Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   2   3   4   5   6   7   8   9   ...   28

1.  Milli mədəniyyət

2.  Milli etik -  əxlaqi normalar

3.  İctimai birlik və həmrəylik

4.  Dövlətçilik və onun atributlarına ehtiram

5.  Vətənpərvərlik

6.  Milli  -   mənəvi  dəyərlərin  bəşəri  dəyərlərlə 

qovuşdurulması

Milli  şüurun  formalaşması  üçün  müstəqil  döv­

lətçilik amili mühüm və vacib şərtdir.  Milli şüur kimi 

formalaşan  azərbaycançılıq  anlayışı  barədəki  başlıca 

fikir  və  mülahizələr  də  m əhz  respublikamızda 

müstəqil  dövlətçiliyin  bərqərar  olunduğu  dövrdən 

sonra  meydana  gəlmişdir.  Ancaq  azərbaycançılıq 

anlayışı  barədə  əvvəllər  də  müəyyən  fikir  və 

mülahizələr  irəli  sürülmüşdür.  Azərbaycançılıq  ide­

yaları  isə  bilavasitə  Azərbaycan  cəmiyyətinin  yaran­

dığı dövrlərlə səsləşir.  Bu o deməkdir ki, milli düşün­

cə  formasmdakı  azərbaycançılıq  ideyaları  zaman  -  

zaman 

yaranmışdır. 



Müstəqil 

dövlətçilik 

mərhələsində  isə  bu  ideyalar  yetkin  səviyyəyə 

çataraq milli şüura çevrilir.

Milli  azərbaycançılıq  şüurunun  yetkinləşməsi 

mərhələlərinin  araşdırılması,  təhlil  olunması,  onun 

daxili  məzmununun  öyrənilməsi,  aydınlaşdırılması 

milli  ideologiyanın  mənimsənilməsi  baxımından  mü­

hüm  əhəmiyyət  kəsb  edir.  Ümummilli  liderimiz 

Heydər  Əliyev  azərbaycançılıq  anlayışını  məzmun 

baxımından  çox  yüksək  qiymətləndirir.  Heydər

6

Əliyev  göstərir  ki,  «Azərbaycan  dövlətinin  milli 



ideologiyasının 

özəyini, 

əsasını 

təşkil 


edən 

azərbaycançılıqdır.  Dövlətçilik,  milli  -   mənəvi 

dəyərlər,  ümumbəşəri  dəyərlər  -   bunlar  hamısı 

azərbaycançılıq anlayışının tərkib hissələridir»1.

Göründüyü  kimi,  burada  azərbaycançılıq  milli 

dövlətçilik  ideologiyasının  özəyi,  təməli,  əsası  kimi 

qiymətləndirilir.  Eyni  zamanda,  dövlətçilik,  milli 

dəyərlər, 

ümumibəşəri 

dəyərlər 

kimi 

qlobal 


məsələlər  azərbaycançılığm  tərkib  hissələri  kimi 

verilir.  Bu mənada,  azərbaycançılığm geniş tədqiqinə 

və  xüsusən,  müasir  dövrdə  onun  mənimsənilməsinə, 

təbliğinə  və  tətbiqinə  böyük  ehtiyac  olduğu  özünü 

göstərir.  Azərbaycançılıq  anlayışı  qlobal  məsələləri 

əhatə  etdiyi üçün əlbəttə ki,  sosioloqlar,  politoloqlar, 

tədqiqatçılar,  xüsusən  də  ideyaca  müxtəlif baxışlara 

malik olan  şəxslər  onu  ayn  -   ayrı  prizmalardan  şərh 

edə bilərlər.  Lakin nəzərə aldıqda ki,  azərbaycançılıq 

ictimai  təfəkkürlə,  ictimai  şüurla,  milli  -   mənəvi 

dəyərlərlə və ən əsası müstəqil dövlətçiliklə bağlı bir 

anlayışdır,  onda  bu  anlayışın  şəhr  olunmasında  ən 

düzgün istiqamət kimi  Heydər Əliyev konsepsiyasına 

əsaslanılmalıdır.

Azərbaycançılıq  anlayışı  milli  ideya anlayışı  ilə 

və  dövlətçiliklə  bağlı  olduğu  üçündür  ki,  ona



1  Bax:  Heydər  Əliyev.  Yeni  Azərbaycan  Partiyasının  yaradılmasının 

altıncı  ildönümünə  həsr  olunmuş  təntənəli  yığıncaqdakı  nitqi.  «Xalq 

qəzeti»,  24 noyabr  1998.

7



müxtəlif  siyasi  baxışlara  malik  olanlar  müxtəlif 

istiqamətlərdən  yanaşmağa  meyl  göstərirlər.  Bəzən 

isə  məsələ  o  dərəcədə  dolaşdırılır  ki,  əslində, 

«azərbaycançılıq»  anlayışının  nə  olması  barədə 

konkret  fikir  yaratmaq  mümkün  olmur.  Hətta, 

«Azərbaycançılıq  nədir?»  sualına  hərə  bir  cür,  hər 

kəs  özü  başa  düşdüyü  kimi  cavab  verir.  Ramiz 

Mehdiyevin  bu  mənada  M.Karpoviçdən  gətirdiyi 

sitat  tamamilə  yerinə  düşür.  Politoloq  M.Karpoviçə 

görə,  «Rusiya  ideyası»  anlayışının  nə  demək  olduğu 

müəllifin 

özünə 


qaranlıqdır. 

Ancaq 


müəllifin 

göstərdiyinə  görə  rus  ideyalarının  mövcudluğu  inkar 

edilmir.  Bunların  məcmusu  və  qarşılıqlı  təsiri  rus 

ideyaları  tarixinin  məğzini  təşkil  edir.»1  Nəzərə 

aldıqda  ki,  M.Karpoviçin  bu  fikirləri  sovet  dövrünə 

aiddir,  onda  ona  haqq  qazandırmaq  olar  ki,  həmin 

dövrdə  «milli  ideya»  anlayışı  barədə  açıq  bir  fikir 

söyləmək  imkanları  yox  idi.  Müasir  dövrdə  «milli 

ideya»  və  «azərbaycançılıq»  anlayışlarının  bir  -  

birindən  fərqli  təqdim  olunması  müxtəlif  siyasi 

baxışların  mövcudluğu  ilə  bağlıdır.  Ancaq  bu  barədə 

nə  qədər  çox  yazılsa,  nə  qədər  daha  artıq  tədqiqat 

aparılsa  məsələyə  bir  o  qədər  də  aydınlıq  gətirmək 

mümükün olacaqdır.



1  Bax:  Ramiz  Mehdiyev.  «Türkçülük  tarixin  gözü  ilə,  yaxud  milli 

ideya  əsrlərin  qovuşuğunda»  -  Azərbaycan:  tarixi  irs  və  müstəqillik 

fəlsəfəsi.  Bakı-2001,  s .l 88.  (Həmçinin,  bax:  M.Korpoviç.  Bir  daha 

rus missiyaçılığ barədə.  «Novi jurnal».  1968 № 54,  s.277.)

8

Müasir  dövrdə 



azərbaycançılıq  anlayışının 

doğru  və  düzgün  başa  düşülməsində  mövcud  olan 

əsas  çətinliklərdən  biri  onun  türkçülük  anlayışı  ilə 

qarışdırılmasmdan ibarətdir.

Nizaməddin  Şəmsizadəyə  görə  «Azərbaycan 

ideologiyası  üç  təməl  üzərində  bərqarar  olur: 

türkçülük,  islamçılıq və  azərbaycançılıq.  Bu üç təməl 

tarixi vəhdətdə olub,  xalq bu vəhdəti  həyat tərzində, 

düşüncəsində,  arzusunda,  nəğməsində,  bayatısında  -  

bir  sözlə,  ictimai  və  bədii  təfəkküründə  qoruyub 

saxlayıb,  qırılmağa,  ayrılmağa  qoymayıb.  Türkçülük 

Azərbaycan  xalqının  milli  idealı  -   məfkurəsidir. 

Onun əsasında, öz soy kökünə, əslinə və bütün dünya 

türklərinə 

m əhəbbət 

dayanır.»1 

N.Şəmsizadə, 

həmçinin, 

azərbaycançılığı 

özündə 


türkçülük, 

islamçılıq  və  Qərb  dəyərlərini  birləşdirən  bir 

ideologiya adlandırır.2

Azərbaycançılıq  anlayışını  və  ümumilikdə  milli 

azərbaycançılıq  ideologiyasını  N.Şəmsizadə  kimi 

şərh  edən  başqa  müəlliflər  də  vardır.  Onların  milli 

ideologiyaya  dair  baxışlarını  Ramiz  Mehdiyev  aydın 

şəkildə təhlil  edərək azərbaycançılığın tarixi  və milli 

köklərini  dərinləşdirir,  aydınlaşdırır  və  arqumentləş- 

dirir.  Hər  şeydən  əvvəl  qeyd  etmək  yerinə  düşər  ki, 

Ramiz  Mehdiyev  «milli  ideya»  və  onun  müxtəlif

1 Bax:  Nizaməddin Şemsizadə.  Azərbaycan ideologiyası.  Bakı-1996, 

s.66.

2 Bax: Nizaməddin Şəmsizadə.  Yenə orada, s.39.

9



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə