Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"


Mövzu:VIII Azərbaycan Səfəvilər dövləti



Yüklə 1,19 Mb.
səhifə5/14
tarix20.09.2017
ölçüsü1,19 Mb.
#1101
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   14

Mövzu:VIII

Azərbaycan Səfəvilər dövləti

Plan

1. Qızılbaşlar hərəkatı. Səfəvilər dövlətinin yaranmasında onun

rolu.

2. I Şah İsmayıl. Azərbaycan torpaqlarının birləşdirilməsi.



3. Səfəvilər dövlətinin daxili və xarici siyasətinin başlıca

istiqamətləri.

4. XVII əsr-XVIII əsrin birinci yarısında Səfəvi dövlətinin

zəifləməsi və beynəlxalq rəqabət meydanına çevrilməsi.



Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə, III cild, Bakı, 2005, səh 182-346.

2. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı,1989,sənəd N 29-

41, 50-51,55

3. Azərbaycan tarixi, Bakı, 1994, səh. 392-459.

4. Azərbaycan tarixi. S.Əliyarlının redaktorluğu ilə

Bakı,1996,səh.364-459.

5. Mahmudov Y.A.Odlar yurduna səyahət.Bakı,1980,səh.9-62.

6. Fərzəliyev Ş. F. Azərbaycan XV -XVIəsrlərdə.Bakı,1983,səh.73-

82,113-127.

7. Şah İsmayıl Xətai.(məqalələr toplusu).Bakı,1988.

8. Əfəndiyev O. Azərbaycan Səfəvilər dövləti.Bakı,1993.



9. Azərbaycan tarixi. Ali məktəblər üçün dərslik . Bakı 2014.

Səfəvilər sülaləsinin yüksəlişi XIII əsrə təsadüf edir. Həmin dövrdə kəndli və sənətkarlar arasında sufi dərviş təriqəti yarandı.Bu təriqətin adı müqəddəs sayılan Şeyx Səfiəddinin (1252-1334) adı ilə bağlıdır.Şeyx Səfi 7-ci şiə imam Musa Kazımın nəslin-dən törəmədir və Həzrət Əlinin və Fatimənin 21-ci nəslidir.

Bu təriqət əsasən Ərdəbil və onun ətraf yerlərində yayılır və bu yerlərin əhalisi Səfəvilərin müridləri sayılırdılar. Artıq XV əsrdə bu təriqətin təkcə Azərbaycanda deyil, Rumda, Farsda, İraqda, Gilanda da ardıcılları meydana gəlir. Səfəvilər həm ruhani-dini, hım də dünyəvi işləri öz əllərində cəmləşdirdilər.

Tarixçilər Səfəvilərin tarixini 4 dövrə bölürlər:

1-ci dövr XIII əsrin sonlarından 1447-ci ilə qədər, 2-ci dövr 1447-1501-ci illər, 3-cü dövr 1501-1587-ci illər, 4-cü dövr 1587-1736-cı illər.

Əgər birinci dövrdə səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başcılıq edirdilərsə, ikinci dövrdə Səfəvilər artıq müstəqil ruhani feodalları kimi fəaliyyət göstərərək, Azərbaycanın siyasi həyatında mühüm rol oynayırdılar. Üçüncü dövrdə Səfəvilərin hakimiyyəti yaranır, möhkəmlənir, və onlar ölkənin həyatında mü-hüm rol oynayırlar. Dördüncü dövr isə Səfəvilərin mahiyyətinin dəyişilməsi dövrü sayılır.XV əsrin ortalarından başlayaraq Səfəvilər daha fəal siyasət yeritməyə başlayırlar. Çox çəkmir ki, Muğan, Qarabağ və Talış dağlarına qədər olan ərazilər Səfəvilərin təsiri altına düşdülər.

1447-ci ildə hakimiyyətə gələn Şeyx Cüneyd (1447-1460) Qaraqoyunlularla düşmənçilik siyasəti yeridirdi. Qaraqoyunluların rəqibi olan ağqoyunlu Uzun Həsənlə ittifaqa girən Seyx Cüneyd müstəqil hərəkətə başlayır.

1460-cı ilin martın 3-də O, Dağıstana və Şirvana yürüş etdi. Samur çayı sahilində I Xəlilüllah qaraqoyunlu Cahanşahla ittifaqa girərək Səfəvilərin qarşısını kəsir və burada bötük toqquşma olur. Döyüş Səfəvilərin məğlubiyyəti və Şeyx Cüneydin ölümü ilə nəticələnir. Onun oğlu Şeyx Heydər (1460-1488) atasının siyasətini davam etdirirdi. O, dayısı Uzun Həsənin qızı ilə evlənərək, atasının ağqoyunlularla yaratdığı ittifaqı daha da möhkəmləndirdi. Şeyx Heydərin vaxtında qazi, sufi dəstələri tam hərbi qaydada təşkil olundular. Səfəvi döyüşçüləri başlarına 12 imamın şərəfinə on iki zolaqlı çalma bağlayırdılar və buradan “qızılbaşlar” termini yaranmışdır.

Şeyx Heydər xeyli qoşun və silah topladıqdan, formal asılı olduğu qaynı Sultan Yaqubla razılığa gəldikdən sonra 1483-cü ildə və 1487-ci ildə Şirvan və Dağıstana hücumlar təşkil edərək, çoxlu qənimət və əsir ələ keçirdi. Şeyx Heydərin iki dəfə uğurlu yürüşləri Yaqubu qorxuya saldı. 1488-ci ildə Səfəvilər yenidən Şirvana hücum edərkən Sultan Yaqub Heydərin üzərinə qoşun göndərir. Bunu görən Heydər Tabasarana dönür və iyunun 9-da Şahdağın ətyində birləşmiş ağqoyunlu və şirvan qoşunları ilə Səfəvilərlə üz-üzə gəlirlər. Qanlı döyüş nəticəsində hər iki tərəf xeyli itki verdi və Şeyx Heydər döyüşdə öldürülür.

Beləliklə XV əsrdə Səfəvilərin öz hakimiyyətlərini Şirvana yaymaq cəhdləri baş tutmadı. Səfəvilərin Ərdəbil hakimiyyətləri zəiflədi. Heydərin oğlanları Sultanəli, İb-rahim və İsmayıl Sultan Yaqub tərəfindən əsir alınır. Onlar Sultan Yaqubun bacısı Aləmşahbəyimin övladları idilər. Onlar Şiraz yaxınlığında İstəxr qalasına salınmış və dörd il yarım orada əsirlikdə qalmışdılar.

Ağqoyunlu padşahı Rüstəm Mirzə hakimiyyətə gələrkən qardaşları 1492-ci il-də əsirlikdən azad edir. Lakin Sultanəli öz dədə-baba hakimiyyətini bərpa etmək məqsədilə hazırlığa başlayır və 1494-cü ildə Ərdəbil yaxınlığında döyüşə girir və məğlub olur. Sultanəli isə həlak olur. Əbih Sultan Ərdəbilə daxil olaraq Səfəvilərin çoxunu qılıncdan keçirir. Lakin qızılbaş əmirləri İsmayılı xilas edə bilirlər. Uzun təqiblərdən sonra İsmayıl Lahicana gəlir və 6 ilə yaxın orada yaşıyır.

1499-cu ilin avqustunda 13 yaşlı İsmayıl Lahicanı tərk edərək, Ərdəbilə yola düşür. Bu səfərdə onu Hüseyn bəy Samlu, Dədə bəy, Hadim bəy Xülafə, Rüstəm bəy Qaramanlı, Bayram bəy Qaramanlı, İlyas bəy Ayqutoğlu və Qara Piri bəy müşaiyət edirdilər.

O, yolüstü Ərçivanda (Astara) qışlayır.1500-cu ildə Göyçə gölü ətrafına gəlir. Burada Ərəşli və Zülqədərli tayfaları ona qoşulurlar. Artıq İsmayılın bayrağı altında 7 minlik bir qoşun var idi. Onun bayrağı altında şamlu, ustaclı, rumlu, təkəli, zülqədərli, əfşar,qacar, vasaq və həmçinin Qaradağın sufiləri birləşmişdilər. Mənbələrin məlumatı-na görə Ərzincanda keçirilən müşavirədə əsas zərbəni Şirvana vurmaq qərara alındı. Şir-vana hücum etməzdən əvvəl səfəvilər Gürcüstan və Ermənistanın bir sıra qalalarına hücum edərək ,çoxulu qənimət əldə etdilər.

1500-ci ilin payızında qizilbaş qoşunu Kürü keçib Şirvan ərazisinə daxil olur. Şirvanşah Fərrux Yasar Qəbələyə qaçır. Qızılbaşlar heç bir müqavimətə rast gəlmədən Şamaxını tutaraq çoxlu qənimət əldə edirlər.Fərrux Yasar 1500-ci ilin sonlarında qoşunla geri qayıdır və Cabanı düzündə səfəvilərlə döyüçə girir. Döyüş səfəvilərin qələbəsilə başa çatır və Fərrux Yasar öldürülür. Onun sağ qalmış oğlu İbrahim Şeyxşah Xəzər sahilindəki Şəhrin adlı yerə gələrək dağınıq qoşunları bir yerə toplasa da döyüşməyə cürət etməyib Gilan şəhərinə gedir.

1501-ci ilin yazında İsmayıl Bakı qalasını ələ keçirmək məqsədilə hücuma başlayır. Lakin şəhər hakimi Qazı bəyin arvadı qalanın müdafiəsini təşkil edir.Qızılbaşlar qala divarlarının altından lağım ataraq şəhərə daxil olurlar.Şəhər əyanları darvazaları İsmayılın üzünə açırlar və Səfəvilər şəhərə daxil olaraq bir müddət talanla məşğul olur-lar.

Bakını aldıqdan sonra İsmayıl tezliklə cənuba doğru hərəkətə başlayır.Yolüstü Gülüstan,Suxrab və Buğurd qalalarını mühasirəyə alsa da tezliklə oradan gedir.Çünki Ağqoyunlu Əlvənd Mirzə Təbrizdən güclü qoşunla onların üzərinə gəlirdilər.

1501-ci ilin ortalarında Şərur adlı yrdə hər iki qoşun arasında qeyri-bərabər döyüş baş verdi.Belə ki,ağqoyunlular 30 min,səfəvilər isə 7 min nəfərdən ibarət idi. Bu döyüşdə İsmayıl əsl sərkərdəlik məharəti nümayiş etdirirdi. Ağqoyunlular məğlub olaraq dağılışmağa başladılar, Əlvənd Mirzə isə Ərzincana qaçdı. Beləliklə 1501-ci ilin payızında İsmayıl heç bir müqavimətsiz Təbrizə daxil olur və özünü şah elan edir. Paytaxt Təbriz olmaqla Səfəvilər dövlətinin əsası qoyulur.(1501-1736).

Səfəvilər dövləti sosial-iqtisadi cəhətdən daha çox inkiçaf etmiş Azərbaycan əra-zisində yarandı. Bu dövlətdə əhalinin etnik və mədəni birliyə malik çoxluğunu Azərbaycan türkləri təşkil edirdilər.Azərbayacan türkü dövlətin siyasi həyatında rəhbər rol oynayırdı.Hərbi komandanlıq,maliyyə işləri, vilayət əmirləri vəzifəsi, demək olar ki,bütün saray vəzifələri Azərbaycan türklərinin əlində cəmləşmişdi. Dövlətin 74 əmirindən 69-cu azərbaycanlı idi. Ordu da demək olar ki, azərbaycanlılardan təşkil olunurdu. Sarayda qoşun içərisində, diplomatik yazışmada Azərbaycan türkçəsi işlədilirdi.

Əlvənd Mirzənin məğlubiyyətindən sonra əsas təhlükə Muzad Mirzə idi.Odur ki,1503-cü il iyunun 21-də Həmədan yaxınlığında, Almaqulağı deyilən yerdə İsmayıl ağqoyunlularla vuruşa girir. Şiddətli döyüş qızılbaşların qələbəsilə başa çatır. Murad Mirzə Şiraza qaçır. Əbih Sultan və başqa sərkərdələr əsir alınaraq edam edilirlər. Bununla Ağqounlular dövlətinin varlığına son qoyulur. İran və Əcəmin xeyli hissəsi Səfəvilərin əlinə keçir.

Səfəvilər dövləti gücləndikcə,onun Özbək dövləti və Türkiyə ilə münasibətləri ziddiyətli xarakter alırdı. Özbək dövləti ilə ziddiyyyət əsasən Xorasan vilayəti ilə əlaqədər idi.Səfəvilərin Kiçik Asiyada başlarının qarışmasından istifadə edən Şeybani xan Xorasanı tutur və hətta İsmayıla tabe olmaq tələbini irəli sürmüşdü.Bunu görən Şah İsmayıl Xorasana doğru hərəkətə başlayır.1510-cu il dekabrın 1-də Mahmudi kəndi (Mərv yaxınlığı)ərazisində özbəklərlə döyüş oldu və Şah İsmayıl qələbə çalaraq, hətta Şeybani xanı döyüşdə öldürür. Beləliklə Şah İsmayıl Xorasan, Mərv, Bəlx və Herat şəhərlərini ələ keçirir. Amu-Dəryadan tutmuş Fərata qədər ərazilər səfəvilərin hakimiyyəti altına keçdi.

Səfəvilərin qüdrətinin artması Osmanlı Türkiyəsini çox narahat edirdi. Sultan II Bəyazid 1504-cü ildə Səfəviləri tanımalı olsa da, onun oğlu Sultan Səlim hakimiyyətə gəldikdən sonra (1512) səfəvilərlə düşmənçiliyə başladı. O, hətta Türkiyə ərazisində yaşayan 40 minə qədər qızılbaşı edam etdirmişdi.

Şah İsmayıl Türkiyə ilə müharibənin labüdlüyünü gorərək Avropa ölkələri (Venetsiya) ilə diplomatik danışıqlara başlayır. Lakin son anda Avropalılardan kömək almaq cəhdi baça çıxdı.

1514-cü ilin avqustunda Sultan Səlim 200 minlik qoşunla azərbaycan sərhədlərinə yaxınlaşdı. 1514-cü il avqustun 23-də Çaldıran düzündə (Maku yaxınlığı)qanlı döyüş oldu.Hər iki tərəf din düşmənçiliyi ruhunda tərbiyə edildiyi üçün (çiə-sünni) şəhid olmağa hazır olan silahlı fanatiklər idi. Ona görə də Çaldıran döyüşü tarixə ən qanlı qardaş qırğını kimi düşmüşdür. Sultan Səlim üçün böyük zəfər sayılan Çaldıran vuruşu, əslində Türk dünyasının ümumi faciəsi, qərb dünyası diplomatiyasının isə strateji qələbəsi idi. Baş vermiş bu qanlı döyüş türklərin qələbəsi ilə başa çatdı. Qeyri-bərabər döyüşdə səfəvilər 5 min döyüşçü tələfat verdilər.Türklərin qələbəsində topların böyük rolu oldu.Şah İsmayıl təkbətək döyüşdə türk sərkərdəsi Əli bəy Məlcuqoğlunu qılınc zərbəsilə yerə sərdi. Döyüşdə Qızılbaşların məhşur sərkərdələri Məhəmməd xan Ustaclı,Sarı Pirə Ustaclı , Xadim bəy Xülafə, lələ bəy Şamlı və s. həlak oldular.

Döyüşdə Şah İsmayıl yaralanır və döyüş həlqəsini qıraraq olkənin içərilərinə çəkilir.Bundan sonra Sultan Səlim Şah İsmayılı təqib edərək Xoy, Mərənd və Təbrizi ələ keçirir. Lakin türklər müharibəni davam etdirmək iqtidarında deyildilər. Təbrizdə 6 gün qaldiqdan sonra oranı tərk etdilər.Türk qoşunları içərisində narazılıq və həyəcanlar artdı, ona görə də Sultan Türkiyəyə geri çəkilməyə başlayır və gedərkən Təbrizin ən yaxşı ustalarını ozü ilə apraır.

Çaldıran döyüşündəki məğlubiyyət Səfəvilərin qüdrətinin zəifləməsinə səbəb oldu. 1514-cü ildə başlanan Səfəvi-Türkiyə müharibələri isə fasilələrlə 100-ilə qədər davam etmişdi.

Türkiyə ilə müharibə dayandıqdan sonra, Səfəvilər dövlət daxilində öz hakimiyyətlərini möhkəmlətməyə çalışırdılar. Səfəvilərə tabe olmaq istəməyən Şirvanşah Seyxşahı tabe etməkdən ötrü Şirvana yürüşlər etdi. 1517-ci ildə üçüncü yürüşdən sonra Şirvanşah Qızılbaşlardan asılılığı qəbul edir. Elə həmin ildə Səfəvilər Gürcüstana yürüş edərək oranı asılı vəziyyətə saldılar. Şəki də yenidən Səfəvilərin hakimiyyəti ilə barışır. 1524-cü ildə Şah İsmayıl 37 yaşında qəflətən vəfat edir. Hakimiyytə onun oğlu I Təhmasib (1524-1576) keçir. Bu zaman Səfəvilər dövlətində mərkəzi hakimiyyət bir qədər zəifləmişdi. Bundan istifadə edən Osmanlılar yenidən Səfəvilərələ müharibələrə başladılar. Sultan I Süleyman Qanuni (1520-1566)1534-cü ildə 100 minlik qoşunla Azərbaycan sərhədlərini keçdi.Qısa vaxt ərzində onlar Təbrizi və xeyli əraziləri tutdular. Qışın sərt keçməsilə əlaqədər Süleyman Türkiyəyə çəkilir və 1535-ci ilin yazında ikinci dəfə Təbrizə hücum etdi. Lakin bu dəfə də türklər ciddi müqavimətə rast gələrək Azərbaycanı tərk etdilər.

Bu dövrdə Şirvanda daxili ziddiyyətlər kəskinləşdi. Şahruxun dövründə (1535-1538) Şirvan əmirlərinin özbaşınalığı həddini aşmışdı. Bundan istifadə edən I Təhmasib Şirvanı işğal etmək məqsədilə 1538-ci ilin yayında Əlqas Mirzənin başçılığı ilə 20 minlik qoşın göndərir. Şirvan alınaraq Səfəvilərin əyalətinə çevrilir. Əlqas Mirzə Şirvana bəylərbəyi təyin edilir. Beləliklə Azərbaycanın həm cənubu, həm də şimali bir dövlətin tərkibinə daxil olur. Bu isə ölkənin həm iqtisadi,həm də mədəni hayatına müsbət təsir edir. I Təhmasib 1540-cı ildə Bakını, 1541-ci ildə Tiflisi tutur.

1547-ci ildə Əlqas Mirzə özünü müstəqil hökmdar elan etməyi qərara alaraq qardaşına qarşı qiyam qaldırır. Bu qiyamda Əlqas Mrzəyə Krım xanı da kömək edirdi. Lakin o, məğlub olaraq Türkiyəyə qaçır. Şahın oğlu İsmayıl Mirzə (II İsmayıl) Şamaxıya bəylərbəyi təyin edilir. Onun dövründə və onu əvəz edən Abdulla xan dövründə Şirvanda baş verən bütün qiyamlar yatırıldı və Səfəvilərin hakimiyyəti burada daha da gücləndi.

1551-ci ildə I Təhmasib Şəkiyə tərəf hücum edir. Bu vaxt Şəki hakimi Dərviş Məhəmməd Gələrsən-Görərsən qalasında möhkəmlənir. Qeyri bərabər döyüş Səfəvilərin qələbəsi ilə başa çatır.

1548-1549 –cu illərdə Türklər yenə ölkəmiz üzərinə hücumlara başladılar. Bu yürüşlərdə Əlqas Mirzə də iştirak edirdi. Türklər yenə Təbrizi ələ keçirirlər. 1555-ci ildə Təhmasib paytaxtı Qəzvinə köçürür. Həmədan tərəfdən hücum edən Əlfas Mirzə məğlub olaraq əsir düşür. Lakin Təhmasib onu öldürməyərək, ömürlük Qəhqəhə qalasına salır.

1552-ci ildə I Təhmasib səfərbərlik edərək Osmanlılar üzərinə güclü hücum təşkil edir. O, bir sıra ərazilərdə üstünlük əldə edərək çoxlu qənimət ələ keçirir. 1554-cü ildə yenidən Sultan Süleyman Azərbaycana hücum edərək Naxçıvanı və başqa əraziləri viran etdi. Lakin digər ərazilərdə uğursuzluqla üzləşən Sultan danışıqlara girir və 1555-ci il mayın 29-da Amasiyada sülh müqaviləsi bağlanılır. Bu sülhə görə Qərbi Gürcüstan, Qərbi Ermənistan Türkiyənin, Gürcüstanın Şərq vilayətləri və indiki Ermənistan Səfəvilərin ixtiyarına keçdi.

XVI əsrin 70-ci illərindən Türk istilalarının yeni dövrü başlayır. I Təhmasibin ölümündən sonra (1576 ) hərbi–köçəri feodallar arasında çəkişmələr yenidən şiddətləndi. Şahın oğulları arasındada hakimiyyət uğrunda mübarizə başlayır. Bu mübarizədə şah II İsmayıl (1576-1578) qalib gələrək hakimiyyətə keçir. Lakin saray çevrilişləri nəticəsində 2 il sonra İsmayıl öldürülür. Onun böyük qardaşı Məhəmməd Xudabəndə (1578-1587) hakimiyyətə gəlir. O ilk növbədə öz düşmənlərini saraydan uzaqlaşdırır və aradan götürür.Hətta II İsmayılın bir yaşlı oğlunu da öldür ki, gələcəkdə hakimiyyət iddiasında olmasın. Onun dövründə Səfəvilər dövləti daha da zəiflədi. Qızılbaş əmirləri arasında ikitirəlik düşdü. Bir neçə nüfuzlu əmir dövləti əslində öz aralarında bölüşdürdülər. Dövlət xəzinəsi demək olardı ki, boşaldılmışdı.

Dövlətin zəifliyindən istifadə edən Osmanlılar yenidən öz işğalçılıq yürüşlərinə başladılar. 1578-ci ildə başda Mustafa paşa olmaqla 100 minlik qoşun Azərbaycana soxuldu. Sultan II Murad sünnilərin şiələrə cihadı altında “müqəddəs müharibə” şüarını irəli sürərək ədavəti dahada qızışdırdı. Səfəvi ordusunda birlik olmaması üzündən cəmi 10-15 min qoşunla türklərə qarşı çıxa bildilər. Çıldır düzündə səfəvilər məğlubiyyətə uğradılar. Bundan sonra türklər Gəncəni tutaraq Şirvana doğru hücuma başladılar. Şirvan bəylərbəyi Araz xan buranı başsız qoyaraq qaçır. Türklər Şamaxı və Dərbəndi ələ keçirirlər. Lakin türklər bu dəfə də Azərbaycanda çox qala bilmədilər.Qışın gəlməsilə onlar Ərzincana tərəf çəkilirlər. Əmələ gələn vəziyyətdən istifadə edən Şahın oğlu Həmzə Mirzənin başçılığı altında Səfəvilər əks hücuma keçirlər. Bu zaman Krım xanı Adil Girey də Azərbaycana soxulur. Səfəvilər Şamaxıını keçərək Ağsu çayı sahilində birləşmiş türk–tatar qoşunlarını məğlub edirlər. Hətta Krım xanı əsir düşür. Döyüşdə şahın arvadı “çox zəkalı, bacarıqlı və tədbirli “olan Bəyim xanım da iştirak edirdi. Onun Şirvana gətirdiyi 30 minlik qoşun düşməni məğlub etməkdə mühüm rol oynadı.

Uzun sürən müharibələr ölkənin iqtisadiyyatına olduqca mənfi təsir göstərirdi. Daxili feodal əyanları arasında çəkişmələr yenidən güclənir. 1587-ci ildə Məhəmməd Xudabəndə vəfat edir. Bu dövrdə Türklər dəfələrlə Azərbaycana yürüşlər etmişdilər. Nəhayət 1590-cı ildə iki dövlət arasında İstanbulda sülh müqaviləsi imzalanır.Sülh müqaviləsi Azərbaycanı Səfəvi və Türkiyə dövlətləri arasında bölüşdürür.Şirvan, Qarabağ, Təbriz, Marağa, Sərab, Türkiyəyə ilhaq eildi.

Səfəvilər dövründə Azərbaycanın ictimai-iqtisadi və siyasi həyatında mühüm irəliləyişlər olmuşdu. Təsərrüfat həyatı dirçəlmiş, şəhərlər inkişaf edərək genişlənirdi. Xüsusilə bu dövrdə sənətkarlıq və ticarət xeyli inkişaf etmişdi.Təbriz, Şamaxı, Ərdəbil,Bakı və başqa şəhərlər böyüyür və möhkəmlənirdi. Ən böyük şəhər Təbriz idi. Bu şəhər Qərb və Şərq ilə ticarətdə mühüm rol oynayırdı. O dövrdə Şamaxının 25 minə qədər əhalisi var idi.Şamaxı həm də bğyük ticarət mərkəzi idi. Bakıda neft istehsalı getdikcə artırdı.Türk səyyahı Katib Çələbi yazır ki, Bakı qalasının ətrafında “500-ə qədər quyu vardır ki, bunlardan ağ və qara neft çıxrılır

Azərbaycan Səfəvi dövlətinin dövlət quruluşu feodal despotik şahlıq idi.Hakimiyyətdə iri feodallar təmsil olunurdular.Dövlətin başında qeyri-məhdud hakimiyyətə malik olan “Səfəviyyə” dərviş ordeninin şeyxi sayılan şah dururdu. I Şah İsmayılın dövründə şiəlik rəsmi dövlət dini elan edimişdi. Səfəvi dövlətinin mərkəzləşmiş daimi ordusu yox idi.Ordu müharibə zamanı ayrı-ayrı qızılbaş tayfalarından təşkil olnurdu. Bəylərbəyilər qoşuna rəhbərlik edirdilər.Bu qoşunlara Çərik deyirdilər.Bundan əlavə,qorçulardan ibarət 4500 nəfərlik süvari qvardiya korpusu şaha xidmət edirdi.

XVII əsrin 70- ci illərində Səfəvi dövləti siyasi-iqtisadi böhran keçirirdi. Feodal və məmurların özbaşınalığı həddini aşmışdı.Bu da xalqın narazılığına səbəb olurdu.1571-ci ildə feodal istismarına qarşı Təbriz sənətkarları və şəhər yoxsullarının böyük üsyanı başladı. Qorxudan Şah məmurları şəhərdən qaçdılar. Şəhər iki il üsyançıların əlində qaldı. 1573-cü ildə I Təhmasib üsyanı yatıra bidi.Üsyan rəhbərlərindən 160 nəfəri şəhər meydanında edam edildi .XVII əsrin 70-80-ci illərində Şirvanda,Talışda da feodal zülmü əleyhinə çıxışlar olmuşdu.

XVI əsrin sonlarında Azərbaycan Səfəvi dövləti demək olar ki, tənəzzülə uğramışdı. Daxili ziddiyətlər son həddə çatmışdı. Digər tərəfdən Türk Osmanlı istilaları davam edirdi. Belə bir vaxtda 1587-ci ildə ustaclı və şamlu tayfalarından olan qızılbaşların Xorasan qrupu Qəzvində 16 yaşlı Abbası hakimiyyətə gətirdilər. Elə ilk gündən Şah I Abbas (1587-1529) Səfəvilərin əvvəlki qüdrətini qaytarmağa çalışırdı. O, ilk növbədə əllərində hədsiz vardövlət və hakimiyyət toplamış qızılbaş əyanlarının müqavimətini qırmağa başladı.Şah Abbas Səfəvilərin itirilmiş ərazilərini geri qaytarmaq və mərkəzi hakimiyyəti gücləndirmək məqsədi ilə hərbi və inzibati islahatlar keçirdi. O,hakimiyyətdə İran ünsürlərini təşkil edən,teokratiya, şiə ruhaniliyi və oturaq əyanların mövqeyini möhkəmlətdi. Şah Abbas ona qarşı çıxan tayfalara amansız divan tutdu. Şahın həyata keçirdiyi ilk tədbirlərdən biri dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaqdan ibarət oldu. Bu məqsədlə o, yüksək vəzifəli bütün şəxslərdən peşkəş adı altında xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Şah Abbas orduya büyük fikir verirdi.O,ingilis hərbi təlimatçılarının köməyi ilə yeni nizami ordu yaratdı Şah bir şox azərbaycanlı qoşun başçılarını ordudan kənar etdi. Ordu süvarilərdən,tüfəngçilərdən, artilleriyadan və xüsusi qvardiyadan ibarət idi.

Şah Abbas dövlətin paytaxtını 1598-ci ildə İsfahana köçürdü. Bu isə İran əyanlarının sarayda və dövlət aparatında nüfuzunun qüvvətlənməsinə səbəb oldu.Ümumiyyətlə Şah Abbasın islahatları nəticəsində qızılbaş əyanlarının qüdrəti son dərəcə sarsıldı,mərkəzi hakimiyət son dərəcə qüvvətləndi.Azərbaycan İran feodallarının təsiri altına düşdü.

XVII əsrin əvvəllərindən başlayaraq Səfəvi-Türkiyə müharibələri yanidən qızışdı. Hərbi əməliyyatlar fasiləəlrlə 1602-ci ildən 1639-cu ilə qədər davam etmişdir. 1603-cü ilin yayında Şah Abbas 15 minlik qoşunla Təbrizə tərəf hərəkətə başlayır.Təbrizdən bir qədər aralı Sufiyan adlanan yerdə baş verən döyüşdə Şah Abbas Osmanlılar üzərində ilk qələbəsini əldə edərək Təbrizi onlardan təmizləyir. 1603-cü ilin payızında Şah Abbasın qoşunları Naxçıvan və İrəvanı ələ keçirir. O, bu yerlərin əhalisini İsfahana köçürür. Bununla onun məsədi türkələri ərzaq təminatından məhrum etmək idi. 1606-cı ilin qışında İran qoşunları Qarabağ, Gəncə, və Tiflisi işğal etmək üçün yürüşə başlayır. Şahın qoçunları Gəncəni iki aya qədər mühasirədə saxlayırlar. Şəhərdə yarləşən Türk qarnizonu müqavimət göstərsə də qala divarları lağım və top atəşləri nəticəsində dağılır və qoşun şəhərə daxil olaraq oranı talan edirlər. Hətta Şah Abbasın əmri ilə şəhər əhalisi 1606-cı ildə Gəncə çayının sol sahilinə köçürülür. Az sonra Tiflis işğal olunur. Bakı və Dərbənddə isə əhali türk qarnizonuna qarşı üsyan qaldıraraq onları qovdular. İran qoşunıları Şamaxını da ələ keçirərək 2000-dən arrıq türk qoşununu məhv etdilər. (1607-ci il)

Səfəvilərlə Türkiyə arasında baş verən 4 illik müharibə (1603-1607)Azərbaycanın səfəvilər tərəfindən tutulmasına, bir zülmün digər zülmlə əvəz olunmasına gətirib çıxardır.

Lakin Osmanlılar hər vasitə ilə yenidən bu torpaqları tutmağa çalışırdılar. Onlar 1611-1612-ci illərdə yenidən Azərbaycana hücum etdilər və Təbrizi tutdular. Lakin tezliklə ehtiyat edən türk qoşunu Van tərəfə çəkildi. Nəhayət 1612-ci ildə iki dövlət arasında sülh müqaviləsi bağlansa da, bu müqavilə uzun sürmədi, yenidən Səfəvi-Osmanlı müharibələri qızışdı. Şah Abasın nəvəsi I Səfinin dövründə (1629-1642) müharibə hər iki tərəfdən tez-tez davam etdirilirdi. Nəhayət 1639-cu ilin mayın 17-də Qəsri-Şirində Türkiyə-Səfəvi sülh müqaviləsi imzalandı. Bundan sonra bir müddət nisbi sakitlik yaranır.Təsərrüffatda, şəhərlərin həyatında dirçəliş meydana gəlir, bir sıra şəhərlər bərpa olunurlar (Gəncə). Azərbaycan ərazisinin inzibati bölgüsü yaradılır və 4 bəylərbəyliyinə bölünür. Bunlar Təbriz, Çuxur-Sədd (Ermənistan), Qarabağ, və Şirvan bəylərbəylikləri idilər. Ölkənin cənub vilayətlərinin çoxu Təbrizə aid idi və Azərbaycan bəylərbəyliyi adlanırdı.

I Şah Abbas özünə arxa yaratmaq məqsədilə Azərbaycanın şimal bölgələrinə yarım köçəri tayfaları köçürürdü. Məsələn, Muğanda çoxlu Şahsevən ailəsi yerləşdirilmişdi. Türk soylu Padarların İranadan Azərbaycana köçürülməsidə həmin dövrə təsadüf edir. Onlar Şamaxı, Şəki və Dəvəçi rayonlarında indi də yaşayırlar.

Türkiyə işğalçılarının Azərbaycandan qovulması yalnız Şah Abbasın hərbi əməliyyətlarının nəticəsi deyil, eyni zamanda yerli əhalinin onlara qarşı azadlıq mübarizəsinin genişlənməsinin də böyük rolu olmuşdur.

1601-ci ildə Qubada ,1602-1603 illərdə Şirvanda , Qarabağda bir sıra xalq çıxışları olmuşdu.Hətta Türkiyənin özündə də kəndli çıxışları baş vermişdi.Bunlardan biri Cəlalilər hərəkatı idi. Bu hərəkat Türkiyədə XVI-cı əsrin 90-cı illərində başlamış və sonralar Azərbaycan ərazilərinədə yayılmışdı.Cəlalilərin ayrı-ayrı dəstələri, onlara qoşulmuş şəhər və kənd yoxsulları yerli feodallar üzərinə hücum edərək onların var dövlətlərini ələ keçiridilər. Müxtəlif tayfalar içərisindən çıxmış Cəlalili dəstə başçılarından biri Koroğlu idi. Xalq rəvayətinə görə, Səlmas yaxınlığındakı xaraba qala Koroğlu tərəfindən tikilmişdir. İlk dəfə Koroğlunu tarixi şəxsiyyət kimi Petruşevski təqdim etmişdir. O, yazırdı ki,”tarixi Koroğlu Ermənistanda və Azəbaycanda fəaliyyət göstərirdi”.Koroğlunun silahdaşları Dəli Həsən, Giziroğlu Mustafa bəy, Kosa Səfər, Tanritanımaz, Abaza Paşa idilər.Koroğlunun tarixi şəxsiyyət olması haqqında o dövrdə yaşamış Əylisli Zəkəriyyənin “Qeydlərində”, Övliya Çələbiyyənin “Səyahətnaməsində” və başqa əsrlərdə məlumatlar verilir.

-XVII –ci əsrdə Rusiya, Qafqaz, İran, Orta Asiya ilə iqtisadi və siyasi əlaqələrə mühüm yer verirdi. Rusiya Xəzər sahillərinə və Qafqaza çıxmaq və gələcəkdə İran -Türkiyə müharibələrinə təsir etmək istəyirdi. Rusiya həmçinin Azərbaycanla iqtisadi əlaqələrə böyük maraq göstərirdi.

Azərbaycandan Moskvaya tacirlər gedir, eyni zamanda rus tacirləri də bu yerlərə gələrək ticarətlə məşğul olurdular.Ən çox Şamaxı, Dərbənd və Bakıda rusların ticarət köşkləri var idi.1688-ci ildə Stepan Razin Xəzər sahillərinə çıxaraq Bakı əhalisini talan etmişdi.

XVIII –ci əsrin əvəllərində I Pyotrun dövründə Qafqaza dair Rusiyanın xüsusi planı hazırlanır. O, əsasən Xəzər sahili vilayətləri ələ keçirmək, gələcəkdə cənub ölkələrinə ekspansiya siyasətini həyata keçirmək üçün Dərbənd, Bakı, Şamaxı, Rəst kimi şəhərləri ələ keçirməyə çalışırdı.

1700-ci ildən başlayaraq I Pyotr yerlərdəki vəziyyəti öyrənmək üçün Cənubi Qafqaza öz nümayəndələrini göndərməyə başladı. Rusiya İsveç üzərində qələbədən dərhal sonra Xəzər sahili vilayətlərə yürüşə başladı.1722-ci ilin iyulun 18-də I Pyotr 274 gəmidən ibarət böyük bir donanma ilə Həştərxandan yürüşə başladı. Rus qoşunalrı həm quru, həm də dəniz yolu ilə hərəkət edirdilər. Avqustun 15-də rus qoşınları Dərbəndə yaxınlaşdılar. Şəhərin naibi İmamqulu şəhərin açarını I Pyotra təqdim edir və rus qoşunları Dərbəndə daxil olurlar. 1723-cü ilin iyulun 12-də Bakı şəhəri tutulur. Dərgahqulu bəy başda olmaqla 700 nəfərlik qarnizon ruslar tərəfə keçdilər. Beləliklə Dərbənd Bakı, Gilan, Mazandaran, Astrabad zorla Rusiyaya birləşdirildi. Bunun əvəzində gələcəkdə İrana müdaxilə edən əfqanlara qarşı mübarizədə İranlılara kömək etməyi öhdəsinə götürdü.Eyni zamanda Rusiya İrana ona görə kömək edirdi ki, İran türkiyəni bu yerlərə buraxmasın.

Şərqdə öz müstəmləkə siyasətini həyata keçirməyə çalışan İngiltərə və Fransa Rusi-yanın Qafqazdakı nüfuzunun güclənməsinə hər vasitə ilə mane olurdular. Bakının tutulmasından istifadə edərək bu ölkələr Türkiyəni Rusiyaya qarşı müharibəyə qızışdırırdılar. Dağıstan hakimləri olan Hacı Davud və Surxay xan da Türkiyə ilə Rusiya əleyhinə yaxınlaşmağa başladılar.

1723-cü ilin yazında Ərzurum paşası böyük ordu ilə Gürcüstana daxil olur. Onlar Tiflisi tuduqdan sonra Gəncə tərəfə hərəkət etdilər.Türklərin Qafqaza yürüşü Türkiyə ilə Rusiya arasında ziddiyətləri dahada kəskinləşdirdi.Lakin müharibədən yeni çıxmış Rusiya yeni müharibəyə girməyə cəsarət etmədi.1724-cü il iyulun 12-də İstanbulda iki dövlət arasında sülh müqaviləsi imzalandı.Sülhə görə Xəzər sahili vilayətlər istisna olmaqla Azərbaycan torpaqları Türkiyəyə birləşdirildi.

1724-cü ildə Türk qoşunları Cənuba doğru hərəkət edərək Naxçıvan Xoy və Ordubadı tutdular.1725-ci ildə Təbriz, Ərdəbil Türklər tərəfindən işğal olundu. Lakin Təbrizi alarkən türklər 20 minə yaxın əsgər tələfatı verdilər.

Türklərin hücumları İran Səfəvi dövlətinin bütün varlığını təhlükə altına almışdı. Bu ağır günlərdə Türkiyəyə qarşı mübarizəyə Əfşar tayfasından olan Nadir kimi bir şəxsiyyət meydana çıxır.Türkiyədəki siyasi vəziyyətədən istifadə edən Nadir (Türkiyədə dövlət çevrilişi nəticəsində Sultan III Əhməd devrilmişdi) onlara qarşı mübarizəyə başlayır. Eyni zamanda Rusiya da bu məsələdə İrana rəğbət bəsləyirdi. Nadirqulu əvvəlcə əfqan feodallarını ölkədən qovaraq Herat şəhərini tutur. Bundan sonra türklərə qarşı mübarizəyə başlayan Nadir, artıq 1730-cu ildə Həmədan, Təbriz, Marağa və Ərdəbili işğalçılardan təmizləyir. Lakin bu zaman Xorasanda baş verən qiyamla əlaqədər Nadir ora qayıdır. Bu zaman Şah II Təhmasib öz nüfuzunu möhkəmləndirmək məqsədilə İrəvan istiqamətində hücuma keçir, lakin orada biabırcasına məğlub olur. Bundan istifadə edən Türkiyə yünidən Təbrizi tutur. Bundan qorxan II Təhmasib sülh bağlamağa razı olur.1732-ci ildə Kirmanşah şəhərində sülh bağlanır. Sülhə görə İrəvan, Gəncə, Tiflis,Şamaxı,Şirvan və Dağıstan Türkiyəyə verilir. Bu hadisə Nadiri olduqca narazı salır.1732-ci ildə Nadir Xorasandan qayıdaraq II Təhmasibi taxtdan salır və onun oğlu 8 aylıq Abbas Mirzəni III Abbas adı ilə taxta çaıxarır. Elə bu vaxtdan Nadir faktiki olaraq İran dövlətini idarə etməyə başlayır.

1734-cü ildə Nadirqulu Azərbaycanın şimal torpaqlarına yürüşə başalyır. Bunu görən Şamaxı hakimi Surxay xan Dağıstana qaçır və şəhər təslim olur.Şəhər tamamilə yandırılır.Əhali isə şəhərin 6 km-liyinə köçürülərək burada yeni Şamaxı salınır.Bir hissə isə Ağsu adlanan yerə köçürülür. Oktayabrda Nadir Gəncəyə hücum edir.Gəncə çayının suyunu şəhər üzərinə çevirir və qala divarlarını dağıtsa da şəhəri tam ələ keçirə bilmir. 4 aylıq mühasirədən sonra şəhər alındı.Həmin dövrdə Gürcüstan və İrəvan da türklərdən təmizlənir.

1725-ci ildə Rus çarı I Pyotr öləndən sonra sarayda baş verən çevrilişlər Rusiyanın daxili və beynəlxalq vəzziyyəti pisləşir. Ordu və donanma xeyli zəifləyir. Belə bir şəraitdə Rusiyanın Xəzərsahili vailayətlərini öz əllərində saxlaması mümkün deyildi. Bu vilayətlər üstündə İranla müharibə başlana bilərdi. Ona görə də 1732-ci ildə bağlanan Rusiya-İran sülhünə görə Kürdən cənuba Xəzər sahiili vilayətlər yanidən İrana qaytarıldı. Rusiyanın bu sülhü bağlamaqda məqsədi, həm də Türkiyə əleyhinə İranla yaxınlaşmaq idi. 1735-ci ildə bağlanan yeni müqaviləyə əsasən Ruslar Bakı və Dərbəndi də geri qaytardılar. Beləliklə Nadirin nüfuzu olduqca qüvvətləndi. 1736-cı ilin əvvəlində Nadir qışlamaq üçün Muğana gedir. Şah III Abbasın qəflətən ölmündən istifadə edən Nadir 1736-cı ilin martında toplanmış qurultayda özünü şah elan edir. Onun taxt-tacı ələ keçrməsinə narazılıq edən Ziyadoğluları, Kəbirli, Cavanşir, 32-lər tayfasını Xorasana sürgün edir. Qazax və Borçalı isə Kartli-Kaxetiyanın tabeliyinə verildi.

Nadir köhnə bəylərbəyliklərini ləğv edərək Azərbaycan adı altında vahid inzibati bölgü yaratdı. Bölgünün mərkəzi Təbriz, hakimi isə qardaşı İbrahim oldu.

Uzun sürən müharibələr Azərbaycanın iqtisadiyyatına ciddi zərbə vurmuşdu. Belə bir şəraitdə talan edilmiş şəhər və kəndlərin əhalisi tələb olunan vergiləri ödəyə bilmədiklərindən, İran xəzinəsi tamam boşlamışdı. XVIII əsrin 30-40-cı illərində zəhmətkeş xalqın maddi vəziyyətinin son dərəcə kəskinləşməsi və sinfi ziddiyyətlərin artması son həddə çatdı. Bu illərdə dəhşətli aclıq və xəstəliklərin yayılması əhalinin feodallar əleyhinə çıxışlarına gətirib çıxardı.Bir yandan Nadir şah xəzinəni doldurmaq üçün əhali üzərinə soyğunçu vegilər tətbiq edirdi.

Nadir zülmünə qarşı üsyanlar hələ 1734-cü ildən başlamışdı. Birinci olaraq Astaranın aclıq şəəkn əhalisi çıxış etdilər.Lakin onların çıxışları amansızlıqla yatırıldı. 1735-ci ildə Şəki vilayətində Biləcik kəndinin əhalisi üsyan etdi. Onlara qonşu Çənik,Tala kəndlərinin əhalisi də qoçuldular. Kəndlilər şahın vergi toplayan məmurlarını qırır, onların keşikçi dəstələrinin üzərinə hücum edirdilər. Nadir şah fevral ayında ora böyük cəza dəstəsi göndərir. Qanlı döyüşlərdən sonra Car və Tala cammatı silahı yerə qoymağa məcbur oldular. Eyni zamanda Biləcik və Cəniklilər də məğlub oldular.

1738-ci ildə Qarabağ,Şəki, Şirvan və Balakəndə də kəndli üsyanları baş vermişdi. Nadirin Hindistan səfərində olmasından istifadə edən Car camaatı yenidən silaha sarıldılar. Hətta onlar üzərinə qoşun yeridən şahın qardaşı İbarahimi məğlub etdilər.

XVIII əsrin 40-cı illərində xalq hərəkatı daha geniş vüsət aldı.1743-cü ildə Şirvanda Nadir zülmünə qarşı üsyan qalxdı.Belə bir tarixi şəraitdə guya Səfəvilər nəslindən olan yalançı Sam Mirzələr meydana şıxırlar. Nadir zülmündən cana doyan əhali qurtuluşu Sam Mirzədə görürdülər və ona görə də onu rəğbətlə qarşılayırlar. Lakin Sam Mirzələrin hamısı məğlub oldular. Bütün bu siyasi hadisələrdən Türkiyə öz xeyrinə istifadə etməyə çalışırdı. 1743-44-cü illərdə Şirvan, Şəki, Təbriz, Xoy və Səlmasda yeni üsyanlar baş verdi. Şəkidə baş verən mübarizə daha kəskin xarakter aldı .Üsyanın baş verməsinə əsas səbəb Şəki hakimi Məlik Nəcəfin özbaşınalığı olmuşdu. O, xalqa əzab verir, vegiləri üçqat toplayaraq özü mənimsəyirdi.Hələ 1741-ci ildə səbri tükənmiş Şəki əhalisi Nadir şaha şikayət etmişdi. Ona görə də Nadir Məlik Nəcəfin işlərinə nəzarət etmək üçün Şəki əhalisindən vəkil seçməyi göstəriş verir.Əhali Hacı Çələbini vəkil seçir. O, vəkil seçiləndən sonra açıqcasına Məlik Nəcəfin işlərinə qarışır,onun əleyhinə çıxırdı. Məlik Nəcəf Hacı Çələbidən narazı idi və onu şahın qarşısında təqsirləndirmək üçün fürsət axtarırdı.O,şaha xəbər göndərir ki,guya Hacı Çələbi “Şahın əmrlərinə tabe olmur ,xalqı da onları icra etməyə qoymur”.Qəzəblənmiş Şah Hacı Çələbini hüzuruna çağırır və edam olunmasını əmr edir. Hacı Çələibi kəndir boğazında özünü mərdliklə və dəyanətlə apararaq, Məlik Nəcəfin işləkləri haqqında ərz edir. Bunda sonra şah onu azad edir. Tarixçi Kərim Ağa Fatehin yazdığına görə,bu hadisədən bir az keçmiş şah öz yaxın adamlarına deyir: “Mənim hüzurumda bir kəsin nəfəs çəkəmyə həddi olmadığı halda bu Şəkili Çələbidə nə cürət varmış ki, boğazında kəndir cəsarət edib bu ərzləri mənə söylədi və məlikdən mənə şikayət etdi. Görərsiniz, o bir xəta edəcəkdir, mən öz zənnimdə heç vaxt yanılmamışam”.

Bir qədər keçmiş Məlik Nəcəf Çələbidən yenə şikayət edir. Şah Çələbinin üzərinə 100 tümən cərimə kəsir. Lakin Çələbi bu cəriməni verməkdən boyun qaçırır. Qəzəblənən Şah Çələbini yenidən hüzuruna çağırır. Çələbi bundan da boyun qaçırır. Səhəri gün Çələbi öz adamlarını başına yığaraq üsyan edir və Məlik Nəcəfi öldürür. O, özünü Şəki xanı elan edir. O,uzun müddətlik ərzaq və sursat ehtiyatı götürərək, bütün şəhər əhalisini Şəkinin 8 km-də yerləşən qədim və möhkəm “Gələsən-Görəsən “qalasına köçürür. 1744-cü ilin noyabrnda Nadir şahın qoşunu Şəki üzərinə yürüşə başlayır. Lakin qoşun “Gələsən –Görəsən”də ciddi müqavimətə rast gələrək Bərdə tərəfə çəkilr. 1745-ni ilin fevralında şah qoşunları yenidən Şəki üzərinə hücuma keçirlər, lakin Şəki əhalisi inadla müqavimət göstərdi. Bu vaxt Türkiyə ilə münasibətlərin kəskinləşməsi üzündən Nadir şah Şəkidə bir qarnizon qoyaraq Türkiyə sərhəddinə gedir.1745-ci ilin ortalarında Türkiyə-İran müharibələri yenidən qızışdı. “Gələsən –Görəsən”qalası demək olar ki, 2 ilə yaxın mühasirədə qaldı.Qalada demək olar ki, ərzaq ehtiyatı qurtarmaq üzrə idi. Odur ki, Hacı Çələbi vəkil vəzifəsində qalmaqla, Nadir şahın hakimiyyətini tanımağa məcbur olur.

Aramsız ara müharibələri nəticəsində gərgin iqtisadi vəziyyət, sinfi mübarizə nəticə etibarilə Nadir şahın dövlətinin süqutuna səbəb oldu.1747 ci il iyunun 20-də sui-qəsd nəticəsində Nadir şah öldürüldü.Onun silah gücünə yaratdığı dövlət tamamilə dağldı.İran dövlətini yünidən ara müharibələri bürüdü.



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə