Yazının yazılma səbəbi, dərk etdiklərimi möhtərəm oxucularla bölüşməkdir



Yüklə 204,86 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix08.01.2018
ölçüsü204,86 Kb.
#19877
növüYazı
1   2   3   4   5   6   7   8

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Qəzetimizin ötən saylarından birində cinlər aləmi ilə 

bağlı maraqlı müsahibə dərc etmişdik. Lakin həmin 

yazıda mövzu ilə bağlı bəzi məqamlara heç 

toxunulmamışdı. Oxucularımızın xahişi ilə mövzunu 

davam etdirmək qərarına gəldik . Suallarımızı Quran 

tədqiqatçısı Əli Əliyev cavablandırdı. 

 

 



 

 

 



-  Əli məllim, Sizin də cinlərlə bağlı fikirləriniz oxucularımız üçün 

maraqlıdır... 

-  Müqəddəs kitabımız “ Qurani-Kərim”-də Cinlər surəsi varsa, bunu dana 

bilmərik. Orada cinlərin dilindən deyilir ki , bizim səfeh (iblis) islamla bağlı 

başqa şey deyirdi, Amma Həzrəti Məhəmmədin dilindən çox gözəl  Kitab 

haqqında eşitdik. Yəni, paralel aləmdə yaşayan cinlərin içində kafiri də, 

Allaha inanan mömini də var. 

Cin oddan, insan isə 4 ünsürdən – torpaq, od, su və havadan törəyib. Buna 

görə, nicat tapmaq üçün cinlərə üz tutan insanlar acizdir. İnsan 

unutmamalıdır ki, 4 ünsürdən yaranıb. Torpad da, su da, müəyyən həddə isə 

külək də odu söndürüb.  Odun, başqa sözlə, işığın da saniyədə 300 min 

kilometr sürəti var. İslam elmi isə işıq  sürətini də keçir. Qurandan əvvəl 




müqəddəs kitablar öz əksini onun 72 surəsində tapıb, sonra gələn 42 surə isə 

İslama aiddir.  

-  Cinlər gözlə görünməsə də, onların gördüyü işlər, hoqqalar böyük fiziki 

güc tələb edir.  Bu , necə mümkündür? 

-  Cinlərin işıq sürətində  elmi də , gücü də var. Lakin işığın maddəyə 

çevrilməsi mümkün deyil. Buna görə də, onların yoldan çıxardıqlarını maddi 

tərəfə çəkir və vəziyyəti idarə edə bilərlər. 

Şəxsən mən cinlərin energetik qüvvəsini hiss edirəm. Onların qarşısında 

Allahın köməyi, nuru ilə durmaq olar, amma çoxlu məşq lazımdır. Yeri 

gəlmişkən işıq sürətini keçdikdən sonra nur  başlayır. Nurun isə maddiləşmə 

imkanı var. Bu, İxlas  surəsində izah olunur. 

-  Nur necə maddiləşir? 

-  Bunun  üçün maddə quruluşuna nəzər yetirməliyik. Atomun mərkəzində 

proton və neytron yerləşir, onların  ətrafında isə elektron fırlanır. Elektron 

mənfi yəni, şəri qəbul edir.  

Elmdə isə antimateriya anlayışı var. Bu halda mərkəzdə elektrondur, 

ətrafında isə proton  fırlanır. Artıq alimlər hidrogen və heliumun 

antimateriyasını ala biliblər. Onların ölçüsü həddən artıq kiçikdir. Bəlkə də   

ruhi elementlərdir... 

Yer kürəsinin də ətrafında onun peyki-Ay firlanır. Quranda yazılır ki, Allah 

Günəşi işıqlı, Ayı nurlu edib.  Ay nurludursa, mənfi yüklü ola bilməz. 

-  Amma bir çox mənbələrdə, xüsusilə də Hollivud filmlərinin 

əksəriyyətində Yerin mərkəzi iblisin məkani, Ay isə şər qüvvələrin 

oyadıcısı kimi göstərilir. 

-  Təbliğat başqa, elm isə tamam başqadır. Mən başqalarının mövqeyinə deyil, 

Quranda yazılanlara əsaslanıram. Mənfi enerjilər Yerin mərkəzinə 

yönəlməsə, ətrafdakı”neytronlar” onu neytral hala gətirməz və nurlu Ay 

orbitdə firlanmaz. Təəssuf ki, hazırdaYer çox kirlənib. Dalğaların Yerə 

gələn energetik qüvvəsinindən də çox şey asılıdır.Bu isə onun tezliyi  və 

sürətilə əlaqəlidir. Ay yaxında olsa da , uzaq planetlərdən gələn implus, 

informasiya daha sürətli, böyük enerji və tezlikdə olmalıdır ki, Yerə çatsın. 

Deməli, onların bizə təsiri heç də az deyil. 

Tezliyindən, enerjisindən asılı olaraq, hər bir şuanın təsiri fərqlidir. Aydan 

gələn şüalar isə günəşdən əks olunsalar da, dalğa uzunluğuna, tezliyinə görə 

fərqlidir. Bu şüalar lunatizmə meylli adamlara təsir edəndə, onlar yuxudan 

durub gəzməyə başlayırlar. Amma digər planetlərin təsirini də unutmaq 

olmaz... 



-  Yəni bəzi tezliklər şər qüvvələri oyadır? 

-  Adi halda yüksək enerjili dalğaları qəbul etmək mümkün deyil. Amma əlaqə 

yarananda, şüur və şüuraltı yerlərini dəyişərək, fəallaşır. Bu barədə Zəlzələ 

adlı 99-cu surədə məlumat da var. 

-  İnsan 4 ünsürə sahibdirsə, öz gücündən niyə istifadə edə bilmir? 

-  Qoy cindarlar yığışıb, mənə öz təsirlərini göstərsinlər. Zəmanət verirəm ki, 

onların qabağında duraram. Amma  kütləyə düzgün təbliğat aparılmır və 

bunun marağında olanlar var. Düzgün təbliğat şər qüvvələrin çörək yollarını 

bağlaya bilər. Təəssuf ki, iblisə sitayiş edənlərin sayı  möminlərin sayından 

qat-qat artıqdır.  Onlar kəmiyyət amilini əsas götürsələr də, elmləri işıq 

sürətini keçə bilmir. Sırf islama bağlı qüvvələr isə az olsa da, keyfiyyətcə 

yüksədədirlər. 

-  Şər qüvvələr və cin eyni şeydir? 

-  Quranda deyilir ki, şər həm cinlərdə, həm də insanlarda var. Bəziləri də 

düşüb cinlərin üstünə. İndi elə şər insanlar var ki, iblis onları yoldan 

çıxarmağına peşman olub.Onlar iblisdən də qüvvəlidir.  

-  Cin maddiləşə bilmirsə, böyük güc tələb olunan işləri necə həyata 

keçirir? 

-  Maddiləşmə materiya forması olsa da, cinlər enerjini çox gözəl idarə edə 

bilirlər. İnsanı yoldan çıxarmaq üçün öz ölçülərini, simalarını da dəyişə 

bilirlər. Quranda onlarla mübarizə yolları da göstərilib. Sizə neqativ qüvvə, 

cadu yönəlibsə, İlahi elminin gücü ilə onu elətdirənə və edənə qaytarmaq 

lazımdır. Bunun üçün məsələnin kökünə getmək vacibdir. 

Şər qüvvələrin Yer üzərində mənbələri var. Bu mənbələr barədə bəd 

əməllərlə məşğul olanlar bilir və gücü də oradan götürürlər. Mənbə ilə 

vuruşa bilirsənsə, qalib gələ bilərsən. Bəziləri insanlara bu mənbəni 

tapmadan “kömək etdikləri” üçün , bir müddət sonra qara qüvvələr yenidən 

baş qaldırır. Bu “virus” imkanlı insanlar, müğənnilər arasında geniş yayılıb. 

Onlar bundan istifadə edərək , bir-birlərinə “əməl” etdirirlər. 

-  Bəlkə, bu da insanın günahıdır, həmin formada özünə qayıdır? 

-  Əlbəttə. Allah heç nəyi cavabsız qoymur. Amma bizim anlaya bilmədiyimiz 

təsadüflər də olur. Allah-Təala həqiqətən 1.02 faizini özü üçün saxlayıb. 

İnsan nəyisə 98.98 faizdən rtıq öyrənə bilməz. 

-  Şər qüvvələr hansı hallarda energetik baxımdan güclənə  bilirlər? 

-  Bir çox hallarda insan özü onları axtarıb tapır. Cinlər əsasən natəmiz 

məkanlarda, şərab emal edilən yerlərdə toplaşırlar və pis iydən energetik 

qüvvə götürürlər. Bəzən də onlar insanı qəzəbləndirirlər ki, enerjisini 

alsınlar. Hətta insanlar arasında da zibilliyi sevənlər var. Unutmayın ki, 

insan şeytandan daha qorxuludur, çünki 4 xilqətin məhsuludur. 



-  Bəzi ekstrasenslər iddia edirlər ki, guya insandan çıxardıqları  şəri suya, 

ya da havaya göndərirlər. Bu, doğrudurmu? 

-  İnsan şəri sol əli ilə çıxarıb, özünü neytrallaşdırmalıdır. Ətraf mühiti isə 

korlamaq olmaz. Buna görə də , kiminsə bədliyini açıq atmosferə və ya suya 

yönəltmək doğru deyil. Çünki su müqəddəsdir. 

-  İnsan da gözəgörünməz enerjini idarə edə bilər? 

-  Əlbəttə. Ən qüvvəli enerji insanın beynindədir. Şər onun qarşısından həmişə 

qaçır. Praktikada, yəni işləyərkən mən daxildə Quran ayələrini deyirəm, 

çünki bu ayələr mənfi enerjini tənzimləyirlər. Cinlərsə hətta bu prosesə də 

müdaxilə edirlər. Bəzən bir surəni demək  istəyirsən, adamı çaşdırırlar, 

başqasını deyirsən. Uzun müddət rabitədə qalmaq isə insanı pis hala sala 

bilər. 


-  Vampirlərə, qulyabanilərə inanırsınız? 

-  Onları görməmişəm. Enerji qan vasitəsilə bütün bədəndə dövr edir. Yəqin 

bəzi insanlarda  zəlidə olan xüsusiyyətlər var. Amma qansız da enerji 

çəkənlər var. Kamil insanın başqasının enerjisinə ehtiyacı  yoxdur. Nə qədər 

lazımdır, özü rabitə yaradıb alır. Termodinamika qanununa əsasən isə, zəifin  

qüvvəlidən enerji çəkməsi mümkün deyil. Yəni, enerji zəifdən çəkilir. Gərək  

əqidən, imanın güclü olsun ki, bu, baş verməsin.  

Nə üçün yəhudilər bayramlarında  çörəyə qan vururlar? Özü də ibadət edən 

şəxsin  təmiz, qanını ... Amma yəhudizm və xristanlığın elmi islam elmi 

kimi işıq sürətini keçə bilmir. Təəssüf ki, bəziləri Quranı bilərəkdən yanlış 

yozaraq, özlərinə sərf edən şeyləri götürürlər. 

-  Şeytanın amalı dünyanın sonuna çıxmaqdır? 

-  Xeyr, amma o, yaxşı bilir ki, cəhənnəmə gedəcək və özünə yoldaş axtarır. 

İnsan Allah qanunlarına əməl etməklə , özündə yüksək enerjini yığa bilər.  

Bunu etməyənlərsə, Yerdən  yüksəyə  qalxa  bilmirlər. Yer üzərindəki bütün 

proseslərin əksi, tarazlıq qanunun var. İstəsə , insan odu da öz  xeyrinə 

yönəldə bilər. 

İki cür enerji var- yaradıcı və dağıdıcı. Bu enerjiləri tənzimləyə bilmək 

lazımdır. İnsanın beyin enerjisi yer üzərindəki hər bir silahdan yüksək 

qüdrətə malikdir. Bir sözlə. Batin elmin adamları cadugərlərlə mübarizə 

apara biləcək insanlar az da olsa var və bunu gözəl bacarırlar.  

-  Belə demək olar ki, insanın rahat yaşaması üçün möcüzəyə qaçması 

deyil, dini-mənəvi yolla yaşaması gərəkdir. 

-  Təbii. Amma Allah dərgahında möcüzə yoxdur. Bir halı izah edə bilmiriksə, 

möcüzə sayırıq. 

 



 

 

 



 

 

 



 

Müasir həyat tərzi nəticəsində bəzi insanlarin psixikasının 

get-gedə pozulması, hətta möminlər arasında təzadlı 

davranışlara yol verənlərin artması və bu kimi bir çox hallar 

bəzilərini Qiyamət gününün yaxınlaşmasından danışmağa 

sövq edir. Görəsən, möminlərin dinimizin qoyduğu 

qaydalara düzgün riayət etməməsinin Qiyamət günü ilə 

əlaqəsi  varmı ?   Bu sualla İslam tədqiqatçısı Əli Əliyevə 

müraciət etdik.  

 

 



 

 

 



 

 

 



 

 

 




Təəssüf ki, İslama gələnlərin sayının artması onu doğru  dərk edənlərin sayı 

ilə düz mütənasib  deyil. Elə Qiyamət  günü məfhumunu  da yanlış 

anlayanlar   çoxdur. İndi də xristian aləmi növbəti Qiyamət gününə  -  21 

dekabra , planetlərin paradının gözlənildiyi tarixə hazırlaşır. Bu paradın   

olacağına şübhə etmirəm və deyə bilərəm ki, onu İmam Hüseyn qəbul 

edəcək.  Çox şey dəyişəcək, amma Qiyamət günündən danışmaq hələ tezdir.  

O ki qaldı insanların İslama münasibətinə, bu barədə Həzrəti Əli çox gözəl 

deyib : “Bəziləri ibadəti tacirlər kimi edir, yəni ondan nəsə gözləyirlər”. 

Əfsuslar olsun ki,  dinimiz bu gün də düzgün təbliğ olunmur. Din ilahi həyat 

tərzidir., şəriət isə onun qanunlarıdır. Bəli, bu gün ibadət edib çirkin işlərlə 

məşğul olanlar həddən artıq çoxdur. Bir çoxları İslam pərdəsi altında  öz bəd 

əməllərini gizlədir.  

-  Sizcə, yanlış təbliğatı kimlər aparır? 

-  Kütləvi informasiya vasitələri. Razılaşın ki, indi dindən çox , şou-biznes əhli 

barədə yazılır. Psixoloji silahlar isə həmişə olub... 

-  Bununla razıyam ki, mətbu orqanlar dini yazıları çox vaxt oxucuya 

maraqsız formada təqdim edirlər.  

-  Elə buna görə də, həmin materiallar, demək olar ki, öz ünvanını tapa bilmir. 

Qəzet  elmi jurnal deyil. Orada dərc olunanları savadı az olanlar da başa 

düşməlidir. Bu məsələ isə siz yazanlardan asılıdır. Bəziləri internetdən, 

xarici mənbələrdən hazır materialları götürüb, bir az dəyişərək, qəzet 

oxucusuna uyğunlaşdırmadan çap edir. Bu, doğru yanaşma deyil. Fikrimi 

başa düşün. Mən ilahi fikirləri bəsitləşdirməyə çağırmıram . İlahiyyat ali  

elmdir. Amma onu yalnız  xroniki hadisələr üzərində təqdim etmək də 

olmaz.  

-  Razılaşın ki, dini təbliğatın ağır yükü  təkcə KİV-in üzərinə düşmür. 

Çox zaman məscidlərdə aparılan söhbətlər də lazımi istiqamətdə olmur. 

Bu səbəbdəndir ki, belə söhbətlərin daimi iştirakçıları dini yolda yanlış 

yola düşürlər, ifrata varırlar, fanatikləşirlər.  

Məgər, din buna çağırır? 

-  Mən , sizin  sualınıza Quranda yazılan  ayə ilə cavab verəcəyəm. Orada 

qısaca deyilir ki, Allah ifrata varanları sevməz. Özu də bu sözlər təkcə dinə 

deyil, başqa sahələrə də aiddir.  

-  Bəzilərinin fikrinə görə, Quranı oxumaq  yetər ki, digər kirabları 

oxumayasan. Bu fikri haradan götürüblər? 

-  Əslində,  hər Quran oxuyan onu dərk edə bilməz. Quranın özündə də yazılıb 

ki, onun bir hissəsi açıq qanunlar , bir hissəsi gizli eyhamlardır. Digər hissəsi 

isə yalnız  yüksək   səviyyəli  mütəxəssislərə aiddir. Yəni, zahiri və batin 




elm var. Batin elmlə məşğul olanların da müəyyən dərəcəsi  var. Amma 

Quranın hamıya  bəlli olan əsas tələblərinə əməl etmək biz müsəlmanlar 

üçün  yetərlidir. Quranı daha dərindən başa düşmək üçün mütləq ilahi ilə 

rabitə yaranmalıdır. Bu isə seçilmişlərə müyəssər olur.  

-  Qəribədir ki, Quranın hər birimizin yaxşı bildiyi 10 əsas tələbinə 

möminlərin çoxu belə, əməl etmirlər. Bunun səbəbini nə ilə izah 

edərdiniz? 

-  Bu, savadsızlıqdan, qeyri-düzgün təbliğatdan, ailədə verilən tərbiyənin 

qüsurlu olmasından irəli gəlir. Əslində, çoxluğun doğru yolda olmaması da 

təbiidir, çünki kəmiyyər həmişə keyfiyyətdən üstün olub.  

-  Möminlərin sırsında nəfsinə uyanların sayının artmasını Qiyamətə 

yaxınlaşmağımız kimi qiymətləndirmək olarmı? 

-  Bunu demək çətindir. Amma tarazlığın pozulması,kütləviləşməsi göz 

qabağındadır. Allah bizə tarazlığı qorumaq üçün şüur və İlahi kitab verib. 

İnsanların çoxu isə nə şüurlu hərəkət edir, nə də İlahi kitabda yazılanlara 

əməl edir. Dərrakəsini şərlə  əlaqələndirənlər isə elə şərin yolu ilı də 

gedirlər. Tarazlığın pozulması xəstəliklərə, ailədə intizamın pozulmasına, 

cəmiyyətdə haqsızlığın artmasına, müharibələrin yaranmasına səbəb olacaq. 

Düzdür, İlahi bu natarazlığı öz məcrasına qaytarmaq qüdrətindədir, amma 

bunu ilk növbədə insanlar istəməlidir.  

-  Bəşəriyyətə göndərildiyi gündən Quranda yazılan bir çox üstüörtülü 

həqiqətlər tədricən üzə çıxıb. Müasir elm yetərincə inkişaf etsə də, yəqin 

ki, Quranda hələ gizli qalmış çox məsələ var ... 

-  Təbii. Quranda keçmiş, indiki və gələcək zamanların üçü də öz əksini tapıb. 

Amma gələcəyə nüfuz edə bilən alimlər varmı? 

-  Batin elm elə Quranın yasaqladığı magiya ilə əlaqəli deyil ? 

-  Magiya  -  ruhi aləmlə əlaqə deməkdir. Bu əlaqə iki cür mümkündür --  

ilahiyyatla, yəni ruhani yolla və şeytanın köməyilə. Təəssuf ki, burada da 

tarazlıq pozulub. Şeytanı yolla gedənlərin sayı qat-qat çoxdur.  

-  Şeytanın burada insana diktə etdiklərini İlahidən gələn eyhamlardan 

necə ayırmaq olar? 

-  Mütəxəssislərə müraciət etmək lazımdır. Sovet rejimindən öncə, bizdə 30 il 

təhsili  olan ruhanilər, böyük ilahiyyatçı alimlərimiz olub. SSRİ-də ateizmin 

önə verilməsi, İslamın isə yasaqlanması savadsız fırıldaqçıların meydana 

çıxmasına imkanlar yaratdı. Quranın şərhi  “Yasin” oxumaqla məclisi yola 

verən mollaların yemi deyil. Bəzən belə təbliğatla onlar dinimizi gülünc 

vəziyyətə salırlar.  

-  Quran insanlara göndərilibsə, zamanla onun tam açıqlanması 

mümkündürmü? 



-  Buna inanmıram. Bayaq qeyd etdim ki, Quranda hər üç zaman öz əksini 

tapıb və onun hər surəsinə min cür yanaşma var. Biz indiki zamanla bağlı 

qaranlıq məslələrə aydınlıq gətirsək, böyük şeydir. 

-  Maraqlıdır ki, Allahın vergisini alana kimi savadsız olan 

peyğəmbərimiz özü Quranı tam dərk edib...  

-  Buna deyə bilərəm ki, peyğəmbərimizin ali və əla olduğunu unutmaq olmaz. 

-  Amma bir məqam da var. Əgər Qurani-Kərim Qiyamət gününə kimi 

göndərilibsə, deməli , o vaxta kimi bu İlahi kitabda olan digər sirlər də 

açılacaq.  

-  Bu barədə danışmağımız hələ çox tezdir. 

-  Bəs, bugünkü natarazlıqdan çıxış yolunu nədə görürsünüz? 

-  Elə Qiyamət də Xeyirlə Şərin ayrılmasıdır.  

-  Yəni o vaxta kimi belə də davam edəcək? 

-  Tarix deyə bilmərəm. Zaman Allahın hökmündədir. Bu söhbətə dekabrın 21-

dən sonra qayıda bilərik. 

-  Deyəsən , bu tarixdən çox şey gözləyirsiniz. 

-  Dekabr 21-dən sonra çox öz məcrasına qayıdacaq. Müsbət  dəyişikliklərin 

olacağına inanıram.  

-  Başa düşmürəm ki, nə üçün möcüzə gözləməliyik?! Axı, doğru yola 

gəlməyimizə nə mane olur? 

-  Mane olanlar çoxdur. Bunu təkcə xristianlarla  bağlamaq  da doğru deyil. Öz   

içərimizdə olanlar onlardan da betərdir.  Özünü mömin elan edənin 

cadugərliklə məşğul olması nə deməkdir? Çoxları həqiqətə nail olmaq üçün 

öz beyinlərini işlətmək, böyüklərin məsləhətinə qulaq asmaq da istəmir, 

çünki tənbəldirlər. Təəssüf ki, tənbəllikdə çox qabağa getmişik. Buna 

baxmayaraq, İlahiyə məxsus batil elmi ilə həmişə  azərilə məşğul olublar və 

sayca da az olsalar da, yüksək keyfiyyət göstəriblər. Məsələn, Sədra, Şirazi, 

Nəsrəddin Tusi, Seyid Əli Şirazi, Mir Mövsüm Ağa və başqaları. 

-  İran İslam respublikası olsa da , orada da ilahiyyat kamil vəziyyətdə 

deyil. Bunun səbəbini nədə görürsünüz? 

-  Orada da yanlış təbliğata yol verilir. İnsanlar kütləvi  sürətdə dinə gəliblər, 

namaz qılıblar. Amma cəmiyyətlərində  xoşagəlməz hallar da az deyil. 

Dində məcburiyyət yoxdur. Kimisə dinə dəvət etmək, məsləhət vermək olar. 

Kafir insanı məcburən ibadətə gətirirsənsə, Allah deyil, şeytan yolunda 

çalışırsan. Dinə kor-koranə gəlmək, mənfi fəsadlarla nəticələnir.  

 

 




Sonluq 

1.Bu mövzu ilə internetə qoşulmanın bir neçə obyektiv səbəbləri var.Bunun üçün 

dövrü məlumat və jurnallar mövcuddur.Bu yolla getdim.” Əbədi nur”, “Füssilət”, 

“Karvan”, jurnalları bu qəbildən çap etmədiklərini bildirdilər.Çoxtirajlı qazetlərə ( 

hansıların ki, redaktorları hacıdır ) müraciətlər də rədd cavabı Verdi. 

  Bir mömin yoldaş “ Quran və kimyəvi elementlər cədvəli” əlyazmanı Ərəbistanda 

çap etdirdi.Nəticədə fəxri elmlər doktoru adı təqdim edilsə də imtina etdim. 

Əvvala adlar mənim düşüncəmdə mənasızdır, o insanın biliyini artırmır. 

Bir kiçik tədbirdə jurnalist Elşad Ümidlə tanış olduq.Bu sahələr onun maraq 

dairəsində idi.Bir neçə müsahibə apardıq.”Reytinq” qazetində çap 

olundu.Rəhmətlik çox gənc dünyasını dəyişdi.Həmin müsahibələri verməklə 

Elşadın ruhuna dualar oxumuş oluram. 

2.Kitab şəklində təqdimata nə Qafqaz müsəlmanları idarəsi (?) nə də dini \\ üzrə 

dövlət komitəsi rəy vermədi. 

3. Televiziyada çıxışlarda müəllif hüququ qorunmadığından ehtiyatlandım, şou 

verlişlərdən isə imtina etdim. 

Əlbəttə yazı tam deyil, əsas qayələr göstərilib.Oxucu marağından asılı olaraq 

mövzu ətrafında izahat vermək mümkündür. 

Əli İsi oğlu Əliyev.          Əlaqə telefonu:0558510894 

 

 



 

Yüklə 204,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə