Yeni azərbaycan partiyasi gəNCƏ ŞƏHƏr təŞKİlati y u s if o V m ü b a r iZ İm r a n o ğ L u



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix04.02.2018
ölçüsü0,73 Mb.
#24112
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

təkcə  ümummilli  ideyaların  daşıyıcısı  deyil,  həm  də 

bu ideyaların həyata keçirilməsinin təşkilatçısıdır».1

İctimai  təfəkkürün  məhsulu  kimi  yetişən  şəx­

siyyətlərin ən başlıca amalı vətənpərvərlikdən ibarət­

dir. Məsələn, vətənin qorunmasından,  vətənpərvərlik 

tərbiyəsindən  danışanda  həmişə  Qazan  xan  kimi, 

Koroğlu  kimi  xalqın  şəxsiyyət  obrazına  çevirdiyi 

qəhrəmanlar  göz  önündə  canlandırılır.  Vətənpərvər­

lik  birbaşa  vətənin  bütövlüyünü  qorumaq  mənasında 

dövlətçiliklə üzvi əlaqənin təcəssümüdür.  Ümummil­

li  liderimiz  Heydər  Əliyev  göstərir  ki,  «Dövlətçilik 

hər  bir vətəndaşın  qəlbində  olmalıdır.  Ona  görə  hər 

bir  vətəndaş  vətənpərvərlik  hissləri  ilə  yaşamalıdır 

və  bizim  parityamız,  bütün  dövlət  orqanları,  bütün 

təbliğatımız  Azərbaycanda  dövlətçiliyi  inkişaf etdir­

mək  üçün  hər  bir  vətəndaşda  milli  vətənpərvərlik 

hisslərini  yaratmalıdır.  Milli  vətənpərvərlik  hissləri 

hər bir vətəndaşda o qədər güclü olmalıdır ki,  hər bir 

vətəndaş  milli  mənafeyi  öz  şəxsi  mənafeyindən,  öz 

şəxsi yaşayışından,  öz  şəxsi  həyatından -  hər şeydən 

üstün  tutsun.  Milli  vətənpərvərlik,  milli  qürur  hissi 

bizim  dövlətçiliyimizin  yaşaması  üçün  ən  böyük 

amillərdən biridir».2

Azərbaycan 

folklor 

nümunələrində 

ağıllı, 

müdrik,  uzaqgörən,  cəmiyyət hadisələrindən  doğru -



1  Bax:  Ramiz  Mehdiyev.  «Azərbaycan: 

fəlsəfəsi». Bakı-2001,  s.23.

2 Bax: «Xalq qəzeti», 24 noyabr,  1998.

30

tarixi  irs  və  müstəqillik

dürüst  baş  çıxaran  şəxsiyyət  obrazları  bir  qayda 

olaraq  ağsaqqal,  dünyagörmüş  insanlar  kimi  təsvir 

edilir.  Məsələn,  Dədə  Qorqud,  Koroğlunun atası  Alı 

kişi,  çətin  məqamda  qəhrəmanlara  yol  göstərən 

«Qoca»  obrazları  bununun  bariz  nümunəsidir.  Nə 

üçün  müdrik  insaıilar  «Qoca»  obrazında  təcəssüm 

etdirilir  ?  Bu  da  ictimai  təfəkkürün  məhsuludur. 

Cəmiyyətdə  yaranan  belə  bir  fikrin  və  əqidənin 

təcəssümüdür  ki,  ağıllı  insanlar yaşa  dolduqca  daha 

da müdrikləşir  (Əksinə ağlı az olanlar yaşa dolduqca 

ağlı  daha  da  azalır).  Odur  ki,  müdrik  insan  obrazı 

məhz 


«Qoca» 

şəxsiyyətində 

ümumiləşdirilir. 

Cəmiyyətdə qocalara,  yaşlılara, böyüklərə hörmət və 

ehtiram  da  məhz  məişət  həyatında  formalaşmış 

etiketdən  irəli  gəlir.  Ümummilli  liderimiz  Heydər 

Əliyev  göstərir  ki,  «Vaxtı  ilə  Moskvadan  nümayən­

dələr  gəlirdilər,  gedib  bizim  şəhərləri,^  kəndləri 

gəzirdilər.  Gəlib  təəccüblə  mənə  deyirdilər  ki,  «Biz 

getdik,  filan  yerdə  1 0 - 1 5   gənc  oturmuşdu.  Bizi 

görən  kimi  hamısı  ayağa  qalxdı.  Biz  təəccüb  etdik. 

Necə  oldu  ki,  bunlar  ayağa  qalxdılar?  Bu  niyə 

belədir?».  Deyirəm  ki,  bu  təbii  bir  haldır.  Deyir  ki, 

«Axı  biz  indi  Rusiyada  bir  kəndə,  şəhərə  gedək bizi 

görüb  heç  danışdırmayacaqlar,  heç  bizə  fikir 

verməyəcəklər.  Amma  bunlar  ayağa  qalxdılar.» 

Dedim  ki,  bu  bizim  xalqın  xüsusiyyətidir.  Bu

31



xalqımızın 

mentalitetidir. 

Bu 

kiçiyin 


böyüyə 

hörmətidir. Bu ev sahibinin qonağa hörmətidir».1

Ümumi halda, bu onu  göstərir ki,  ictimai  təfək­

kür bütün xalqlarda eyni dərəcədə  formalaşmamışdır. 

Hər bir xalqın ictimai təfəkkürü onun ictimai  şüurunu 

yetişdirir.  Hər  bir  xalq  öz  ictimai  təfəkkürünün  bü­

növrəsində  ictimai  dünyagörüşünə  və  ictimai  etik  -  

əxlaqi normalara yiyələnir.  Azərbaycan xalqına məx­

sus  ictimai təfəkkürün  və buna uyğun  şəkildə  forma­

laşan ictimai  şüurun güzgüsü,  göstəricisi  kimi  folklor 

nümunələrinin müstəsna əhəmiyyəti vardır.

2)  şairlərin,  söz ustadlarının,  mütəffəkir  şəxsiy­

yətlərin yaradıcılığı

İctimai  təfəkkürün  formalaşmasında  və  onun 

ictimai 

şüura 


çevrilməsində 

şairlərin, 

söz 

ustadlarının,  mütəfəkkirlərin,  yaradıcı  insanların 



müstəsna  əməyi  və  zəhməti  vardır.  Azərbaycanın 

tarixində  dünya  mədəniyyətini  bəşəri  fikir  və 

ideyalarla 

zənginləşdirən 

böyük 

şəxsiyyətlər 



yetişmişdir.  Doğrudur,  tarixin dərinliklərinə getdikdə 

belə  şəxsiyyətlərin  bir  çoxunu  axtarıb  tapmaq, 

müəyyən  etmək  imkanları  azalır.  Ancaq bizə  məlum 

olan 


mənbələr 

onu 


göstərir 

ki, 


Azərbaycan 

mədəniyyəti,  Azərbaycan  ədəbiyyatı  və  Azərbaycan 

ictimai  fikri  çox  dərin  və  zəngin  bünövrə  üzərində 

yetişmişdir.



1 Bax:  «Xalq qəzeti», 24 noyabr,  1998.

32

X  -   XI  əsrlərin  yadigarı  olan  «Kitabi  -   Dədə 



Qorqud»  dastanlarını  ozanlar  yaratmış  olsa  da  bu 

kitab ana dilində  qələm ə alınmış ən böyük ədəbi  abi­

də  kimi  qiymətləndirilməlidir.  XI  əsrdə  sarayda  ya­

zıb yaradan  Əbül üla  Gəncəvi,  Qətran Təbrizi  (1010 

-   1080),  Fələki  Şirvani  (1108  -   1146),  Əfzələddin 

Xaqani  (1120  -   1199),  milli  mədəniyyətimizin  «qızıl 

əsrini»  yaradanların  ən  görkəmlisi  Nizami  Gəncəvi 

(1141  -   1209)  Azərbaycan  ictimai  fikrinin  yaranma­

sında  və  formalaşmasında  öz  üzərlərinə  düşən  çox 

böyük tarixi vəzifəni şərəflə yerinə yetirmişlər.

XIII -  XIV əsrlərdə Övhədi Marağainin (1275 — 

1338)  «Dəhnam»si,  Zülfıqar  Şirvaninin  (1190  -  

1245)  lirikası,  şair  Əlinin  «Qisseyi  -   Yusif»  dastanı 

(XI  əsr),  XIII  -   XIV  əsrlərin  astanasında  İzzəddin 

Həsənoğlunun «Divanı», Mustafa Zəririnin «Y usif və 

Züleyxa»  və  Suli  Fəsihin  «Y usif  və  Züleyxa» 

poemaları yazılmışdır.

XV 


-  XVI  əsrlərdə Azərbaycan mədəniyyətinin 

inkişafında xüsusi bir m ərhələ baş vermişdir. Əvvəlki 

dövrlərdə yaranan ədəbiyyat nümunələri Azərbaycan 

və  fars  dillərində  yazılırdısa,  XV  -   XVI  əsr 

ədəbiyyatında  fars  dilli  nümunələr  olduqca  az  idi. 

Azərbaycan  dilli  ədəbiyyatın  yaranması  ilə  bir 

tərəfdən  ana  dilinin  inkişafi  imkanları  güclənirdi, 

digər  tərəfdən  isə  azərbaycançılıq  ideyaları  daha 

artıq  canlandırılırdı.  Bu  dövrdə  Təbrizdə,  Şamaxıda 

və 


Azərbaycanm 

digər  şəhərlərində 

görkəmli

33



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə