Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyası



Yüklə 34,71 Kb.
Pdf görüntüsü
tarix23.01.2018
ölçüsü34,71 Kb.
#22267


Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi laboratoriyası 

 

Laboratoriya müdiri: a.e.ü.f.d. Abbasquliyeva Sevil Güləş qızı 

Abbasquliyeva  Sevil  Güləş  qızı  27.01.1964-cü  ildə  anadan  olmuşdur.  1983-1989-

cu illərdə S.Ağamalıoğlu adına “Şərəf nişanı” ordenli Azərbaycan Kənd Təsərrüfatı 

İnstitutunun  meyvə-tərəvəzçilik  və  üzümçülük  fakutləsini  fərqlənmə  diplomu  ilə 

bitirmişdir,  sonra  təyinatla  həmin  institututun  “Entomologiya  və  ipəkçilik” 

kafedrasına  tədqiqatçı-stajor  vəzifəsinə  təyin  edilmişdir.  1989-cu  ildə  “Bitkilərin 

ziyanvericilərdən  və  xəstəliklərdən  mühafizəsi”  üzrə  əyani  aspiranturaya  daxil 

olmuşdur.  1995-ci  ildə  aspiranturanı  bitirmişdir.  1999-2000-ci  illərdə  Bakı 

Pedoqoji  İnstitutunun  Kadrların  ixtisasartırma  və  yenidənhazırlanma  kursunda 

“kimya  və  biologiya”  ixtisasına  yiyələnmişdir.  2012-ci  ildə  Azərbaycan  Elmi-

Tədqiqqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  İnstitutunun  “Yemlərin  zootexniki 

qiymətləndirilməsi  və  kütləvi  analizlər”  laboratoriyasında  böyük  elmi  işçi,  sonra 

laboratoriya  müdiri  vəzifəsinə  təyin  olunmuşdur.  “Lənkəran-Astara  bölgəsi 

şəraitində  qabaqçiçəklilər  fəsiləsi  bitkilərinin  xəsətliklərinin  növ  tərkibi  və  onlara 

qarşı  mübarizənin  bioloji  cəhətdən  əsaslandırılması”  mövzusunda  dissertasiya  işi 

müdafiə etmiş, aqrar elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 

Email: 


sevil.abbasquliyeva@mail.ru

  

 



 

 

 

 

 


Laboratoriyanın elmi əmıkdaşları: 

Adıgözəlov Əbdürrəhman Mehdi oğlu –a.e.ü.f.d., aparıcı elmi işçi 

Useynova Nərgiz Selcuk – böyük elmi işçi 

Əliyeva Stella Cabbar qızı - böyük elmi işçi 

Hətəmov Xalid Rüstəm oğlu- kiçik elmi işçi 

Qədimova Aytən Baxış qızı – elmi işçi 

 

Laboratoriyanın fəaliyyət istiqamətləri: 

Laboratoriya  Azərbaycan  Elmi-Tədqiqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar 

Institutunun  nəzdində  1969-cu  ildən  etibarən  müxtəlif  adlarda  fəaliyyət 

göstərmişdir:  Yemlərin  hazırlanma  texnologiyası  laboratoriyası,  Yemlərin 

zootexniki  qiymətləndirilməsi  laboratoriyası,  Kütləvi  analizlər  laboratoriyası. 

Müəyyən  müddətdən  sonra  laboratoriyaların  birləşdirilməsi  zərurəti  meydana 

çıxmış  və  iki  laboratoriya  birləşdirilərək  “Yemlərin  zootexniki  qiymətləndirilməsi 

və kütləvi analizlər” laboratoriyası adı almışdır.  

Respublika NR-nin 2015-ci il tarixli 109 nömrəli qərarına əsasən 05.01.2016-ci ildə 

“Yemlərin  texnologiyası”  və  Yemlərin  zootexniki  qiymətləndirilməsi  və  kütləvi 

analizlər laboratoriyası”, “Yemlərin texnologiyası və zootexniki qiymətləndirilməsi 

laboratoriyası”adı altında birləşdirildi. Hal-hazırda laboratoriya bu adla fəaliyyətini 

davam etdirir.  

 Yarandığı dövrdən  etibarən laboratoriyada aşağıdakı işlər həyata keçirilib: 

-Yemlərin  kimyəvi  tərkibinin,  qidalılığı  və  həzmə  gediciliyinin  öyrənilməsi  üzrə 

aparılmış  tədqiqatlar  əsasında  k/t  heyvanları  üçün  mübadilə  enerjisinə  görə 

yemlərin enerji qidalılığının işlənib hazırlanması; 

 -İri  buynuzlu  heyvanların  yemləndirilməsində  amarant  bitkisindən  istifadə 

edilməsi və məhsuldarlığa təsirinin öyrənilməsi;   

-İri buynuzlu heyvanların yemləndirilməsində səmərəli reseptlərin işlənməsi; 

-Respublikada istifadə  edilən  yem  bitkilərinin  keyfiyyət  göstəricilərinin  və  ümumi 

qidalılıq dəyərinin öyrənilməsi və tətbiqi.  

Hazırda laboratoriyamızda iki mövzu üzrə işlər aparılır: 

-Respublikada  mövcud  yemlərin  keyfiyyət  göstəricilərinin  öyrənilməsi  və  tətbiqi 

(yemlərin kimyəvi tərkibi). 

-Amarant bitkisindən və dənindən kənd təsərrüfatı heyvanları və quşları üçün yem 

rasionunun hazırlanma texnologiyası. 

Bu  müddət  ərzində  laboratoriya  əməkdaşlarının  fəaliyyəti  nəticəsində  müxtəlif 

mövzuları  əhatə  edən  25  -  dən  artıq  təklif  verilmişdir  ki,  bunların  da  əksəriyyəti 

geniş istehsalat şəraitində tətbiq edilmişdir. Bunlardan aşağıdakıları göstərmək olar:  



-Senajın  hazırlanma  texnologiyası  və  istifadəsi.  Bu  məsələ  Respublikada  ilk  dəfə  

“Yemlərin  hazırlanma  texnologiyası  laboratoriyası”nın  rəhbəri  Nuru  Dibirov 




tərəfindən  öyrənilmişdir.  Təklif  keçmiş  MK-nın  müvafiq  sərancamlarına  əsasən 

1972  –  ci  ildən  Respublikanın  bütün  təsərrüfatlarında  (kalxoz  və  sovxozlarında) 

tətbiq  olunması    qərara  alınmış  və  konservləşdirilmiş  yemlərin  40-50%  təşkil 

etmişdir.  



-Neft  mənşəli  zülal-vitamin  konsentratının  quşçuluda  tətbiqi.  Bu  təklif    1972-cı 

ildən  A.Adıgözəlovun  təşəbbüsü  ilə    Respublikada  ölkənin  bütün  quşçuluq 

təsərrüfatlarında  tətbiq  olunması  planlaşdırılmışdır.  Təklif  respublikamızın  Bakı 

quşçuluq  fabrikində  100  min  başdan  artıq  quşların  yemləndirilməsində  istifadə 

olunmuşdur.  

-Heyvandarlıqda  karbamidin  tətbiqi.  Bu  məsələ  respublikada  ilk  dəfə  olaraq 

laboratoriya  tərəfindən  öyrənilmiş,  heyvanların  yem  rasionunda  və  qarğıdalı 

bitkisinə  kökdən  kənar  yemləmə  formasında  verilmişdir.  Belə  ki,  MK-nın  və 

Nazirlər  Sovetinin  müvafiq  qərarlarına  (1975-ci  il)  uyğun  olaraq  Respublikanın 

heyvandarlıqla  məşğul  olan  təsərrüfatlarında  hər  il  1500  ton  karbamiddən  istifadə 

edilmişdir.  



-Solomonajın  hazırlanma  texnologiyası  və  istifadə  edilməsi.  Professor  Cabbar 

Səttarovun  rəhbərliyi  ilə  sovetlər  ölkəsində  ilk  dəfə  olaraq  Azərbaycan  Elmi-

Tədqiqat  Yemçilik,  Çəmənçilik  və  Otlaqlar  Institutunun  “Yemlərin  texnologiyası” 

laboratoriyasının 

əməkdaşları 

tərəfindən 

öyrənilmişdir. 

Təklif 


nəinki, 

respublikamızın,  həmçinin  qonşu  respublikaların  təsərrüfatlarında  geniş  tətbiq 

edilmiş  və  hər  il  respublika  üzrə    150-300  min  ton  həcmində    solomonajın 

basdırılması və tətbiqi həyata keçirilmişdir.   

Laboratoriya  əməkdaşları  tərəfindən  ilk  dəfə  olaraq  Respublikada  professor  

Cabbar  Səttarovun  rəhbərliyi  ilə    yemlərin  mikroelement  və  vitamin  tərkibi 

öyrənilmişdir.  Bunun  üçün  respublikanın  1  təbii-iqtisadi  bölgəsini  əhatə  edən  58 

rayonun  454  təsərrüfatından,  həmçinin  otlaq  və  biçənək  sahələrindən  89  növdən 

olan 4529 yem nümunələri götürülmüş və tərkibində mikroelementlərin (mis, sink, 

manqan, kobalt, selen) və karotinin (vitamin A) miqdarı öyrənilmişdir.  

Müəyyən  edilmişdir  ki,  yemlərin  tərkibində  olan  mikroelementlərin  miqdarı 

heyvanların  təlabatının  yalnız  36-52  faizini  ödəyir.  Ümumiyyətlə  yemlərin 

mikroelement tərkibinə görə respublika ərazisi 4 biokimyəvi əyalətə bölünmüşdür.  

Birinci  əyalət,  yemlərdə  misin  az  olması  ilə  səciyyələnir.  İkinci  əyalət  yemlərin 

tərkibində  sink  elementinin  həddindən  az  müşahidə  edilməsi  ilə,  üçüncü  əyalət 

manqan  və  selenin  çatışmamazlılığı  ilə,  nəhayət  dördüncü  əyalət  isə  kobalt 

elementinin çatışmamazlılığı ilə fərqlənir.  

Təklifin  istehsalatda  tətbiqi  üçün  Azərbaycan  respublikası  üzrə  yemlərin 

mikroelement  tərkibi,  mikroelementlərin  bitkiçilikdə  və  heyvandarlıqda    tətbiqinə 

aid  75  səhifədən  ibarət  tövsiyə  xarakterli  kitabça  dərc  edilmiş,  58  rayon  üzrə 

kartoqramlar  hazırlanmış  və  bütün  rayonlara,  Aqrosənaye  birliklərinə  (keçmiş) 

təqdim edilmişdir.  




Göstərilənlərdən əlavə laboratoriya əməkdaşları tərəfindən bir sıra digər məsələlər 

ətrafında elmi-tədqiqat işləri aparılmışdır. Bunlardan  aşağıdakıları göstərmək olar.  

-Heyvanların yemləndirilməsində soya dənindən istifadə edilməsi; 

-Silosun hazırlanmasında kimyəvi konsentratlardan istifadə edilməsi; 

-Bitki qarışıqlarından silosun hazırlanma texnologiyası;   

-Heyvanların  yemləndirilməsində  zülal  vitamin-mineral  əlavələrdən  istifadə 

edilməsi; 

-Respublikanın  dağ  və  dağətəyi  bölgələrində  xaşa  bitkisindən  yüksək  keyfiyyətli 

otun hazırlanma texnologiyasının öyrənilməsi; 

-Aran  yonca sortunun  yemlik  keyfiyyəti  və  qidalılıq  dəyəri  (Şəki-Zaqatala  bölgəsi 

timsalında)  

-Mikroelementlərin  yem  bitkilərinin  məhsuldarlığına  və  keyfiyyətinə  təsirinin 

öyrənilməsi; 

-Kompleks  mikroelementlərin  (mis,  sink,  manqan,  kobalt,  selen)  camışların 

məhsuldarlığına təsiri, onların bu elementlərə olan təlabatının optimal normalarının 

öyrənilməsi; 

-Naxçıvan Muxtar Respublikası şəraitində qoyunların selen elementinə olan təlabatı 

və onun məhsuldarlığa təsiri;  

-Cavan iri buynuzlu heyvanların düzgün yemləndirilməsinin səmərəliliyi; 

-Qoyunların  mikroelementlərlə  yemləndirilməsi  və  onların  mikroelementlərə  olan 

tələbatının optimal normalarının öyrənilməsi; 

-Fermer təsərrüfatlarında istifadə olunan yemlərin keyfiyyət göstəriciləri və ümümi 

qidalılıq dəyərinə əsaslanaraq iri buynuzlu heyvanların  ən səmərəli yem rasionları 

ilə yemləndirilməsi və istehsalata tətbiqi; 

-İri  buynuzlu  heyvanlar  üçün  yüksək  keyfiyyətli  kombinə  edilmiş  silosun 

hazırlanma texnologiyasının işlənməsi; 

-Üzüm  cecəsi  və  üzüm  darağından  yüksək  keyfiyyətli  silosun  hazırlanma 

texnologiyası.  

Yuxarıda qeyd olunan məsələlər tam yekunlaşdıqdan sonra istehsalatda tətbiq üçün 

tövsiyələr hazırlanmış və lazımı təsərrüfatlara göndərilmişdir. 

     Göründüyü kimi yemlərin hazırlanma  texnologiyası laboratoriyasının yarandığı 

gündən  bu  günə  kimi  onun  əsas  iş  fəaliyyəti  respublikada  heyvandarlığın  və 

yemçiliyin inkişaf etdirilməsinə həsr edilmişdir.  

Qeyd  etmək  lazımdır  ki,  işlənib  hazırlanmış  məsələlərin  istehsalatda  tətbiqi  üçün 

laboratoriya  əməkdaşları  dəfələrlə  televizor,  radio  və  mərkəzi  qəzetlərdə  çıxışlar 

etmiş, onlarla kitabca, buklet və tövsiyələr dərc etmişlər.  

Laboratoriya  əməkdaşları  Ümumittifaq  simpoziumlarda,  respublika  və  rayonlar 

arası  seminar  və  müşavirələrdə  iştirak  etmiş,  məruzələrlə  çıxışlar  edərək 

Azərbaycan elmini layiqincə təmsil etmişlər.   



Bütün  bu  nailiyyətlərə    görə  laboratoriyanın  keçmiş  rəhbəri,  mərhum      professor 

Cabbar  Səttarovun    əməyi  hökümətimiz  tərəfindən  yüksək  qiymətləndirilmiş, 

“Xalqlar  dostluğu  ordeni”,  bir  sıra  medallar  və  fəxri  fərmanlarla  təltif  edilmiş, 

dəfələrlə yerli sovetə deputat seçilmişdir.  



 

Yüklə 34,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə