Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə2/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   2   3   4   5   6   7   8   9   ...   14

Bundan sonra anası, qardaşları və şagirdləri ilə birgə Kefernahuma gedib orada bir neçə 

gün qaldı.  

İsa satıcıları məbəddən qovur 

(Mat. 21:12-13; Mark 11:15-17; Luka 19:45-46) 

 

13



Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi.  

14

Məbəddə öküz, 



qoyun, göyərçin satanların və sərrafların oturduğunu gördü.  

15

İplərdən bir qamçı 



düzəldib hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu, sərrafların masalarını çevirib 

pullarını yerə tökdü,  

16

göyərçin satanlara da dedi: «Bunları buradan götürün. Atamın 



evini bazara döndərməyin».  

17

Şagirdləri də «evinin qeyrəti Məni yandırıb-yaxacaq» deyə 



yazıldığını xatırladılar.  

18

Sonra Yəhudi başçıları Ondan soruşdular: «Bunları etməyə 



ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən?»  

19

İsa onlara cavab verdi: «Bu 



məbədi dağıdın, üç günə Mən onu təzədən quraram».  

20

Onda Yəhudi başçıları dedilər: 



«Bu məbəd qırx altı ilə tikilib, Sən onu üç günəmi quracaqsan?»  

21

Lakin İsa məbəd 



deyəndə Öz bədənini nəzərdə tuturdu.  

22

İsa ölülər arasından dirildiyi zaman şagirdləri 



Onun bu sözləri söylədiyini xatırladılar, Müqəddəs Yazıya və İsanın söylədiyi sözə 

inandılar.  

23

İsa Pasxa bayramı zamanı Yerusəlimdə olanda göstərdiyi əlamətləri görən 



bir çox adam Onun adına iman etdi.  

24

Amma İsa bütün adamların daxilini bildiyi üçün 



onlara güvənməzdi.  

25

Bir adam haqqında kiminsə Ona şəhadət etməsinə ehtiyacı yox idi, 



çünki insanın ürəyindən keçənləri bilirdi.  

Yəhya 3   

İsa və Nikodim 

1

Fariseylər arasında Nikodim adlı bir Yəhudi rəhbəri var idi.  



2

O, gecə ikən İsanın yanına 

gəlib dedi: «Rabbi, bilirik ki, Sən Allahın yanından gələn bir müəllimsən. Çünki Allah 

ona yar olmasa, heç kəs Sənin göstərdiyin əlamətləri edə bilməz».  

3

İsa ona cavab verdi: 



«Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs yenidən doğulmasa, Allahın Padşahlığını 

görə bilməz».  

4

Nikodim Ondan soruşdu: «Yaşa dolmuş bir adam necə yenidən doğula 



bilər? O, ikinci dəfə anasının bətninə girib doğula bilərmi?»  

5

İsa cavab verdi: 



«Doğrusunu, doğrusunu sənə deyirəm: bir kəs sudan və Ruhdan doğulmasa, Allahın 

Padşahlığına daxil ola bilməz.  

6

Bəşərdən doğulan bəşərdir, Ruhdan doğulan ruhdur. 



 

7

Sənə “yenidən doğulmalısınız” dediyimə heyrət etmə.  



8

Yel istədiyi yerdə əsir, onun 

səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam 

da belədir».  

9

Nikodim «Bu şeylər necə ola bilər?» deyə soruşdu.  



10

İsa ona cavab verdi: 

«Sən İsrailin müəllimisən. Bunları bilmirsənmi?  

11

Doğrusunu, doğrusunu sənə deyirəm: 



biz bildiyimizi söyləyirik, gördüyümüzə şəhadət edirik, amma siz bizim şəhadətimizi 

qəbul etmirsiniz.  

12

Əgər Mən sizə yerdəki işlərdən danışanda inanmırsınızsa, göydəki 



işlərdən danışsam, necə inanacaqsınız?  

13

Heç kəs göyə çıxmayıb, yalnız göydən enmiş 



Bəşər Oğlu orada olub.  

14

 Musa çöldə ilanı yuxarı qaldırdığı kimi Bəşər Oğlu da yuxarı 



qaldırılmalıdır ki,  

15

Ona iman edən hər kəs əbədi həyata malik olsun».  



16

Çünki Allah 

dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs 

həlak olmasın, amma əbədi həyata malik olsun.  

17

Allah dünyanı mühakimə etmək üçün 




deyil, Oğlunun vasitəsilə xilas etmək üçün Onu dünyaya göndərdi.  

18

Ona iman edən 



mühakimə olunmur, iman etməyənsə artıq mühakimə olunub, çünki Allahın vahid 

Oğlunun adına iman etməyib.  

19

Mühakimə bundan ibarətdir ki, dünyaya nur gəldi, amma 



insanlar qaranlığı nurdan daha çox sevdilər, çünki əməlləri şər idi.  

20

Pislik edən hər kəs 



nura nifrət edər, əməllərinin üzə çıxmaması üçün nura tərəf gəlməz.  

21

Həqiqətə əməl 



edənsə nura tərəf gələr ki, əməllərini Allah naminə etdiyi bəlli olsun.  

Yəhyanın İsa barədə şəhadəti 

 

22



Bundan sonra İsa və Onun şagirdləri Yəhudeya diyarına gəldilər. İsa bir müddət onlarla 

orada qalıb vəftiz edirdi.  

23

Yəhya da Şalim yaxınlığındakı Aynonda vəftiz edirdi, çünki 



orada çoxlu su var idi. Adamlar da gəlib vəftiz olunurdu.  

24

 Yəhya hələ zindana 



salınmamışdı.  

25

Bu zaman Yəhyanın şagirdləri ilə bir Yəhudi arasında paklanma barədə 



mübahisə düşdü.  

26

Şagirdləri Yəhyanın yanına gəlib dedilər: «Rabbi, İordanın o tayında 



sənin yanında olan və barəsində şəhadət etdiyin Şəxs indi Özü vəftiz edir və hamı Onun 

yanına gəlir».  

27

Yəhya cavabında dedi: «İnsana göydən verilməsə, o heç nə ala bilməz. 



 

28

“Mən Məsih deyiləm, ancaq Ondan əvvəl göndərilmişəm” sözümə özünüz şahidsiniz. 



 

29

Gəlin kimindirsə, bəy odur. Amma bəyi gözləyərək ona qulaq asan sağdışı bəyin səsini 



eşidib çox sevinir. Mənim sevincim beləcə tam oldu.  

30

İndi Ona böyümək, mənə 



kiçilmək gərəkdir».  

31

Yuxarıdan Gələn hamıdan üstündür. Yer üzündən olan yerə 



məxsusdur və yer barədə danışar, göydən Gələnsə hamıdan üstündür.  

32

Nə görüb-



eşidibsə, ona şəhadət edər, amma şəhadətini heç kəs qəbul etməz.  

33

Onun şəhadətini 



qəbul edən kəs Allahın haqq olduğuna möhür basıb.  

34

Ona görə ki Allahın göndərdiyi 



Şəxs Allahın sözlərini söyləyər. Çünki Allah Ruhu hədsiz verir.  

35

 Ata Oğulu sevir və 



hər şeyi Onun ixtiyarına verib.  

36

Oğula iman edən şəxs əbədi həyata malikdir, Oğula 



itaət etməyənsə həyat görməyəcək, lakin Allahın qəzəbi onun üzərində qalır.  

Yəhya 4   

İsa və Samariyalı qadın 

1

Fariseylər İsanın Özünə Yəhyadan daha çox şagird toplayıb vəftiz etdiyi barədə eşitdilər; 



 

2

əslində İsanın Özü deyil, şagirdləri vəftiz edirdi.  



3

İsa bundan xəbər tutan kimi 

Yəhudeyanı tərk edib Qalileyaya qayıtdı.  

4

Onun yolu Samariyadan keçirdi.  



5

O, 


Yaqubun öz oğlu Yusifə verdiyi torpağa yaxın olan Samariyanın Sixar adlanan şəhərinə 

gəldi.  


6

Yaqubun quyusu orada idi. Yol İsanı yorduğu üçün quyunun yanında oturdu. 

Altıncı saat radələri idi.  

7

Samariyalı bir qadın quyudan su çəkməyə gəldi. İsa ona «Mənə 



su ver, içim» dedi.  

8

Çünki şagirdləri yemək almaq üçün şəhərə getmişdi.  



9

 Samariyalı 

qadın Ona dedi: «Sən bir Yəhudisən, mənsə Samariyalı bir qadın. Sən necə məndən su 

istəyə bilərsən?» Çünki Yəhudilər Samariyalılarla ünsiyyət etmir.  

10

İsa ona cavab verdi: 



«Əgər sən Allahın bəxşişini və “Mənə su ver, içim” deyənin Kim olduğunu bilsəydin, 

özün Ondan su istəyərdin, O da sənə həyat suyu verərdi».  

11

Qadın Ona dedi: «Ağa, su 



çəkmək üçün bir qabın yox, quyu da dərindir. Bəs o həyat suyunu haradan götürəcəksən? 

 

12



Məgər Sən bu quyunu bizə verən, oğulları və mal-qarası ilə buradan su içən atamız 

Yaqubdan da üstünsən?»  

13

İsa ona cavab verdi: «Bu sudan içən hər kəs yenə susayar, 



 

14

amma Mənim ona verəcəyim sudan kim içsə, heç vaxt susamaz. Lakin ona verəcəyim 




Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə