Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə4/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   2   3   4   5   6   7   8   9   ...   14

edənlərsə hökm üçün diriləcək.  

30

Mən Özümdən heç nə edə bilmərəm, eşitdiyim kimi 



mühakimə edərəm və Mənim verdiyim hökm ədalətlidir. Çünki məqsədim Öz iradəmi 

deyil, Məni Göndərənin iradəsini yerinə yetirməkdir.  

İsaya şəhadə

 

31



Əgər Mən Özüm barədə şəhadət etsəydim, şəhadətim etibarlı olmazdı.  

32

Lakin Mənim 



barəmdə şəhadət edən başqasıdır və Mənim barəmdə etdiyi şəhadətin etibarlı olduğunu 

bilirəm.  

33

Siz Yəhyanın yanına adamlar göndərdiniz və o, həqiqətə şəhadət etdi.  



34

Lakin 


insandan şəhadət qəbul etdiyim üçün deyil, yalnız sizin xilas olmağınız üçün bunları 

söyləyirəm.  

35

Yəhya yanan və nur saçan bir çıraq idi, siz bir müddət onun işığında 



sevinmək istədiniz.  

36

Amma Mənim barəmdə olan şəhadət Yəhyanın şəhadətindən 



üstündür. Çünki Atanın Mənə tam yerinə yetirmək üçün tapşırdığı işlər – indi etdiyim bu 

işlər Mənim barəmdə şəhadət edir ki, Ata Məni göndərib.  

37

Məni göndərən Atanın Özü 



də Mənim barəmdə şəhadət etdi. Siz heç vaxt nə Onun səsini eşitmisiniz, nə də surətini 

görmüsünüz.  

38

Onun kəlamının da sizdə qalmasına imkan vermirsiniz, çünki Onun 



göndərdiyi Şəxsə inanmırsınız.  

39

Siz Müqəddəs Yazıları araşdırırsınız. Çünki 



düşünürsünüz ki, onların vasitəsilə əbədi həyata malik olacaqsınız. Lakin onlar da Mənim 

barəmdə şəhadət edir,  

40

sizsə həyata malik olmaq üçün Mənə tərəf gəlmək istəmirsiniz. 



 

41

İnsanlardan izzət qəbul etmirəm.  



42

Ancaq sizi tanıyıb bilirəm ki, ürəyinizdə Allah 

məhəbbəti yoxdur.  

43

Mən Atamın adı ilə gəlmişəm, amma siz Məni qəbul etmirsiniz. 



Əgər bir başqası öz adı ilə gəlsə, onu qəbul edərsiniz.  

44

Siz bir-birinizdən izzət qəbul 



edirsiniz, bir olan Allahdan gələn izzəti isə axtarmırsınız. Bəs onda necə iman edə 

bilərsiniz?  

45

Güman etməyin ki, Mən sizi Atanın önündə ittiham edəcəyəm. Sizi ittiham 



edən ümid bağladığınız Musadır.  

46

Əgər siz Musaya inansaydınız, Mənə də inanardınız, 



çünki o Mənim barəmdə yazıb.  

47

Lakin onun yazdıqlarına inanmırsınızsa, Mənim 



sözlərimə necə inanacaqsınız?»  

Yəhya 6   

İsa beş min nəfəri doydurur 



(Mat. 14:13-21; Mark 6:30-44; Luka 9:10-17) 

1

Bu hadisələrdən sonra İsa Qalileya – Tiberiya gölünün o biri sahilinə keçdi.  



2

Böyük bir 

izdiham Onun ardınca gedirdi, çünki Onun xəstələrlə göstərdiyi əlamətləri görürdü.  

3

İsa 



dağa çıxıb şagirdləri ilə oturdu.  

4

Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı.  



5

İsa başını 

qaldıraraq böyük bir izdihamın yanına gəldiyini görüb Filipə dedi: «Haradan çörək alıb 

bu adamları yedirək?»  

6

Bu sözləri onu sınamaq məqsədi ilə söylədi, çünki Özü nə 



edəcəyini bilirdi.  

7

Filip Ona cavab verdi: «Bunlara iki yüz dinarlıq çörək də çatmaz ki, 



hərəsi bir tikə yemək yesin».  

8

Şagirdlərindən biri olan Şimon Peterin qardaşı Andrey 



Ona dedi:  

9

«Burada beş kiçik arpa çörəyi ilə iki balığı olan bir oğlan var, amma bu qədər 



adam üçün bunlar nədir ki?»  

10

İsa «xalqı yerə oturdun» dedi. Ora otla örtülmüşdü. Xalq 



da oturdu. Kişilərin sayı beş minə yaxın idi.  

11

O zaman İsa çörəkləri götürüb şükür 



edərək balıqlarla birgə, oturanlara – hər kəsə istədiyi qədər payladı.  

12

Onlar yeyib-



doyandan sonra İsa şagirdlərinə dedi: «Artıq qalan hissələri toplayın ki, heç bir şey zay 


olmasın».  

13

Bunları topladılar və beş arpa çörəyini yeyənlərin qabağından qalan 



hissələrdən on iki zənbil doldurdular.  

14

O zaman İsanın göstərdiyi əlaməti görən adamlar 



«Həqiqətən, dünyaya gəlməli olan peyğəmbər Budur!» deyirdi.  

15

İsa bildi ki, adamlar 



gəlib Onu padşah etmək üçün zorla aparmağa hazırlaşır, buna görə də təkbaşına dağa 

çəkildi.  

İsa suyun üstü ilə yeriyir 

(Mat. 14:22-33; Mark 6:45-52) 

 

16



Axşam çatanda İsanın şagirdləri gölə enib  

17

bir qayığa mindilər. Onlar gölün o biri 



sahilində olan Kefernahuma gedirdilər. Qaranlıq düşmüşdü, amma İsa hələ onların yanına 

gəlməmişdi.  

18

Güclü külək əsdiyindən göl dalğalanırdı.  



19

Onlar beləcə avar çəkib iyirmi 

beş ya otuz stadi gedəndən sonra gördülər ki, İsa gölün üstü ilə yeriyir və qayığa 

yaxınlaşır. Qorxdular,  

20

amma İsa onlara «Mənəm, qorxmayın» dedi.  



21

Onda şagirdlər 

Onu məmnunluqla qayığa götürdülər. Sonra qayıq o andaca getdikləri sahilə çatdı. 

 

22



Ertəsi gün gölün o biri sahilində qalan xalq başa düşdü ki, orada yalnız bir qayıqolub, 

İsa Öz şagirdləri ilə həmin qayığa minməyib, şagirdləri Onsuz gedib.  

23

O arada 


Tiberiyadan digər qayıqlar Rəbb şükür edəndən sonra yemək yedikləri yerin yaxınlığına 

gəldilər.  

24

Beləcə xalq İsanın da, şagirdlərinin də orada olmadığını görüb qayıqlara 



minərək İsanı axtara-axtara Kefernahuma gəldi.  

Həyat çörəyi 

 

25



İsanı gölün o biri sahilində görəndə «Rabbi, buraya nə vaxt gəldin?» deyə soruşdular. 

 

26



İsa onlara cavab olaraq dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: əlamətlər 

gördüyünüz üçün deyil, çörək yeyib doyduğunuz üçün Məni axtarırsınız.  

27

Keçib-gedən 



yemək üçün deyil, əbədi həyat verən, daim qalan yemək üçün işlər görün, onu sizə Bəşər 

Oğlu verəcək. Çünki Ata Allah Ona Öz möhürünü vurub».  

28

Onlar İsadan soruşdular: 



«Allahın istədiyi işləri görmək üçün biz nə edək?»  

29

İsa onlara cavab verdi: «Allahın 



istədiyi iş budur: Onun göndərdiyi Şəxsə iman edin».  

30

Onlar İsaya dedilər: «Sən nə 



əlamət göstərərsən ki, görüb Sənə inanaq? Nə iş görəcəksən?  

31

Ata-babalarımız çöldə 



manna yedi; bu barədə yazılıb: “Onlara yemək üçün göydən çörək verdi”».  

32

Onda İsa 



onlara dedi: «Doğrusunu, doğrusunu sizə deyirəm: sizə göydən çörək verən Musa deyildi, 

göydən həqiqi çörəyi sizə verən Atamdır.  

33

Çünki Allahın çörəyi budur ki, göydən enir 



və dünyaya həyat verir».  

34

Ona dedilər: «Ağa, Sən daim bizə bu çörəyi ver».  



35

İsa onlara 

dedi: «Həyat çörəyi Mənəm. Mənim yanıma gələn heç vaxt acmaz, Mənə iman edən heç 

vaxt susamaz.  

36

Lakin sizə dedim ki, Məni görürsünüz, amma iman etmirsiniz.  



37

Atanın 


Mənə verdiyi şəxslərin hamısı yanıma gələcək və yanıma gələni heç vaxt kənara 

atmaram.  

38

Çünki Öz iradəmi deyil, Məni Göndərənin iradəsini yerinə yetirmək üçün 



göydən enmişəm.  

39

Məni Göndərənin iradəsi budur ki, Mənə verdiyi şəxslərin heç birini 



həlak olmağa qoymayım, lakin son gündə onları dirildim.  

40

Çünki Atamın iradəsi budur 



ki, Oğulu görüb Ona iman edən hər şəxs əbədi həyata malik olsun və Mən onu son gündə 

dirildim».  

41

Bunun cavabında Yəhudilər İsanın «göydən enmiş çörək Mənəm» sözünə 



görə deyinib  

42

dedilər: «Bu, ata-anasını tanıdığımız, Yusifin Oğlu olan İsa deyilmi? İndi 



necə olur ki, “göydən enmişəm” deyir?»  

43

İsa onlara cavab verdi: «Öz-özünüzə 




Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə