Yeni dünyada dövlətçilik məfhumu


Ayətullah Xamenei: Ən əziz adamlarımdan birini itirdim



Yüklə 297,27 Kb.
səhifə4/11
tarix23.11.2017
ölçüsü297,27 Kb.
#11910
1   2   3   4   5   6   7   8   9   10   11

Ayətullah Xamenei: Ən əziz adamlarımdan birini itirdim...


Rəhbərin həyat yoldaşı şəhid ailəsi ilə görüşdə

Şəhid Tehrani Müqəddəm (“İran Raket sənayesinin atası”) İranda hərbi mərkəzdə partlayış zamanı həlak olmuş 39 şəhiddən biridir...

Şəhid Tehrani Müqəddəmin xanımı İlham Heydəri Həzrət Ağanın həyat yoldaşının onların görüşünə gəlməsi barədə danışır. Məşriq İnformasiya Agentliyi yazır ki, İlham Heydəri Nuruz-Zəhra elm hövzəsi və Banu Əmin hövzəsinin doktorudur. General şəhid Həsən Tehrani Müqəddəmlə müştərək həyatından 4 övladı var. Xanım İlhamın şəhid Tehrani ilə bağlı dəyərli xatirələri var. Hazırda bu xanım 3 il öncə, şəmsi 1390-cı il, 21 abanda hərbi bölmədə partlayış nəticəsində şəhadətə çatanların ailələri ilə daimi əlaqə saxlayır. Şəhidin həyat yoldaşı şəhid Tehrani Müqəddəmə böyük sevgidən danışır. Bu şəhidlərin fədakarlıqları sayəsində bir sıra problemlər aradan qalxıb. Xanım Heydəri deyir ki, şəhid Tehrani Müqəddəm hətta öz dövrünün vəliyyi-fəqihinin qəlbini ələ ala bilmişdi. Xatırladır ki, Tehrani Müqəddəm şəhadətə çatan gün Rəhbər Xamenei çox üzüntülü bir ruhiyyədə olub. Məşriq agentliyi xanım İlham Heydəri ilə müsahibəni təqdim edir.

Sual: Şəhid Tehrani Müqəddəmdən sonra ailənizin fəzası necədir? Övladlarınız atalarının şəhadətini dərk edirlərmi? Azyaşlı övladınıza atasızlığı necə izah edirsiniz?

Xanım Heydəri: Uşaqlar çox ağıllıdır. Xüsusi ilə kiçik övladım Zəhranın dərin zəkası var. Gözləmirdim ki, övladlarım bu hadisəni asanlıqla qəbul edə biləcək. Partlayış baş verəndə namazın vaxtı keçmişdi. Mən oruc idim, bir az da halım yaxşı deyildi. Bir neçə dəfə orucumu açmaq istədim. Güclü səs eşidiləndən sonra mənə xəbər verdilər ki, hacı Həsənin iş yerində partlayış baş verib. Müharibə dövründən hazırlığım olub. Sadəcə “inna lillah və inna iləyhi raciun” söylədim. Sanki bu sözləri mənə özü pıçıldadı. Sağlam bir insanı yola salırsan, bir az keçmiş şəhadət xəbəri gəlir. Buna dözmək asan deyil. Bu partlayışda 39 nəfər şəhid oldu. Əza məclisində oturan xanımlar 20-22 yaşlı gənc xanımlar idi. Onlar həyat yoldaşlarını sevirdilər və buna görə gözlərinin yaşı qurumurdu. Bu böyük müsibət idi. İki böyük övladım nə baş verdiyini yaxşı anlayırdı. Məni narahat edən iki kiçik qızım idi. Zəhranın 5 yaşı vardı, o biri qızım büluğ həddinə çatmışdı. Onların bu hadisəni asanlıqla qəbul etməsi mümkün deyildi. Hadisə baş verən gecə qohumlardan biri Zəhranı evlərinə apardı. Səhəri gün nə olur olsun onu evdə saxlamaq qərarına gəldim. Bilmirdim bu ağır xəbəri ona necə çatdırım. Evə get-gəl vardı. Başsağlığı verirdilər. Amma qızım hələ nə baş verdiyini anlamırdı. Arabir yanıma gəlib, mənə sarılırdı. Mən ona sadə dillə Kərbəladan danışırdım. Deyirdim ki, xanım Rüqəyyə və xanım Səkinə Kərbəlada Allah yolunda atalarını veriblər. Zəhra qulaq asır, bəlkə də yaxşı dərk etmirdi. Sonra oynamağa gedirdi.

Şəhidlərin dəfn mərasimi televizorda geniş yayımlandı. Həmin vaxt Zəhranı qucağıma almışdım, birlikdə baxırdıq. Zəhra hadisəni ilk dəfə televiziyadan eşitdi. Bir ah çəkib dedi: “Anacan, atam şəhid olub?” Mən cavab verdim ki, bəli, şəhid olub. Çətin olsa da Allahın köməyi ilə Zəhra buna öyrəşdi. Amma ilk dəfə bu xəbəri eşidəndə çəkdiyi yanıqlı ahı unuda bilmirəm. Doğrudan da hacı Həsən bizimlədir. Biz onsuz olduğumuzu ağlımıza gətirə bilmirik. Həyatda olduğu zaman da tez-tez məzuniyyətə gedərdi. İndi məzuniyyət də yoxdur. Amma biz onun daim evdə olduğunu hiss edirik.

Zəhra hələ məktəbə getməmişdən atasının şəkillərini çəkirdi. Bu şəkilləri saxlamışam. Mənə öz zehnində olanları danışanda deyərdim ki, nə qədər ki, unutmamısan, tez kağıza köçür. Yuxularını yazdırmışam. Düşünürəm ki, bu çox dəyərlidir. Atasının şəkilləri, onun haqqında yazdığı ilk cümlələr böyük dəyərə malikdir. O biri qızım üçün də çox çətin idi. Amma tədricən mövcud vəziyyəti qəbul etdi.

Sual: Şəhid Tehrani Müqəddəmin hansı fəaliyyətləri barədə şəhadətindən sonra xəbər tutmusunuz?

Xanım Heydəri: O heç vaxt iş barədə danışmazdı. Mən yalnız şəhadətindən sonra gördüyü işlər barədə eşitdim. Bacı-qardaşı da onun işlərindən xəbərsiz idi. Şəhadətindən sonra televizorda onun fəaliyyətləri barədə məlumat verildi. Heç kimin ağlına gəlmirdi ki, o belə böyük işlər görüb. Olduqca təvazökar idi.

Suriyaya səfərindən qabaq raket bölməsində təlimlərdə olmuşdu. Mən bilirdim ki, o Almaniya, Koreya, Çinə gedib-gəlir. Amma heç vaxt hansı iş ardınca getdiyini bilməzdim. Özünü elə aparırdı ki, sanki belə səfərlərdə olmayıb.

Hacı Həsən müharibə dövründə də belə idi. Cəbhədən çox danışmazdı. Adətən cəbhədə olanlar həmin günlər haqqında həvəslə danışır. Hacı Həsən belə deyildi. Başqaları haqqında danışsa da özü haqqında heç nə deməzdi. Əgər onunla müharibədən sonra ailə qursaydıq bəlkə də cəbhədə olduğunu deməzdi.

Sual: Rəhbər Ayətullah Xameneinin həyat yoldaşı ilə görüşünüzü necə xatırlayırsınız?

Xanım Heydəri:: Həzrət Ağanın xanımı başsağlığı vermək üçün evimizə gəlmişdi. Mən bu barədə ilk dəfədir danışıram. 1391-ci il mehr ayı idi. Rəhbərin xanımı şam namazından sonra gəldi. Bir qədər söhbətdən sonra ondan soruşdum ki, partlayış baş verən gün harada olub? Həzrət Ağa bu xəbəri eşidəndə hansı hissləri keçirib? Həzrət Ağanın xanımı buyurdu ki, süfrəyə əyləşmək istədiyimiz vaxt partlayış səsi eşitdik; hər ikimiz ayağa qalxıb pəncərəyə yaxınlaşdıq. Dedim olsun ki, bizim məntəqədə hadisə baş verib. Nə baş verdiyi məlum deyildi. Həzrət Ağa yeməkdən sonra evdən çıxdı; gecə qayıdanda çox narahat idi; Səbəbini soruşanda buyurdu: “Ən əziz adamlarımdan birini itirdim!” Həzrət Ağanın həyat yoldaşı elə danışdı ki, göz yaşlarımı saxlaya bilmədim.

Mən onun ağanın dilindən nəql etdiklərini unutmamaq üçün dəftərçəyə yazdım. Yaddaşıma bir o qədər də etibarım yoxdur. Həzrət Ağanın Hacı Həsəni əziz adamı kimi təqdim etməsi məni fərəhləndirirdi. Xoş Hacı Həsənin halına ki, hətta dövrün vəliyyi-fəqihinə özünü sevdirə bilmişdi. Çox böyük sözdür. İndi də arabir Həzrət Ağanın yoldaşını görürəm. Onun bizim ailəyə xüsusi diqqəti var.

Sual: Hər ay şəhid ailələri ilə görüşürsünüz. Bu məclisi qurmaqda məqsəd nədir?

Xanım Heydəri: Hər ayın əvvəlində belə məclislərin təşkili həm də Hacı Həsənin öz istəyi idi. Bu məclisə həmdərd insanlar toplaşır. Şəhid ailələri bir-birlərini görəndə təsəlli tapırlar. Ğədir şəhidlərindən sonra hiss etdim ki, şəhid ailələrinin belə məclisə ehtiyacları var. Mənim qəlbim ağrayanda psixoloq yanına gedirəm. Mənə nə qədər tövsiyə versə düşünürəm ki, mənim problemimi yaşamadığından məni başa düşə bilməz. Bu ailələr arasında həm yaşım, həm də təcrübəm çox olduğundan məsuliyyət hiss edirəm. Allahdan istəyirəm ki, sözümə təsir versin, onlara xidmət edə bilim. Mənim rəsmi məsuliyyətim yoxdur, təşkilata başçılıq etmirəm. Sadəcə günün yarısını şəhid ailələri ilə dərdləşməyə sərf edirəm. Allahdan, Peyğəmbərdən (s), ayə və hədislərdən danışırıq. Danışırıq ki, biz tək deyilik. Tarix boyu haqq yolunda bu ağrını çəkənlər olub. Hadisələri yada salırıq, şəhidlərlə iftixar edirik. Çətinliyi olanlara yardım əli uzadırıq. Şəhid xanımları bu məclisdə öz yaşıdlarını gördükdə qəlbləri aramlıq tapır.

Mən məclislərdə hər dəfə yada salıram ki, biz burada toplaşdığımız kimi onlar da axirətdə bir məclisə toplaşıblar. Şəhidlər şaddırlar ki, onların ailələri bir yerdədir. Məsləhət istəyən məsləhət veririk. Amma əsas mehvər Qurandır. Onlar Quran yolunda gediblər. Ayə və hədislər danışırıq, dini mövzularda söhbət edirik, nəticəsi də yaxşı olur. Bir çox şəhid anaları uzaq yol gəlir. Məclislər Kərəcdə keçirilir. Evi Kərəcdə olanlar da çoxdur. Allaha şükr edirəm, çox razıyam. Xanımlar deyirlər ki, bu məclisdə bir araya gəlməyimiz bir dünya dəyərə malikdir.

Həyat yoldaşlarımızın şəhadətindən qabaq ailəvi get-gəlimiz yox idi. Mən 39 şəhid arasında yalnız cənab Nəvvab və Səlgini tanıyırdım. Ötən il şəhidlərin ildönümünə toplaşdığımız zaman bütün şəhid zövcələrinin danışmasını istədim. Məclis çox isti oldu. Hamı ağladı. Bu məclislərin səmərəsi sonradan iki kitabın ərsəyə gəlməsi oldu. Artıq hamı bilir ki, hər ayın əvvəlində toplaşmalıyıq.



Yüklə 297,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə