Yazını şərh edin. Sizcə, bu mətndə söhbət nədən gedəcək? Qruplara bölü nərək mətni oxuyun. Oxu du



Yüklə 40,33 Kb.
Pdf görüntüsü
tarix20.09.2017
ölçüsü40,33 Kb.
#1116
növüYazı


1. 

Şəkildə gördüyünüz şəxs

kimdir? Onun qarşısındakı

tort necə adlanır? Şəkildəki

yazını şərh edin. Sizcə, bu

mətndə söhbət nədən gedəcək?

2.

Qruplara bölü 



-

nərək mətni oxuyun. Oxu du -

ğunuz hissəni məz 

muna


uy     ğun 

başlıqla 

adlandırın.

Hər hissənin sonunda veril miş

tap şırıqlara uyğun ola raq təq -

di mat lar  hazırlayın.

Dilimizdəki bir çox sözlərin mənşəyini araşdırsaq, onların xüsusi isimlərdən

– adlardan yarandığının şahidi olarıq. Dilçilikdə belə sözlərə “eponim” deyilir.

Qədim yunan dilindən tərcümədə bu söz “ad vermiş” kimi tərcümə olunur. Bu-

rada “ad verən” rolunda ən müxtəlif xüsusi isimlər – antroponimlər (adlar, soy-

adlar, təxəllüslər), eləcə də toponimlər (coğrafi adlar) çıxış edə bilər.

Azərbaycanın məşhur mineral suları – badamlı bu suyun çıxdığı kəndin,



istisu isə Kəlbəcərdə məşhur bulağın adını daşıyır. Məşhur rəqslərimizdən

biri olan Uzundərə Qarabağda Ağdamla Göytəpə kəndi ara sın da eyniadlı

dərənin adıdır. 

Elmin müxtəlif sahələrində qanunlara, hadisələrə, ölçü vahidlərinə,

təbabətdə xəstəliklərə, sindromlara, komplekslərə və s.-yə onları ilk dəfə üzə

çıxaran, ixtira və ya təsvir edən şəxslərin adı verilir. Nyuton qanunu, Pifaqor

teoremi, nərgiz sindromu, daun sindromu, Napoleon kompleksi, ölçü vahidləri

– amper, volt, vatt, hers ... Siyahını sonsuza qədər davam etdirmək olar.

Bəzi xüsusi adlar cüzi dəyişikliklə eponimlərə çevrilir; məsələn, abbası

(pul vahidi), Mirzəyi (qarabağlı ney ustası Mirzə tərəfindən yaradılmış rəqs),



Dərbəndi (Azərbay can xalq rəqsi və üzüm növü) və s. Bir çox eponimlər isə

özünəməxsus yaranma yolu ilə seçilir. Riyaziyyat və kibernetikanın əsas

anlayışlarından birini bildirən “alqoritm” sözü böyük riyaziyyatçı əl-Xarəzminin

latınlaşdırılmış (Algorithmiadından yaranmışdır. 



Qruplarla iş

51

EPONİMLƏR



Oxu vä söz ehtiyatı

8

8

Mən artıq insan

deyiləm.

Mən tortam.

I qrup


3. Altından xətt çəkilmiş söz və ifadələr haqqında əlavə biliklərinizə əsas -

lanaraq mətni genişləndirib nəql edin. 

Bir çox məşhur brendlərin – avtomobil

markaları, istehlak və ərzaq mal larının adları

da eponimdir.

“Audi” avtomobil markasının adı hamıya

tanışdır. Bu adın maraqlı tarixçəsi var. Alman

konstruktoru və biznesmeni, avtomo bil qa yır ma

sənayesinin pio 

nerlərindən biri olan Avqust

Horh “Horh&C

o

” (“Horh və kompaniyası”) adlı



ilk şirkətini 1899-cu ildə açmışdı. Bir qədər

sonra şərik ləri ilə mü ba hi səsi düşdüyünə görə

o, müəs sisəni tərk etmiş və 1909-cu ildə başqa

bir kompaniya açıb onu da öz so yadı ilə “Horh”

adlandırmışdı. Lakin bu ad artıq tanınmış

ticarət markası oldu ğun dan keçmiş şərikləri ona qarşı məhkəmə iddiası

qaldır ırlar. Məhkəmə prosesini uduzan Horh vəziyyət dən orijinal çıxış yolu

tapır: soyadını latın di linə tərcümə edir və yeni kompaniya “Audi” adlanmağa

başlayır. Alman dilində “horh”, latın dilində

“audi” sözləri “eşitmək” deməkdir.

Bütün dünyada qızların ən sevimli oyun -

cağı olan “Barbi” (Barbara adının qısa forması)

kuklası 1959-cu ildə ABŞ-da istehsal olun ma -

ğa başlamışdır. O za man kuklaların əksə riy yəti

körpəcə qızlar şəklində olurdu; onlarla yalnız

kiçikyaşlı uşaqlar oynayırdılar. Gənc qadına

bənzəyən gəlincik  yaratmaq ideyası isə ilk

dəfə oyuncaq şirkətlərindən birinin rəh bəri El-

liot Hendlerin həyat yoldaşı Rutun ağ lına gəldi.

Qadın fikir verdi ki, onyaşlı qızı Barbara öz

rəfiqələri ilə birgə kartondan düzəltdikləri

“yaşlı” kuklalarla oynamağa üstünlük verir. Nəhayət Rut anladı: qızlara elə

kuklalar lazımdır ki, onlarla oynayarkən bö yüklərin həyatından müxtəlif situ-

asiyalar canlandıra bilsinlər və beləliklə, öz lərini gələcək həyata hazırlasınlar.

Rut Hendler uşaq oyuncaqları üzrə di zaynerlə birgə belə bir kuklanın obrazını

yaratdı və onu qızı Barbaranın şə rəfinə “Barbi” adlan dır dı. Sonra o, ərini bu

kuklanın kütləvi istehsalının va cibliyinə inandıra bildi. “Barbi” üçün bütöv ad

– Barbara Roberts, hətta xüsusi bioqrafiya da uy du rul muş du. 

4. Etimoloji baxımdan eponim sayılan 

brend adları və bu adların tarix çə -

 si ilə bağlı əlavə biliklərinizə istinadən mətni genişləndirib nəql edin.

52

II qrup



Avqust Horh

Elliot və Rut Hendlerlər


IV qrup

Eponim yaratmaqda “məhsuldarlığı” baxı 

-

mından Böyük Britaniya kraliçası Viktoriya



(1819-1901) xüsusi yer tutur. Yer kürəsinin ən

müxtəlif bölgələrində bu kraliçanın şərəfinə

adlandırılmış xeyli coğrafi obyektə rast gəlmək

olar. Bunların arasında Afrikada məşhur şəlalə

və bu qitənin ən böyük göllərindən biri, Avs-

traliyada çay, səhra, ştat, başqa qitələrdə xeyli

şəhər, dağ, zirvə var. Hət ta uzaq Antarktidada

böyük bir torpaq sahəsi kraliça Viktori 

yanın

adını daşıyır – Viktoriya torpağı.



Bir adamın şərəfinə adlandırılmış çoxsaylı

yer adlarına ən qədim dövr lər dən rast gəlmək

olur; məsələn, Makedoniyalı İsgən 

dər M.ö.


336-323-cü  illərdə qali biyyətli hərbi yürüş ləri

zamanı keçdiyi əra zi lər də bir çox şəhərlərin əsa -

sını qoyaraq onlara öz adını vermişdi. Maraq -

lıdır ki, İsgəndər yalnız özünün deyil, sevimli

atı nın da adını əbədiləşdirməyin qayğı sı na qal -

mışdır: M.ö. 326-cı ildə indiki Pakistanın əra zi -

sində Bukefal adlı şə hərin əsasını qoy muşdur.

İndi həmin şəhər Cəlalpur adlanır. Yeri gəl miş -

kən, Tacikistanda İsgəndərin şərəfinə ad lan dı -

rıl mış  göl də var. Qədim əf sanələrə görə, Orta

Asiyadan keçərək Hindistana gedən İsgən dərin

sevimli atı bu göldə boğulmuşdu. 

5. Kraliça Viktoriyanın şərəfinə adlandırılmış yer adlarının belə geniş

coğrafi arealda yayılmasının səbəbini izah etməyə çalışın.

6. İsgəndərin adı ilə bağlı olan mayak (dünyanın yeddi möcüzəsindən biri)

və qədim Şərqin ən zəngin kitabxanası haqqında məlu mat lardan istifadə

etməklə mətni genişləndirin.

Elə düşünmək olar ki, adının eponimə çevrilməsi ad sahibinə şöhrət gətirir

və bununla yalnız fəxr etmək olar. Lakin bu heç də həmişə belə olmur;

məsələn, Fransada başın vurulması ilə ölüm hökmünü yerinə yetirmək üçün

düşünülmüş mexanizm – gilyotin fransız həkimi və siyasi xadimi Jozef Gilyo -

te nin soyadı ilə adlandırılıb. Gilyotenin fikrincə, edamın mexaniki bıçaqla

yerinə yetirilməsi ağrısız olduğuna görə daha humanist üsuldur və edam pro -

53

III qrup




se sini çox asanlaşdırır. Mexanizmin özünü baş -

qa ları icad etsə də, ona ideya müəllifinin adı ve -

ril di. Gilyotenin ölümündən sonra onun ailə

üzv  ləri gilyotinin adının dəyişdirilməsi xahişi ilə

höku mətə müraciət etdilər, lakin rədd cavabı

aldılar. Onda ailə öz soyadını dəyişdi. 

Bir şey bilmədiyi halda özünü mütəxəssis

kimi göstərən adamlara, nadan və fırıldaqçılara

ünvanlanan “şarlatan” sözü də eponimdir. Amma

düşünməyin ki, bu, yuxarıda sadalanan keyfiy -

yətlərə malik bir şəxsin adı olmuşdur. Bu dəfə

mənfi çalarlı söz bir adama deyil, bütöv bir kən -

də “şöhrət gətirmişdir”. 

Orta əsrlərdə dövlət büdcəsində kifayət qədər pul olmayanda kilsə “indul-

gensiya” (günahların bağışlanılması haqqında Roma papası adından pul ilə

verilən fərman) satışına göstəriş verirdi. Bir çox insanlar başa düşürdülər ki,

pul verərək günahını yumaq hüquqi və əxlaqi baxımdan çox iyrənc bir

aksiyadır. Ona görə də indulgensiya satanlara nifrətlə baxırdılar. İtalyanlar

hansısa səbəbdən indulgensiya satanları Romadan 90 mil şimalda yerləşən

Çerreto kəndinin adı ilə adlandırmağa başladılar. Ola bilsin, bu həmin kənd

sakinlərinin indulgensiya ticarətində fəallığı ilə bağlı idi. 

İngilis dilində bu söz (charlatou) ilk vaxtlar yalnız çoxdanışan tacirlərə şamil

olunurdu. Şarlatanlar çox zaman saxta dərmanlar satır və özlərini tibb

sahəsində bilikli adam kimi qələmə verirdilər. Bundan sonra yalançı bilikləri

və bacarıqları ilə lovğalanan istənilən adama şarlatan deməyə başladılar.



Dilrüba Cəfərova

7. 


Linç məhkəməsi, boykot, xuliqan, şovinizm, “Molotov kokteyli” söz və

ifadələrinin məna və mənşəyi haqqında topladığınız məlumatlardan

istifadə etməklə mətni genişləndirin.  

8. Hansı cümlədə “orijinal” sözü mətndəki mənasına uyğun işlədilib?

A) Tərcümə zamanı mətnin orijinala maksimum yaxın olması çox

vacibdir.

B) Dostum çox orijinal adamdır: heç kəsə bənzəmir.

C) Bu, əsərin surətidir; orijinalı muzeydə saxlanılır.

9. Hansı cümlədə “aksiya” sözünün mənası mətndəki mənasından fərq -

lidir?


A) Şirkətin aksiyaları bu gün xeyli ucuz qiymətə satıldı.

B) Bütün dünyada terrorizmə qarşı müxtəlif etiraz aksiyaları keçirilir.

C) Biz bu aksiyada həvəslə iştirak etdik.  

54



10. Gəncə şəhərinin adı ilə bağlı aşağıdakı məlumatdan çıxış edərək  mü -

ha kimə xarakterli mətn yazın.

1804-cü ilə qədər – Gəncə

1804-1918-ci illər – Yelizavetpol 

1918-1935-ci illər – Gəncə 

1935-1989-cu illər – Kirovabad 

1989-cu ildən sonra – Gəncə

11. Verilmiş cümlələrdə durğu işarələrinin işlənməsinə diqqət edin və

bununla bağlı gəldiyiniz nəticələri söyləyin.

1. Səbir acıdır, amma meyvəsi şirindir. 

(J.J.Russo) 

2. Mübarizə həyat şərtidir; mübarizə bitəndə həyat da ölür. 

(V.Belinski)

3. Jurnalistlər tez-tez sözlərimi təhrif edirlər, mən isə bunu sakit qarşı -

layıram.

4. Uğurun çox sadə sirri var: heç vaxt ruhdan düşməyin. 

(E.Heminquey)

5. Nə bir işıq görünür, nə də bir həyat səsi eşidilirdi.

(C.Cabbarlı)

Tabesiz mürəkkəb cümlənin komponentləri arasında aşağıdakı durğu

işarələri işlənir:

vergül: 

Həyat irəliləyir, ona çata bilməyən tək qalır. (M.Qorki)

nöqtəli vergül: 

Çovğun getdikcə güclənirdi; külək qarı adamın üz-

gözünə çırpırdı. 

qoşa nöqtə: 

Həyat maşın sürmək kimi  bir şeydir: qəzaya uğramaq

ehtimalı həmişə var. (A.L.Stal)

Amma, ancaq, lakin, yəni bağlayıcılarından əvvəl vergül işarəsi

qoyulur: 



Platon mənim dostumdur, lakin həqiqət daha vacibdir. (Aristotel)

Ya, ya da (ki); gah, gah da (ki); həm, həm də (ki); nə, nə də (ki)

sadalanan bağ 

layıcılarının birin 

ci sindən başqa hamısından əvvəl

vergül işlədilir:

Gah hava sakit keçir, gah da xəzri əsirdi.

Və bağlayıcısı cümlədə vergülü əvəz edir, ona görə də ondan nə

əvvəl, nə də sonra durğu işarəsi qoyulur.

QRAMMATİKA

TABESİZ MÜRƏKKƏB CÜMLƏDƏ DURĞU İŞARƏLƏRİ

55

Yazı



Dil qaydaları


12. 

Da, də  bağlayıcısı ilə bağlı durğu işarələrinin işlənməsindəki

fərqli mə qamları müəyyənləşdirin. Fərqin səbəblərini izah edin. 

1. Azərbaycanda güləş də, cüdo da xeyli inkişaf edib. 

2. Güləşçiləri miz də qalib gəldilər, cüdoçularımız da uğur qazandılar.

13. 


Qarşılaşdırma bağlayıcılarının iştirak etdiyi cümlələrdə durğu

işa rələrinin işlənməsindəki fərqli mə qamları müəyyənləşdirin. 

1. Gözlərimə doldurmuşam yağışı,

Bir köynəkdə çıxarmışam mən qışı.

Şalvar-pencək geyinirdi tay-tuşum,

Məndə isə biri vardı, biri yox. (N.Kəsəmənli)

2. Ədalət ölkəni abad eylər, amma zülmkarlıq ölkəni bərbad eylər. 

14. Durğu işarələrinin istifadəsində yol verilmiş 

səhvləri müəyyənləşdirin.

1. Həyat ədalətli deyil: amma yenə də gözəldir.

2.  Amerika materikini kəşf edən X.Kolumb olmuş lakin, materik Ameriqo Ves -

puççinin şərəfinə adlandırılmışdır.

3. Heç kim məni dinləmirdi, uşaqların bəziləri dünənki oyunu müzakirə edir;

bəziləri isə olimpiadanın nəticələrindən danışırdılar.

4. Van gölünün ərazisi 3500 km

2

-dir, və o, dünyanın ən böyük soda gölüdür.



5. Həyat hərəkət deməkdir: yəni su da axmayanda iylənir. (Aristotel)

6. Nifrət yağış suları kimidir, özünə yer elədimi, getdikcə yolunu ovub dərin -

ləşdirəcək. (M.İbrahimov)

15. Verilmiş cümlələrdə durğu işarələrini bərpa edib dəftərinizə köçü -

rün. Onların həmcins üzvlər və ya mürəkkəb cümlələr arasında işlən -

diyini müəyyən edin.

1. Nə bu ocaq közərəsi, sönəsi

Nə o günlər bir də geri dönəsi. (M.Yaqub)

2. Gecələr ulduzlartək

Xatirələr sayrışır

Tale ötən günlərlə 

Gah küsür gah barışır. (Anar)

3. Ya sən olduğun kimi deyilsən ya da mən səni yaxşı tanımamışam.

4. Gah toplar guruldayır gah da tanklar yeriyirdi.

5. Haqq dedin dabandan soydular səni

Ancaq məhv olmadın, anam, can dilim.



Ordular sarsıdan qəhrəman dilim. (S.Rüstəmxanlı)

Analiz

Analiz

56

Yüklə 40,33 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə