oldu. Lakin təxribatçı qüvvələr ölkəni daxildən
parçalamaq planlarından əl çəkməmişdilər.
1995-ci il martın 12-dən 13-nə keçən gecə
Qazax və Ağstafa rayonlarmda Xüsusi Təiynatlı Polis
Dəstəsi və Rövşən Cavadovun quldur dəstələri
tərəfindən dövlət çevrilişinə cəhd göstərildi. Bakıda
8-ci kilometr ərazisində yerləşən xüsusi təyinatlı
dəstələr də bu təxribata qoşulmuşdular. Heydər
Əliyevin səyi və siyasi uzaqgörənliyi, strateji
fəaliyyəti ilə martın 17-də silahlı quldur dəstələri
ləğv edildi. Beləliklə, ölkədə ictimai - siyasi sabitlik
əldə edilməsinə tam bir təminat yaradılmış oldu.
3) iqtisadi dirçəlişin baş verməsi
Ölkədə ictimai - siyasi sabitliyin yaranması
iqtisadi dirçəliş baş verməsinə zəmin yaratdı. Sovet
dövlətinin süqutundan sonrakı dövrdə Azərbaycan öz
müstəqilliyini elan etməsinə baxmayaraq, ölkədə
hərtərəfli bir qarışıqlıq baş verirdi. İctimai - siyasi
gərginlik özü ilə bir çox fəsadlar da törədirdi. Sovet
dövründə
Heydər
Əliyevin
yaratdığı
bütün
infrastrukturlar hakimiyyət çinoviklərinin əli ilə
dağıdılırdı. Ölkəni iqtisadi cəhətdən ayağa qaldırmaq
üçün lazım gələn potensial məhv edilmişdi. Sanki
düşüncələrdə «Qoy hər şey məhv edilib dağıdılsın,
biz yenisini yaradaq» kabusu dolaşırdı. Ölkənin siyasi
və iqtisadi vəziyyəti birdən-birə geriləyərək 1918 —
20-ci illər səviyyəsinə qayıtmışdı. Əhali həm maddi,
həm də mənəvi iflasa uğrayırdı. Ancaq insanların
112
qəlbində Heydər Əliyevə m əhəbbət yaşayırdı. Xalqın
Ümummilli
liderə
m əhəbbəti
ölkənin
iqtisadi
böhrandan çıxarılmasına olan inamı artırırdı. Xalq
Heydər Əliyevə, Heydər Əliyev isə xalqa arxalanırdı.
Ona görə də 1994-cü il sentyabrın 20-də «Əsrin
müqaviləsi» kimi məşhurlaşan neft strategiyası
proqramı həyata keçirildi.
Dövlətçiliyin iqtisadi bazasının yaradılması
müstəqilliyin daimi, dönməz və əbədi olmasına
təminatdır. İqtisadi baza yaradılmadan sülhü, əmin -
amanlığı bərqərar etmək mümkün deyildir. İqtisadi
inkişaf olmadıqda beynəlxalq inteqrasiya haqqında da
düşünmək artıqdır. İqtisadi bazası olmayan dövlət
beynəlxalq iqtisadi qloballaşma qarşısında tab gətirə
bilməz. Hazırda ölkə iqtisadiyyatının dürmadan
inkişaf etməsi üçün çox böyük strateji əhəm iyyət
daşıyan proqramlar həyata keçirilir. Bu proqramların
həyata keçirilməsi o deməkdir ki, ölkədə neft
strategiyası aparıcı olsa da yeganə amil deyildir.
Əli Əhmədovun qeyd etdiyi kimi, «Heydər
Əliyevin ölkənin müasir tarixində xidməti və həyata
keçirdiyi missiyası sisitemində özünü büruzə verən
əsas cəhətlərdən biri onun Azərbaycanın hərtərəfli
inkişafına nail olmasıdır, həm də bu, keyfiyyət
dəyişmələrinə gətirib çıxarmağa qadir olan sürətli
yüksəlişdir. Əslində bu, Azərbaycan cəmiyyətinin
113
yeni durmunun, daha dəqiq deyilsə, yeni müsir
Azərbaycanın özünün yaradılmasıdır»1
Bakı - Tbilisi - Ceyhan neft ixrac kəmərinin
inşası neft və qaz istehsal edən müasir sənaye
obyektlərin yaradılmasına imkan verir ki, bu da
ixtisaslı kadrların və mütəxəsislərin yeni iş yerləri ilə
təmin olunmasına şərait yaradır. Bundan əlavə,
Azərbaycan neft və qaz sənayesi üçün lazımlı ava
danlıqlar istehsal edən bir ölkə olmaqla dünya iqti
sadiyyatında bu sahəyə olan təlabatm ödənilməsi
prosesində də iştirak edir. Bu isə beynəlxalq iqtisadi
əməkdaşlığın daha da möhkəmləndirilməsinə təmi
natdır.
İqtisadi inkişaf əhalinin rifahının yaxşılaşdırıl
ması ilə birlikdə sülh, əmin-amanlıq, sabitlik və təh
lükəsizlik kimi strateji məqsədlərə nail olmaq im
kanlarının da reallaşdırılmasına xidmət etməlidir. Bu
gün qarşıda duran ən başlıca vəzifə bundan ibarətdir
ki, həm iqtisadi cəhətdən güclü və qüdrətli, həm də
siyasi cəhətdən müstəqil olan bir dövlət yaradılma
sına nail olunsun.
Azərbaycan Respukblikasmm Prezidenti İlham
Əliyev Nazirlər Kabinetinin 2003-cü il 17 noyabrında
keçirilən iclasdakı çıxışı zamanı ölkəmizin inikişafı-
nm davamlılığını təmin etmək üçün dövlətin və hö
kumətin görəcəyi işlərin istiqamətlərini müəyyənləş
1 Bax: Əli Əhmədov. Müasir Azərbaycanın qurulması.
«Azərbaycan» qəzeti, 12 dekabr, 2009
114
dirdi və göstərdi ki, Azərbaycan iqtisadiyyatının inki
şafı kompleks şəklində təmin olunmalıdır.
2004-cü il fevralın İl-də «Azərbaycan Respub
likası regionlarının sosial - iqtisadi inkişafı dövlət
proqramı» qəbul edilmişdir. Bu proqramda azad sa
hibkarlığın inkişafı başlıca istiqamət kimi qiymətlən
dirilir.
Respublikanın sosial - iqtisadi inkişafı istiqamə
tində atılan addımların ən əhəmiyyətlisi «Azər
baycan Respublikasında sosial - iqtisadi inkişafın
sürətləndirilməsi tədbirləri haqqında» 24 noyabr
2004-ci il fərmanına uyğun olaraq hazırlanmış
«Azərbaycan Respublikasında regionlarının sosial -
iqtisadi inkişafı dövlət proqramı (2004 - 2008-ci
illər)» oldu. Dövlət proqramında Azərbaycanın ayn -
ayrı regionlarının iqtisadi inkişafını təmin etməyin
yolları göstərilmişdir.
Azərbaycan Respublikasının iqtisadi inkişafın
dakı artım günbəgün insanların sosial həyatına və
rifahına öz təsirin göstərir. Bu artım tempinə görə
Azərbaycanın sosial-iqtisadi inkişafım üç əsas mər
hələyə bölmək mümkündür-
Birinci mərhələyə 1994-cü ildən 2000-ci ilədək
olan dövrü daxil etmək olar. Bu mərhələ Azərbay
canda ictimai - siyasi sabitlik dövrünün başlanması
ilə səciyyələnir. İctimai - siyasi sabitlik dövrü res
publikada iqtisadiyyatın ayağa dürmasına imkan ver
mişdir. Odur ki, həmin dövr iqtisadi dirçəliş dövrü
115