Yazının yazılma səbəbi, dərk etdiklərimi möhtərəm oxucularla bölüşməkdir



Yüklə 204,86 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix08.01.2018
ölçüsü204,86 Kb.
#19877
növüYazı
1   2   3   4   5   6   7   8

-  Bayaq dedim ki, bədənimizdə bütün kimyəvi elementlər, o cümlədən, trans, 

yəni məkan dəyişən elementlərdə var. Çünki insanın bədəni planetlərlə 

əlaqəlidir, planetlər isə tənzimləmə sisteminin tərkib hissəsidir.  

-  Falçılar çox vaxt müqəddəslərin adlarını özlərinə götürüb və onların 

ruhlarının yaşadıqlarını deyirlər. Bu məsələyə necə baxırsınız ? 

-  Bu, düzgün deyil, amma belə şeylər çoxdur. Hətta özünə kişi adı götürən 

qadın “Müqəddəslər” də var. Kim yaxşılıq edirsə, Allah köməyi olsun. 

Amma bizim deməyimizlə, kimsə pis əməlindən əlçəkməyəcək. Kiminsə 

özünü müqəddəs adlandırmasını ancaq şeytan əməli saymaq olar.  

Bəli, müqəddəsin yenidən qayıdan ruhu cisimləşə bilər. Necə ki, ruh insan 

öləndə gedir, qayıdıb təzədən maddiləşə bilər, çünki insanın genetik kodu 

həmişə qalır. Bunu İxlas surəsidə izah edir. Quranda müqəddəslərin genetik 

kodları barədə də yazılıb. 

-  Yəqin ki, bu proseslər özünü pirlərdə də göstərir... 

-  İnsan rəhmətə gedəndə, energetik ruh bədəndən ayrılır. Kim ki, savabı, 

xeyirxahlığı ilə bu enerjini artırıb, o, qeyb aləminə gedir. Bu proqramın cuzi 

bir hissəsi qəbir evində qalır. Bununla bağlı, fransız alimləri təcrübə 

keçirərək, mövcud enerjilərlə həmin enerjiyə təsir etmək istəyiblər, amma 

alınmayıb. Buna elmdə entropiya, yəni qalıq enerjisi deyirlər. Kimin ki - 

əsasən müqəddəslərin- qəbir evindəki proqramı qeybdəki enerji sistemi ilə 

əlaqədardır, həmin qəbrə dalğalar gəlir. Belə yerləri pir adlandırırıq, onları 

ziyarətə gedirik. Bir çox hallarda onlar müəyyən diapazonlarda şəfavermə 

qüvvətinə də malikdir. 

-  Siz hər şeyin həllini islamda görürsünüz? 

-  Bəli, İslamda hər şey var. Amma islamçılara desən ki, İslam işıq sürətini 

keçən elmdir, dəyərlər, get, ağlına dua yazdır. Artıq zorun vaxtı bitib, idrak 

müharibəsi gedir. Amma əminəm ki, İslamın köməyi ilə hər şey yaxşı 

olacaq. Bunu bütün bəşəriyyət anlasaydı, problemlər də az olardı. 

İslamın aliliyi çox şeydə görmək olar. Məslən, Allaha məxsus Fatihə surəsi 

7 ayədən ibarətdir. 7-nin ədədi ortası 4-dür. Fizikada işıq spektrinin 4-cü 

rəngi yaşıldır. Günəşdən olan məsafəsinə görə , 4-cü planet yerdir. Bunlar 

boş yerə deyil . 4+7=47 – bu da Məhəmməd surəsi və Yerlə Saturn 

əlaqəsidir.Amma yəhudilər və xristianlar İslamı din, Quranı səmavi kitab

peyğəmbərimizi də peyğəmbər saymırlar. Əks halda, Quranı yandırmaz, 

peyğəmbərin karikaturasını çəkməzdilər. 

 

 



 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Qəzetimiz falçılıqla bağlı mövzuya bir neçə dəfə 

toxunub. Lakin son vaxtlar özlərini mömin elan edərək, 

bu işlə məşğul olanların sayının artması bizi həyəcan 

təbili çalmağa vadar edir. Çox zaman öz dini 

titullarından sui-istifadə edən bu “mömin”lər “natəmiz 

fal”la deyil, Quranla istixarə yolu ilə gələcəkdən xəbər 

verirlər. Məsələ ilə bağlı Quran tədqiqatçısı Əli Əliyevə 

müraciət etdik. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



-  Əli bəy, Quranla istixarə necə yaranıb ? 

-  Quran ali, elmi, səmavi kitabdır. Orada falçılıq dəstəklənmir.Kiminsə onu 

ixtisarə etməsi fıqıldaqçılıqdır. Quranla fala baxmağı şeytan yaradıb. Çünki 

o, günaha meylli olanlara yaxınlaşır. Falçı müxtəlif vasitələrdən , eyni 

zamanda, Qurandan istifadə edir. Bu halda avam insanlar ona daha çox 

inanır.  

İstixarə ərəbcə seçmək, üstün tutmaq, yəni Allahdan ən xeyirli olanı 

istəmək , kömək diləmək anlamını verir. Amma bunu fal ilə bağlamaq lazım 

deyil. Çünki istixarə peyğəmbərimizin tövsiyə etdiyi bir dua şəklidir, yəni 

ibadət , başqa sözlə, istixarə namazı ilə Allahdan kömək diləməkdir.  

Digər “istixarə” isəQurandan öncə də olub. Bəzi falçılar insanları 

maraqlandıran hansısa məsələdə müəyyən bir kitabı təsadüfi açaraq, ilk 

qarşılaşdığı cümləni oxuyur və ondan ismarıc çıxarırmış. Lakin İslam 

tamamilə bunun , yəni falın əleyhinədir. Çünki müsəlman  olan kəs 

Yaradanımızın kamilliyini qəbul edərək, hər şeyi  Onun ixtiyarına 

buraxmalıdır. 

-  Sağ əldə tutulan təsbeh vasitəsilə də istixarə edirlər. Suallara təsbehin 

hərəkətinə əsasən , “hə”  və ya “yox” cavabı verilir. Burada təsbeh 

magiya ilə məşğul olanların sapa bağlanmış rəqqası ilə eyni funksiyanı 

daşıyır. Mən bu kimi şeyləri məqbul hesab etmirəm... 

-  Burada mələklərin də rolu var.  İnsan isə seçim edir. Lakin  Allaha 

yaxınlaşmaq yalnız elm və fəhmlə mümkündür, kofe, rəml,su, qum, qənd və 

sair fal növləri barədə də demək olar. Çoxan bunlar müştərinin diqqətini cəlb 

edən aldadıcı manevrə xidmət edir. Çünki falçılar qarşısındakına şeytanın 

dediyini çatdırır. Onlar müştərini inandırmaq üçün keçmişlərindən də xəbər 

verirlər. Bəziləri yalnız söz ustası olan fırıldaqçılar, bəziləri də şeytanla 

əlaqəsi olanlardır. Elələri də var ki, qeybdən məlumatı alıb, onu emal edə 

bilmirlər. Çünki falçıların 99faizi bisavaddır. İrfanilər üçün bu, elə də çətin 

deyil. Yalnız  o falçı qüvvəlidir ki, şeytanı güclüdür. 

Təəssuf ki, dindarlarımız  içində də falçı az deyil. Hətta indi bəzi 

falçılar din professoru da olublar. 

-  Yəqin ki, ölkəmizdə falçıların geniş təbliğ olunması da bu kimi hallara 

şərait yaradır? 

-  Buna görədir ki, dünyanın bir çox cadügərləri Azərbaycana axışır. Onlar 

qəzetlərə açıq şəkildə elan da verirlər. Hətta satışda qurd yağının olduğunu 

da bildirirlər. 

Ümumiyyətlə, falın tarixi yəhudilərdən başlayıb. Bununla bağlı, 

Zəburda Harut və Marut barədə məlumat da var. Quranda isə onun 2-

ci surəsinin 102-ci ayəsində falın mahiyyəti izah edilir və 26-cı 



Yüklə 204,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə