Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

dövrünə  aid  əmək  alətləri  və  heyvan  fiqurları  aşkar 

edilmişdir.

Xocalı  çölündə  eradan  əvvəl  I  minilliyin 

ortalarına  qədər  davam  edən  tunc  dövrünə  aid  daş 

qutu  şəklindəki  qəbir,  saxsı  qab,  bəzək  əşyaları  və 

müxtəlif quş fiqurları tapılmışdır.

Naxçıvan  və  Şəmkir  ərazilərində  aşkar  edilmiş 

tunc  dövrünə  aid  olan  siklop  tikintiləri  xüsusi  maraq 

doğurur.  Bunlar  səngər,  hörükdaş  və  ya  qalaça 

adlandırılır.  Göygöl  rayonu  ərazisində  tunc  dövrünə 

aid  olan  dən  daşlan,  tünc  balta  -   təbərzin,  tunc 

qılınclar,  quş  şəkilli  qanadlı  büt,  gildən  düzəldilmiş 

çıraqlar  və  başqa  saxsı  məmulatlan  tapılmışdır. 

Zumabad  kəndində  orta  əsrlərdən  qalma  bir  qala  da 

aşkar edilmişdir.

Mingəçevirdə  V  -   VI  əsrlərə  aid  olan  məbəd 

tikintiləri, 

dəmir 


oraq, 

toxuculuq 

dəzgahınm 

hissələri,  tunc  dövrünə  aid  küpəşəkilli  nəhrə, 

heykəllər,  qızıl  və  gümüşdən  olan bəzək əşyaları  və 

digər məmulatlar tapılmışdır.

Qax rayonunun Ləkit kəndi yaxınlığında dairəvi 

formalı bir qədim məbədin xarabalıqları qalır.  Tikinti 

VI  -   VII  əsrlərə  aiddir.  Qum  kəndində  isə  VI  əsrə 

aid  olduğu təxmin  edilən  iki  məbədin  qalıqları  aşkar 

olunmuşdur.  Dərbənd,  Gillikçay,  Samur  çayı  və 

Beşbarmaq  dağı  yaxınlığında  tikilmiş  qalalar  onları 

tikinti  texnikasına  görə  V  -   VH  əsrlərə  aid  etməyə 

imkan verir.  Həmin  zonada Çıraxqala  adlanan qədim

54

bir  tikintinin  yüksək bir  qaya  üzərində  bina  edilməsi 



maraq doğurur.

Yevlax  dəmiryolu  stansiyasından  20  kilometr 

məsafədə  qədim  Bərdənin  qalıqları  aşkar  edilmişdir. 

Eyni  zamanda,  tikintisi  XIV  əsrə  aid  edilən  Bərdə 

türbəsi  saxlanmaqdadır.  Beyləqan  rayonu  ərazisində 

yerli  əhalinin  Örənqala  adlandırdığı  qədim  şəhər 

xarabalarının izləri qalır.

Burada VIII əsrə aid sikkələr tapılmışdır. Ancaq 

alimlərin dediyinə görə şəhərin tarixi daha qədimlərə 

gedib çıxır.

Gəncə  şəhərindən  6  kilometr  şimal  -   qərbdə 

köhnə  Gəncənin  qala  divarları,  saraylar,  daşdan, 

bişmiş və  çiy kərpicdən tikilmiş bina qalıqları vardır. 

Bu  xarabalar  XII  əsrə  aiddir.  Gəncədə  IX  əsrə  aid 

olan Comərd Qəssab türbəsi 2004-cü ildə bərpa edlil- 

mişdir.  Eyni  zamanda,  qədim  şəhərin  atributlarından 

olan qala divarları, Nizami Gəncəvinin türbəsi, xalqın 

mifoloji təfəkkürünü canlandıran «Şir və Günəş» abi­

dəsi,  «Ay  ulduz»  kompleksi,  «Gəncənin  gerbi», 

«Gəncə  darvazaları»və  s.  kimi tarixi yadigarlar quru­

lub  gələcək  nəsillərin  ərməğanına  çevrilmişdir.  Şa­

maxıda  XIX  əsrə  aid  «Yeddi  gümbəz»  abidəsi  Sax­

lanmaqdadır.

Naxçıvanda XII əsrə  aid Atababa türbəsi (Yusif 

ibn  Qüseyr)  Atabəy  (Möminəxatun)  məqbərəsi  öz 

əzəməti  ilə bu  günədək qalmaqdadır.  «Atabəy» (Mö­

minəxatun) məqbərəsinin hündürlüyü 25 metrdən  ar­

55



tıqdır.  Naxçıvandan  37  kilometr  şimal -  qərbdə  hün­

dürlüyü  16 metr olan XIV əsrə  aid bir türbə  qallmaq- 

dadır.

Bakı  şəhərində  XI  əsrə  aid  Sımxqala  minarəsi, 



inşası  XII  əsrə  isnad  verilən  «Qız  qalası»  XIV  əsrə 

aid  olan  minarə  və  cümə  məscidinin  binası  qalmaq­

dadır.  Qız  qalasının  hündürlüyü  28  metr,  divarların 

qalınlığı  aşağıdan  5  metr,  yuxarı  hissədə  isə  4  metr­

dir.  Həmçinin B abda VI əsrə  aid  Şirvanşahlar  sarayı 

XVI  əsrə  aid  qala divarları  Mərdəkanda VIII  və  XIV 

əsrə  aid  qalalar qorunub  saxlanılır.  Həmçinin,  Rama­

na  və  Nardaranda  XIV  əsrə  aid  qalalar,  Suraxanıda 

XVIII  əsrə  aid  Atəşpərəstlər  məbədi  qalmaqdadır. 

Şuşada  XVIII  əsrə  aid  qalanın  izləri,  «Gəncə  qapı­

ları»,  «Xansarayı» abidələri vardır.

Qarqarçayın  sahilində  XVIII  əsrə  aid  Əskəran 

qalası,  Şəkidə,  XVIII  əsrə  aid  Xan  Sarayı,  həmin 

dövrə  aid  Şəkixanovlar  evi  tariximizin  və  mədəniy­

yətimizin yadigarları kimi qalmadadır.

Ağstafadan  40  kilometr  aralı  Gürcüstan  sərhəd- 

dində Xram çayı üzərində əsrlərdən bəri qalan «Sınıq 

körpü»  və  Azərbaycanın  İranla  sərhədindəki  «Xuda­

fərin  körpüsü»  kimi  tikililər  xüsusi  maraq  doğurur1. 

Azərbaycan  ərazisində  bundan  başqa  çoxlu,  sayı  -  

hesabı  bilinməyən  qalalar,  qalaçalar  qədim  dövrlərin

1 Tarixi abidələrlə bağlı əsas məlumatlar «Azərbaycanın tarixi 

abidələri» Bakı, Azərbaycan Elmlər Akademiyasının nəşr.,  1958, 

kitabından götürülmüşdür.

56

yadigarı  olan  türbə  və  məqbərələr,  körpülər  və  s. 



maddi  mədəniyyət  abidələri  vardır.  Onların  hər  biri 

öz  tədqiqatçısını  gözləyir.  Hər bir  abidə  tarixin canlı 

şahidi  və  yaddaşıdır.  Hər  bir  abidədə  azərbaycanlı 

təfəkkürü, 

düşüncəsi 

və 


dünyagörüşü 

həkk 


olunmuşdur.

4) sosial -  siyasi hadisələr.

İctimai  təfəkkürün  formalaşmasında  cəmiyyət­

dəki  ictimai  -   siyasi  hadisələrin,  inqilab və  qarşıdur­

maların,  həmçinin,  dövlətlər  arasındakı  münaqişələ­

rin  də  təsiri  vardır.  Doğrudur,  ictimai  -   siyasi  ha­

disələr,  o  cümlədən,  inqilab  və  münaqişələr  heç  də 

tamamilə  cəmiyyətin  xeyrinə  deyildir.  Yəni  hər  bir 

münaqişə  və  çəkişmə,  hər  bir  qarşıdurma  və  inqilab 

cəmiyyətdəki  ictimai  sabitliyinə  ziyan  vurur.  Bunun 

arxasınca  isə  müəyyən  məhrumiyyətlər,  itgi,  iqtisadi 

problemlər  və  s.  gəlir.  Lakin  eyni  zamanda,  ictimai 

şüur da silkələnir,  canlanır.  Hadisələrin çevikliyi icti­

mai  şüurda  da  bir  fəallaşma yaranmasına  səbəb  olur. 

Sanki  yatmış  hissələr  oyanır.  Cəmiyyətə  yeni  bir 

baxış  formalaşır.  Azərbaycan  cəmiyyətində  sosial  -  

siyasi  hadisələr  tarixən  daim  intensiv  olmuşdur. 

Məhz  bunun  nəticəsidir  ki,  Azərbaycanda  ictimai 

şüurun  fəallığı  və  çevikliyi  cəmiyyətdə  baş  verən 

sosial  -   siyasi  hadisələrlə  həmahəng  olaraq  inkişaf 

etmişdir.  Azərbaycan  cəmiyyətində  ictimai  şüurun 

formalaşmasındakı  çevikliyin  və  fəallğm  təsiridir  ki, 

ictimai təfəkkürdə zaman -  zaman azadlıq,  sərbəstlik

57



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə