Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə8/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   ...   4   5   6   7   8   9   10   11   ...   14

əvvəl gələnlərin hamısı oğru və quldur idi, amma qoyunlar onlara qulaq asmadı.  

9

Qapı 



Mənəm, kim Məndən girərsə, xilas olar, girib-çıxar və özünə otlaq tapar.  

10

Oğru yalnız 



qarət etmək, öldürmək və tələf etmək üçün gəlir. Mənsə gəldim ki, onlar həyata, bol 

həyata malik olsun.  

11

Yaxşı çoban Mənəm, yaxşı çoban qoyunlar uğrunda canını qurban 



verər.  

12

Qoyunların çobanı olmayan muzdur isə canavarın gəldiyini görəndə onları atıb 



qaçar, çünki qoyunların sahibi deyil. Canavar da onları qapıb pərən-pərən salar. 

 

13



Muzdur qaçar, çünki muzdurdur, qoyunlar üçün qayğı çəkməz.  

14

Yaxşı çoban Mənəm. 



Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri tanıyıram, 

özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm.  

15

Yaxşı 


çoban Mənəm. Necə ki Ata Məni tanıyır və Mən Atanı tanıyıram, eləcə də özümünküləri 

tanıyıram, özümünkülər də Məni tanıyır. Mən quzular uğrunda canımı qurban verirəm. 

 

16

Bu ağıldan olmayan başqa quzularım var ki, onları da gətirməliyəm. Onlar da səsimi 



eşidəcək, beləcə tək sürü, tək Çoban olacaq.  

17

Buna görə də Ata Məni sevir, çünki Mən 



canımı qurban verirəm ki, sonra onu geri alım.  

18

Canımı Məndən heç kəs ala bilməz, 



amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri 

Atamdan almışam».  

19

Bu sözlər üstündə Yəhudilər arasında yenə fikir ayrılığı düşdü. 



 

20

Onların çoxu dedi: «Onda cin var, dəlidir. Niyə Ona qulaq asırsınız?»  



21

Başqaları isə 

dedilər: «Bunlar cinə tutulmuş adamın sözləri deyil. Cin heç kor adamın gözlərini aça 

bilərmi?»  



Yəhudilərin İsa ilə mübahisəsi 

 

22



O vaxt Yerusəlimdə Təqdis bayramı keçirilirdi. Qış idi.  

23

İsa məbədin həyətində olan 



Süleymanın eyvanında gəzirdi.  

24

Yəhudilər İsanın ətrafına yığılıb Ona dedilər: «Nə vaxta 



qədər ürəyimizi intizarda saxlayacaqsan? Əgər Sən Məsihsənsə, bizə açıq söylə».  

25

İsa 



onlara cavab verdi: «Sizə söylədim, ancaq buna inanmırsınız. Atamın adı ilə gördüyüm 

işlər Mənim barəmdə şəhadət edir.  

26

Amma siz inanmırsınız, çünki Mənim quzularımdan 



deyilsiniz.  

27

Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca 



gəlirlər.  

28

Mən onlara əbədi həyat verirəm. Onlar heç vaxt həlak olmayacaq və heç kim 



onları əlimdən qapmayacaq.  

29

Onları Mənə verən Atam hamıdan böyükdür. Onları heç 



kim Atanın əlindən qapa bilməz.  

30

Mən və Ata birik».  



31

Yəhudilər yenə yerdən daş 

götürdülər ki, Onu daşqalaq etsinlər.  

32

İsa onlara dedi: «Sizə Atadan gələn çoxlu yaxşı iş 



göstərdim. Siz bunların hansına görə Məni daşqalaq etmək istəyirsiniz?»  

33

Yəhudilər 



Ona cavab verdilər: «Səni yaxşı işinə görə deyil, insan olduğun halda Özünü Allah 

sayaraq küfr etdiyinə görə daşqalaq edirik».  

34

İsa onlara dedi: «Məgər sizin öz 



Qanununuzda yazılmayıb ki, “demişəm: ‹Siz allahlarsınız›”?  

35

Allah Öz kəlamını 



göndərdiyi adamlara “allahlarsınız” deyir. Müqəddəs Yazı ki pozula bilməz.  

36

Bəs siz 



niyə “Allahın Oğluyam” dediyim üçün Mənə – Atanın təqdis edib dünyaya göndərdiyi 

Şəxsə “küfr edirsən” deyirsiniz?  

37

Əgər Atamın işlərini görmürəmsə, Mənə inanmayın. 



 

38

Amma bu işləri görürəmsə, Mənə inanmasanız da, bunlara inanın. Onda Atanın Məndə, 



Mənim də Atada olduğumu anlayıb bilərsiniz».  

39

Onlar yenə İsanı tutmağa çalışdı, amma 



O, əllərindən sıyrılıb çıxdı.  

40

İsa yenə İordanın o biri sahilinə, Yəhyanın əvvəllər vəftiz 



etdiyi yerə getdi və orada qaldı.  

41

Çoxlu adam Onun yanına gəlib dedi: «Yəhya heç bir 



əlamət göstərməsə də, onun bu Adam barədə dediyi bütün sözlər doğru çıxdı».  

42

Bir çox 



adam da orada İsaya iman etdi.  


Yəhya 11   

İsa ölən Lazarı dirildir 

1

 Lazar adlı bir adam xəstələnmişdi. O, Məryəmlə bacısı Martanın yaşadığı Bet-Anya 



kəndindən idi.  

2

Rəbbin üzərinə ətirli yağ çəkib ayaqlarını saçları ilə silən həmin Məryəm 



idi. Xəstələnən Lazar onun qardaşı idi.  

3

Bu səbəbdən iki bacı «ya Rəbb, sevdiyin adam 



xəstədir» deyə İsaya xəbər göndərdi.  

4

İsa bunu eşidib dedi: «Bu xəstəliyin nəticəsi ölüm 



yox, Allahın izzəti və Allah Oğlunun bununla izzət qazanması olacaq».  

5

İsa Martanı, 



onun bacısını və Lazarı sevirdi.  

6

Buna görə də Lazarın xəstələndiyini eşidəndə olduğu 



yerdə daha iki gün qaldı.  

7

Sonra isə şagirdlərə «yenə Yəhudeyaya gedək» dedi. 



 

8

Şagirdlər Ona dedilər: «Rabbi, oradakı Yəhudilər bir az əvvəl Səni daşqalaq etməyə 



çalışırdı. Sən yenə də oraya qayıdırsan?»  

9

İsa cavab verdi: «Gündə on iki saat 



yoxdurmu? Kim gündüz vaxtı gəzərsə, büdrəməz, çünki bu dünyanın nurunu görür. 

 

10



Lakin kim gecə vaxtı gəzərsə, büdrəyər, çünki daxilində nur yoxdur».  

11

İsa bu sözləri 



söylədikdən sonra onlara dedi: «Dostumuz Lazar uyuyub. Mən onu oyatmaq üçün 

gedirəm».  

12

Onda şagirdlər Ona dedilər: «Əgər uyuyubsa, sağalacaq».  



13

İsa onun ölümü 

barədə danışmışdı, amma onlar elə bildilər ki, yuxuya getdiyini söyləyib.  

14

Onda İsa 



onlara açıqca dedi: «Lazar ölüb.  

15

Mən də sizin uğrunuzda, iman etməyiniz üçün orada 



olmadığıma sevinirəm. Amma gəlin onun yanına gedək».  

16

«Əkiz» adlanan Tomas o biri 



şagirdlərə dedi: «Biz də gedək ki, Onunla ölək».  

17

İsa gəlib Lazarın artıq dörd gündən 



bəri qəbirdə olduğunu bildi.  

18

Bet-Anya ilə Yerusəlim arasında on beş stadi məsafə var 



idi.  

19

Bir çox Yəhudi Marta və Məryəmə qardaşlarının ölümünə görə təsəlli verməyə 



gəlmişdi.  

20

Marta İsanın gəldiyini eşidəndə Onu qarşılamağa çıxdı, ancaq Məryəm evdə 



oturmuşdu.  

21

Marta İsaya dedi: «Ya Rəbb, əgər Sən burada olsaydın, qardaşım ölməzdi. 



 

22

Ancaq bilirəm ki, Sən indi də Allahdan nə diləsən, O Sənə verəcək».  



23

İsa ona 


«qardaşın diriləcək» dedi.  

24

Marta Ona dedi: «Bilirəm ki, dirilmə zamanı, son gündə o da 



diriləcək».  

25

İsa ona dedi: «Dirilmə və həyat Mənəm. Mənə iman edən ölsə də, yaşayar, 



 

26

yaşayıb Mənə iman edən də heç vaxt ölməz. Buna inanırsanmı?»  



27

Marta Ona cavab 

verdi: «Bəli, ya Rəbb, inanıram ki, dünyaya gəlməli olan Allahın Oğlu Məsih Sənsən». 

 

28



Marta bunu söylədikdən sonra gedib bacısı Məryəmi gizlicə çağırdı və dedi: «Müəllim 

buradadır, səni çağırır».  

29

Məryəm bunu eşidən kimi tez qalxıb İsanın yanına getdi.  



30

İsa 


hələ kəndə girməyib Martanın Onu qarşıladığı yerdə qalmışdı.  

31

Məryəmlə birgə evdə 



olan və ona təsəlli verən Yəhudilər qadının tez qalxıb bayıra çıxdığını görəndə elə bildilər 

ki, ağlamaq üçün qəbirin yanına gedir. Buna görə də onun ardınca getdilər.  

32

Məryəm 


İsanın olduğu yerə gəlib Onu gördü və ayaqlarına düşüb dedi: «Ya Rəbb, əgər Sən burada 

olsaydın, qardaşım ölməzdi».  

33

İsa onun və yanında gələn Yəhudilərin ağladığını 



görəndə əhvalı pozuldu və təlaşa düşdü.  

34

İsa onlardan «Mərhumu haraya qoymusunuz?» 



deyə soruşdu. Ona «Ağa, gəl bax» dedilər.  

35

İsa ağladı.  



36

Onda Yəhudilər «Bax onu 

necə də sevirmiş!» söylədilər.  

37

Lakin onlardan bəzisi dedi: «Korun gözlərini açan bu 



Şəxs bir şey edə bilməzdi ki, bu adam ölməsin?»  

38

O zaman İsa yenə əhvalı pozulmuş 



halda qəbirin yanına gəldi. Qəbir bir mağara idi və ağzına daş qoyulmuşdu.  

39

İsa «daşı 



götürün» dedi. Mərhumun bacısı Marta Ona dedi: «Ya Rəbb, artıq iylənib, çünki öldüyü 

dörd gündür».  

40

İsa dedi: «Axı Mən sənə söyləmədimmi, iman etsən, Allahın izzətini 



görəcəksən?»  

41

Beləcə daşı götürdülər. İsa da başını yuxarı qaldırıb dedi: «Ey Ata, Məni 



eşitdiyin üçün Sənə şükür edirəm.  

42

Bilirəm ki, Məni həmişə eşidirsən. Lakin bunu 




Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə