Yeni dünyada dövlətçilik məfhumu


Amerikanın hiylə təcrübəsi



Yüklə 297,27 Kb.
səhifə10/11
tarix23.11.2017
ölçüsü297,27 Kb.
#11910
1   2   3   4   5   6   7   8   9   10   11

Amerikanın hiylə təcrübəsi


Doktor Əli Əkbər Vilayəti ilə söhbət

İranla 5+1 ölkələri arasında müzakirələr boyu düşündürücü nöqtələrdən biri budur ki, Cənab Rəhbərin təbirincə, İran siyasi, islami əxlaqa sadiq qalıb. MAQATE-nin rəsmi məruzəsində təsdiqlənib ki, İran hazırkı vaxta qədər bütün öhdəçiliklərini yerinə yetirib. Əksinə, amerikalılar müzakirələr boyu yalan və hiylədən əl çəkməyib. Şəmsi 1394-cü il, fərvərdin ayının ilk günü, Cənab Rəhbər öz bəyanatında Amerikanın hiylələrinə işarə edərək buyurdu: “Ameikanın müqavilə bağlayaq, sonra rəftarlarınıza baxıb sanksiyaları qaldırarıq deməsi onun bir hiyləsidir!” İranın müzakirə aparan heyəti etibarlı və canıyanan insanlardan ibarət olsa da onların düşmənin hiylələrinə diqqətli olması lazımdır. Doktor Əli Əkbər Vilayəti Cənab Rəhbərin beynəlxalq məsələlər üzrə müşaviridir. Hazırkı söhbət Ameikanın müzakirələrdə rəftarları barədə Doktor Vilayətinin fikirlərindən ibarətdir. Doktor Vilayəti Amerikalıların İranla müzakirələrə yeganə seçim olaraq ehtiyaclı olduğunu bildirib. Amerikalı mütəxəssislər də müzakirələrin faydalarından danışır.

Sual: Nə üçün bu gün İranın nüvə texnologiyalarına sahib olmaq istiqamətində hərəkətləri zəruri sayılır?

Doktor Vilayəti: Demək olar ki, bir mövzunu hamı gözəl başa düşür. Dünyanın gələcəkdə ehtiyacına cavab verəcək enerji nüvə enerjisidir. Bu həm ekoloji baxımdan təmiz, həm də tükənməyən bir enerjidir. Fəlsəfi baxımdan tükənməyən demək olmaz. Təbii ki, maddi olan hər bir şey nə zamansa tükənməlidir. Amma praktiki olaraq ötən onillərə baxdıqda nüvə enerjisini istinad olunacaq yeganə enerji olduğunu görürük. Sənayenin inkişafı, ümumi inkişaf nüvə enerjisi ilə şərtlənib.

Nüvə enerjisi iki növdür. Biri nüvənin parçalanması, digəri nüvənin qaynamasıdır. Nüvənin qaynaması enerji istehsalında son mənbədir. Günəş belə bir mənbəyə nümunə göstərilə bilər. Günəşin neçə milyard il verdiyi enerji nüvənin qaynaması vasitəsi ilə yaranır. Gələcək enerji mənbəsi nüvənin qaynamasıdır. Alimlər belə proqnozlaşdırır. Hazırda bu mövzu üzərində iş gedir. Hələlik isə nüvənin parçalanmasından danışmaq olar. Nüvənin parçalanmasının qalıqları çoxdur. Nüvə enerjisindən istifadə edənlər bu qalıqların, nüvə zibilinin dəfn olunması problemi ilə üzləşiblər. Bu qalıq harada dəfn olunarsa 100 illər ondan şüalanma baş verir. Nəticədə xəstəliklər, ekaloji çirklənmə yaranır. Bu səbəbdən nüvə atqıntısını, zibilini bəzən dənizdə dəfn edirlər. Hətta bəzi ölkələr yoxsul Afrika ölkələrinə pul ödəyir, öz nüvə qalığını həmin ölkələrdə dəfn edir. Bu iş həmin ölkələrin əhalisi tərəfindən etirazla qarşılanır. Amma enerjinin qaynamasında atqıntı, zibil çox az miqdardadır. Əgər gələcək barədə düşünsək, bilməliyik ki, gec ya tez mövcud enerji mənbələri tükənəcək. Bundan əlavə hazırkı enerji mənbələri ekologiyaya böyük zərbə vurur. Öncə neft, sonra qaz təbiəti zəhərləyir.

Demək hazırkı enerji mənbələri tükənmək üzrədir. Bu mənbələr həm də ekoloji problem yaradır. Bundan əlavə. Neftdən daha faydalı başqa məqsədlərlə bəhrələnmək olar. Demək biz gələcəyin fikrində olmalıyıq. Öz gələcəyini düşünən xalq, müstəqilliyini qorumaq istəyən ölkə nüvə enerjisinə malik ölkələrin asılılığından qurtarıb nüvə enerjisi istehsal etməlidir.

İran İslam Respublikası bu əsasla nüvə proqramını işə saldı. Onlar da elə bu əsasla müxalifətə başladılar. Çünki İran öz müstəqilliyini qorumaq, biganə ölkələrdən asılı olmamaq istəyir. Başqa ölkələrdən asılılıq ölkəni öz ideallarından əl çəkməyə vadar edir.

Sual: Demək, məqsədləri İranı həm qanuni haqqından, həm də müstəqillikdən məhrum etməkdir?

Doktor Vilayəti: Bəli, belədir. Gözəl bilirlər ki, İran nüvə silahı yaratmaq istəmir. Bu bir bəhanədir. Deyirlər ki, biz sizin nüvə silahı yaradacağınızdan ehtiyatlanırıq. Biz deyirik ki, əgər nüvə silahı yaradılmasından ehtiyatlanırsızsa, Nətənz, Forda, Ərak və digər nüvə mərkəzlərini MAQATE-nin nəzarətinə veririk. Buş və Klinton dövründə bizi müharibə ilə hədələyirdilər. Sonra gördülər ki, hədə-qorxu təsir etmir. Sanksiyalara əl atdılar. Gördülər ki, sanksiyalar da təsirsiz qaldı. Doğrudur ki, sanksiyalar çətinlik yaradıb. Amma sanksiyalar qarşısında müqavimət göstərdiyimizi görürlər. Beləcə, yeganə yolları müzakirədir.

Sual: Cənab Rəhbər İmam Rizanın (ə) hərəmindəki çıxışında buyurdu ki, Amerikalılar İranla danışıqlara ehtiyaclıdır. Bunu necə əsaslandırmaq olar?

Doktor Vilayəti: Onların müzakirəyə ehtiyaclı olmasının sübutu budur ki, başqa çıxış yolları yoxdur. Bütün yolları sınaqdan keçiriblər, istəklərinə çata bilməyiblər. Müharibə ilə hədələyirdilər. Nə üçün addım atmadılar? Çünki, İraq, Əfqanıstanda bunu təcrübədən keçiriblər. Bir məntəqəyə müdaxilə etməyin ağır xərcləri var. İraq xalqına böyük zərbə vursalar da özləri də zərbə aldılar. Nəhayət geri çəkilməyə məcbur oldular. Bu təcrübə ilə yanaşı nəzərə alanda ki, İran İraq və Əfqanıstandan iqtidarlıdır, başa düşürlər ki, İranla hərbi dildə danışmaq olmaz. Onlar belə düşündükləri üçün məsələnin hərbi yolla həllindən vaz keçdilər. İran İslam Respublikası göstərdi ki, özünü müdafiə etmək gücündədir. Fərqi yoxdur ki, onun qarşısında dayanan Amerikadır, yoxsa başqa ölkə. Biz sübut etmişik ki, heç bir halda təzyiqlərə, sanksiyalara baş əyməyəcəyik. Demək, yeganə çıxış yolu müzakirələrdir. Bu da var ki, müzakirələrdə öz məqsədlərinə çatmaq üçün hiylə və yalana əl atırlar.

Çalışırlar ki, bizi müzakirələrə çəksinlər, sonra desinlər ki, siz müəyyən mövzularda güzəştə getsəniz, müəyyən imtiyazlar alarsınız. Biz güzəştə getdikdə imtiyaz vermirlər. Başqa bir bəhanə tapırlar. Onlar diplomatiyada addım-addım irəli gedir, məntəqə ölkələri və böyük dövlətlərə münasibətdə bu üsulla məqsədə çatırlar. Bu məqsədlə 5+1 yaratdılar. BMT təhlükəsizlik şurasında veto hüququ olan dövlətləri bir yerə topladılar. Bu yolla öz mövqelərini möhkəmləndirməyə çalışdılar. İndi İranla müzakirələrdə qarşı tərəf çoxluğa malikdir.

Bəzən belə bir görüntü yaradırlar ki, onlarla razılığa gəlsək onlar başqa ölkələri də razı salacaqlar. Onlarla müəyyən mövzuda razılığa gəldikdə növbəti addımda vədlərinə əməl etmirlər və bəhanə gətirirlər ki, öz müttəfiqlərini razı sala bilmirlər. Bu halla dəfələrlə üzləşmişik.

Sual: Nümunələr göstərə bilərsinizmi?

Doktor Vilayəti: Məsələn Fransa Amerika ilə müxtəlif mövzularda həmfikir olsa da, Amerika İranla müəyyən məsələdə razılığa gəldikdə sonda Fransanın xarici işlər naziri deyir ki, biz bunu qəbul etmirik. Bu nöqtəyə qədər əldə olunmuş bütün razılıqları Fransanın xarici işlər naziri gücdən salır. Bu qarışdırıcılıq Amerikanın daxilinə də sirayət edib. Bir də görürsən Amerika senatorları məktub yazıb, deyirlər ki, ABŞ prezidentinin qərarlarını qəbul etmirik. Amerika Xarici İşlər Naziri isə bunun boş söz olduğunu, dövlətin öz işini görəcəyini söyləyir.

Sual: Bu da maraqlı mövzudur və əvvəllər müşahidə edilməyib. Bunu necə izah edirsiniz?

Doktor Vilayəti: Bir təhlil budur ki, (Amerika daxilində dünyanı aldatmaq üşün) zərgər müharibəsi gedir. Başqa bir təhlilə görə Amerika daxilində ixtilaflar var. Respublikaçılarla demokratlar, başqa təbirlə desək, konqresdə iqtidar sahibləri ilə dövlət arasında ziddiyyətlər mövcuddur. Amma özünü super güc adlandıran dövlətdə xarici işlər naziri müzakirə apardığı zaman çətinə düşdükdə, ölkəsində sionist lobbinin müxalifətçiliyini bəhanə göstərməməlidir. Həqiqətən də belə bir müxalifətçilik ola bilər. Amma bizim xarici ölkələr o cümlədən Amerika ilə bağlı təcrübələrimizdən görünür ki, əgər bir partiya hakimiyyətə gəlirsə, həm milli mənafeləri, həm partiya mənafelərini nəzərə alır. Çünki qarşıdakı mərhələdə partiyanın nailiyyətləri onun nümayəndəsinə səs qazandırır. Bu əsasla müxalif partiya öz rəqibini səhnədən çıxarmaq üçün müxtəlif işlər görə bilər. Bu onun üçün qarşıdakı seçkilərdə imtiyaz olar. Amma özü hakimiyyətə gəldikdə əvvəlki dövlətin siyasətini davam etdirir. Təcrübədə görünüb ki, Amerikada hansı partiyanın iş başına gəlməsindən asılı olmayaraq xarici siyasətdə dəyişiklik baş vermir. İranın nüvə proqramları ilə bağlı müzakirələrdə Amerikanın atdığı addımlar tarixdə təkrarsız addımlardır. Xarici siyasətdə belə parçalanma müşahidə olunmayıb. Hakimiyyətdə respublikaçıların və ya demokratların olmasından asılı olmayaraq qərar çıxaran pərdə arxasındakı müştərək qüvvələrdir. Belə deyil ki, hakimiyyətdə olan partiya müqavilə imzalasın. Sonra hakimiyyətə gələn partiya bu müqavilədən imtina etsin. Viyetnam müharibəsi, sionist rejimin dəstəklənməsi, regionun mürtəce dövlətləri ilə əlaqələr, Avropa ilə münasibətlər, Çin və Rusiya ilə münasibətlər, İranın nüvə proqramı mövzusu Amerika xarici siyasətində istiqaməti təyin olunmuş mövzulardır. Bu siyasətlərin dəyişəcəyi gözlənilmir.

Cənab Rəhbərin buyurduğu kimi demokrat Klintondan başlamış respublikaçı Buşa qədər siyasətlər dəyişməyib. İrana münasibətdə eyni siyasət yürüdülüb. Demokrat Obama da əvvəlki siyasəti davam etdirir. Qarşıdakı seçkilərdə respublikaçıların və ya demokratların hakimiyyətə gəlməsindən asılı olaraq xarici siyasətin dəyişməsi ehtimalı yoxdur. Buna görə deyə bilərik ki, yuxarıdakı iki yanaşma həqiqətin bir hissəsini əks etdirir. Yəni hər iki yanaşmanı düzgün saymaq olar. Amma hansısa yanaşmaya tam haqq qazandırmaq mümkün deyil. Baş verən hadisələr doğrudan da müəyyən həddə zərgər müharibəsidir. Bu hadisələrdə həm də partiya maraqları özünü göstərir. Qeyd etdiyim kimi, Amerikanın milli mənafeləri tələb edir ki, İranla müzakirə aparılsın. Hərbi hədə-qorxunu həm respublikaçılar, həm də demokratlar təcrübədən çıxarıb. Daim təkrarlayırlar ki, hərbi variant miz üzərindədir. Amma öz şərhçiləri qeyd edirlər ki, İranla müharibə Amerikanın xeyrinə deyil. Onlar İranla müharibəyə cürət etmirlər. Bilirlər ki, İranla müharibəyə başlasalar regionda təkrarsız bir böhranla üzləşəcəklər. Kimsə belə bir müdaxilənin nəticəsini proqnozlaşdıra bilməz. Amerika siyasətçiləri bu addımın Amerikanın xeyrinə olmadığını düşünürlər. Bu əsasla müttəfiqləri də Amerikanın İrana qarşı hədə-qorxularını ciddi qəbul etmir. Beləcə, yeganə yol olaraq müzakirələr gündəmdə qalır.

Sual: Amma İran hər zaman xarici siyasətdə vahid kurs izlədiyini nümayiş etdirib?

Doktor Vilayəti: Bizim öhdəmizdə olan budur ki, dünyaya diplomatik müzakirələr tərəfdarı olduğumuzu göstərək. Biz öz haqqımızın sübutu üçün zor yox, məntiqə əsaslanırıq. Sual veririk ki, nüvə silahının yayılmaması barədə beynəlxalq öhdəçiliyi imzalayan ölkənin nüvə enerjisindən sülhməramlı istifadəsi onun haqqı deyilmi? Biz bu öhdəçiliyi imzalamışıq, başqa ölkələr kimi MAQATE-nin nəzarətini qəbul edirik. Bütün öhdəçiliklərimizə əməl edirik, hətta parlamentin qəbul etmədiyi bir protokola müəyyən müddətdə sədaqətli qalmışıq. Bu addımla dünyaya göstərmək istəmişik ki, nüvə problemini sülh yolu ilə həll etmək istəyirik. Rəsmi öhdəçiliklərdən də artıq işlər görmüşük. Demək, Amerikanın müzakirədən başqa yolu qalmır. Amma biz diqqətli olmasaq, beynəlxalq bir yalanın qurbanı ola bilərik. Müqavilə bağlayarlar, onun əksinə addım atarlar. Bəhanə göstərələr ki, Amerikanın daxilində müxalifətçiliklər güclüdür, təzyiqlər var. Xarici təzyiqləri də bəhanə göstərə bilərlər. Sionist rejim başçısı deyir ki, İranla razılaşma imzalanmamalıdır. Bir ərəb ölkəsi həddini aşaraq bu müzakirəyə qarşı çıxır. İşi pozmaq üçün bir siyasi bəhanə lazımdır. Amerika təcrübədə göstərib ki, öz iradəsini belə ölkələrə qəbul etdirə bilir. İran və Rusiyaya zərbə vurmaq üçün neftin qiymətinin aşağı endirilməsi buna sübutdur. Neftin qiyməti Amerikanın istəyi ilə aşağı salınıb. Həmd olsun Allaha ki, İran bu maneəni də aşdı. Rusiya da özünə bir yol tapıb. Söz budur ki, Amerika istəyəndə məntəqə ölkələrini razı sala bilir. Neftin qiymətinin aşağı salınması bir nümunədir.

Sual: Cənab Rəhbər xibrə məclisi üzvləri ilə görüşdə buyurdu ki, 47 senatorun imzaladığı məktub Amerikadı siyasi əxlaqın süqutunu göstərdi. Bu məktub doğrudan da Amerika siyasətində böhrandır, yoxsa zərgər müharibəsi aparırlar?

Doktor Vilayəti: Olsun ki, bu məktubla 300-dən artıq məclis nümayəndəsinin imzaladığı məktub arasında fərq var. Çünki məktubun tonu və məzmunu bir qədər yumşaqdır. Demək istəyirəm ki, senatorlar məktub yazanda və İranın müzakirə komandası buna etiraz edəndə qarşı tərəfin tonu mülayimləşir. Amma istiqamət həmin istiqamətdir. İranın etiraz etdiyi görəndə, ikili siyasətə görə ittiham olunanda tonlarını mülayimləşdirib dövləti himayə edirlər. Bəli, Cənab Rəhbət buyurdu ki, bu məktub Amerikada siyasi əxlaqın süqutunu göstərir. Müzakirələr stolu arxasında əyləşmiş xarici işlər naziri təkcə icra aparatını təmsil etmir. O bütün dövlətin nümayəndəsidir. Amerikada nümayəndələr müzakirələrə qarışmamalıdır. Necə ki, bizdə Xarici İşlər Naziri danışıqlar aparır və parlament buna müdaxilə etmir. Demək, icra aparatı və xarici işlər naziri dövləti təmsil edir.

Digər tərəfdən, ABŞ prezidenti nüvə bombardımanı, bir məntəqənin işğalı, kimyəvi hücum və digər cinayətkar addımlar üçün əmr verə bilirsə demək onun səlahiyyətləri genişdir. Tarixdə çox görmüşük ki, ABŞ prezidenti tam ixtiyar sahibidir. Az ölkələrdə prezidentin bu qədər səlahiyyəti var. Prezidentin büdcə layihəsi nümayəndələr tərəfindən təsdiq olunmayanda prezident nümayəndələrin qərarına veto qoya bilir. Özü nə istəyirsə, onu da edə bilir. Bu Amerikada belədir.

Əgər xarici işlər naziri müzakirələrə qatılıbsa, dünyada qəbul olunmuş qanuna əsasən o dövləti təmsil edir. Kiminsə ölkə daxilindən buna qarşı çıxması və müzakirə aparan tərəfin bu müxalifətçiliyi bəhanə göstərməsi Amerikanın hiylələrindəndir.

Müzakirələrdə bir vaxt elə şərait yarandı ki, müzakirələrin sonuna bir neçə saat qalmış Xarici İşlər Naziri paytaxtla əlaqə saxladığını və təklifinin qəbul olunmadığını söylədi. Hansı ki, Amerikanın müttəfiqləri də düşünürdü ki, artıq razılaşma imzalanır. Beləcə müzakirələrin müddətini beş-altı ay uzadırdılar. Cenevrə müzakirələri buna bir misaldır. Amerikanın müttəfiqləri də razılaşmanı imzalamaq istəyirdilər. Bu vaxt Amerika Xarici İşlər Naziri Vaşinqtonu qane edə bilmədiyini söylədi. Beləcə müzakirələr daha 5-6 ay uzandı. Bu gedişatda heç bir məntiq yoxdur. Əgər sənin səlahiyyətin yoxdursa nə üçün müzakirələrə qoşulmusan? Amerika kimi bir ölkənin belə iddia ilə çıxışı ciddi deyil. Necə olur ki, bizim Xarici İşlər Naziri müzakirə aparır və öhdəçiliklərinə əməl edir. Amma Amerikanın Xarici İşlər Naziri öhdəçiliyinə əməl etmək gücündə deyil.

Sual: Cenevrədən öncə də Amerikanın belə rəftarları müşahidə olunubmu?

Doktor Vilayəti: Müzakirələrdən qabaq məntəqə ölkələrindən biri vasitəçi olaraq müraciət etdi. Bildirildi ki, Amerika tərəfi müsbət addımlar atmaq istəyir. Bu vasitəçiyə inanırıq və bilirdik ki, Amerikanın sözlərini olduğu kimi çatdırır. Burada bir nöqtəyə diqqət yetirmək lazımdır. Əgər Amerika dolayı yolla vasitəçi göndərib müzakirə təklif edirsə, Cənab Rəhbərin buyurduğu kimi, bu müzakirələrə ehtiyaclıdır.

Digər tərəfdən, onlar həmin vasitəçi ilə bildirmişdilər ki, İranın nüvə enerjisi haqqını rəsmi tanımağa hazırdılar. Amma müzakirələr başlayanda başqa söz dedilər. Bütün bunlar Amerikanın hiylədən əl çəkmədiyini göstərir.

Sual: Bu hiylə nədən ibarətdir? Bu müzakirələrdə onu təcrübədən keçirmişikmi?

Doktor Vilayəti: Hiylə mövzunu külli və cüzi olaraq iki hissədən ibarətdir. Deyirlər ki, siz əvvəlcə öhdəçiliklərinizə əməl edin, biz bunu dəyərləndirək. Əgər siz düzgün əməl etsəniz biz tədricən sanksiyaları aradan qaldırarıq. Əvvəllər də bu addımı atıblar. Dedilər ki, uranın zənginləşdirilməsini bir müddət saxlayın, sonra daha artıq tələblər irəli sürdülər. Bu minvalla iki ildən artıq ötdü. Biz onlarla razılaşmaya getdik. Amma onların tədricən tələbləri artırdığına şahid olduq. Hətta uzaq mənzilli raketlərin ləğvini tələb etdilər. Sonra Brüsseldə, NATO qərargahında bizim raketlər mövzusu müzakirəyə çıxarıldı. Dedilər ki, siz Avropada İsraili hədəfə almısınız. Söhbət raketlərdən gedəndə insan haqları mövzusunu ortaya qoydular. Zərrəcə şübhə etmirəm ki, biz nüvə məsələsində güzəştə getsək onlar keçmişdə olduğu kimi yeni mövzular ortaya atacaq.

Bəzi bitərəf vasitəçilər ədalətli mühakimə aparmaq istədilər. Onlar dedilər ki, siz qısa müddətə onların tələblərini yerinə yetirin. Amma təcrübə göstərdi ki, biz geri çəkildikcə onlar yeni mövzular ortaya atır. İndi də belədir. Bu sadəcə bir nəzəriyyə deyil. Onların məntiqi budur. Təzyiqin təsirli olduğunu görəndə onu gücləndirirlər. Nüvə ardınca raket mövzusunu, sonra insan haqları mövzusunu müzakirəyə çıxarırlar. Deyirlər ki, nə üçün Bəhailərə azadlıq vermirsiniz? Bəhailərə azadlıq vermək o deməkdir ki, onlar rahat şəkildə Sionist rejimə casusluq etsinlər. Bəhailərin Sionist rejimlə əlaqələri kimsəyə gizli deyil. Onların mərkəzi işğal olunmuş ərazilərdə yerləşir. Bəzən də ölkəmizdə şəriət hökmlərinin icrasına etiraz edirlər.

Ötən söhbətlərdən belə bir nəticə alırıq ki, razılaşma balanslı olmalıdır. Belə olmaz ki, biz fəaliyyətləri dayandıraq amma sanksiyalar yerində qalsın. Biz öhdəçiliklərimizə əməl etdiyimiz kimi onlar da öz öhdəçiliklərinə əməl etməlidirlər. Hərbçilərin dili ilə desək konkret gün və konkret saatda hər iki tərəf öhdəçiliyə əməl etməlidir. Necə ki, biz İraqla eyni gün və eyni saatda atəşkəsin icrasına başladıq. Nüvə müzakirələrində də eyni cür rəftar edilməlidir. Onlar deyirlər ki, əgər öhdəçiliyinizə əməl etməsəniz biz sanksiyaları yenidən işə salacağıq. Biz də deyirik ki, əgər siz sanksiyaları işə salsanız biz nüvə fəaliyyətlərini əvvəlki səviyyəsinə qaytaracağıq. Onlar bu yanaşmaya qarşıdır. Sanksiyaların yenidən qüvvəyə minməsi üçün yol saxlamaq istəyirlər. Bizimsə fəaliyyətlərimizi birdəfəlik dayandırmağa çalışırlar. Amma biz yalnız hər iki tərəfin öhdəçiliyə eyni şəkildə əməl etməsini istəyirik.

Sual: Cənab Rəhbər öz söhbətində qarşı tərəfin məntiqsiz hərəkət etdiyini söylədi. Qarşı tərəfin məntiqsiz hərəkətlərinə başqa nümunələr varmı?

Doktor Vilayəti: Bəli, doktor Müsəddiqin dövründə Amerikanın prezidenti Trümen idi. Edvard Açson (Acheson) xarici işlər naziri postunda idi. Onlar doktor Müsəddiqə söz verdilər ki, İran neftinə qadağa kompaniyasında iştirak etməyəcəklər. Əgər İngilislər qadağa qoysa, onlar İrandan neft alacaqlar. Sonra seçkilər oldu və Eyzenhauer hakimiyyətə geldi. O doktor Müsəddiqə verilən vədi pozdu və Britaniya ilə birlikdə əl-ələ verərək 28 mordad çevrilişində iştirak etdi. İrana münasibətdə Amerikanın belə rəftarlarına tarixi dəlillər çoxdur.

Sual: Nə üçün Cənab Rəhbər bir neçə dəfə təkrarladı ki, İran yalnız nüvə mövzusunu müzakirə edir?

Doktor Vilayəti: Çünki İran və Amerikanın regiondakı məqsədləri fərqlidir. İran region ölkələrində xalq hakimiyyətinin qurulmasını istəyir. Amerika isə orta əsrlərə məxsus diktatorlarla həmkarlığa üstünlük verir. O İŞİD kimi terrorçu qrupu himayə edir. Əslində İŞİD-i yaradan Amerikadır. Onlar regionda gərginlik yaratmağa çalışırlar. Qarşılarına məqsəd qoyublar ki, məntəqə ölkələrini parçalasınlar. Amerikanın Liviyaya müdaxiləsi səbəb oldu ki, bu ölkədə hakimiyyətsizlik yaransın. Bu işi Yəməndə də həyata keçirmək istəyirlər. Əvvəllər Somalidə belə bir iş görüblər. Somalidə mərkəzi hökuməti parçalayan Amerika oldu. Bu gün həmin ölkə dəniz quldurlarının nəzarəti altındadır. Ölkəyə ayrı-ayrı qəbilələr nəzarət edir. Amerika öz siyasətlərini həyata keçirtmək üçün məntəqədə iqtidarlı ölkə olmamasını münasib sayır. İranın isə istəkləri buna qarşıdır. Biz Amerika ilə müzakirə aparsaq da regional maraqlarımız tam fərqlidir.

Amerika regionda demokratik dövlətlərin qurulmasını istəmir. Ümumiyyətlə, regionda müstəqil ölkənin olması İsrail və Amerikanın marağında deyil. Bu məqsədlə Əfqanıstanda Talibanı səhnəyə gətirdilər. Xanım Buto BBC-yə müsahibəsində demişdi ki, ABŞ, Ərəbistan, Britanya və Pakistan əl-ələ verərək taliban hökumətini yaradıblar. Bu gün xanım Klinton öz kitabında yazır ki, İŞİD onların layihəsidir. İnsan haqlarından dəm vuran hökumət vəhşicəsinə günahsız insanları qətliam edən qruplar yaradır. İŞİD muzdurları yaralandığı zaman onları işğalçı rejimin xəstəxanalarında müalicə edirlər. Digər tərəfdən Amerikanın məntəqədəki əsas məqsədlərindən biri sionist rejimin rəsmi tanınmasıdır. Hansı ki, İran İslam Respublikası Fələstinin azadlığı yolunda çalışır. İraqda, Suriyada xalq hökumətinin qurulmasını istəyirik. Hizbullahın himayəsi də belə məqsəd daşıyır. Bütün bunlar Amerikanın məqsədlərinə ziddir. Bizim müştərək regional hədəfimiz yoxdur. Onlar çalışırlar ki, İranı məntəqənin inqilabi qüvvələrinin gözündən salsınlar. Belə bir məqsəd izləyirlər.

Bizim məqsədimiz budur ki, İslam məmləkətləri iqtidarlı, müstəqil olsunlar. Onların öz mənafelərini müdafiə etmək gücündə olmalarını arzulayırıq. Lazım gələndə əl-ələ verib İslam ümmətinin mənafelərinin keşiyində dayansınlar. Bu istəklər Amerikanın istəklərinə ziddir. Deyirlər ki, İranla regional mövzuları müzakirə etmək istəyirlər. Amma bu işdə heç bir xoş niyyətləri yoxdur. Sadəcə İranı hörmətdən salmaq istəyirlər. OSLO müqaviləsini Fələstin Azadlıq Təşkilatına qəbul etdirməklə bu təşkilatı gözdən saldılar. İndi bu işi İrana münasibətdə həyata keçirmək istəyirlər.

Sual: Bu gün Amerika və bəzi məntəqə ölkələrinin himayəsi ilə Yəmən hava hücumuna məruz qalır. Buna münasibətiniz necədir?

Doktor Vilayəti: Yəmənlə bağlı iki ümumi nöqtəni yada salmaq istəyirəm: Əvvəla, şəmsi 1389-cu il bəhmən ayında Cənab Rəhbər cümə namazı xütbəsində məntəqədə yeni İslam oyanışı hərəkatından danışdı. Həmin bəyanatdan sonra məntəqədə böyük hadisələr baş verib. Ümumiləşdirdikdə hadisələr məntəqə ölkələrinin xeyirinədir. Əlbəttə ki, dağıdıcı və ürək ağrıdan hadisələr də baş verib.

Ümidverici hadisələrdən biri Yəmən xalqının inqilabı idi. İslam oyanışı dalğasında bu ən ümidverici hadisə idi. Yəmən inqilabı İslam dəyərləri üzərində qurulub. Bu inqilabda xalq iştirak edir. Ölkədə ümumi İslam hərəkatı üçün zəminə var. Bir amil bu hərəkatın İslam hərəkatı olmasıdır. Onun yəmənlilərin qəlbində kökü var. Digər tərəfdən hərəkat xalq hərəkatıdır. Üçüncüsü, bütün şiə və sünni alimləri bu hərəkatı himayə edir. Dördüncüsü, inqilabçılar və xalqın ixtiyarında böyük müdafiə imkanları var. Beşincisi, bütün ölkə ərazisində, şimaldan başlamış cənuba qədər, mərkəz də daxil olmaqla partiyalar arasında ittifaqın olmasıdır. Elə buna görə də Yəmənin istefa vermiş prezidenti biganələrin himayəsinə baxmayaraq postunda qala bilmədi. Nəhayət ölkədən qaçmağa, biganələrə sığınmağa məcbur oldu. İkinci ümumi nöqtə budur ki, məntəqə ölkələrinin iradəsinə zidd olan ssenarilər məğlubiyyətə məhkumdur. Bu gün ABŞ, onun ərəb müttəfiqləri və sionist rejimin müştərək ssenariləri Yəməndə təkrarlanır. Bu ssenari Livanda, Qəzzədə, Suriyada, İraqda özünü doğrultmayıb. Yəməndə də onun məğlubiyyəti qaçılmazdır. Amerikanın hədiyyəsi olan təyyarələrlə günahsız xalqı bombalayanlar bu xalqla üz-üzə döyüşmək cürətinə malik olmayanlardır. Bir neçə ərəb ölkəsinin başqa ölkələrin psixoloji dəstəyi ilə Yəməni bombalaması onların məqsədə çatmasına kömək etməyəcək. Yəmənə hücum edənlər strateji səhvə yol verib. Onların məğlubiyyəti labüddür. Şüşə otaqda oturanlar qarşıdakı rəqibə daş atmır.

Yəməndə infrastrukturların bombalanması maadi baxımdan böyük zərbədir. Bu alov onu şölələndirənləri yaxalayacaq. Nəhayət peşiman olacaqlar. Onlara tövsiyə olunur ki, nə qədər gec deyil bu işdən əl çəksinlər. Yəmən xalqının qəzəb alovu onları bürüməmiş geri çəkilsinlər.



Yüklə 297,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə