü, Rimskinin isə
rəngi qaçmıĢdı. Bu vaxt, sanki, yaranan həyəcanı hiss edən
cadugər dedi:
– BaĢımız söhbətə qarıĢıb, əzizim Faqot, tamaĢaçılar isə
darıxmağa baĢlayıblar. Əvvəl-əvvəl bizə sadə bir Ģey göstər.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |