Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   2   3   4   5   6   7   8   9   ...   28

İkinci  mərhələ  oğuz  türklərinin  Azərbaycana 

gəlişinə  (XI  əsrin  əvvəlləri)  aid  olan  dövrü  əhatə 

edir.

Üçüncü  mərhələ  isə  XV  əsrin  sonu,  XVI  əsrin 



əvvəlləri,  xüsusən,  Səfəvilər  dövlətinin  yarandığı 

dövrdən ibarət hesab edilir.1

Nəzərə  almaq  lazımdır  ki,  Sovet  dövründə  də 

Azərbaycanda  etnik  birliklər  arasında  diferensiasiya 

baş  verməmişdir.  Bu  o  demək  deyildi  ki,  sovet 

ideologiyası  elə  Azərbaycan  xalqının  bütövləşməsi- 

nin  tərəfdarı  olmuşdu.  Əksinə,  sovet  ideologiyası 

bütün  xalqları  formaca  milli,  məzmunca  sosialist 

mədəniyyəti  kimi  fantasktik  bir  vəhdətin  həyata 

keçirilməsinə  aparmaq  istəyirdi.  Əslində,  burada 

qlobal  bir  ruslaşdırma  siyasətinin  həyata  keçirməsi 

məqsədi var idi.  Lakin bu  ideya baş  tuta bilməzdi və 

tarix  də  buna  imkan  verməzdi.  Etnik  birliklər 

arasındakı  əlaqələrin  pozulmamasına  gəlincə  isə  bu 

uzunmüddətli tarixi bir konsolidasiyamn nəticəsi kimi 

nəzərə alınmalıdır.

Müasir  dövrdə  də  Azərbaycan  xalqı  dedikdə, 

məhz  Azərbaycan  ərazisində  məskun  olan  etnik 

təbəqənin  inteqrasiyası  prosesinin  nəticəsi  başa 

düşülür.  Artıq,  həmin  proses  çoxdan  yetişib  sona 

çatmışdır.  Türkçülük  ideyasının  yeniləşdirilməsi  isə 

müstəqil  dövlətçilik  mərhələsində  milli  birliyin,



1 Bax: Nizami Cəfərov.  Yenə orada,  s.100,  103,  107.

14

müstəşəkilliyin  və  ictimai  həmrəyliyin  pozulmasına, 



eləcə 

də 


dövlətçiliyin 

möhkəmləsində 

sosial 

əngəllərin  və  lüzumsuz  problemlərin  meydana 



gəlməsinə  gətirib  çıxarır.  Türkçülük ideyası,  əslində, 

türk  xalqlarının  etnik  birliyini  təcəssüm  etdirən 

ictimai  təvəkkürün  vəhdəti  və  varisliyi  mənasında 

başa düşülməlidir.  Ona görə də azərbaycançılığı milli 

şüur  kimi  qəbul  ediriksə,  onu  milli  ideyamn  təməli 

kimi 

qiymətləndiririksə 



deməli 

bütövlükdə 

dövlətçiliyin  vəhdətini  qəbul  etmiş  oluruq.  Çünki 

dövlətçilik  xalqdan  və  millətdən  ayn  deyil,  millətin 

və  xalqın  bütövlüyünün,  vəhdətinin  təminatçısıdır. 

Bu  mənada,  Ramiz  Mehdiyev  haqlı  olaraq  yazır  ki, 

«Milli  ideya»  xlaqı  və  hakimiyyəti  birləşdirən  bir 

zəmindir  və  müstəqil  yaşamaq  hüququ  əldə  edən 

Azərbaycan  öz  tarixi  ənənələrini  yeni  demokratik 

dövlət  təsisatları  ilə  üzvi  surətdə  əlaqələndirməyi 

bacarmalıdır.  «Milli  ideyamn»  gücü  dövlətdirsə, 

dövlətin  də  gücü  «milli  ideyaya»  xidmət  etməkdir. 

Bütün  Azərbaycan  xalqı  -   azəri  türkləri,  ruslar, 

talışlar,  ləzgilər,  kürdlər,  tatarlar,  avarlar,  bir  sözlə, 

AZƏRBAYCANLILAR  əsl  dövlətçilik  ruhu  ilə 

yaşasalar 

millətçiliyin 

yeni 


peyda 

olmuş 


«novatorları»  ilə  mübarizədə  bu  ruhu  qorusalar, 

yalnız  bu  zaman  keçmişin  canlı  ənənələri,  indiki  və 

gələcək  nəsillərin  quruculuq  fəaliyyəti  əsasında 

mənəvi  və  iqtisadi  cəhətdən  güclü,  dinamik,

15



müsətqil  sivilizasiyalı  AZƏRBAYCAN  DÖVLƏTİ 

yaradacaqlar»1.

Azərbaycan xalqının bütöv bir  etnik vahid  kimi 

formalaşmasında  əsrlər  boyu  baş  verən  inteqrasiya 

prosesinin 

əhəmiyyəti 

nə 

qədər 


böyükdürsə, 

danılmazdırsa,  onun  sonrakı  mərhələlərdə  qorunub 

saxlanılması  da  xalqın  bütövlüyü  və  mütəşəkkilliyi 

baxımından  o  qədər  əhəmiyyətlidir.  Bütölükdə,  bir 

ərazidə  yaşayan  etnik  təbəqə  üçün  vəhdət  yarada 

bilmək  imkanları  heç  bir  dövrdə  qapalı  olmamışdır. 

Xalqın etnik potensialının genişlənməsində bu proses, 

əslində,  əvvəlki  dövrlərə  məxsus  ənənənin  davamı 

kimi  öz  ardıcıllığını  qoruyub  saxlamışdır.  Müstəqil 

dövlətçilik 

mərhələsində 

isə 


milli 

birliyin 

qorunmasına  xidmət  edən  bu  vəhdət  çox  böyük 

sosial,  siyasi və ideoloji əhəmiyyət daşıyır.

Azərbaycançılıq  ideyaları  müstəqil  dövlətçilik 

mərhələsində  milli  xarakter  daşıdığı  üçün  onu 

dövlətçilikdən  ayrı  təsəvvür  etmək  olmaz.  Nəzərə 

almaq  lazımdır  ki,  milli  ideyalar  məhz  dövlətçiliklə 

qorunur.  Dövlətçilik  olmadan milli  ideyaları  qoruyub 

saxlamaq  və  davam  etdirmək,  onu  milli  şüura 

çevirmək  mümkün  deyildir.  Dövlətçiliyin  inkişafı 

milli  ideyaların,  azərbaycançılıq  dünyagörüşünün 

daim inkişafına və zənginləşməsinə  səbəb olur.  Odur 

ki,  müstəqil  dövlətçiliyimiz  çiçəkləndikcə,  onun



1  Bax:  Ramiz  Mehdiyev.  Gösterilən  əsər,  s.205.  (həmin  məqalə  ilə 

əlaqədar bax:  «Xalq qəzeti»,  14,15,17,18  sentyabr  1993).

16

Ү



З

Ү

З

iqtisadi  qüdrəti  artdıqca  xırda  millətçilik  hissinə 

çevrilən  və  eyni  zamanda  fantastik  aləmə  aparıb 

çıxaran  «türkçülük»  ideyasının  öz  mənasını  itirəcəyi 

də  reallığa  çevriləcəkdir.  Ancaq  azərbaycançılıq 

dünyagömüşünü 

aydınlaşdırarkən 

«türkçülük» 

ideyasının nə demək olduğunu və bu ideyanın kimlər 

üçün  gərəkli  olduğunu  da  açıb  göstərmək  vacib 

məsələlərdəndir.  Qaldı  türk xalqlarının ümumiliyi və 

birliyi  məsələsinə,  burada  fantaziyadan  yan  keçib 

reallığı  nəzərə  almaq  vacibdir.  Ramiz  Mehdiyevin 

dediyi  kimi,  «Türkçülük  ideyası  hələ  yaşayır və  türk 

xalqlarının  milli  ruhuna  öz  təsirini  itirməmişdir.  ... 

düzgün  yanaşılsa,  sağlam  qavranılsa,  həmin  ideya 

hazırda  öz  müstəqil  dövlətlərini  yaratmış  türklər, 

azərbaycanlılar,  özbəklər,  türkmənlər,  qazaxlar, 

qırğızlar  arasında  qarşılıqlı  iqtisadi  və  mədəni 

əməkdaşlığın  inkişafında  müəyyən  müsbət  rol 

oynayar,  onların  bir  -   birinə  yaxınlaşmasına,  dünya 

birliyinə qovuşmasına kömək edər».1

Bu  gün  Azərbaycan  Respublikasmda  milli 

ideyanın, 

azərbaycançılıq 

dünyagörüşünün 

və 

azərbaycançılıq şüurunun yetikinləşməsi üçün hər cür 



imkan və şərait vardır.

Azərbaycançılıq  şüurunun  formalaşması  və 

yetkinləşməsi  azərbaycanlı  obrazının  formalaşmasını 

şərtləndirir.  Azərbaycanlı  obrazında  milli  mənəvi  və



1 Bax: Ramiz Mehdiyev.  Göstərilən əsər,  s.200.

Azərbaycan  .4cspubük&sı  prezidentinin 

!ş!er İdarüsi

PREZİDENT KİTABXANAS!


Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə