Yazının yazılma səbəbi, dərk etdiklərimi möhtərəm oxucularla bölüşməkdir



Yüklə 204,86 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix08.01.2018
ölçüsü204,86 Kb.
#19877
növüYazı
1   2   3   4   5   6   7   8

-  Əli müəllim, alimlərin fikrincə, 100 il müddətinə neft və bir çox digər 

təbii sərvətlər tükənəcək. Çıxış yolunu nədə görürsünüz?   

 

 

 



-  Bəzi təbii sərvətlərin tükənməsi, dünyanın axırı demək deyil. Neft 

tükənsədə, başqa enerji mənbələri var. Hər halda, suyun tezliklə 

tükənəcəyini deyə bilmərik. Artıq hidrogendən yanacaq alınır, işıq enerjisi 

ilə işləyən batareyalar kəşv olunub.  

-  Yəni, dünyanın sonuna hələ var... 

-  2012-ci il ətrafında gedən söz-söhbət əsassız deyil. Bu il Nuhun gəmisinin 

quruya oturmasından 12012 il keçir. 12012-nin tarazlığı 12021-dədir. 

Nostradamus da yazıb ki, 2020-ci ildə Araz çayı boyunca İslam hakimiyyətə 

gələcək, 6 oba bir üzdə, 6-ı da digər tərəfdədir. Bu da 12 edir.  

Maraqlıdır ki, Araz çayının uzunluğu cəmi 351 km-dir. Deməli, söhbət 

böyük bir ölkədən getmir. Yeri gəlmişkən, 2012-2021-ci illər arasında 

maddi-ruhi tarazlanma gələcək. 

-  Məgər Nuhla bağlı hadisələrin dəqiq tarixi bəllidir ? 

-  Mən ekstrasens deyiləm. Daha çox parapisixoloji, pisixoenergetik 

proseslərlə məşğulam və hər şeyi elm çərçivəsində tədqiq etməyə çalışıram. 

Dediyim məlumatı isə irfani yolla almışam. Namaz vasitəsi ilə əlaqə 

yaradaraq, çox sahələrdən-kimya, fizika, riyaziyyat, biologiya, tarix və s.-

dən maraqlı məlumatlar əldə etmişəm. Bu yolla aldığım 72 “məktub”u da 

çapa hazırlamışam.  

-  Bilgilərimizin oğurlanmasından qoxmursunuz ? Müəllif hüquqi barədə 

düşünmüsünüz ? 

-  Bu, ilahi elmdir, mənim deyil ki, patentləşdirim. Biz, sadəcə, bunu dərk 

edənik. İslam alimlərinin ədəbiyyatına diqqətlə baxsaq, görərik ki, heçkəs 

kəşf etmir, yalnız dərk edir. Bu qanunlar kəşf olunana kimi də mövcud olub. 

Mən buna dərk etmə deyirəm. Sadəcə, hər şeyin vaxtı çatanda bəyyan olur. 

Bu barədə Quranda da deyilir ki, Allah öz elmindən istədiyi qədər verər.  

-  Amma sadə insanları Allah, vergi adı ilə aldadanlar da az deyil.  

-  Bəli. Adətən, bəziləri deyir ki, mənə yuxuda vergi verilib. İlahi tərəfindən 

hansısa məlumat yuxuda da verilə bilər. Amma şeytan tərəfindən verilən 

məlumatlar da var. O kəs ki, irfani və şeytani vergini ayıra bilmir, gərək, bu 

işlərdən uzaq olsun. Şeytanın işıq surəti həddində elmi olduğuna görə insanı 

asanlıqla aldada bilir. Gərək, imanın güclü olsun və Qurandakı sistemi yaxşı 

biləsən. 

-  Amma indi bəzi möminləri, “Allah elçisi” olan ekstrasensləri 

mənəviyyat deyil, maddiyyat maraqlandırır.  



-  Bu məqam Quranda da var. Bir çoxları şeytani əlaqədə olduqları halda, 

Allahın adı ilə danışırlar, çünki, maddiyatı düşünürlər. Kimsə desə ki, 

şeytana qulluq edirəm ona müştəri gəlməz. Belələrini əsil savab sahilindən 

ayırmaq üçün illərlə məşq etmək lazımdır.  

-  Elə isə adi insanlar nə etsinlər ? 

-  İlk növbədə Allahın qanunlarına əməl etsinlər. Bütün elmlər öz mənbəyini 

ilahiyyatdan götürür. Falçının, ekstrasensin yanına insanı məcbur aparmırlar. 

Quranın Bəqərə Surəsində bunu qadağa edən ayələr var. Məsələn, ikinci 

ayədə deyilir ki, bu kitab Allahdan qorxub, pis əməldən çəkinən müttəqilər 

üçün yol göstərir. Allahdan qoxmayana hansı hidayətdən danişasan ? 

İnsanlar isə öz ağıllarını hansısa şarlatanın əlinə verirlər. Küfür olduğundan, 

irfan alimləri heç vaxt belə şeylərlə məşğul olmurlar. 

-  Dini də hər adam oxuyub başa düşmür... 

-  Razıyam. Dində işarələrlə, açıq və gizli şəkildə verilənşeylərdə var. Gizli 

olanları yalnız mütəxəssislər anlaya bilərlər. 

Onuda deyim ki, Quranın hər surəsinə min yanaşma üsulu var. Tərcüməçi 

tarixçidirsə, Quranı tarixə, ədəbiyyatçıdırsa, ədəbiyyata tərəf çəkir. Mütləq 

həqiqət isə ancaq Allahın dərgahındadır. 

-  Bəziləri iddiya edir ki, quranın gücü ərəbcə oxunanda daha artıq olur... 

-  Təbii. Quranda 114 surə var. Kimyəvi elementlərin sayıda 114-dür. Ən uzun 

Bəqərə surəsində də 286 ayə mövcuddur. 286 təbii izotob və 31 izobal var. 

“Siz Allahın neymətlərinə inanmırsınız ?” cümləsi Ər-Rəhman surəsində 31 

dəfə işlənir. Maddə quruluşu nəzəryəsi ilə 114 kimyəvi elementi sistem 

şəklində yerləşdirəndə sağ və sol əllərin profili və orta yol alınır. Bu da 

çoxşeyi açıqlayır... 

Quranın möcüzələri çoxdur, çünki bütün dinləri özündə birləşdirib. nəticədə

ona qədər mövcud olan 72 surənin üzərinə 42 surədə gəlib. Bütün 

Peyğəmbərlərə 72 vergi verilib, 72 Kərbəla şəhidi var. 72-ci surədən sonra 

işıq surətini keçən elm başlayır. Kimya alimi Mendeleyev də kimyəvi 

elementlər cədvəlini yuxu vasitəsi ilə görmüşdü, amma orada çatmayan 

cəhətlərdə var.  

Yeri gəlmişkən, insan bədənində bütün kimyəvi elementlər mövcuddur. Sağ 

əldə nəcib elementlər toplanıb-neon, arqon, klipton, ksenon. Sol əldə isə 

metallardır- buna görədə, mənfini, yəni şəri verir. Surələrin kimyəvi 

elementlərlə və 9 planetlə əlaqəsidə var.  

-  Rəqəmlərdən çox danışırsınız. Qədim elmlərin çoxunda əcdət hesabı 

var. 



-  Mən bu elmlə məşğul olmuram. Bilirəm ki, 1-dən ona qədər rəqəmlərin cəmi 

45 edir. Buna əsaslanaraq, müəyyən çıxarışlar edilir. Əcdətdən əsasən İranda 

istifadə olunur buna falçılarda müraciət edirlər. 

-  Bir çox ekstrasenslər müştərilərini Namaz qılmaları ilə cəlb edirlər, 

halbu ki, Allaha zidd işlərlə məşğuldurlar. 

-  Hər namaz qılana peyğəmbər ümməti deməzlər. İrfanlar ariflər kimi, bir 

işarədən də anlayırlar . Şeytan isə seçdiyi şəxsə, məşğul olduğu fal 

növündən asılı olmayaraq, hər şeyi açıq mətnlə bildirir.  

-  Şeytana qulluq edənlərin müalicə etmələri barədə nə deyə bilərsiniz? 

-  Xəstəliyin mənbəyini tapmadan müalicə boş şeydir. Xəstəliklər idarəetmə 

aparatında, yəni, beyində və onurğada yerləşən mərkəzi əsəb sistemində 

əmələ gəlir. Hardasa enegetik yığım, qırıntı olanda problem yaranır. Biz 

beynin enerjisi ilə insana toxunmadan müalicə edirik.  

-  İnsanları düz yola necə çəkmək lazımdır? 

-  Hətta Allah da peyğəmbərə buyurur ki, sən onları düz yola çəkən deyilsən, 

təbliğatını elə. Çünki insanların aralarında da çox şeytan var. Hər şeyi gözə 

görünməz cinlə bağlamaq olmaz. Bizim işimiz də təbliğatdır. Dində 

məcburiyyət və təmənna yoxdur. Əsl vergili adam ancaq ianə ala bilər.  

Bütün vergilər yalnız Həzrəti Məhəmmədə verilib. O isə bundan imtina edib 

və Allahdan gizli elmləri öyrənməyi istəyib. Bu səbəbdən, peyğəmbərlik 

xətm edilib və dünyaya 12 İlahi İmam gəlib. Onlar mənəvi yüksəlişimiz 

üçün çalışıblar. Amma maddiyatı yüksək olanlarda mənəviyyat , 

mənəviyyatı yüksək olanlarda isə mənəviyyatı yoxdur. Cinin xilqəti od 

olduğundan, maddiləşə bilmir. 

-  Hindistanlı Raca Sai Baba çox maddiləşmə möcüzələri göstərib: Göydən 

pul yağdırır, nəyisə pula çevirə bilirdi...  

-  O, artıq dünyasını dəyişib. Bir çox möcüzələri tələbələrindən aldığı müsbət 

enerji hesabına göstərirdi. Mən istədiyim miqdarda enerjini ancaq 

Namazdan alıram və onu ehtiyacı olanlara paylayıram. Enerji vastəsi ilə, 

doğrudan da, çox şey etmək məsələn, bir elementi digər bahalı elementə 

çevirmək olar. Amma bu enerji yer üzərində yoxdur, onu ilahidən almaq 

lazımdır. Həmin enerji – surətli impulslar barədə hələ 5 əsr öncə yaşamış 

Molla Sədra Şirazi öz “İşraq” əsərində yazmışdır. Peyğəmbərimiz də 

vergisini bir enerji dalğası vastəsi ilə alıb. Bunun təsirinə dəvədə dözə 

bilməyib yıxılıb.  

-  Səhv etmirəmsə, alimlər bu yaxınlarda qeyri-adi xüsusiyyətləri olan 

yeni kimyəvi element tapıblar... 



Yüklə 204,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə