Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə6/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   2   3   4   5   6   7   8   9   ...   14

Məsih Qalileyadanmı gəlir?  

42

Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun 



nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?»  

43

Beləcə İsa barədə xalq 



arasında fikir ayrılığı oldu.  

44

Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı.  



Yəhudi başçılarının imansızlığı 

 

45



Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar 

mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu.  

46

Mühafizəçilər cavab 



verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb».  

47

Fariseylər onlara dedilər: 



«Yoxsa sizi də aldadıb?  

48

Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi?  



49

Bu 


Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!»  

50

Aralarından biri – bundan qabaq 



İsanın yanına gələn Nikodim onlara dedi:  

51

«Qanunumuza görə, bir adama qulaq 



asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?»  

52

Onlar Nikodimə 



dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər 

çıxmaz».  

İsa və zinakar qadın 

 

53



Bundan sonra hər kəs öz evinə getdi.  

Yəhya 8 

 

1



Lakin İsa Zeytun dağına getdi.  

2

Səhər tezdən yenə məbədə gəldi. Bütün xalq Onun 



yanına toplaşdı, O da oturub onlara təlim öyrətməyə başladı.  

3

İlahiyyatçılar və fariseylər 



zina üstündə tutulmuş bir qadını oraya gətirdilər. Onu ortaya çıxarıb  

4

İsaya dedilər: 



«Müəllim, bu qadın zina edərkən əməlində yaxalandı.  

5

Qanunda Musa bizə əmr edib ki, 



belələrini daşqalaq edək. Bəs Sən nə deyirsən?»  

6

Bunu İsanı sınamaq üçün deyirdilər, 



Onu ittiham etmək üçün bəhanə axtarırdılar. Amma İsa əyilib barmağı ilə yerə yazı 

yazmağa başladı.  

7

Ondan təkrar soruşduqları zaman dikəlib onlara dedi: «Sizdən kim 



günahsızdırsa, qadına birinci daş atsın».  

8

Sonra yenə əyilib yerə yazı yazdı.  



9

Bu sözləri 

eşidənlər başda ağsaqqallar olmaqla bir-bir oradan uzaqlaşdılar. İsanı tək qoydular, qadın 

da ortada idi.  

10

İsa dikəlib ona dedi: «Qadın, onlar hara getdilər? Bəs heç kim səni 



məhkum etmədi?»  

11

Qadın «heç kim, Ağa» dedi. Onda İsa dedi: «Mən də səni məhkum 



etmirəm, get, daha günah etmə».  

Doğru şəhadə

 

12



Sonra İsa yenə xalqa dedi: «Dünyanın nuru Mənəm. Mənim ardımca gələn heç vaxt 

qaranlıqda gəzməyəcək, həyat nuruna malik olacaq».  

13

Fariseylər Ona dedilər: «Sən Öz 



barəndə şəhadət edirsən, Sənin şəhadətin etibarlı deyil».  

14

İsa onlara cavab verdi: «Mən 



Öz barəmdə şəhadət etsəm də, şəhadətim etibarlıdır, çünki haradan gəlib hara gedəcəyimi 

bilirəm. Sizsə Mənim haradan gəlib hara gedəcəyimi bilmirsiniz.  

15

Siz bəşər qaydalarına 



görə mühakimə edirsiniz, Mənsə heç kəsi mühakimə etmirəm.  

16

Mən mühakimə etsəm 



də, verdiyim hökm doğrudur, çünki tək deyiləm, Məni göndərən Ata da Mənimlədir. 

 

17



Sizin Qanununuzda da yazılıb ki, iki nəfərin şəhadəti etibarlıdır.  

18

Mən Öz barəmdə 



şəhadət edirəm, Məni göndərən Ata da Mənim barəmdə şəhadət edir».  

19

Onda İsadan 




soruşdular: «Atan haradadır?» İsa cavab verdi: «Siz nə Məni, nə də Atamı tanıyırsınız. 

Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız».  

20

İsa bu sözləri məbəddə, nəzir qutuları 



olan yerdə təlim öyrədərkən söylədi. Heç kəs də Onu tutmadı, çünki vaxtı hələ 

gəlməmişdi.  

21

Sonra İsa yenə onlara dedi: «Mən çıxıb gedirəm, siz Məni axtaracaqsınız 



və öz günahınız içində öləcəksiniz. Siz Mənim gedəcəyim yerə gələ bilməzsiniz». 

 

22



Onda Yəhudilər dedilər: «Məgər O Özünü öldürəcək ki, “siz Mənim gedəcəyim yerə 

gələ bilməzsiniz” deyir?»  

23

İsa onlara dedi: «Siz aşağıdansınız, Mən yuxarıdanam, siz bu 



dünyadansınız, Mənsə bu dünyadan deyiləm.  

24

Buna görə də sizə “günahlarınız içində 



öləcəksiniz” dedim. Əgər inanmasanız ki, O Mənəm, günahlarınız içində öləcəksiniz». 

 

25



Onda «Sən Kimsən?» deyə İsadan soruşdular. İsa onlara dedi: «Əvvəlcədən sizə nə 

söyləyirəmsə, Oyam.  

26

Sizin barənizdə söyləyəcəyim və mühakimə edəcəyim çox şeylər 



var. Lakin Məni göndərən haqdır və Mən Ondan eşitdiklərimi dünyaya söyləyirəm». 

 

27



İsanın onlara Ata barədə danışdığını anlamadılar.  

28

Onda İsa dedi: «Bəşər Oğlunu 



yuxarı qaldırdığınız vaxt biləcəksiniz ki, O Mənəm və Özümdən bir şey etmirəm, ancaq 

Ata Mənə necə öyrədibsə, o cür danışıram.  

29

Məni Göndərən Mənimlədir. O Məni tək 



qoymadı, çünki Mən daim Onun xoşuna gələnləri edirəm».  

30

İsa bu sözləri söylədiyi 



zaman bir çox adam Ona iman etdi.  

İbrahim övladları və iblis övladları 

 

31

O zaman İsa Ona inanmış Yəhudilərə dedi: «Əgər siz Mənim sözümə sadiq qalsanız, 



həqiqətən, Mənim şagirdlərimsiniz.  

32

Onda siz həqiqəti biləcəksiniz və həqiqət sizi azad 



edəcək».  

33

Yəhudilər İsaya cavab verdilər: «Biz İbrahimin nəslindənik, heç kəsə heç vaxt 



kölə olmamışıq. Bəs Sən niyə “azad olacaqsınız” deyirsən?»  

34

İsa onlara dedi: 



«Doğrusunu, doğrusunu sizə deyirəm: günah edən hər kəs günahın köləsidir.  

35

Kölə evdə 



daim qalmaz, oğulsa daim qalar.  

36

Buna görə də əgər Oğul sizi azad etsə, həqiqətən də, 



azad olacaqsınız.  

37

İbrahimin nəslindən olduğunuzu bilirəm, ancaq bununla belə, Məni 



öldürməyə çalışırsınız. Çünki Mənim sözüm sizin ürəyinizdə yer tapmır.  

38

Mən Atanın 



yanında gördüklərimi söyləyirəm, sizsə öz atanızdan eşitdiklərinizi yerinə yetirirsiniz». 

 

39



Onlar İsanın cavabında «bizim atamız İbrahimdir» dedilər. İsa onlara dedi: «İbrahimin 

övladları olsaydınız, İbrahimin etdiyi əməlləri edərdiniz.  

40

Sizsə indi Məni – Allahdan 



eşitdiyi həqiqəti sizə söyləyən Adamı öldürməyə çalışırsınız. İbrahim belə etmədi.  

41

Siz 



öz atanızın əməllərini edirsiniz». Ona dedilər: «Biz zinadan doğulmamışıq, bizim bir 

Atamız var, O da Allahdır».  

42

İsa onlara dedi: «Əgər Allah sizin Atanız olsaydı, Məni 



sevərdiniz, çünki Mən Allahdan çıxıb gəlmişəm və indi buradayam. Mən Özümdən 

gəlmədim, lakin O Məni göndərdi.  

43

Söylədiyimi niyə anlamırsınız? Çünki Mənim 



sözümü dinləyə bilmirsiniz.  

44

Siz atanız iblisdənsiniz və atanızın arzularını yerinə 



yetirmək istəyirsiniz. O, başlanğıcdan qatil idi və həqiqətə sadiq qalmadı, çünki onda 

həqiqət yoxdur. Yalan söyləyəndə öz xasiyyətinə görə söyləyir, çünki yalançıdır və 

yalanın atasıdır.  

45

Mənsə həqiqəti söylədiyim üçün siz Mənə inanmırsınız.  



46

Sizdən kim 

sübut edər ki, Mən bir günah etmişəm? Mən həqiqəti söyləyirəmsə, niyə Mənə 

inanmırsınız?  

47

Allahdan olan şəxs Allahın sözlərini dinləyər. Sizsə dinləmirsiniz, çünki 



Allahdan deyilsiniz».  

 


Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə