Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə5/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   2   3   4   5   6   7   8   9   ...   14

deyinməyin.  

44

Əgər Məni göndərən Ata bir kəsi cəzb etməsə, o Mənim yanıma gələ 



bilməz. Yanıma gələni isə Mən son gündə dirildəcəyəm.  

45

Peyğəmbərlərin kitablarında 



yazılıb: “Onların hamısını Allah öyrədəcək”. Atadan eşidib öyrənən hər kəs Mənim 

yanıma gəlir.  

46

Əlbəttə, Allahdan gələn Şəxsdən savayı Atanı heç kəs görməyib, yalnız 



O, Atanı görüb.  

47

Doğrusunu, doğrusunu sizə deyirəm: iman edən əbədi həyata malikdir. 



 

48

Həyat çörəyi Mənəm.  



49

Ata-babalarınız çöldə manna yedilər və öldülər.  

50

Bu isə 


göydən enən elə bir çörəkdir ki, ondan yeyən şəxs heç vaxt ölməz.  

51

Göydən enmiş canlı 



çörək Mənəm. Əgər kimsə bu çörəkdən yesə, əbədi yaşayar. Dünyanın həyatı üçün 

verəcəyim çörək Öz ətimdir».  

52

Bunun cavabında Yəhudilər «Bu Adam yemək üçün Öz 



ətini bizə necə verə bilər?» deyib bir-birləri ilə mübahisə etdilər.  

53

Onda İsa onlara dedi: 



«Doğrusunu, doğrusunu sizə deyirəm: Bəşər Oğlunun ətindən yeyib qanından içməsəniz, 

daxilinizdə həyat olmayacaq.  

54

Mənim ətimdən yeyib qanımdan içən əbədi həyata 



malikdir və Mən onu son gündə dirildəcəyəm.  

55

Çünki Mənim ətim həqiqi yemək, qanım 



da həqiqi içkidir.  

56

Mənim ətimdən yeyib qanımdan içən Məndə qalır, Mən də onda 



qalıram.  

57

Var olan Ata Məni göndərdiyi kimi, Mən də Atanın sayəsində yaşadığım kimi 



Məndən yeyən də Mənim sayəmdə yaşayacaq.  

58

Göydən enmiş çörək budur, ata-



babalarınızın yediyi kimi deyil. Onlar öldülər, amma bu çörəyi yeyən əbədi yaşayacaq». 

 

59



İsa bu sözləri Kefernahumda, sinaqoqda təlim öyrədərkən söylədi.  

Şagirdlərin çoxu İsanı tərk edir 

 

60

Şagirdlərindən bir çoxu bu sözləri eşidəndə dedi: «Bu söz qəlizdir. Bunu kim anlaya 



bilər?»  

61

Lakin İsa şagirdlərinin buna görə deyindiklərini duyaraq onlara dedi: «Bu söz 



sizi büdrədirmi?  

62

Yaxşı, bəs Bəşər Oğlunun əvvəllər olduğu yerə qalxdığını görsəniz, 



necə?  

63

Həyat verən Ruhdur, cismani təbiətinsə heç faydası yoxdur. Sizə söylədiyim 



sözlər Ruh və həyat gətirir.  

64

Lakin sizin aranızda iman etməyənlər də var». Çünki İsa 



iman etməyənlərin və Ona xəyanət edəcək adamın kim olduğunu əvvəlcədən bilirdi.  

65



dedi: «Buna görə də sizə söylədim ki, əgər Ata bir kəsə imkan verməsə, o Mənim yanıma 

gələ bilməz».  

66

Bunlardan sonra şagirdlərinin çoxu İsadan ayrılıb daha Onunla gəzmirdi. 



 

67

Onda İsa On İki şagirdə dedi: «Yoxsa siz də Məni tərk etmək istəyirsiniz?»  



68

Şimon 


Peter Ona cavab verdi: «Ya Rəbb, biz kimin yanına gedək? Əbədi həyatın sözlərini 

söyləyən Sənsən.  

69

Biz də iman etmişik və bilirik ki, Allahın Müqəddəsi Sənsən».  



70

İsa 


onlara dedi: «Siz On İki şagirdi Mən seçmədimmi? Amma sizdən biri iblisdir».  

71

O bu 



sözləri Şimon İskaryot oğlu Yəhuda barədə söylədi, çünki On İki şagirddən biri olduğu 

halda İsaya xəyanət edəcəkdi.  



Yəhya 7   

İsa Çardaqlar bayramına gedir 

1

 Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu 



öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi.  

2

Yəhudilərin 



Çardaqlar bayramı yaxınlaşırdı.  

3

Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get 



ki, şagirdlərin də etdiyin işləri görsün.  

4

Çünki Özünü məşhur etməyə çalışan adam heç 



nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır».  

5

Çünki qardaşları da 



Ona iman etmirdi.  

6

Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə 




hər vaxt münasibdir.  

7

Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən 



onun əməllərinin şər olduğuna şəhadət edirəm.  

8

Siz bayrama gedin, Mənsə hələ vaxtım 



tamam olmadığı üçün bu bayrama getməyəcəyəm».  

9

İsa bu sözləri söylədikdən sonra 



Qalileyada qaldı.  

10

Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, 



gizlicə bayrama getdi.  

11

Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» 



deyirdilər.  

12

Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı 



adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi.  

13

Lakin Yəhudi başçılarının 



qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı.  

14

Artıq bayramın yarısı keçəndə 



İsa məbədə gedib təlim öyrətməyə başladı.  

15

Yəhudi başçıları buna heyrətlənib dedilər: 



«Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?»  

16

İsa da onlara cavab 



verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir.  

17

Kim Onun iradəsini 



yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi 

biləcək.  

18

Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs 



haqdır, Onda yalan olmaz.  

19

Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna 



əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?»  

20

Xalq cavab verdi: «Səndə cin var. 



Kim Səni öldürməyə çalışır?»  

21

İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna 



heyrətlənirsiniz.  

22

Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız 



bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz.  

23

Musanın Qanunu 



pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam 

sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz?  

24

Zahirə görə mühakimə etməyin, ədalətlə 



mühakimə edin».  

İsa Məsihdirmi? 

 

25

Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi?  



26

Budur, O 

açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih 

olduğunu öyrəndilər?  

27

Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih 



gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək».  

28

İsa məbəddə təlim öyrədərkən 



nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən 

Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız,  

29

Mənsə Onu 



tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi».  

30

Bu sözlərə görə İsanı tutmağa 



çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı.  

31

Ancaq xalq 



arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət 

göstərəcəkmi?»  

32

Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı 



kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi.  

33

İsa dedi: «Bir az 



müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm.  

34

Siz 



Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz».  

35

Bunun 



cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa 

bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim 

öyrədəcək?  

36

“Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ 



bilməzsiniz” sözü ilə nə demək istəyir?»  

37

Bayramın sonuncu, təntənəli günündə İsa 



qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin.  

38

Müqəddəs Yazılarda 



deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq».  

39

Bunu 



Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ 

izzətlənməmişdi.  

40

Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan 



peyğəmbərdir» dedilər.  

41

Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? 




Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə