Yeni dünyada dövlətçilik məfhumu


Ayətullah Xamenei: Dünyanın gerçəklikləri və ABŞ-ın istəkləri



Yüklə 297,27 Kb.
səhifə2/11
tarix23.11.2017
ölçüsü297,27 Kb.
#11910
1   2   3   4   5   6   7   8   9   10   11

Ayətullah Xamenei: Dünyanın gerçəklikləri və ABŞ-ın istəkləri...


Doktor Seyid Məhəmməd Mərəndi ilə söhbət

Doktor Seyid Məhəmməd Mərəndi Tehran Universitetinin beynəlxalq araşdırmalar institutunun rəisidir. Bu müsahibədə ABŞ-ın beynəlxalq konfliktlərdə yol verdiyi səhvlər, dünyada Qərbin planlarının gerçəkləşməməsi səbəbləri təhlil edilir.

Sual:

Cənab Rəhbər 1 fərvərdində baş tutmuş çıxışında buyurdu: "Dünyanın gerçəklikləri ABŞ-ın istəklərinə uyğun həyata keçmir." Ayətullah Xamenei bu mövzuda nümunələr də göstərdi. Fələstin, Suriya, İraq, Əfqanıstan, Pakistan,eləcə də İranda baş verən hadisələr misal çəkildi. Şəmsi 1392-si ildə (ötən il) İranda baş vermiş iki hadisə yada salındı: prezident seçkiləri və 22 Bəhmən nümayişləri. Nə üçün bu hadisələrdə ABŞ və müttəfiqlərinin istəkləri həyata keçmir?



Doktor Seyid Məhəmməd Mərəndi:

Əgər İraqla 8 il uzanmış müharibəni yada salsaq mövzu bir qədər aydınlaşar. 1363-cü ildə (30 il öncə) Tehranda cümə namazında partlayış həyata keçirildi, eləcə də Tehran bombalandı. Ayətullah Xameneinin imaməti ilə qılınan cümə namazında 14 nəfər şəhid oldu. Bomba partlayışı zamanı mən Tehran Universitetinin həyətində çəmənlikdə oturmuşdum. Xatırlayıram ki, növbəti həftə namaza gələnlərin sayı qat-qat artıq idi. Təhlükə artsa da, namazda iştirak edənlər əvvəlkindən çox idi.

Nə üçün belə olmuşdu? Çünki xalq dinə, məmləkətə, dövlətə, dəyərlərə qarşı təhlükənin artdığını hiss etmişdilər. Meydana daha böyük izdihamla çıxmağa qərar verilmişdi.

Düşünürəm ki, son hadisələrdə də xalqın reaksiyası eyni olub. 22 Bəhmən nümayişlərindən qabaq ABŞ təhqiramiz rəftarlara yol vermişdi. Xalq gördü ki, İran yeni münasibət ortaya qoysa da ABŞ-ın rəftarı dəyişməyib. Nümyaiş vaxtı yaxınlaşdıqca ABŞ ədəbsizləşirdi. Bu rəftar xalqa öz təsirini göstərdi.

Sual:

Qərb informasiya vasitələri çalışır ki, ictimai rəyə təsir göstərsin. Nə üçün ABŞ və müttəfiqləri bu sahədə uğur qazana bilmir?



Doktor Seyid Məhəmməd Mərəndi:

ABŞ təkcə İrana qarşı hesablamalarında yanılmayıb. Bir çox ölkələrə münasibətdə hesablamalar yanlışdır. Bunun səbəbi ölkələrindəki mütəxəssislərin İran mövzusuna xüsusi bir şəkildə yanaşmasıdır. ABŞ-da iranşünaslar bir neçə qrupdur. Bir qrupu Amerikada yaşayan iranlılardır. Başqa bir qrup valideyni İranda yaşamış insanlardır. Adı iranlı olan belələri heç fars dilini bilmir. Bir qrup da sırf amerikalılardan ibarətdir. Onlar heç vaxt İranda olmayıblar. Bu qruplar informasiya vasitələrinə təsirlidirlər. Onlar İranı olduğu kimi yox, öz istədikləri kimi tanıtdırırlar. Bu səbəblərə görə ABŞ və Qərbin İran haqqındakı hesablamaları həqiqətdən uzaqdır.

Sual:

Əgər onlar hesablamalardakı səhvi görürlərsə nə üçün əvvəlki yolu davam etdirirlər?



Doktor Seyid Məhəmməd Mərəndi:

Qərb dövlət rəsmiləri reallıq yox, kimlərinsə subyektiv rəyləri əsasında qərar çıxarırlar. Bir növ İranla bağlı reallığı qəbul etmək istəmirlər. Onlar həqiqiəti görür və onu görməzliyə vururlar. Onlar daha çox görmək istədiklərini "görürlər". Bu baxışla son 35 ildə öz səhvlərini təkrarlayırlar. Maraqlıdır ki, həm də səhvlərini etiraf edirlər. Onlar şahiddirlər ki, 22 Bəhməndə hər il xalq meydanlara çıxıb dövlətə dəstəyini nümayiş etdirir. Yenə də deyirlər ki, meydandakı xalq deyil. Seçkiləri qeyri-demokratik adlandırırlar. İranşünas mütəxəssislərin hesablamaları özünü doğrultmasa da onlar araşdırma, beyin mərkəzlərində oturmaqdadır. Çünki onlar ABŞ rəhbərlərinin istəyinə uyğun hesablama hazırlayırlar.

Sual:

ABŞ digər ölkələrə də eyni münasibət göstərir?



Doktor Seyid Məhəmməd Mərəndi:

Bəli, belədir. Onlar bizim məntəqədəki gerçəkliyi dərk etmirlər. Düşünürəm ki, "İslam Oyanışı" "Ərəb Baharından" fərləndirilməlidir. Əgər İslam oyanışına ərəb baharı kimi baxsaq, onda prosesin başa çatdığını düşünməliyik. Amma İslam Oyanışı bu gün da qaynamaqda olan bir hərəkatdır. Qərbdə mötəbər mənbələrin fikri budur ki, İranın özündə xalqın 70 faizindən çoxu kimliyini hər şeydən çox müsəlmanlıqd görür. Yəni bizim kimliyimizdə ilk faktor İslamdır. Bu mənbələr Misirdə də eyni vəziyyətin olduğunu açıqlayır. Misirdə də əhalinin 70 faizindən çoxu özünü müsəlman olaraq təqdim edir. Bu rəy sorğuları Amerikanın Merilend Universitetinin World Public Opinion sorğu mərkəzinin məlumatlarıdır.

Misirə baxdıqda görürük ki, meydanda Mursiyə qarşı olanlar da, onun tərəfdarları da özünü müsəlman sayır. Hər cəbhədə hicablı qadınlar var. Hər iki cəbhə ABŞ-ı düşmən sayır. Mursinin müxalifləri onu ABŞ-ın adamı sayır. Tərəfdarlar isə müxalifləri Amerikanın əlaltısı hesab edir. Aydın olur ki, Misir inqilabında büdrəmələr olsa da oyanış davam edir. Cənab Rəhbər o zamankı cümə namazı xütbəsində ifratçılıq, məzhəb ayrıseçkiliyi, tayfabazlıq kimi təhlükələrlə bağlı xəbərdarlıq etdi. Belə görünür ki, həmin amillər Misir inqilabının məğlubiyyətinə səbəb oldu.

İslam Oyanışı ona görə davam edir ki, məntəqə xalqları özünü müsəlman hesab edir. Onlar cəmiyyətdə İslamın aparıcı rol ifa etməsini istəyirlər. İslamı qəbul edənlər ictimai münasibətlərdə də dini prinsipləri qəbul edirlər. Təbii ki məntəqədə qərbpərəst azlıq da var. Amma söz sahibi müsəlmanlardır.

Regionda problemlər o zaman dərinləşdi ki, ABŞ və Qərb vəhaibələrə, ifratçılara meydan verdi. Məzhəb, tayfa ixtilafları qızışdırıldı. Suriyada bu layihə üzərində işləyirlər. Amma düşünmədilər ki, ifratçılığı idarə etmək mümkün deyil. Bu ifratçılıq sünnə əhli, təkfirçilərin özünə zərbə oldu. Bu gün Misirdə xalq ifratçılarla vuruşur.

Sual:


Təkfirçilik Qərbə də zərbə ola bilərmi?

Doktor Seyid Məhəmməd Mərəndi:

Şübhəsiz! Təkfirçilik Qərb üçün ən böyük təhlükədir. Bu arada ən böyük zərərə düşən Qərb olacaq. Sərvət və güc Qərbin əlində olduğundan məhz onlar ifratçılığa hədəfə çevriləcək. Qərb özünə çox pis müttəfiq seçdi. "Ərəb Qışı" Qərbin mənafeləri üçün böyük təhlükə ola bilər. Artıq bu təhlükəni görürlər. Bu da onların yanlış hesablamalarının nəticələrindəndir.

Sual:


Qərbin regiondakı strategiyalarından biri ictimai fikri həqiqətdən yayındırmaq üçün məcazi fəzalar yaratmaqdır. Sizcə, onların Suriya və digər ölkələrdəki ssenariləri nə qədər uğurlu olub?

Doktor Seyid Məhəmməd Mərəndi:

Mən Qərb mətbuatı ilə sıx əlaqədəyəm, hətta bəzi müxbirlərlə saatlarla söhbətim olur. Şəbəkə rəhbərləri etiraf edir ki, bu gün həqiqəti demək gücündə deyillər. Onlar öz işində, postunda qalmaq üçün qırmızı xətləri gözləyirlər. Açıq deyirlər ki, böyük siyasətin tələbləri çərçivəsində işləməyə məcburdurlar.

Qərb mətbuatının vəzifəsi Suriyada xalqı hökumətə qarşı qaldırmaqdır. Suriya hökumətinin zəif nöqtəlir olsa da İran bu fikirdədir ki, bu hökumətə qarşı olanlar demokratiya yox, başqa məqsədlər ardıncadır. Ərəbistan kimi ölkələrin demokratiyaya dözümü yoxdur. Elə ABŞ da Misirdə demokratiya istəmir. Bəşar Əsəd Bin Əli və Mübarəkdən fərqli olaraq xalqın dəstəyinə malikdir. İran Suriya böhranının siyasi həlli üçün çalışırdı. Amma Qərb imkan vermədi. Onlar bəz məntəqə ölkələri ilə əl-ələ verib istənilən yolla Bəşar Əsədi devirməyə qərar verdilər.

Qərb mətbuatı ilk addımda Suriyada ifratçıların varlığını inkar edirdi. Dəməşq və Hələb kimi böyük şəhərlərdə intihar əməliyyatları baş verəndə Qərb və müxaliflər bunu Əsəd hökumətinin ayağına yazmaq istəyirdi. İfratçıların, Əl-Qaidənin cinayətlərini təsdiq edən videomateriallar yayılanda belə bunu etiraf etmək istəmirdilər. O qədər susdular ki, ifratçılıq əjdahası onların öz mənafelərinə caynaq atdı. İndi İranın mövqeyinə yaxın mövqedən çıxış edirlər.

Sual:


Ukrayna, Krım böhranında Qərb uğur qazana bildimi?

Doktor Seyid Məhəmməd Mərəndi:

Amerika narahatdır ki, Asiyada iqtidar mərkəzləri yaranır və güclənir. Avropanın ağlına gəlmirdi ki, Rusiya Ukraynaya hərbi müdaxilə edib, Krımı nəzarətə götürəcək. Qərb Rusiyanın bu addımları qarşısında heç bir iş görə bilmədi. Biz bu münaqişədə kiməsə haqq vermirik. Fakt odur ki, Qərbin zəifliyi sübuta yetdi.

Sual:


Qərbin uğursuzluğunda yanlış hesablamlardan əlavə nə kimi amillər rol oynayıb?

Doktor Seyid Məhəmməd Mərəndi:

Digər amil dünyanın dəyişməsidir. Xalqlar keçmişdəki ilə müqayisədə daha agah olub. Yeni güclər meydana çıxıb. Bu Qərb inhisarının dağıması deməkdir. Artıq dünyada ticarət təkcə dollar ya avro ilə aparılmır. Bir neçə il önəcəyə qədər dünyanın yeddi super gücü Avropa dövləti idi. Proqnoz belədir ki, qarşıdakı 20 ildə dünyada söz sahibi başqa dövlətlər olacaq. Hindistan, Çin, Meksika, Braziliya, Rusiya güclənir. Bu proqnoz Qərb mütəxəssislərinə məxsusdur.

İran 30-40 il öncəki İrandan çox güclüdür. İran 30 il öncə sadə silah da istehsal etmirdi. Bu gün İran kosmosa peyk göndərir. İran xalqı və dövlətinin özünəinamı qat-qat güclənib. Güclü dini kimliyə malik İranın mədəniyyəti istismarçı düşüncəyə malik qərb mədəniyyətindən çox fərlənir.

İrana münasibətdə məqsədlərinə çata bilmədilər. Regionda gərginlik artmaqdadır. Onlar vəziyyətə nəzarəti itiriblər. Misirdə böhrandır, Ərəbistanın gələcəyi qaranlıqdır. Digər tərəfdən Çin kimi sürətlə inkişaf edən ölkələr Qərb sənayesini növbə ilə sıradan çıxarmaqdadır.


Yüklə 297,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə