Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,66 Mb.
səhifə23/23
tarix14.10.2017
ölçüsü1,66 Mb.
#4591
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23

II mühazirə

Plan:

1.Azərbaycanda demokratik və hüquqi dövlət quruculuğu.

2.Azərbaycan dünya birliyində
XX əsrin 20-ci illərinin ortalarında müstəqil Azərbaycan Respublikasının inkişafında yeni mərhələ başladı. Buna 1991-1993-cü illərdə baş verən təlatümlü günlərdən sonra ölkədə çox çətinliklə yaranmış ictimai-siyasi sabitlik imkan vermişdi.İndi Azərbaycan Respubliksı keçmiş sosialist istehsal münasibətlərindən imtina edərək liberal demoratizmə və kapitalist istehsal münasibətlərinə keçməli idi.Bu dövr sadəcə olaraq keçid dövrü adlanırdı.

Öz tarixinə yeni səhifə açan Azərbaycan hakim kommunist ideologiyasından və sosialist ictimai –iqtisadi sistemindən imtina edərək milli və ümumbəşəri dəyərlərə söykənən dünyavi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmaq yolunda addımlar atmağa başlamışdı.

Müstəqil Azərbaycan Respblikasının Konustitusiyasının qəbulu bu məqsədə çatmaqda mühüm addım olmuşdu.

Məlumdur ki, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin əsas qanununu qəbul edə bilməmişdi. Sovet imperiyası dövründə Azərbaycanın dörd Konustitusiyası qəbul edilmişdir. (1921, 1925, 1937, 1978). Onların hamısı Sovetlər imperiyasına xidmət etmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk illərdə 1978-ci il Konustitusiyası, çoxlu əlavə və dəyişikliklər edilməklə öz əsas hüquqi qüvvəsini saxlayırdı. Müstəqil Azərbaycan Respublikasının Konustitusiyasını hazırlamaq üçün 1991-ci ilin fevralında Ali Sovetin qərarı ilə 74 nəfərdən ibarət komissiyanın yaradılmasına baxmayaraq, bu sahədə heç bir iş görülmədi. Milli Məclisin 1993-cü ildə qəbul etdiyi qərara görə yaradılmış 14 nəfərlik komissiya da əsas qanun layihəsini təqdim edə bilməmişdi.

1994-cü ilin ortalarından başlayaraq H.Əliyevin təşəbbüsü ilə yeni Konustitusiya layihəsini hazırlamaq üçün tərkibi 33 nəfərdən ibarət Konustitusiya komissiyası yaradıldı.Komissiyanın sədri H.Əliyevin başçılığı altında bu qurum dinamik fəaliyyət göstərməyə başladı. Nəhayət, 1995-ci il oktyabrın 15-də Konstitusiya layihəsi mətbuatda dərc olunaraq, ümumxalq müzakirəsinə təqdim edildi.Ümumxalq müzakirəsi zamanı layihə barədə komissiyaya 1450 təklif daxil olmuşdu.Təqdim olunan 199 maddədən, müzakirədən sonra 158 maddə qaldı.

1995-ci il noyabrın 12-də layihə üzrə ümumxalq sorğusu keçirildi. Sorğuda 4 milyona yaxn seçicidən 86 faizi iştirak etmişdi. Onların tam əksəriyyəti, yəni 94,8 faizi Konstitusiya layihəsinin lehinə səs verdi. Müstəqil Azərbaycan Respublikasının yeni Konstitusiyası qəbul edildi. Həmin gün ilk parlament seçkiləri də keçirildi.Yeni Konstitusiya bazar iqtisadiyyatına əsaslanan dünyəvi, hüquqi, demmokratik vətəndaş cəmiyyətinin əsas qanunu idi.

Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarətdir. Konstitusiyaya görə Respublikada hakimiyyətin yeganə mənbəyi xalqdır. Xalqı yalnız onun demokratik surətdə seçdiyi səlahiyyətl inümayəndələri təmsil edə bilər.

Konstitusiya insan və vətəndaş hüquqlqrının və azadlıqlarının qorunması və təmin edilməsinin dövlətin ali məqsədi olması, mülkiyyətin toxunulmazlığına tə-minat verilməsi, təbii sərvətlərin yalnız dövlətə mənsub olması və s. məsələlər təsbit olunmuşdur. Dünyada çox az Konstitusiya vardır ki, onda insan hüquq və azadlıqlarına Azərtbaycan Respublikasının Konstitusiyası qədər əhəmiyyət verilir. Belə ki, Konstitusiyamızın 158 maddəsindən 48-i insan hüquq və azadlıqları və onun təminatına həsr edilmişdir.

Konstitusiyada ən mühüm cəhətlərdən biri də hakimiyyət bölgüsünün müəyyən edilməsidir. Konstitusiyaya görə dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyətinə bölünür. Qanunvericilik hakimiyyətini Milli Məclis, icra haki-miyyətini prezident və məhkəmə hakimiyyətini isə müstəqil məhkəmələr həyata keçirir.

Prezident ali icra hakimiyətinin vəzifəsini həyata keçirməklə bərabər, həm də dövlətin başçısı, bütün xalqın təmsilçisi və onun vahidliyinin rəmzidir. Bu da Azər-baycan Respublikasının quruluş etibarilə prezident respublikası olduğunun göstəricisidir.

Azərbaycan Respublikasının Konstitusiyası ölkənin tarixində ilk dəfə olaraq, özündə məhkəmələrin müstəqilliyini təmin edən prinsipləri təsbit etmişdir. Konstitusiyaya görə hakimlər müstəqildirlər, yalnız qanunlara tabedirlər.

Azərbaycanda demokratik cəmiyyət quruculuğunun mühüm istiqamətlərindən biri də yerli özünüidarə orqanlarının təsis edilməsidir. Yerli özünüidarə orqanlarını (Bələdiyyələr) birinci növbədə yerli inkişaf mənafelərini təmin edir, yerli əhəmiyyətli məsələləri həll etmək hüququnu həyata keçirirlər.

Beləliklə Konstitusiyanın qəbul edilməsi ilə ölkədə bazar iqtisadiyyatına əsaslanan dünyəvi, hüquqi, demokratik vətəndaş cəmiyyəti qurmağın hüquqi əsası yarandı.

Konstitusiyanın qəbulundan sonra Respublikada demokratikləşmə prosesi daha da gücləndi.İlk növbədə 1995-ci il noyabrın 12-də Milli məclisə Mojaritar və Proporsional yolu ilə ilk seçkilər keçirildi. 125 millət vəkilindən ibarət Milli məclis formalaşdı. Bu seçkilərdə deputat mandatı uğrunda mübarizədə 8 siyasi partiya iştirak edirdi.

2002-ci ildə seçki prosesi daha da demokratikləşərək “Mojaritar” seçki sis-temi müəyyən edildi.

1996-cıilin fevralında Prezident yanında xüsusi “Hüquqi islahatlar komissiyası” yaradıldı. 1998-ci ilin fevralında H.Əliyev “İnsan və vətəndaş hü-quqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” fərman verdi.

Ölkədə insan hüquqları sahəsində atılan mühüm addımlardan biri ölüm cəzası tamamilə ləğv olundu.

1998-ci ilin iyununda “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” təsdiq edildi. Oktyabrda isə “Vətəndaşlıq haqqında” yeni qanun qəbul edildi. Eyni zamanda “Ölkədən getmək və ölkəyə gəlmək gaqqında”, “Sərbəst toplaşmaq azdlığı haqqında” yeni qanunlar qəbul olundu.

1998-ci il oktyabrın 11-də alternativ namizədlik əsasında prezident seçkiləri keçirildi. 6 nəfər prezdentlikliyə namizəd içərisində H.Əliyev 76,11% səs toplayaraq Respublika prezidenti seçildi.

1995-ci ildə Respublikada Əvfetmə institutu fəaliyyətə başladı. H.Əliyev tərəfindən həmin il 30 əvf fərmanı imzalandı. 1996-2001-ci illərdə 6 əvf aktı qəbul edilmişdi. Həmin aktlar 64 minə yaxın adama tətbiq olunmuşdu.

1998-1999-cu illər ərzində “Konstitusiya məhkəməsi haqqında ”, “Məhkəmə və hakimlər haqqında”, “Polis haqında” və s. qanunlar qəbul olundu.

Məhkəmələr haqqında qəbul olunmuş qanunlar məhkəmə sistemində əsaslı dəyişikliklərin aparılmasına, beynəlixalq standartlara cavab verən yeni məhkəmə sisteminin yaranmasına imkan verdi. Hazırda Respublikada Ali məhkəmə, Konstitusiya məhkəməsi, Hərbi məhkəmə, Apelyasiya məhkəməsi, rayon (şəhər) məhkəmələri fəaliyyət göstərir.

Yerli özünəidarə qurumu olan bələdiyyələrin formalaşması sahəsində də addımlar atıldı. Bələdiyyələrin statusunu və fəaliyyətini nizamlayan 20-dək qanun və nizamnamə qəbul edildi. 1999-cu ilin dekabrında Respublikada ilk dəfə bələdiy-yə seçkiləri keçirildi. Seçkilər zamanı 2267 bələdiyyə təşkil edilmiş və 21 mindən artıq bələdiyyə üzvi seçilmişdi.

2001-ci ilin dekabrında “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) haqqqında” Azərbaycan Respublikasının Konstitusiya qanunu qəbul edildi. 2002-ci ildə respublikada Ombudsman institutu yaradıldı.

Müstəqqillik illərində Respublikamızda çoxsaylı siyası partiyaların, ictimai təşkilatların, birliklərin təşəkkülü və inkişafı üçün geniş imkanlar açıldı.Artıq 1999-cu ilin ortalarında Azərbaycanda 50-dən artıq siyasi partiya və ictimai təşkilat var idi. 2001-ci ildə Respublikada qeydə alınmış 32 partiya, 1350-qeyri hökumət təşkilatı, 30-a qədər hüquq mühafizə təşkilatı və 500-dən çox kütləvi-informasiya vasitəsi fəaliyyət göstərirdi. Siyasi partiyaların sıralarında 410 min nəfərdən çox adam birləşmişdi.

Azərbaycan hüquqi demokratik vətəndaş cəmiyyəti quruculuğunun mühüm amillərdən biri də qadın hərəkatının genişlənməsidir.Cəmiyyətdə çox böyük qüvvə olan qadınlar vətəndaş cəmiyyəti quruculuğuna öz dəyərli töhvələrini verirlər. Onların təqribən 2 milyondan çoxu iqtisadiyyatın müxtəlif sahələrində çalışırlar.

Dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin 69 faizini orta ixtisas məktəblərində çalışanların 64 faizini, ali məktəblərdə işləyənlərin 40 faizini qadınlar təşkil edir.Respublikamızın ali məktəblərində oxuyanların 42 faizi qızlardır.

1998-ci ilin yanvarında Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradıl-ması 2000-ci ilin martında “Azərbaycan Respublikasında dövlət qadın “ siyasətinin həyata keçirilməsi haqqında “Prezident”fərmanının verilməsi ölkəmizdə qadın hərəkatına diqqət və qayğının bariz nümunəsidir. Bunların nəticəsidir ki, hazırda respublikamızda 40-dan çox qadın təşkilatları fəaliyyət göstərir.

Hüquqi, demokratik vətəndaş cəmiyyəti quruculuğunda respublika əhalisinin təqribən 55 faizini təşkil edən gənclərin də mühüm yeri vardır. Məhz buna görə də dövlət gənclər siyasətinə böyük diqqət və qayğı göstərir. H.Əliyevin fərmanı ilə 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaranmasını buna misal göstərmək olar.

Dövlət gənclər siyasətinin hazırlanması və həyata keçirilməsində Azərbaycan gənclərinin 1996-cıil fevralın 2-də keçirilmiş birinci və 1999-cu ilmartın 2-3-də olmuş ikinci forumlarının mühüm rolu olmuşdur. Həmin forumda çıxış edən H.Əliyev nitqində demişdir: ”Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbil etməlidir,... hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünülməlidir”.

Elə həmin ilin iyulunda Prezident H.Əliyevin “Dövlət gənclər siyasəti haqqında fərman imzalandı. Bu fərman respublikanın ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakını, onların fəaliyyətini istiqamətləndirən proqram sənədi olmuşdur.

Hüqiqi demokratik vətəndaş cəmiyyətinin formalaşmasının ən mühüm istiqamətlərindən biri də söz və vicdan azadlığının təmin olunmasıdır.Məhz buna görə də Azərbaycan Respublikasının Kostitusiyasında fikir, söz və mətbuat azadlığına geniş təminat verilmişdir.

Respublika Prezidentinin “Azərbaycan Respublikasında söz, fikir,məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında “1998-ci il 6 avqust tarixli fərmanı kütləvi informasiya vasitələrinin sərbəst inkişafı, onların demokra-tikləşməsi yolunda mühüm addım oldu.

Vətəndaş cəmiyyətinin əsas sərtlərindən biri də vicdan azadlığının təmin olunması və formalaşmasıdır. 1992-ci ilin avqustun 30-da qəbul edilmiş “Dini etiqad azadılığı” haqqında qanun vətəndaşların dinə münasibətini sərbəst müəyyənləşdirməkdə mühüm rol oynadı. Hazırda Azərbaycanda islam, rus, gürcü pravoslav kirsələrini, katolik kilsəsini, Kristina beynəlxalq cəmiyyətini, Alman lüteran kilsəsini və sairəni təmsil edən 500-dən çox dini qurum fəaliyyət göstərməkdədir.

Respublikada yem məscidlər, kilsələr və digər dini obyektlər inşa edilir,dini mərasimlər bayramlar keçirilir.

Vicdan azadlığı üzrə Azərbaycan Respublikası Konustitusiyasında təsbit olunmuş prinsiplərin həyata keçirilməsini təmin etmək məqsədi ilə 2001-ci ildə Dini qurumlarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda Azərbaycan ən böyük tolerant ölkəsi saylır.

Milli mənəvi dəyərlərimizin, o cümlədən dini dəyərlərimizin yenidən xalqa qaytarılması, onların qorunub inkişaf etdirilməsi hüquqi, dünyəvi, demokratik vətəndaş cəmiyyəti quran Azərbaycan üçün mühüm əhəmiyyyət kəsb edən amillərdəndir.

Azərbaycan milli müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət yürütməyə başladı.Qısa bir müddətdə onu əksər dövlətlər tanıdılar. Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq 1991 –ci il noyabrın 9-da Türkiyə Respublikası, dekabrın 11-də Ruminiya, dekabrın 13-də Pakistan, 1992-ci il yanvarın 23-də ABŞ, aprelin 10-da 109-cu dövlət olaraq Rusiya Federasiyası tanıdı.

Respublika rəhbərliyi Azərbaycanın dünya miqyasında tanıtmaq problemlərini həll etmək naminə xarici siyasətdə Qərb meylini gücləndirməklə yanaşı, qonşu Şərq dövlətləri ilə də münasibətləri genişlədirdi. Onun xarici siyasətində Türkiyə ilə münasibətlər xüsusi yer tuturdu. Azərbaycan Türkiyəyə dünya siyasəti meydanına çıxmaqda və Dağlıq Qarabağ məsələsini sülh yolu ilə həll etməkdə dayaq nöqtəsi kimi baxırdı. Bu gün də Azərbaycan Türkiyə münasibətləri H.Əliyevin “Bir millət, İki dövlət” devizi ilə müəyyən olunmuş müstəvidə inkişaf etməkdədir.

Azərbaycan İran İslam Respublikası ilə də normal siyasi, iqtisadi və mədəni münasibətlərin qaydaya düşməsinə daim diqqətlə yanaşır. 2002-ci ildə iki ölkə arasında “Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında” müqavilənin bağlanması münasibətləri daha da yaxşılaşdırdı.

1993-cü ildən etibarən Rusiya ilə tarazlaşdırılmış xarici siyasət yeridilir.1997-ci ildə Moskvada iki ölkə arasında “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında”saziş imzalandı. Məhz bunun nəticəsində 2001-ci ildə Rusiya hərbi naziri Ermənistanla Azərbaycan arasında müharibə olarsa Rusiyanın bitərəf qalacağını elan etdi.

Hər iki ölkə rəhbərliyinin qarşlıqlı rəsmi səfərləri nəticəsində Rusiya ilə Azərbaycan arasında siyasi,iqtisadi və mədəni sahələrdə bir slra strateji və faydalı sazişlər imzalandı.Lakin Rusiya bunlara baxmayaraq münasibətlərə xələl gətirən siyasətindən əl çəkmir. Rusiya Ermənistana hər cür yardım edir və hətta onu silahlandırmaqdan əl çəkmir. 2008-ci ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah vermişdir.

Azərbaycan Respublikası dünya birliyində öz bərabər hüquqlu yerini tutmaq və Dağlıq Qarabağ məsələsini həll edə biləcək iri dövlətlərlə, o cümlədən ABŞ,Böyük Britaniya, Fransa, Almaniya və başqa ğlkələrlə də sıx münasibətlər yaratmağa başladı. 1992-ci ildə Azərbaycan ilə ABŞ arasında səfirlik səviyyəsində diplomatik əlaqə yaradıldı.

1997-ci ildə ABŞ və Azərbaycan Prezidentləri tərəfindən Ağ evdə iki ölkə arasındakı münasibətlərin əsas prinsipləri və istiqamətlərini müəyyən edən “Amerika-Azərbaycan” münasibətləri haqqqında birgə bəyənat imzalandı.

2002-ci ildə Amerika Prezidenti “Azadlığı Müdafiə Qanununa” 907-ci əlavəni

müvəqqəti olaraq dayandırdı. 2003-cü ildə bu yenidən təkrar olundu.

Az sonra ABŞ Azərbaycana silah satışına qoyulmuş qadağanı aradan götürdü. Təhlükəsizlik tədbirlərində Azərbaycana yardım etməyə başladı.

Böyük Britaniyanın Azərbaycan Respublikası ilə ilk əlaqəsi 1992-ci ildə baş nazir M.Tetçerin Bakıya səfəri zamanı başlamışdı. 1994-cü ildə bu ölkə ilə neft çıxarılması sahəsində əməkdaşlıq haqqında memorandum imzalandıqdan sonra iki ölkə arasında əlaqələr daha da genişlənməyə başladı. 2001-ci ilin sonlarında 200 ingilis şirkəti Azərbaycana 1 milyard dollarlıq invetsiya qoymuşdu, ticarət dövriyyəsi isə 90 milyon dollara çatmışdı.

Fransa prezident H.Əliyevin ilk səfər etdiyi ölkə olmuşdu. 1997-ci ildə iki ölkə arasında iqtisadi əməkdaşlıq, xüsusən, Xəzər dənizində neft yataqlarının birgə mənimsənilməsi barədə saziş imzalandı.

1995-ci ildən Almaniya dövləti ilə əlaqələr genişlənməyə başladı. 1996-cı ildə H.Əliyev bu ölkəyə rəsmi səfərə getmişdi. Hətta, 2001-ci ildə Berlində Azər-baycanla Almaniya arasında iqtisadi əməkdaşlıq barədə protokol imzalandı.Sazişə görə Almainya Gəncə və Şəki şəhərlərində kommunal sahələrinin inkişafına 31,5 milyon marka sərmayə qoymağı öhdəsinə götürmüşdü.

Azərbaycan Respublikası dünya birliyinin müstəqil, bərabər hüquqlu dövləti kimi beynəlxalq və regional qurumlarda təmsil olunmaq, öz hüquqi yerini təmin etmək sahəsində də ardıcıl və məqsədyönlü fəaliyyət göstərirdi. Belə ki, Azərbaycan 1991-ci ilin dekabrında İslam Konfraqnsı Təşkilatına, 1992-ci ilin yanvarında ATƏM-ə (1994-cü ildən ATƏT), fevralında İran, Türkiyə və Pakistanın daxil olduğu İqtisadi Əməkdaşılıq Təşkilatına,martda BMT-yə, NATO-nun Çimali Atlnatika Əməkdaşlıq Şurasına,1993-cü ilin oktyabrında MDB-yə daxil oldu.

Bundan başqa Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı,Beynəlxalq Valyuta Fondu,Ümumdünya Bankı, YUNESKO, YUNİSEF və digər təşkilatlarla əməkdaşlıq edir.

Azərbaycan, TRASEKA (Avropa Qafqaz-Asiya) Nəqliyyat proqramının, keçmiş “ipək yolu” nun rallaşmasında fəal iştirak edir.

Azərbaycan Respublikasının dünya birliyi miqyasındakı fəsliyyətində BMT ilə münasibətlər mütəsna yer tutur. Azərbaycan 1992-ci ilin maayında BMT-də daimi nümayındəliyini açmışdı. 1995-ci ildə H.Əiliyevin səyi nəticəsində erməni-azərbaycan münaqişəsinin müzakirəsi zamanı BMT-nin 184-üzvündən 100-ü Azərbaycanın mövqeyini dəstəkləmişdi. İşğalçı Ermənistanla əlaqədar olaaq BMT-nin Təhlükəsizlik Şurası 4 qətnamə (822, 853, 874 və 884 saylı) qəbul etmişdi.

Təəssüflər olsun ki.Təhlükəsizlik Şurasının sözü gedən qətnamələrindən heç biri hələ də yerinə yetirilməmişdir.

Dünya birliyinin beynəlxalq təşkilatlarında olan ATƏT də Azərbaycan Respub-likasının əməkdaşılıq etdiyi qurumlarındandır.Azərbaycan bu təşkilata 1992-ci il yanvarın 20-də qəbul edilmiş,iyulun 10-da isə onun yekun aktını (1975-ci il Helsinki yekun aktı) imzalnamışdır. 1992-ci il martın 24-də ATƏT Şurasının qərarı ilə bu təşklilatın himayəsi altında Dağlıq Qarabağ üzrə Minsk konfransı çağrılmışdı. Onun başlıca vəzifəsi Ermənistan-Azərbaycan münaqəşəsini nizamlamaq-dan,problemin həlli üçün müvafiq sənədlər, hazırlamaqdan ibarət idi. Minsk qrupunun tərkibinə 11 ölkə daxil idi. 1997-ci ildın Minsk qrupuna üç ölkə-Rusiya, ABŞ, Fransa həmsədrlik edir.

Dağlıq Qarabağ probleminin həll edilməsi yollarının axtarılması baxımından Azərbaycan üçün ən səmərəlisi ATƏT-in Budapeşt (1994-cü il 5-6 dekabr) və Lissabon (1996-cı il 2-3) dekabr Sammitləri olmuşdur. Bu Sammitlərdə Dağlıq Qarabağ münaqişəsinin həll etməyin təklif olunan üç prinsipinə: 1)Azərbaycan və Ermənistan ərazi bütövlüyü; 2)Azərbaycanın tərkibində Dağlıq Qarabağa ən yüksək status verilməsi; 3)Dağlıq Qarabağ əhalisinin bütün vətəndaşlarına zaminlik vürilməsinə səs vermişdilər.

Azərabayacan Respulikası dünya birliyinin ən nüfuzlu təşkilatlarından biri olan Avropa Şurasına üzv olmaq üçün də cidd i səy göstərmişdi. Çünki, Azərbaycanın bu quruma daxil olması,Avropa tərəfindən onun Avropa demokratiyası standartlarına müvafiq dövlət kimi tanınması demək olardı. Bakı hələ 1992-ci ilin yanvarında rəsmi olaraq Avropa Şurasına müraciət etmişdi. Lakin, müəyyən səbəblər üzündən, xüsusən Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi üçün xahiş yerinə yetirilməmişdi. 2001-ci il yanvarın 25-də nəhayət, Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına daxil olması barədə qərar qəbul olundu. Bu qurumda Azərbaycan parlamentinin nümayəndə heyyətinin başçısı İlham Əliyev olmuşdu.

Azərbaycan nümayəndə heyəti ermənistanın təcavüzkar və işğalçı siyasətini ifşa etmək üçün Avropa Şurası tribunasından istifadə edirdi. 2001-ci ilin may ayında Avropa Şurasının Nazirlər Komitəsinin 108-ci sessiyası Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən xüsusi kommunike qəbul edmişdi.

Sentyabr sassiyasında isə erməni terrorozmi, terrorçu ermməni “ASALA” təşkilatının azərbaycanlılara qarşı törədilmiş terror və soyqrımı aktlarında iştirakı vurğulanmışdı. Göstərilmişdi ki,məhz həmin təşkilatın iştirakı ilə Azərbaycanda iki min nəfərin ölmünə, on minlərlə admın yaralanmasına səbəb olan 32 terror aktı törədilmişdi.

Azərbaycan Respublikasının Avropa Birliyi (1998-ci ildən Avropa İttifaqı)

ilə də əlaqələri genişlənmişdir. Avropa Birliyi hələ, 1991-ci il dekabrın 31-də Azərbaycan Respublikasını tanımışdı. 1995-ci ilin iyununda Avropa İttifaqının Luksemburq toplantısında Cənibi Qafqaz üzrə “ümumi mövqe” layihəsini qəbul etmişdi. Sənəddə göstərilmişdi ki, Avropa İttifaqı Cənubi Qafqaz respublikalarında iqtisadi islahatlar gələcəkdə də dəstək verəcək,və onlara humanitar yardım edəcəkdir. Azərbaycanla Avropa İttifaqı arasında bağlanmış tərəfdaşlıq və əməkdaşlıq sazişi 1999-cu ilin yanvarından qüvvəyə minmişdi.

Azərbaycan Respublikası NATO ilə əməkdaşlıq yaratmağa çalışır. Azərbaycan 1992-ci ildə Əməkdaşlıq Şurasna qoşulmuşdu. 1994-cü ildə isə NATO-nun Avropada və dünyada sülhün və əmin-amanlığın bərqərar olması naminə “Sülh naminə tərəfdaşlıq” proqramına qəbul edilmişdi.

Azərbaycan Respublikası 1993-cü ildə MDB-yə üzv qəbul olaraq, müstəqillik qazanmış dövlətlərlə geniş əlaqələr yaradır.

Eyni zamanda Azərbaycan regional təşkilatlara da, o cümlədən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında, GÜAM-da TRASEKA” Qərb-Şərq” Proqramında işgüzar fəaliyyət göstərməkdədir.

Artıq XXI əsrin əvvəlləri üçün Azərbaycan Respublikasını dünyanın 140-dan çox dövləti tanımışdı. O, 70-dən çox xarici dövlətlə diplomatik əlaqə yaratmışdır. Təkcə Bakı şəhərində 30-a qədər ölkənin səfirliyi fəaliyyət göstərir Azərbaycanın isə 25-dən çox ölkədə səfirliyi, baş konsulluğu və daimi nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Respublikası 15-dən çox beynəlxalq və regional təşkilat və qrumların üzvü olaraq, fəaliyyət göstərir.

2011-ci il oktyabrın 25-də Azərbaycan Respublikası BMT-nin üzvü olan 155 ölkənin səsini toplayaraq tarixində ilk dəfə olaraq bu nüfuzlu beynəlxalq təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi. 2012-ci ilin yanvarından Respublikamız iki il müddətində BMT-nin Təhlükəsizlik Şurasının 10 qeyri-daimi üzvlərindən biri kimi ona verilmiş səlahiyyətləri uğurla icra etmişdir.

“Azərbaycan Respublikasının Referendum Aktı” 26 sentyabr 2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmişdir.

Beləliklə, Azərbaycan müstəqil dövlət kimi dünya birliyində öz hüquqi və qanuni yerini təmin etmiş, onun bərabərhüquqlu üzvü kimi bəşər sivlizasiyasına öz iqtisadi, mədəni, intellektual tövhələrini verməyə nail olmuşdur.





Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə