Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   2   3   4   5   6   7   8   9   10   ...   28

öz  təcəssümünü  tapır.  Məsələn,  yoxsul  adamın 

xəzinə  tapması  haqqındakı  düşüncələrində  onun 

həyatının  firavan  keçməsi  arzusu  təcəssüm  olunur. 

Bəzən nağıllarda xalqm  aşağı  təbəqəsini  təmsil  edən 

adamlar  ağıl,  idrak,  düşüncə  etibarı  ilə  yuxarı 

təbəqədən  olan  bəy,  xan,  tacir,'  vəzir,  və  şah 

obrazlarından üstün  göstərilir.  Bu  müqayisə  nə  üçün 

verilir? Ona görə ki,  doğrudan da sadə xalq içərisində 

elə  ağıllı  adamlar  tapılır  ki,  onlar  cəmiyyətdə 

özlərinə  layiq  olan yeri tuta bilmirlər.  Onların  yuxarı 

təbəqədən  üstün  verilməsi  isə  aşağı  təbəqəni  təşkil 

edən  ağıllı  adamların  yüksək  pilləyə  qalxmaq 

arzusudur.  İkinci  tərəfdən,  nağıllarda  verilən  belə 

epizodlar  xalqın  özünün  bünövrəsində,  mayasında 

intellektin mövcudluğunu göstərir.

Nağıllarda  keçəl  obrazı  da,  bir  qayda  olaraq, 

çoxbilmiş,  uzaqgörən,  fərasətli  şəxs  kimi  təqdim 

edilir.  Keçəl,  əslində  kimdir?  Bir  qarın  çörəyə 

möhtac  qalan,  əyninə  paltar,  başına  papaq,  ayağına 

ayaqqabı  tapmağa  ehtiyacı  olan  aşağı  təbəqənin 

nümayəndəsidir.  Belə  olduğu  halda,  keçəl  nə  üçün 

xandan,  bəydən,  vəzirdən,  şahdan ağıllı  verilir ?  Onə 

görə  ki,  keçəl  də  cəmiyyət  üzvüdür.  O  da  özünün 

sosial  ehtiyaclarını  ödəmək  arzusundadır.  Yuxarı 

təbəqəyə  üstün  gəlmək  onun  xəyalıdır.  Məsələn,  bir 

nağılda  deyilir  ki,  padşah  öz  qızını  yalan  danışmağı 

bacaran  bir  şəxsə  ərə  vermək  istəyir.  Belə  bir 

meydana bir keçəl  girməli olur.  Padşah peşman olur.

26

Ona  görə  vəzirinə  buyurur  ki,  keçəlin  yalanlarım 



doğru kimi  qələmə versinlər. Padşah da qızını keçələ 

verəmsin.  Keçəl  çox  yalanlar  uydurur,  ancaq  qəbul 

etmirlər.  Belə  olduğu  halda  keçəlin  başı  güdaza  da 

gedə bilər.  Odur  ki,  keçəl çıxış  yolu tapır.  Böyük bir 

küpə  ilə  gəlib  padşahın  qapısmı  kəsdirir  və  şərt 

qoyur.  Deyir ki,  «mənim atam çoxlu xoruz və beçəni 

satıb  dünya  padşahlarına  küpələrlə  qızıl  verib.  Bu 

padşaha  da  həmin  qızıldan  yeddi  küpə  düşüb.  Əgər 

doğru  sayırsınızsa,  qızılı  verin,  yalan  ilə  qızı  verin». 

Padşah  isə  cavabsız qalır.  Nəticədə  iki  şərtdən birini 

qəbul  etməlidir.  Ancaq  əslində  padşah  bu  şərtlərdən 

yaxa  qurtarmaq  üçün  deyə  də  bilərdi  ki,  doğrudur, 

belə  küpələrdən  xəzinədə  var...  Gəl  apar.  Xəzinəyə 

elə  küpələr qoyub  içini daş,  torpaqla doldurub keçəli 

məğlub  edə  bilərdi.  Doğrudan  da  keçəlin  atasının 

qızılı  harada  idi?  Qızılı  olsa  idi  oğlu  niyə  keçəl 

olurdu? Ancaq xalqm içərisində  maddi  ehtiyac  çəkən 

adamlar  çox  olduğundan  nağılçı  keçələ  üstünlük 

verir.  Heç  bir  nağılda  keçəl  hökmdarlıq  arzusunda, 

deyil.  Çünki  onu  bir  qarın  çörək  daha  artıq 

maraqlandırır.

Koroğlunun  keçəli  də  belədir.  Dəyirmanda 

Koroğlu  öz  üç  qüvvəsinin  (qılınc,  at,  nərə)  birindən 

istifadə  edib  Qıratı  ondan ala bilərdi.  Koroğlunun üç 

qüvvəsindən biri  atı idi.  O Həmzənin əlinə keçmişdi. 

İkincisi  qılıncı  idi.  Qılınc  Həmzəyə  çata  bilməzdi. 

Üçüncüsü  nərəsi  idi.  O  nərə  ki,  Dəli  Həsən  kiıqi

27



qoçaq  bir  cəngavər,  Dəmirçioğlu  və  Kürdoğlu  kimi 

igidlər,  Ərəb  Reyhan  kimi  bir  pəhləvan  həmin 

nərədən  basılmışdılar.  Nə  üçün  Koroğlu  nərədən 

İstifadə  etmir?  Çünki  buna  ehtiyac  yox  idi.  Keçəl 

Həmzə  nərəyə  layiq  deyildi.  Nərə  igidlər  üçündür. 

Keçəl  Həmzə  isə  bir  qarın  çörəyin  quludur.  Üstəlik 

at  da  ona  gərək  deyil.  Elə  Keçəlin  məqsədi  də  atı 

verib paşa  qızını  almaq  idi.  Sonra  at necə  olur olsun. 

Hətta Keçəl Düratı qaçırdanda fikirləşirdi ki,  «Toqat- 

da kim  nə bilir Qırat  hansıdır,  Dürat  hansıdır».  Doğ­

rudan  da  Koroğlu  Toqata  gələndə  Keçəl  Həmzə 

«Söz dəyirmandakıdır»,  deyib  özü  atı  ona təhvil  ver­

di.

Koroğlu isə dastanda xalqın ictimai təfəkkürün­



dən doğan,  ictimai düyagörüşün məhsulu kimi  forma­

laşan,  əzəmətliliyin,  mərdliyin,  igidliyin,  səxavətlili- 

yin  rəmzidir.  Xeyirxahlığın  təcəssümüdür.  Xalq  özü 

üçün belə  bir obrazı  yetişdirib  ona  ümuid  çırağı  kimi 

baxır.  Koroğlu  zülm  əlindən  dağlara  çəkilib.  Zülm, 

haqsızlıq  görənlər  də  Koroğluya  pənah  gətirirlər. 

Çünki  xalq  həmişə  ictimai  ədalətə  möhtac  olub. 

Hakimlərin  zülmündən  cana  doyan  insanlar  ictimai 

ədalət  naminə  Koroğluya  üz  tutmuşlar.  Nağıl  və 

dastanlarda 

belə  motivlər  çoxdur.  Bunlar  xalqın 

ictimai 


təfəkkürünün 

məhsulu 


kimi 

folklor 


nümunələrində canlandırılır.

Nağıl və dastanlarda keçəlin və ya sadə adamla­

rın  ağıllı  təsvir  olunması  xalqın  daxili  intellektual

28

potensialının təcəsümüdür.  Koroğlu və  Koroğlu kimi 



şəxslərin  igidliyi,  mərdliyi,  səxavətliyi  isə  xalqm 

arzu etdiyi sosial ədalətin ifadəsidir.

Xalq ədəbiyyatı xalqm  ictimai təfəkkürünün  elə 

bariz,  elə canlı ifadəsidir ki,  onlar zaman -  zaman ya­

şayır,  cilalanır,  yazıya  köçürülür,  öyrənilir,  qorunur, 

mənimsənilir.  Belə  nümunələr xalqm özünün ruhuna 

çevrilir  və  müqəddəsləşir.  Xalqm  daxilindən  gələn 

bu müqəddəslik ruhu  nağıl və  dastan  qəhrəmanlarını 

şəxsiyyətə  çevirir.  Şəxsiyyət  tarixdə  ictimai  hadisə­

lərin  gedişinə  təsir  edən  böyük  bir  qüvvədir.  Nağıl, 

dastan  qəhrəmanlarını  müqəddəsləşdirən  vasitə  isə 

məhz  ictimai  təfəkkürdə  belə  qəhrəmanların  şəxsiy- 

yətləşdirilməsidir.  Ramiz  Mehdiyev yazır ki,  «Zəruri 

varlıq olan tarixi  şəxsiyyət öz zəmanəsinin yetirməsi­

dir.  O  xalqm  və  dövlətin  məruz  qaldığı  çox  mürək­

kəb  təbəddülatlar və  transformasiyalar  dövründə,  in­

kişaf və  tərəqqi naminə hadisələrin gedişini və tarixi 

dəyişdirmək məqsədi ilə siyasət səhnəsinin önünə çı­

xır.  Başqa  sözlə  desək,  tarixi  şəxsiyyət  xalqm  istək 

və arzusuna uyğun olaraq tarixin gedişini dəyişdirmə­

yi  bacaran,  gərəkli  anda  zamanın  tələbini  şüurlu  su­

rətdə  qəbul  edən,  öz  vəzifəsinə  məsuliyyətlə  və ya­

radıc dıqla  yanaşan  görkəmli  liderdir.  İctimai  fəaliy­

yətin  subyekti kimi  belə  lider müəyyən  tarixi dövrdə

29



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə