Yazının yazılma səbəbi, dərk etdiklərimi möhtərəm oxucularla bölüşməkdir



Yüklə 204,86 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix08.01.2018
ölçüsü204,86 Kb.
#19877
növüYazı
1   2   3   4   5   6   7   8

surənin 211, 212,213 –cü ayələrində deyilir ki, falla məşğul olmaq 

günahdır!  

Ərəb əlifbası ilə yazılan bir neçə kitab var ki, onları Quranla 

bağlayırlar. Amma onlarda yəhudi falı var. Vaxtilə yəhudilər müəyyən  

dəyişiklər edərək, yüz minlərlə  Quran kitabı buraxıblar ki, 

müsəlmanları çaş-baş salsınlar. Sonradan bu kitablar yığışdırılsa da , 

bəziləri qalıb. Yəhudilər bir sıra sehr kitablarını da bizə “yamayıb”, 

burada tətbiq edirlər. 

-  Bəzi falçılar Allahdan vergili olduqlarını deməklə də insanların inamını 

qazanmağa çalışırlar... 

-  Vergi məfhumu Həzrəti Məhəmmədə qədər olub. Ona Həzrəti Cəbrayıl 

vasitəsilə 124 min peyğəmbərə verilən 72 vergi təqdim olunanda, deyib : “ 

İlahi, Sənin dərgahında möcüzə yoxdur, mənə elm öyrət”. Bununla da, 

peyğəmbərliyə  xətm verilib, yəni Allah peyğəmbərlik sistemini bağlayıb, 

Quranı nazil edib. Quranda bütün suallara cavab tapmaq mümkündür. 

-  Bizdə falçılığın güclü təbliği nə ilə bağlıdır? 

-  Bunlar boş yerə baş vermir. Azərbaycanda maddiyyat hər şeydən öndədir. 

Xarici ölkələrdə dövlət mənafeyi şəxsi mənafedən öndə durur, bizdə isə 

əksinə. 

Şəri ancaq cin-şeytanın üstünə atmaq da doğru olmazdı. Şeytan  

xislətli insanlar da az deyil. Bu, onların soyundan irəli gəlir. Nəcabətli insan 

heç vaxt haqqi nahaqqa verməz. Şeytan özü də bunu İlahiyə etiraf edərək 

deyib ki, Sənə sadiq bəndələrdən başqa, hamını yoldan çıxaracağam. 

 

Eyni zamanda, Xeyir və Şər mübarizəsində həmişə mənəvi tərəfi 



üstün tutanlar maddiyyatdan əziyyət çəkirlər. 

-  Bəzən hüquq-müafizə orqanları da falçıların dəyirmanına su tökürlər... 

-  Bu da bir qazanc mənbəyidir. Həm də qarşılıqlı informasiya mübadiləsi var. 

-  Quran cinin, cadunun varlığını inkar etmir. Amma möminlərimiz 

müzakirələrdə lazımi mövqe tuta bilmirlər. Sizcə, cinləti,sehri inkar 

etmək az deyil? 

-  Quran Allahdan qorxub, pis əməldən çəkinənlər üçün hidayətdir. Kimsə 100 

dəfə desin ki, Allaha qurban olum, ya da yaxasını cırsın, onda Allah qorxusu 

yoxdursa, nə dəyişəcək? Təbii ki, cindarlara qarşı tutarlı arqumentlər 

göstərmək lazımdır. Hansısa falçı keçmişimizdən xəbər verirsə, buna 

möcüzə kimi baxırıq. Halbuki, yaxşı-yaxşı düşünsək, özümüz də çox şeyi 

xatırlaya bilərik.Gələcəkdə xəbər vermək isə yalnız ehtimala söykənir. 




-  Bəzi cindarlar onlara kömək edən varlığın ali olduğunu iddia edirlər. 

Dinimiz də müsəlman cinin olduğunu deyir. 

-  Hər insan pis və ya yaxşı cini ayırd edə bilməz. Həm də pis cinlə əməkdaşlıq 

etdiyini kim deyər? Din belə şeylərdən uzaq, ilahi həyat tərzini tövsiyyə 

edir. Allah bəndələrinə  buyurur ki, pis əməllərdən uzaq ol, filan şeyləri 

etmə! Bunları edərək, din adından danışmaq təzaddır. Dində məcburiyyət 

yoxdur. Lakin din adamı onun bütün qaydalarına əməl etməlidir, çünki hər 

birinin böyük mahiyyəti var. 

-  Quranın bəzi təfsirləri, saxta hədislər də insanları azdıra bilər. 

-  Hədislərin saxtalığını, təsirlərin dürüstlüyünü müəyyən etmək üçün, Quranı 

yaxşı bilmək lazımdır. Quranı bilmək üçünsə, onu dəfələrlə oxumaq 

lazımdır. Həzrəti Əli “Nəchul-bəlağət” kitabında deyib ki, elmlə dirilən 

ölməz.Doğru şeyləri təbliğ etmək üçünsə , milli qürur və qeyrətin olmalıdır. 

Təbliğatın özü də artır. Quran vasitəsilə məsələnin elmi mahiyyətini tapıb, 

cəhalətə qarşı çıxmaq lazımdır. 

-  Falçılar köməkçi vasitələrdən istifadə edirlərsə, bunu möminlər də edir. 

Satışda dini əşyalar- təsbehlər, üzüklər, Məkkə maketi, İmam Əlinin 

“qılıncı” , gözmuncuqları, dini plakatlar və s. yetərincədir. 

-  Bu biznesdən başqa bir şey deyil. Din insanın qəlbində olmalıdır. İbadət 

insanın özü üçündür. Namaz isə Yerlə Göy arasında körpüdür. Ən doğru 

məlumatlar  da namazda gəlir. 

-  Allah hər şeyi müəyyən xüsusiyyətlərlə yaradıb. Hansısa oy müəyyən 

xəstəliyi müalicə edir,hansısa qiymətli daş inamı gücləndirir və s. 

Pirlərin  də müəyyən gücü var. Amma bir çox müminlər bu kimi şeylərə 

Allaha şərik qoşmaq adı verir.  

-  Əgər, insan pirdə şəfa tapıbsa, bunu danmaq mənasızdır. Ancaq Allaha 

inanaraq , bütün günü namaz qılmaqla , nə əldə etmək olar? Reallığı da 

qəbul etmək lazımdır. Bəzən möminlər  çox şeyin elmi izahını verə 

bilmədiklərindən, əks tərəfi kafir adlandırırlar. Əslində , bu kimi işlərlə 

İslam alimləri məşğul olmalıdır.  

Seyid Əli Şirazi babilər hərəkatının başçısı olub. O, ilahiyyatla əlaqədar 

səmadan o qədər enerji alıb ki, papağını hansısa xəstənin başına qoyanda , o, 

sağalıb. 

Əli Şirazi İmam Zaman Ağa haqqında əsər də yazıb. Möminlərsə onun elmi 

qarşısında aciz qaldıqlarından, ortaya söhbət atdılar ki, o, özünü peyğəmbər 

elan edib, saldılar zindana, güllələdilər. 




Müasir dövrdə də haqq tərəfdarı olmaq çətindir. Ama geci-tezi var. Çünki, 

Şərin də böhran kütləsi mövcuddur. Son vaxtlar bu kütlə partlayışa  

yaxınlaşdığından ,Şər əvvəlkindən daha çoxdur. 

-  Yəni, qarşıda bizi qorxulu günlər gözləyir? 

-  Bəli deməzdim. 2012-ci ilin dekabr ayının 21-də planetlərin paradı olacağı 

barədə xəbərləri xristianlar dünyanın sonu ilə əlaqələndirirlər. Əslində isə 

bu, İslamın hakimikyyətə gələcəyindən xəbər verir...  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



Yüklə 204,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə